Məktəblərdə üç fənn BİRLƏŞİR
Cəmiyyət 17 Yanvar 2026, 20:57
207
Prezident İlham Əliyevin təsdiqlədiyi “Azərbaycan Mədəniyyəti - 2040” Mədəniyyət Konsepsiyasında 2026-2030-cu illər ərzində mədəniyyətin təhsilin tərkib hissəsinə çevrilməsi, o cümlədən mədəniyyət sahələrinə və Azərbaycanın mədəni dəyərlərinə dair fənn və biliklərin tədrisinin təmin edilməsi nəzərdə tutulur.
Maraqlıdır ki, bu fənnin adı nə ola bilər? Hansı ixtisası bitirən müəllimlər bu fənni tədris edə bilər? Ümumiyyətlə, bu fənn hansı siniflərdə tədris olunmalıdır?
CityPost.az xəbər verir ki, bu barədə AzEdu.az-a mövzu ilə bağlı Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova danışıb.
O, qeyd edib ki, bu, gələcək nəsillərin dünyagörüşünü formalaşdıran canlı bir mexanizmdir:
"Bu Konsepsiyanın mahiyyətini düzgün anlamaq üçün ilk növbədə Cənab Prezident İlham Əliyevin mədəniyyətə və milli dəyərlərə dair formalaşdırdığı uzunmüddətli baxış bucağına diqqət yetirmək lazımdır. Prezident öz çıxışlarında dəfələrlə vurğulayıb ki, mədəniyyət hər bir xalqın kimliyini yaşadan əsas dayaqlardan biridir və dövlətçilik ənənələrinin davamlılığı məhz bu mənəvi sütunlar üzərində qurulur. Onun yanaşmasına görə, milli mədəniyyət yalnız qorunmalı miras deyil, eyni zamanda gələcək nəsillərin dünyagörüşünü formalaşdıran canlı bir mexanizmdir.
Bu baxımdan “Azərbaycan Mədəniyyəti - 2040” Mədəniyyət Konsepsiyası sadəcə mədəniyyət sahəsi üzrə strateji sənəd deyil, həm də təhsil, ictimai düşüncə və milli kimlik arasında körpü yaradan fundamental bir yol xəritəsidir. Xüsusilə 2026-2030-cu illər üçün nəzərdə tutulan mədəniyyətin təhsilin tərkib hissəsinə çevrilməsi ideyası Prezidentin “milli dəyərlərə söykənən, eyni zamanda müasir düşüncəli cəmiyyət” modelinin praktik təzahürü kimi qiymətləndirilə bilər".
Həmçinin oxuyun
"Baş verənlər regionda humanitar vəziyyətə və ictimai sabitliyə də təsirsiz ötüşməyəcək”
Kiberpolis qanunsuz onlayn qumar oyunları təşkil etməkdə şübhəli bilinən şəxsləri saxlayıb
İranı xaricdən qızıdıranlar var? - Millət vəkili ilə MÜZAKİRƏ
İrandakı hadisələr Rusiyanın mövqeyini daha da zəiflədə bilərmi? – Ekspert şərhi
Bu addım gənc nəslin tarixə, ədəbiyyata, incəsənətə keçirməyi hədəfləyir:
"Cənab Prezidentin dəfələrlə qeyd etdiyi kimi, gənclər milli köklərini dərindən tanımalı, eyni zamanda qlobal dünyada öz kimliyini itirmədən rəqabət apara bilməlidir. Məhz bu səbəbdən mədəniyyətin məktəb mühitinə sistemli şəkildə daxil edilməsi təsadüfi deyil. Bu addım gənc nəslin tarixə, ədəbiyyata, incəsənətə, milli-mənəvi dəyərlərə münasibətini formal bilik səviyyəsindən çıxararaq, daxili mənimsəmə və şüurlu dərk mərhələsinə keçirməyi hədəfləyir.
