“Fırtına öncəsi səssizlik” - Siyasi şərhçidən İRAN AÇIQLAMASI
Cəmiyyət 17 Yanvar 2026, 19:21
1959
Son günlər İranda baş verən kütləvi etirazlar, ABŞ-ın qlobal siyasətdə atdığı addımlar, eləcə də Qrenlandiya və Venesuela ətrafında yaranan geosiyasi gərginlik beynəlxalq gündəmin əsas mövzularındandır.
CityPost.az-ın əməkdaşı bu proseslərin mahiyyətini və mümkün nəticələrini siyasi şərhçi Rusif Məmmədsoy ilə müzakirə edib.
– İranda aksiyalar artıq səngiməyə başlayırmı? Bəzi bölgələrdə üsyanların yatırılması və xarici KİV-lərin ABŞ-ın geri çəkildiyi, etirazçıların isə tək qaldığı barədə iddiaları prosesin sonuna işarədirmi?
Həmçinin oxuyun
"İranda baş verən etiraz aksiyalarında müəyyən səngimə müşahidə olunsa da, prosesin tam bitdiyini söyləmək hələ tezdir. Hazırda ölkənin bir sıra bölgələrində etirazlar və iğtişaşlar davam edir. Diqqətçəkən məqamlardan biri odur ki, bu aksiyalar ilkin mərhələdə əsasən farsların və digər etnik qrupların yaşadığı ərazilərdə başlasa da, sonrakı mərhələdə Güney Azərbaycanda, xüsusilə Təbrizdə vəziyyət kəskinləşdi və faktiki olaraq hərbi rejim tətbiq olundu.
Müəyyən saatlardan sonra insanların hərəkətinə icazə verilməsi, market və obyektlərin fəaliyyətinin zaman çərçivəsinə salınması bunu açıq şəkildə göstərir. Maraqlıdır ki, Təbriz ilkin mərhələdə aksiyalara qoşulmamışdı. Lakin Qərbin Reza Pəhləvinin oğlunu alternativ lider kimi önə çıxarmağa başlaması Güney Azərbaycanda ciddi reaksiya doğurdu.
Güney azərbaycanlıların etirazlarda səsləndirdiyi əsas şüar “Nə şahçıyam, nə şeyxçi – millətçiyəm” idi. Bu, həm şah rejiminin, həm də teokratik molla idarəçiliyinin qəti şəkildə rədd edilməsi deməkdir. Tarixi baxımdan da məhz şah rejiminin süqutu nəticəsində bugünkü teokratik sistem formalaşıb və İran cəmiyyətinin böyük hissəsi bu iki modeli artıq qəbul etmir.
İranın xarici işlər naziri Abbas Əraqçi etirazların bitdiyini iddia etsə də, mən bu fikirlə razı deyiləm. Səngimə var, amma bu, prosesin sona çatması anlamına gəlmir. Mənə görə, hazırda yaşananlar ABŞ–İran münasibətlərində “fırtına öncəsi səssizlik” təsiri bağışlayır. Diplomatik kanallar açıqdır, müəyyən razılaşmalarla bağlı məlumatlar yayılır, lakin ABŞ-ın xüsusilə İran–Çin əməkdaşlığını nəzərə alaraq daha radikal planlar üzərində işlədiyini düşünürəm.
Tramp administrasiyası mövcud İran rejimini qəbul etmir və bu rejimi ABŞ-ın qlobal strategiyasına maneə kimi görür. Eyni zamanda İsrail üçün yaratdığı təhlükələr fonunda hesab edirəm ki, İranda rejim dəyişikliyi real və qaçılmaz görünür",-deyə siyasi şərhçi Rusif Məmmədsoy bildirib.
Turan Etibaroğlu
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
İrandan Türkiyəyə atılan raket havada vuruldu
İrandan Türkiyənin hava məkanına doğru irəliləyən ballistik raket aşkarlanıb. Modern.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, aşkarlanan ballistik raketlər, Şərqi Aralıq dənizində yerləşdirilən NATO hava və raketdən müdafiə qüvvələri tərəfindən zərərsizləşdirilib.
