Bizə yazın

Baku

-°C

USD

-

AYNA 500 yeni sürücü hazırlayacaq 

Cəmiyyət 17 Yanvar 2026, 17:41

263

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) avtomobil nəqliyyatı ilə yük daşımaları sahəsində 5 000 yeni sürücünü hazırlamaq və beynəlxalq bazarda iştirakını təmin etmək hədəfini qarşısına qoyub.

Citypost.az xəbər verir ki, bu barədə AYNA-da avtomobil nəqliyyatı ilə beynəlxalq yükdaşıma fəaliyyəti həyata keçirən milli daşıyıcılarla keçirilən görüşdə bildirilib.

Məlumata görə, Azərbaycanda avtomobil nəqliyyatı ilə yük daşımaları sahəsində qarşıda duran vəzifələr, milli daşıyıcıların üzləşdikləri çətinliklər, onların həlli yolları ilə bağlı fikir mübadiləsi aparılıb. Hazırda milli daşıyıcıların üzləşdiyi ən böyük çətinlik kadr çatışmazlığı ilə bağlıdır. Əsasən, beynəlxalq yükdaşıma sahəsində peşəkar sürücülərə və yük avtonəqliyyat vasitələrinə texniki qulluq və təmir üzrə ustalara ehtiyac var. Qeyd edilib ki, milli daşıyıcıların beynəlxalq yük daşımalarında bazar payının artmasında bu kimi faktorlar önəm kəsb edir.

Qeyd olunan çətinlikləri nəzərə alaraq AYNA tərəfindən milli daşıyıcılara dəstək məqsədilə yeni layihəyə start verilir. Layihə çərçivəsində beynəlxalq yük daşımaları sahəsində C və CE kateqoriyalı sürücülərin hazırlanması məqsədilə təlimlər təşkil edilir. Təlim üçün ödəniş 266 manat olsa da, məbləğin 80%-dən çox hissəsi AYNA tərəfindən qarşılanacaq. Sürücülər cəmi 50 manat ödəməklə təlimdə iştirak edə biləcəklər. Yekunda Dövlət İmtahan Mərkəzi tərəfindən aparılacaq qiymətləndirməyə əsasən sürücülərə 7 il müddətində etibarlı olan və beynəlxalq yükdaşıma sahəsində fəaliyyət göstərməyə imkan verən şəhadətnamə təqdim ediləcək. Gələcəkdə işlə təmin olunmaları üçün sürücülərin daşıyıcılarla əlaqələndirilməsinə də şərait yaradılacaq. Hədəf 5000 yeni sürücünün hazırlanması və beynəlxalq bazarda iştirakının təmin edilməsidir.

Layihə çərçivəsində milli daşıyıcıların beynəlxalq yük daşımalarında bazar payının artırılması və yeni iş yerlərinin açılması istiqamətində digər tədbirlər də nəzərdə tutulub.

Bildirilib ki, ötən illər ərzində avtomobil nəqliyyatı ilə yük daşımaları sahəsində şəffaf mühitin təmin olunması, daşıyıcıların səmərəli fəaliyyət göstərməsi üçün imkanlar yaradılıb. Ölkədaxili, həm də beynəlxalq yük daşımalarında yüksək xidmət standartlarının təmin olunması üçün tənzimləmə və nəzarət funksiyası yerinə yetirilib.

Görülən tədbirlər nəticəsində yük nəqliyyat vasitələrinin sayı 3400-dən artaraq 14193-ə çatıb, "İcazə" blanklarının (xüsusilə də "xüsusi defisit") bolluğu yaradılıb, göstərilən xidmətlər elektronlaşdırılıb və ikitərəfli yük daşımaları bazarında bazar payımız 39%-dən artaraq 50%-i keçib. Beləliklə, avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımaları ciddi məşğulluq imkanı yaratmışdır. Vurğulanıb ki, bir sənaye müəssisəsinə düşən orta işçi sayı 46 nəfər olduğundan, beynəlxalq yük daşımalarında istismar olunan 14193 yük nəqliyyat vasitəsinin yaratdığı məşğulluq imkanı təxminən 310 sənaye müəssisəsinə ekvivalent hesab edilə bilər. Onu da qeyd etmək lazımdır ki, burada xidmət ixracı edən, yəni ölkəyə valyuta axınını təmin edən sahibkarlıqdan söhbət gedir.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Şərif Ağayardan sərt tənqid: “Kişi ifaçılar niyə öz səsi ilə oxumur?” 

Yazıçı Şərif Ağayar sosial şəbəkədə Azərbaycan estrada və muğam ifaçılığı ilə bağlı sərt və mübahisəli fikirlər səsləndirib.Citypost.az xəbər verir ki, yazıçının paylaşımında əsas tənqid hədəfi kişi ifaçıların səs texnikası və oxuma üslubu olub. Yazıçı hesab edir ki, bir çox kişi müğənni təbii səsi ilə oxumaq əvəzinə süni, zorlanmış tembrə üstünlük verir. Şərif Ağayar bu kontekstdə Mirzə Babayevi istisna kimi göstərərək, onun öz təbii səsi ilə oxuduğunu vurğulayıb.Statusda bir sıra tanınmış sənətkarların adları çəkilərək, onların ifa tərzinin süni və estetik baxımdan problemli olduğu iddia edilib. Müəllif bu oxuma tərzini tarixi və psixoloji kontekstlə əlaqələndirərək, bunu “köləlik psixologiyasının səsə yansıması” kimi qiymətləndirib....

