Bizə yazın

Baku

-°C

USD

-

Qışda evdə qalmayın! : Gün işığının gözlənilməz faydası ÜZƏ ÇIXDI

Maraqlı 18 Yanvar 2026, 12:44

217

Qış aylarında günlərin qısa, havanın qapalı olması bir çox insanın evdə daha çox vaxt keçirməsinə və təbii işıqla təmasın azalmasına səbəb olur. Lakin yeni bir araşdırma göstərib ki, gün işığı xüsusilə 2-ci tip diabet xəstələrində qan şəkərinin daha stabil qalmasına kömək edə bilər.

Citypost.az-ın məlumatına görə İsveçrə və Avropadan olan alimlərin apardığı və Cell Metabolism jurnalında dərc olunan tədqiqatda 2-ci tip diabetli yaşlı iştirakçılar eyni şəraitdə əvvəl təbii gün işığına, daha sonra isə süni işığa məruz qoyulub. Nəticələrə görə, təbii işıq zamanı iştirakçılar gün ərzində daha uzun müddət normal qan şəkəri diapazonunda qalıblar, ani yüksəliş və enişlər isə daha az müşahidə olunub.

Araşdırmada həmçinin gün işığının yağ mübadiləsini yaxşılaşdırdığı, yəni orqanizmin enerjini yağlar hesabına daha səmərəli istehsal etdiyi müəyyən edilib. Bundan əlavə, təbii işığa məruz qalma melatonin səviyyəsinin artması ilə əlaqələndirilib ki, bu da yuxu rejiminin tənzimlənməsinə müsbət təsir göstərə bilər.

Mütəxəssislər bildirirlər ki, gün işığına çıxmaq təkcə diabet xəstələri üçün deyil, ümumi sağlamlıq baxımından da vacibdir. Təbii işıq maddələr mübadiləsini dəstəkləyir, yuxu keyfiyyətini yaxşılaşdırır və D vitamini istehsalını artıraraq sümük və ürək sağlamlığına töhfə verir.

Alimlər qış aylarında belə gündüz saatlarında qısa gəzintilərə çıxmağı, pəncərə önündə daha çox vaxt keçirməyi və evə gün işığının daxil olmasına şərait yaratmağı tövsiyə edirlər.

Turan

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Bir neçə sadə addımla daha az elektrik pulu: Enerjiyə qənaət yolları  

Artan elektrik xərcləri bir çox ailə üçün problemə çevrilib. Halbuki gündəlik həyatda edilən kiçik dəyişikliklər həm büdcəni qorumağa, həm də enerji sərfiyyatını azaltmağa kömək edir.Citypost.az-ın məlumatına görə elektrik istehlakı çox vaxt fərqinə varmadan artır. Ştepseldə unudulan cihazlar, lazımsız yanan işıqlar və məişət texnikasının düzgün istifadə olunmaması hesabların yüksəlməsinə səbəb olur. Şüurlu istifadə isə bu prosesi tərsinə çevirə bilər.İşıqlandırmadan düzgün istifadə edinGün ərzində pərdələri açaraq təbii işıqdan maksimum yararlanın, istifadə olunmayan otaqlarda işıqları söndürün. Adi lampalar əvəzinə LED lampalardan istifadə işıqlandırma xərclərini 70 faizə qədər azalda bilər.Gizli sərfiyyata diqqət yetirinTelevizor, kompüter, modem kimi cihazlar söndürülü olsa da, ştepseldə qaldıqda enerji sərf...

17 Yanvar 2026, 18:50

Alimlər “daha sağlam şəkər” istehsal edib

Alimlər genetik dəyişdirilmiş bakteriyalar və selikli kifdən əldə edilən ferment vasitəsilə qlükozadan taqatoz istehsalında səmərəliliyi 95 faizə çatdırıblar. Yeni üsul taqatozun daha ucuz və əlçatan istehsalına imkan verə bilər.Citypost.az-ın məlumatına görə araşdırmaya görə, aşağı kalorili olan taqatozun qan şəkəri və insulin səviyyələrinə təsiri məhduddur. Maddə nazik bağırsaqda qismən sorulur, əsas hissəsi isə bağırsaq bakteriyaları tərəfindən fermentləşdirilir. Bu xüsusiyyət onu diabet və insulin müqaviməti olan şəxslər üçün perspektivli edir.Alimlər bildirir ki, taqatoz ağızda kariyes yaradan bakteriyaların çoxalmasını zəiflədə, bağırsaq florasına müsbət təsir göstərə bilər. Bundan başqa, taqatoz şəkər kimi həcm və tekstura yaradır, bişirmə zamanı qaralır və dad baxımından adi şəkərə...

17 Yanvar 2026, 18:45

Video oyunlarında kritik HƏDD: Həftədə 10 saatdan...

