Hava şəraiti ilə əlaqədar olaraq 15 nəfər xəsarət alıb
Cəmiyyət 21 Yanvar 2026, 09:49
180
Hava şəraiti ilə əlaqədar olaraq Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna 15 nəfər müraciət edib.
Bu barədə CityPost.az-a Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutundan məlumat verilib.
Həmçinin oxuyun
"Xəsarət alan şəxslərdə əsasən sınıqlar, bilək və said nahiyəsində deformasiyalar, kəskin ağrı və şişkinlik müşahidə olunub. Müraciət edənlərə zəruri tibbi yardım göstərildikdən sonra onlar ambulator müalicə üçün evə buraxılıblar", - məlumatda qeyd olunub.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Qaradağda top mərmisi aşkarlanıb
Bakı şəhəri, Qaradağ rayonu ərazisində 122 mm-lik OF-462 tipli yivli top mərmisi aşkar edilib.Citypost.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.Bildirilib ki, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatın bir ədəd 122 mm-lik OF-462 tipli yivli top mərmisi olduğu müəyyən edilib.Sursat zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib....
21 Yanvar 2026, 10:30
Azərbaycan nefti bahalaşıb
Dünya bazarında Azərbaycan nefti bahalaşıb.Citypost.az xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,51 dollar və ya 0,74 faiz artaraq 69,39 dollar olub.Qeyd edək ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
21 Yanvar 2026, 10:28
İlham Əliyev "Zayed İnsan Qardaşlığı Mükafatı" ilə bağlı nümayəndə heyətini qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 9-da Müsəlman Ağsaqqalları Şurasının baş katibi Məhəmməd Əbdülsalamı, “Zayed İnsan Qardaşlığı Mükafatı”nın münsiflər heyətinin üzvləri - Avropa İttifaqı Şurasının sabiq Prezidenti Şarl Mişeli və Afrika İttifaqı Komissiyasının sabiq sədri Musa Fakini qəbul edib.Citypost.az həmin görüşdən hazırlanan materialı təqdim edir.Azərbaycana həmişə məmnunluqla səfər etdiklərini deyən qonaqlar qəbula görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildirdilər. Onlar 2026-cı il üzrə “Zayed İnsan Qardaşlığı Mükafatı”nın Azərbaycan və Ermənistan arasında sülhün əldə edilməsi ilə bağlı göstərdiyi səylərə görə Prezident İlham Əliyevə təqdim olunacağını bildirərək, bu il fevralın 4-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə mükafatın təntənəli təqdimat mərasiminin keçiriləcəyini dedilər, həmin...
21 Yanvar 2026, 10:25
Azərbaycan Sülh Şurasına üzvlük dəvətini qəbul etdi
Azərbaycan ABŞ Prezidenti Donald Trampın Sülh Şurasına təsisçi üzv olması dəvətini qəbul edib.Citypost.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.Qeyd olunub ki, yanvarın 16-da Tramp Sülh Şurası adlı beynəlxalq təşkilat yaratmaq qərarını elan edərək, Azərbaycanı təşkilata təsisçi üzv dövlət olmağa dəvət edib:"Azərbaycan həmin dəvəti qəbul edərək, Sülh Şurasına təsisçi üzv dövlət olmaq niyyətini ABŞ tərəfinin diqqətinə çatdırıb. Azərbaycanın Sülh Şurasına üzvlüyü ilə bağlı rəsmi təsdiq məktubu ABŞ tərəfinə ünvanlanacaq və tələb olunan prosedurlar çərçivəsində müvafiq tədbirlər həyata keçiriləcək. Azərbaycan hər zaman olduğu kimi beynəlxalq əməkdaşlıq, sülh və sabitliyə fəal töhfə verməyə hazırdır"....
21 Yanvar 2026, 09:56
İctimai şura üzvləri Ədliyyə Nazirliyinin qurumlarında olublar
Ədliyyə Nazirliyi yanında İctimai şuranın üzvləri ədliyyə orqanlarının fəaliyyəti ilə yaxından tanış olmaq və ictimai iştirakçılığın səmərəliliyini artırmaq məqsədilə Nazirliyin Cəzaların icrasına nəzarət baş idarəsinə və İcra xidmətinə baş çəkiblər.Bu barədə CityPost.az-a nazirlikdən bildirilib.Qeyd edilib ki, cəzaların icrasına nəzarət baş idarəsində keçirilən görüşdə baş idarənin rəisi Anar Qocayev qurumun əsas fəaliyyət istiqamətləri, həyata keçirilən islahatlar, qarşıda duran hədəflər barədə məlumat verib.O, cəza siyasətinin humanistləşdirilməsi, cəza-icra qurumlarının fəaliyyətində tətbiq olunan yeni yanaşmalar, eləcə də məhkumların cəmiyyətə reinteqrasiyası istiqamətində görülən işlərdən danışıb.İctimai şura üzvləri, həmçinin İcra xidmətində olublar. Xidmətin rəisi Vidadi Məmmədov qonaqlara icra proseslərində səmərəliliyin və operativliyin artırılması, elektron icra sisteminin...
21 Yanvar 2026, 09:47
Hüquqşünasdan AMEA prezidentinə ciddi iddia: “Karvan” restoranı...
Hüquqşünas Müşviq Abbasov sosial şəbəkə paylaşımında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik İsa Həbibbəyli barədə bir sıra iddialar irəli sürüb.CityPost.az xəbər verir ki, paylaşımda bildirilib ki, Nəqliyyat Nazirliyinin yaxınlığında yerləşən “Karvan” restoranının Həbibbəylilər ailəsinə məxsusdur.Müşviq Abbasovun sözlərinə görə, 2015-ci ildə sözügedən restoranda ofisiant işləyən gənc bir şəxs çilçırağın təmizlənməsi üçün tavana qaldırılıb və nəticədə yıxılaraq ağır xəsarət alıb, belinin sındığı bildirilib.Hüquqşünas qeyd edib ki, həmin hadisə ilə bağlı o, akademik İsa Həbibbəylinin qardaşını məhkəmə məsuliyyətinə cəlb etdirib. Paylaşımda zərərçəkmiş şəxsin müalicə xərcləri üçün Həbibbəylilər tərəfindən ona maddi yardım göstərilmədiyini dəfələrlə dilə gətirdiyi iddia olunur.Müşviq Abbasov vurğulayıb ki, hadisə baş...
20 Yanvar 2026, 20:37