Eyni zamanda, bu Konsepsiya Prezidentin mədəniyyəti yalnız paytaxt mərkəzli deyil, regionları, yerli irsi, xalq yaradıcılığını və çoxşaxəli mədəni müxtəlifliyi əhatə edən ümummilli dəyər kimi görməsinin də göstəricisidir. Təhsil müstəvisində mədəniyyətin yer alması regionlarda böyüyən uşaqların öz mühitinə, yerli adət-ənənələrinə və tarixi yaddaşına daha şüurlu yanaşmasını təmin edə bilər.
Bu mənada Konsepsiyada nəzərdə tutulan yeni fənnin tətbiqi Prezidentin mədəniyyəti gələcəyə ötürülən strateji kapital kimi dəyərləndirməsinin məntiqi davamıdır və düşünürəm ki, bu yanaşma Azərbaycan təhsilinin məzmun baxımından daha dərin, daha kimlikyönümlü və daha dayanıqlı inkişafına ciddi töhfə verəcək".
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
“Fırtına öncəsi səssizlik” - Siyasi şərhçidən İRAN AÇIQLAMASI
Son günlər İranda baş verən kütləvi etirazlar, ABŞ-ın qlobal siyasətdə atdığı addımlar, eləcə də Qrenlandiya və Venesuela ətrafında yaranan geosiyasi gərginlik beynəlxalq gündəmin əsas mövzularındandır. CityPost.az-ın əməkdaşı bu proseslərin mahiyyətini və mümkün nəticələrini siyasi şərhçi Rusif Məmmədsoy ilə müzakirə edib.– İranda aksiyalar artıq səngiməyə başlayırmı? Bəzi bölgələrdə üsyanların yatırılması və xarici KİV-lərin ABŞ-ın geri çəkildiyi, etirazçıların isə tək qaldığı barədə iddiaları prosesin sonuna işarədirmi?"İranda baş verən etiraz aksiyalarında müəyyən səngimə müşahidə olunsa da, prosesin tam bitdiyini söyləmək hələ tezdir. Hazırda ölkənin bir sıra bölgələrində etirazlar və iğtişaşlar davam edir. Diqqətçəkən məqamlardan biri odur ki, bu aksiyalar ilkin mərhələdə əsasən farsların...
17 Yanvar 2026, 19:21
Şərif Ağayardan sərt tənqid: “Kişi ifaçılar niyə öz səsi ilə oxumur?”
Yazıçı Şərif Ağayar sosial şəbəkədə Azərbaycan estrada və muğam ifaçılığı ilə bağlı sərt və mübahisəli fikirlər səsləndirib.Citypost.az xəbər verir ki, yazıçının paylaşımında əsas tənqid hədəfi kişi ifaçıların səs texnikası və oxuma üslubu olub. Yazıçı hesab edir ki, bir çox kişi müğənni təbii səsi ilə oxumaq əvəzinə süni, zorlanmış tembrə üstünlük verir. Şərif Ağayar bu kontekstdə Mirzə Babayevi istisna kimi göstərərək, onun öz təbii səsi ilə oxuduğunu vurğulayıb.Statusda bir sıra tanınmış sənətkarların adları çəkilərək, onların ifa tərzinin süni və estetik baxımdan problemli olduğu iddia edilib. Müəllif bu oxuma tərzini tarixi və psixoloji kontekstlə əlaqələndirərək, bunu “köləlik psixologiyasının səsə yansıması” kimi qiymətləndirib....
17 Yanvar 2026, 19:03
Hüquq müdafiəçisindən Neftçilər Xəstəxanasına sərt sözlər: "AYIB OLSUN"
Hüquq müdafiəçisi, “Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatı” (NHMT) İctimai Birliyinin sədri Mirvari Qəhrəmanlı sosial şəbəkə hesabında Neftçilər Xəstəxanası ilə bağlı narazılıq dolu paylaşım edib.Citypost.az xəbər verir ki, onun sözlərinə görə, hadisə ötən gün baş verib. Qızı nahar zamanı qurudulmuş balıq yeyərkən sümük qəflətən boğazına ilişib. Bu hal güclü ağrı, yanğı və tənəffüs çətinliyi yaradıb. Mirvari Qəhrəmanlı qızını təcili olaraq Neftçilər Xəstəxanasının Təcili yardım şöbəsinə aparıb.Lakin iddiaya görə, xəstəxanada təxminən bir saat ərzində ağrı və həyəcan içində olan xəstəyə heç bir tibbi müdaxilə göstərilməyib. Qeydiyyatda oturan əməkdaşlara dəfələrlə müraciət edilsə də, nəticə olmayıb. Yalnız “liftin yanındakı ağ düyməni basın” deyildiyi, lakin zəngə...
