Bu şəxsləri işdən çıxaranlar cərimələnəcək - QANUN
Hüquq 17 Yanvar 2026, 15:47
367
Hamilə qadına işdən çıxarmaq qanunsuzdur.
CityPost.az xəbər verir ki,cəmiyyətdə qadınların sosial müdafiəsi və əmək hüquqlarının qorunması dövlət siyasətinin əsas istiqamətlərindən biridir.
Xüsusilə hamilə qadınların, eləcə də 3 yaşınadək uşağı olan anaların iş həyatında üzləşə biləcəyi ayrı-seçkilik halları qanunvericilikdə qəti şəkildə yolverilməz sayılır.
Bu kateqoriyadan olan şəxslərin əmək münasibətlərində hüquqlarının pozulması təkcə etik deyil, eyni zamanda hüquqi məsuliyyət yaradan əməldir.
Qanuna əsasən, qadının hamilə olmasına və ya 3 yaşınadək uşağının olmasına görə əmək müqaviləsinə əsassız xitam verilməsi cinayət məsuliyyəti yaradır.
Həmçinin oxuyun
"Baş verənlər regionda humanitar vəziyyətə və ictimai sabitliyə də təsirsiz ötüşməyəcək”
Kiberpolis qanunsuz onlayn qumar oyunları təşkil etməkdə şübhəli bilinən şəxsləri saxlayıb
İranı xaricdən qızıdıranlar var? - Millət vəkili ilə MÜZAKİRƏ
İrandakı hadisələr Rusiyanın mövqeyini daha da zəiflədə bilərmi? – Ekspert şərhi
Belə hallara yol verən şəxslər qanunvericiliyə uyğun olaraq 3000 manatadək cərimə edilə bilər.
Bu norma qadınların əmək bazarında hüquqlarının təmin edilməsinə, ailə və analıq institutunun qorunmasına xidmət edir.
Hazırladı: Yeganə
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Evə oğru girərsə, ona xəsarət yetirmək CİNAYƏT sayılırmı?
Cəmiyyətdə tez-tez müzakirə olunan hüquqi suallardan biri də budur: evə oğru daxil olarsa və ev sahibi özünü qorumaq üçün ona xəsarət yetirərsə, bu hal cinayət məsuliyyəti yaradırmı? Qanunvericilik bu məsələyə konkret və aydın yanaşma sərgiləyir.Citypost.az-məlumatına görə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən, evinizə oğru daxil olar, sizə qarşı müqavimət göstərər və ya real təhlükə yaradarsa, özünüzü müdafiə etmək məqsədilə ona xəsarət yetirməyiniz bəzi hallarda cinayət məsuliyyəti doğurmaya bilər.Belə ki, Cinayət Məcəlləsinin 36.1-ci maddəsinə görə, zəruri müdafiə vəziyyətində – yəni özünü müdafiə edənin və ya başqa şəxsin həyatını, sağlamlığını, hüquqlarını, habelə dövlətin və cəmiyyətin qanunla qorunan mənafelərini ictimai təhlükəli qəsddən qorumaq məqsədilə...
17 Yanvar 2026, 13:25
Nəzarətsiz heyvanların hüquqi taleyi: 6 ay sonra mülkiyyət tapan şəxsə keçir
Sahibsiz və ya nəzarətsiz heyvanlarla bağlı hüquqi münasibətlər ölkə qanunvericiliyində xüsusi qaydada tənzimlənir. Məqsəd həm heyvanların təhlükəsizliyinin təmin edilməsi, həm də mümkün mülkiyyət mübahisələrinin qarşısının alınmasıdır. Qanuna əsasən, nəzarətsiz heyvan aşkar edən şəxs bu barədə müvafiq polis orqanlarına məlumat verməlidir.Daxil olmuş məlumat əsasında aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır və heyvanın sahibinin müəyyən edilməsi üçün zəruri tədbirlər görülür. Əgər polisə məlumat verildiyi tarixdən etibarən 6 ay müddətində heyvanın sahibi tapılmazsa, həmin heyvan onu tapan şəxsin mülkiyyətinə qanuni şəkildə keçir. Bu norma vətəndaşların hüquqlarının qorunmasına və sahibsiz heyvanlara qarşı məsuliyyətli yanaşmanın formalaşdırılmasına xidmət edir.Əli...
17 Yanvar 2026, 12:42
Boşanma zamanı şəxsi mülkiyyət – arvad pay tələb edə bilərmi?