Yeni aparılan araşdırmaya görə, video oyunlarına həftədə 10 saatdan artıq vaxt ayırmaq gənclərin qidalanma rejimi, yuxu keyfiyyəti və bədən çəkisi göstəricilərinə mənfi təsir göstərə bilər.Citypost.az xəbər verir ki, tədqiqatda aşağı (0–5 saat) və orta (5–10 saat) səviyyədə oyun oynayan gənclərin sağlamlıq göstəricilərinin bir-birinə yaxın olduğu, əsas fərqin isə 10 saat həddi keçildikdən sonra ortaya çıxdığı qeyd olunur.Avstraliyanın Curtin Universitetinin alimləri beş universitetdən 317 tələbə üzərində apardıqları sorğuda oyun müddəti artdıqca yuxu rejiminin pozulduğunu, sağlam gündəlik vərdişlərin arxa plana keçdiyini müəyyən ediblər. Xüsusilə gecə saatlarında oyun oynamağın yuxu keyfiyyətini daha da pisləşdirdiyi vurğulanır.Araşdırmaya əsasən, həftədə 10 saatdan çox oyun oynayanların qidalanma...

17 Yanvar 2026, 18:02

ABŞ Tarixinin Beş Ən Güclü Lideri

Tarix boyu hər bir ölkənin inkişafı, böhranlardan çıxışı və qlobal nüfuz qazanması onun liderlərinin qabiliyyətindən asılı olub. Amerika Birləşmiş Ştatları da istisna deyil. ABŞ-ın tarixində bir sıra prezidentlər öz idarəçilik qabiliyyətləri, prinsipiallığı və uzaqgörən siyasəti ilə yalnız ölkəni deyil, bütün dünyanı formalaşdırıb. Gəlin ABŞ tarixinin beş ən güclü liderinə nəzər salaq.1. Corc Vaşinqton (1789–1797)ABŞ İstiqlal müharibəsi zamanı Kontinental Ordunun baş komandanı və ABŞ-ın ilk Prezidenti olan Corc Vaşinqton ölkəni sıfırdan qurdu. O, dövlət institutlarının əsaslarını qoydu və prezidentlik səlahiyyətlərinin sərhədlərini müəyyənləşdirdi. Tarixdə bütün seçicilərin 100%-in səsini alan yeganə prezident kimi yadda qalan Vaşinqton, hakimiyyətini ömürlük saxlaya bilərdi, amma öz istəyi...

17 Yanvar 2026, 15:53

ABŞ-ın ağdamlı baş arxeoloqu  -  Maraqlı FAKT

Dünyanın bir ucunda Azərbaycanın mədəni irsi ilə məşğul olan bir alim var ki, onun uğuru həm ölkəmizi, həm də elmi dünyanı fəxr etməyə səbəb olur.Citypost.az xəbər verir ki, 1987-ci ildə Ağdam rayonunun Abdal kəndində anadan olmuş Rəhman Abdullayev tarix və arxeologiya sahəsində ixtisaslaşmış peşəkar arxeoloq və qayaüstü incəsənət tədqiqatçısıdır. O, 12 il Qobustan Milli Tarix-Bədii Qoruğunda elmi və rəhbər vəzifələrdə çalışaraq bu unikal irsin qorunması və beynəlxalq səviyyədə tanıdılması üçün mühüm işlər görmüşdür. Həmçinin Azərbaycanın mədəni irsini xarici ölkələrdə tanıtmaq məqsədilə bir sıra beynəlxalq layihələrdə fəal iştirak etmişdir.Ali təhsilini Azərbaycanda başa vuran Rəhman Abdullayev daha sonra ABŞ-da Minnesota State University,...

17 Yanvar 2026, 12:51

Mütəxəssislərdən 5 ssenari: 2050-ci ilə qədər həyatı dəyişəcək texnologiyalar  

Robot “ev yoldaşlarından” laboratoriyada yetişdirilən ətə qədər bir sıra texnologiyalar mütəxəssislərin fikrincə 2050-ci ilə qədər gündəlik həyatın ayrılmaz hissəsinə çevriləcək. Araşdırmalar gələcəklə bağlı narahatlıqların artdığını göstərsə də, bəzi alimlər və futuristlər bu transformasiyanın eyni zamanda böyük imkanlar yaratdığını bildirirlər.Citypost.az-ın məlumatın görə texnologiya və süni intellekt mövzusu gündəmə gələndə bir çox insanın ağlına ilk olaraq iş yerlərinin itirilməsi, nəzarətin itməsi və “distopik gələcək” anlayışı gəlir. Lakin mütəxəssislərin fikrincə, qarşıdakı 25 il bəşəriyyət tarixinin ən böyük irəliləyiş dövrlərindən birinə çevrilə bilər. Futurist Tom Çizrayt və astrofizik doktor Alastair Reynolds 2050-ci ilə qədər həyatımızı dəyişdirəcəyi gözlənilən beş əsas texnoloji dönüşümü sıralayıb.“BƏDBİNLİYİ ÜSTƏLƏYƏCƏK QƏDƏR...

17 Yanvar 2026, 12:20