17 Yanvar 2026, 18:12
AYNA 500 yeni sürücü hazırlayacaq
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) avtomobil nəqliyyatı ilə yük daşımaları sahəsində 5 000 yeni sürücünü hazırlamaq və beynəlxalq bazarda iştirakını təmin etmək hədəfini qarşısına qoyub.Citypost.az xəbər verir ki, bu barədə AYNA-da avtomobil nəqliyyatı ilə beynəlxalq yükdaşıma fəaliyyəti həyata keçirən milli daşıyıcılarla keçirilən görüşdə bildirilib.Məlumata görə, Azərbaycanda avtomobil nəqliyyatı ilə yük daşımaları sahəsində qarşıda duran vəzifələr, milli daşıyıcıların üzləşdikləri çətinliklər, onların həlli yolları ilə bağlı fikir mübadiləsi aparılıb. Hazırda milli daşıyıcıların üzləşdiyi ən böyük çətinlik kadr çatışmazlığı ilə bağlıdır. Əsasən, beynəlxalq yükdaşıma sahəsində peşəkar sürücülərə və yük avtonəqliyyat vasitələrinə texniki qulluq və təmir üzrə ustalara...
17 Yanvar 2026, 17:41
Bəzi yerlərdə GÜCLÜ külək güclənəcək - XƏBƏRDARLIQ
Yanvarın 18-19-da Bakıda və Abşeron yarımadasında, eyni zamanda əksər bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.Bu barədə Citypost.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bildirilib ki, Gəncə, Naftalan, Samux, Goranboy, Daşkəsəndə narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.Bakıda və Abşeron yarımadasında, Balakən, Zaqatala, Qax, Şəki, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Xızı, Qusar, Şabran, Xaçmaz, Quba, Siyəzən, Qobustan, Şamaxı,Salyan, Neftçala, Sabirabad, Saatlı, Şirvan, Hacıqabul, Mingəçevir, Tərtər, Yevlax, Bərdə, Kəlbəcər, Laçın, Füzuli, Zəngilan, Gədəbəy, Göygöl, Lənkəran, Masallı, Astara, Biləsuvar, Lerik, Yardımlı, Cəlilabadda isə sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil...
17 Yanvar 2026, 16:42
Şəfiqə Nağıyeva: "Anamdan sonra qardaşlarımla tək qaldıq"
Vəkil Şəfiqə Nağıyeva S TV-də Ulvira Qarayevanın qonağı olarkən 10 yaşında anasını itirməsindən və uşaqlıq xatirələrindən danışıb.Citypost.az xəbər verir ki, Şəfiqə Nağıyeva bildirib ki, anası ürək xəstəliyindən vəfat edib. “Anam rayona getmişdi, bizi Bakıda qoymuşdu, çünki havası çatmırdı burada. Bir dəfə getdi, gəldi, bizi öpdü və dedi ki, ‘hə, mən qayıtdım’. O sözün mənasını o vaxt anlamırdım. İkinci dəfə getdi və qayıtmadı”, – deyə o xatırlayıb.Şəfiqə Nağıyeva anasını uzunboylu, arıq və uzun saçlı qadın kimi xatırlayır: “Amma anam yuxularıma gəlmir. Uşaqlıqda vaxtımı qardaşlarımla keçirirdim. Çox çətin günlər idi. Anamla bir yerdə vaxt keçirmək yadımda qalmayıb, çünki ayrı qalırdıq”, – deyə...
17 Yanvar 2026, 15:16