Ailə münasibətlərində əmlakın paylaşılması məsələsi boşanma zamanı ən çox mübahisə doğuran mövzulardan biridir. Bir çox insan sual edir: “Əgər mənim atamın adına olan ev mənə qalıbsa, boşananda arvad mənim bu əmlakımdan pay tələb edə bilərmi?”Citypost.az-ın məlumatına görə Azərbaycan Respublikası qanunvericiliyinə görə, nikaha daxil olanadək ər və arvadın hər biri öz adlarına olan əmlak üzərində tam mülkiyyət hüququna malikdir. Habelə, nikah dövründə hədiyyə şəklində və ya vəsərəsilik yolu ilə əldə olunan əmlak da hər bir tərəfin ayrıca mülkiyyətində sayılır. Belə əmlak boşanma zamanı ər-arvad arasında bölünə bilməz, çünki onlar birgə mülkiyyət hesab olunmur.Lakin qanun istisnalar da nəzərdə tutur. Əgər nikah dövründə...
17 Yanvar 2026, 11:06
Yaxın qohumların xaricdə bağladığı NİKAH - Ölkəmizdə tanınırmı?
Son vaxtlar yaxın qohumlar arasında xaricdə nikahların bağlanması gündəmə gəlib. Xala qızı ilə xala oğlu, bibi qızı ilə bibi oğlu və ya dayı qızı ilə dayı oğlu kimi münasibətlərdə nikahların xaricdə reallaşması oxucular arasında suallar doğurur: belə nikahlar ölkəmizdə etibarlı sayılacaqmı?Citypost.az-ın məlumatına görə Azərbaycan Respublikasının Ailə Məcəlləsi aydın şəkildə göstərir ki, müəyyən yaxın qohumlar arasında nikah bağlanması qadağandır. Ailə Məcəlləsinin 12-ci maddəsinə əsasən, xala qızı-xala oğlu, bibi qızı-bibi oğlu, əmi qızı-əmi oğlu, dayı qızı-dayı oğlu kimi şəxslər arasında nikah hüquqi baxımdan mümkün deyil.Hüquqi nəticəsi isə belədir: xaricdə bu şəxslər arasında nikah baş tutsa belə, Azərbaycan qanunvericiliyinə görə o, ölkədə etibarlı...
16 Yanvar 2026, 19:20
Ailə vəziyyətinə görə kimlərə çağırışa möhlət verilir?
Müddətli həqiqi hərbi xidmət hər bir gəncin vətəndaşlıq borcu hesab olunsa da, qanunvericilik sosial məsuliyyət və ailə dəyərlərini də nəzərə alaraq müəyyən hallarda çağırışçıların xidmətə cəlb olunmasına möhlət verilməsini nəzərdə tutur. Xüsusilə ailədə əsas təminatçı rolunu üzərinə götürən, sosial cəhətdən həssas kateqoriyaya aid şəxslərin müdafiəsi dövlətin sosial siyasətinin mühüm tərkib hissəsi kimi qiymətləndirilir. Bu baxımdan ailə vəziyyətinə görə çağırışa möhlət verilməsi mexanizmi həm ailə institutunun qorunmasına, həm də sosial ədalətin təmin olunmasına xidmət edir. Mövcud qanunvericilikdə ailə üzvlərinin sağlamlıq vəziyyəti, uşaqların sayı, eləcə də çağırışçının himayəsində olan şəxslərin mövcudluğu əsas meyarlar kimi müəyyən edilib. Məqsəd ondan ibarətdir ki, himayəsində ağır...
16 Yanvar 2026, 16:37
Uşağın ölkədən çıxışına icazə verilmədikdə nə etmək lazımdır?
Bəzən valideynlər arasındakı şəxsi münaqişələr uşağın taleyini girov saxlayır. Xüsusilə boşanmadan sonra yaranan gərgin münasibətlər fonunda tərəflərdən birinin digərinə qarşı mövqeyi, çox vaxt uşağın maraqlarının kölgədə qalmasına səbəb olur. Uşağın təhsil, müalicə və ya digər vacib səbəblərlə ölkədən çıxmasına süni əngəllər yaradılması isə artıq hüquqi müstəviyə keçən problemdir.Citypost.az-ın məlumatına görə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən, 18 yaşına çatmayan şəxsin ölkədən çıxışı üçün hər iki valideynin razılığı tələb olunur. Valideynlərdən biri razılıq vermədikdə, digər valideyn bu vəziyyətlə barışmaq məcburiyyətində deyil və hüquqi mexanizmlərdən istifadə edə bilər.İlk mərhələdə tələbkar tərəf mediasiya (barışdırma) təşkilatına müraciət etməlidir. Mediasiya orqanı qarşı tərəfi mübahisənin dinc yolla həlli...
14 Yanvar 2026, 12:00