04 Mart 2026, 17:43
Bitkoin 68.000 dollar səviyyəsində sabitləşib
Bitkoin çərşənbə günü sabit impuls nümayiş etdirib və ABŞ Prezidenti Donald Trampın kriptovalyuta tənzimləməsinin təkmilləşdirilməsi çağırışından sonra orta səviyyədə dəstək alıb.AZƏRTAC “Coindesk”ə istinadla xəbər verir ki, martın 4-də saat 9:30-a (6:30 GMT) olan məlumata görə, dünyanın ən böyük kriptovalyutası demək olar ki, dəyişməz olaraq 68.147,8 dollar səviyyəsində alınıb-satılır. Bu həftənin əvvəlində bitkoin 69.000 dollara yüksəlib, lakin sonradan bu rəqəm düzəldilib.Tramp kriptovalyuta gündəmini müdafiə edirÇərşənbə axşamı Donald Tramp sosial mediada ABŞ-nin əsas banklarını tənqid atəşinə tutub və onları kriptovalyuta qanunvericiliyinin inkişafını ləngitməyə çalışmaqda ittiham edib. Söhbət stabilkoinləri tənzimləyən GENIUS Qanunu və kripto bazarının ümumi strukturunu formalaşdırmağı hədəfləyən CLARITY Qanunundan gedir.“Banklar rekord...
04 Mart 2026, 17:38
100-dək kişiyə ödənişli atalıq məzuniyyəti verilib
Əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir.Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, artıq 81 işəgötürən tərəfindən 100-dək işçiyə uşağının doğulması ilə əlaqədar olaraq 14 təqvim günü müddətində ödənişli atalıq məzuniyyəti verilib.Həmin məzuniyyət uşağın doğulmasından əvvəl və sonrakı dövrləri əhatə edir.İşçiyə ödənişli atalıq məzuniyyətinin verilməsi barədə əmr işəgötürən tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək və Məşğulluq” altsistemində (ƏMAS) e-qaydada formalaşdırılır. Bu məqsədlə cari ilin yanvar ayında ƏMAS-da yeni funksionallıq tətbiq edilib....
04 Mart 2026, 17:29
İran ölənlərin sayını açıqladı - 1045 nəfər dəfn olunub
ABŞ və İsrailin hücumu zamanı İranda ölənlərin sayı açıqlanıb. Modern.az xəbər verir ki, bu barədə İranın Şəhidlər və Veteranlarla İş Fondu məlumat yayıb. Qeyd olunub ki, hücumlar nəticəsində ölənlərdən indiyə qədər dəfn edilənlərin sayı 1045 nəfərdir.
04 Mart 2026, 17:04
Sürət qatarının hərəkət qrafiki dəyişdirilir
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) Beynəlxalq Qadınlar Gününü ilə bağlı sərnişinlərə müraciət edib.ADY-dən Citypost.az-a verilən məlumata görə, 8 Mart - Beynəlxalq Qadınlar Gününün bazar gününə düşməsi ilə əlaqədar 9 mart bazar ertəsi qeyri-iş günü kimi təsdiqlənib."Bu səbəbdən 7, 8 və 9 mart tarixlərində Bakı-Pirşağı-Sumqayıt-Bakı və Bakı-Xırdalan-Bakı marşrutları üzrə qatarlar şənbə-bazar günlərinin qrafiki üzrə hərəkət edəcəklər", - məlumatda qeyd olunur.
04 Mart 2026, 16:40
Manaf Cəlilzadəyə hökm oxunub
Dövlət əleyhinə yönələn açıq çağırışlar etməkdə təqsirləndirilən Manaf Cəlilzadənin cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyi ilə keçirilən prosesdə qiyabi hökm oxunub.Hökmə əsasən, Manaf Cəlilzadə 8 il müddətinə azadlıqdan məhrum edilib.Qeyd edək ki, Manaf Cəlilzadə barəsində Cinayət Məcəlləsinin 281.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərar qəbul edilib. O, istintaqdan qaçaraq Azərbaycan hüdudlarından kənarda gizləndiyi üçün barəsində ittiham elan edilməsi ilə bağlı axtarış elan olunub. Binəqədi Rayon Məhkəməsinin ötən il 15 fevral tarixli qərarı ilə barəsində qiyabi həbs qətimkan tədbiri seçilib.Sentyabrın 19-da ittihamın məzmununa əlavələr və...
04 Mart 2026, 16:27