17 Yanvar 2026, 19:03

Hüquq müdafiəçisindən Neftçilər Xəstəxanasına sərt sözlər: "AYIB OLSUN"

Hüquq müdafiəçisi, “Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı” (NHMT) İctimai Birliyinin sədri Mirvari Qəhrəmanlı sosial şəbəkə hesabında Neftçilər Xəstəxanası ilə bağlı narazılıq dolu paylaşım edib.Citypost.az xəbər verir ki, onun sözlərinə görə, hadisə ötən gün baş verib. Qızı nahar zamanı qurudulmuş balıq yeyərkən sümük qəflətən boğazına ilişib. Bu hal güclü ağrı, yanğı və tənəffüs çətinliyi yaradıb. Mirvari Qəhrəmanlı qızını təcili olaraq Neftçilər Xəstəxanasının Təcili yardım şöbəsinə aparıb.Lakin iddiaya görə, xəstəxanada təxminən bir saat ərzində ağrı və həyəcan içində olan xəstəyə heç bir tibbi müdaxilə göstərilməyib. Qeydiyyatda oturan əməkdaşlara dəfələrlə müraciət edilsə də, nəticə olmayıb. Yalnız “liftin yanındakı ağ düyməni basın” deyildiyi, lakin zəngə...

17 Yanvar 2026, 18:12

Bəzi yerlərdə GÜCLÜ külək güclənəcək - XƏBƏRDARLIQ 

Yanvarın 18-19-da Bakıda və Abşeron yarımadasında, eyni zamanda əksər bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.Bu barədə Citypost.az-a  Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bildirilib ki, Gəncə, Naftalan, Samux, Goranboy, Daşkəsəndə narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.Bakıda və Abşeron yarımadasında, Balakən, Zaqatala, Qax, Şəki, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Xızı, Qusar, Şabran, Xaçmaz, Quba, Siyəzən, Qobustan, Şamaxı,Salyan, Neftçala, Sabirabad, Saatlı, Şirvan, Hacıqabul, Mingəçevir, Tərtər, Yevlax, Bərdə, Kəlbəcər, Laçın, Füzuli, Zəngilan, Gədəbəy, Göygöl, Lənkəran, Masallı, Astara, Biləsuvar, Lerik, Yardımlı, Cəlilabadda isə sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil...

17 Yanvar 2026, 16:42

Şəfiqə Nağıyeva: "Anamdan sonra qardaşlarımla tək qaldıq" 

Vəkil Şəfiqə Nağıyeva S TV-də Ulvira Qarayevanın qonağı olarkən 10 yaşında anasını itirməsindən və uşaqlıq xatirələrindən danışıb.Citypost.az xəbər verir ki, Şəfiqə Nağıyeva bildirib ki, anası ürək xəstəliyindən vəfat edib. “Anam rayona getmişdi, bizi Bakıda qoymuşdu, çünki havası çatmırdı burada. Bir dəfə getdi, gəldi, bizi öpdü və dedi ki, ‘hə, mən qayıtdım’. O sözün mənasını o vaxt anlamırdım. İkinci dəfə getdi və qayıtmadı”, – deyə o xatırlayıb.Şəfiqə Nağıyeva anasını uzunboylu, arıq və uzun saçlı qadın kimi xatırlayır: “Amma anam yuxularıma gəlmir. Uşaqlıqda vaxtımı qardaşlarımla keçirirdim. Çox çətin günlər idi. Anamla bir yerdə vaxt keçirmək yadımda qalmayıb, çünki ayrı qalırdıq”, – deyə...

17 Yanvar 2026, 15:16

Sabah 18 dərəcə şaxta olacaq - PROQNOZ 

Bakıda və Abşeron yarımadasında yanvarın 18-də bəzi şəhərətrafı ərazilərdə yağışın sulu qarla qarışıq yağacağı ehtimalı var.Bu barədə Citypost.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bildirilib ki, bəzi yerlərdə yağıntının intensivləşəcək, axşama doğru tədricən kəsiləcək. Mülayim şimal-qərb küləyi arabir güclənəcək.Havanın temperaturu gecə 0-3, gündüz 3-6 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 770 mm civə sütunu, nisbi rütubət 75-85 % təşkil edəcək.Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.Havanın temperaturu gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti,...

17 Yanvar 2026, 13:16

Qəzada balaca Sərxanı xilas edən polis şəhidin oğlu imiş

Ağır yol qəzası nəticəsində beyin travması alan 10 yaşlı Sərxan günlərlə həyat uğrunda mübarizə apardıqdan sonra xəstəxanadan çıxıb. Hadisə anında məktəbdəki tədbirdə aldığı hədiyyəyə baxan balaca oğlanın həyatını möcüzə xilas edib.Citypost xəbər verir ki, bu barədə TV jurnalist Səadət Məmmədova Facebook səhifəsində duyğusal paylaşım edib. Bildirib ki, bu möcüzənin arxasında polis polkovnik-leytenant Müşfiq Gözəlov dayanır. Qəza zamanı Müşfiq ilk növbədə hadisəni törədənləri yox, balaca Sərxanı düşünüb, onu dərhal təcili tibbi yardım briqadasına çatdırıb və valideynlər yetişənədək başının üstündə olub.Müşfiq Gözəlov təkcə qəhrəmanlığı ilə deyil, həm də mənəvi dəyərləri ilə diqqət çəkir. O, Qarabağ müharibəsinin ilk şəhidlərindən biri, Şuşa İH başçısı...

17 Yanvar 2026, 13:16