20 Yanvar faciəsindən 36 il ötür
Cəmiyyət 20 Yanvar 2026, 00:05
280
Azərbaycanda 1990-cı il yanvarın 20-də baş vermiş faciədən 36 il keçir.
CityPost.az-ın məlumatına görə, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qorbaçovun əmri ilə SSRİ Müdafiə Nazirliyi, Dövlət Təhlükəsizlik Komitəsi və Daxili İşlər Nazirliyinin qoşun hissələri Bakıya və Azərbaycanın bir neçə rayonuna yeridilib, dinc əhali ağır texnikadan və müxtəlif tipli silahlardan atəşə tutularaq kütləvi qətlə yetirilib.
Sovet ordusunun xüsusi təyinatlı dəstələrinin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklə müşayiət edilib. Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbçilər 82 nəfəri amansızcasına qətlə yetirib, 20 nəfəri ölümcül yaralayıb. Fövqəladə vəziyyət elan edildikdən sonra isə bir neçə gün ərzində Bakı şəhərində 21 nəfər öldürülüb. Fövqəladə vəziyyətin elan olunmadığı rayon və şəhərlərdə - yanvarın 25-də Neftçalada və yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilib.
Beləliklə, qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və ətraf rayonlarında 131 nəfər öldürülüb, 744 nəfər yaralanıb. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milis nəfərləri olub.
Qoşunların qanunsuz yeridilməsi həm də dinc əhali arasında kütləvi həbslərlə müşayiət olunub. Əməliyyatların gedişi boyunca paytaxt Bakı və respublikanın digər şəhər və rayonlarından 841 nəfər qanunsuz həbs edilib, onlardan 112-si SSRİ-nin müxtəlif şəhərlərindəki həbsxanalara göndərilib.
Hərbi qulluqçular tərəfindən 200 evə, 80 avtomobilə, o cümlədən təcili yardım maşınlarına atəş açılıb, yandırıcı güllələrin törətdiyi yanğınlar nəticəsində külli miqdarda dövlət və şəxsi əmlak məhv edilib.
1990-cı il yanvar qurbanları simvolik olaraq “20 Yanvar şəhidi” adlanır. Ümumilikdə, Azərbaycanın 150 nəfər “20 Yanvar şəhidi” var.
Həmçinin oxuyun
Faciədən dərhal sonra - 1990-cı il yanvarın 21-də Ümummilli Lider Heydər Əliyev ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək doğma xalqı ilə həmrəy olduğunu nümayiş etdirib, SSRİ rəhbərliyinin törətdiyi bu qanlı əməliyyata kəskin etirazını bildirib və həmin əməliyyata rəhbərlik edənləri ifşa edib.
Yanvar faciəsi ümumxalq hüznü olmaqla yanaşı, həm də Azərbaycan xalqının iradəsinin sarsılmazlığını, mətinliyini göstərdi. Sovet ordusunun amansızlığına və qəddarlığına, Bakıda fövqəladə vəziyyət tətbiq edilməsinə baxmayaraq, Azərbaycan xalqı yanvarın 22-də paytaxtın “Azadlıq” meydanında 20 Yanvar şəhidlərinin dəfni ilə əlaqədar matəm yürüşü keçirib. Şəhidlər xiyabanındakı dəfn mərasimində 2 milyona yaxın insan iştirak edib. Xalqın tələbi ilə Azərbaycan SSR Ali Sovetinin fövqəladə sessiyası çağırılıb və Bakı şəhərində fövqəladə vəziyyətin ləğv edilməsi haqqında qərar qəbul edilib, lakin xalqın qəzəbindən qorxuya düşən respublikanın əksər rəhbər vəzifəli şəxsləri həmin sessiyada iştirak etməyib.
1994-cü il martın 29-da Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar faciəsinə ali qanunvericilik orqanı – Milli Məclis səviyyəsində ilk dəfə hüquqi-siyasi qiymət verilib. O vaxtdan 20 yanvar Azərbaycanda hər il Ümumxalq Hüzn günü kimi qeyd olunur. Hər il yanvarın 20-də rəsmi şəxslər, sıravi vətəndaşlar Şəhidlər xiyabanında 20 Yanvar faciəsi qurbanlarını ziyarət edirlər.
Xüsusi tədbirlər planına uyğun olaraq, ziyarətçilərin təhlükəsizliyini təmin etmək məqsədilə yanvarın 20-si saat 08:00-dan mərasim başa çatanadək Şəhidlər xiyabanı istiqaməti üzrə küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılır. Bu istiqamətdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə edilməsi, ictimai nəqliyyata üstünlük verilməsi tövsiyə olunur.
Yanvarın 20-də Bakı vaxtı ilə saat 12.00-da ölkə ərazisində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək, gəmilər, avtomobillər və qatarlar səs siqnalları verəcək. Həmin gün ölkə ərazisində matəm əlaməti olaraq Azərbaycanın dövlət bayraqları endiriləcək.
Dünya ictimaiyyətinin diqqətini Qanlı Yanvar faciəsinə yönəltmək üçün Azərbaycanın xarici ölkələrdəki səfirlikləri, diplomatik nümayəndəlikləri, Azərbaycan icmaları tərəfindən də müvafiq tədbirlər həyata keçirilir.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Prezident İlham Əliyev 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə bağlı paylaşım edib
Prezident İlham Əliyev 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə bağlı paylaşım edib.CityPost.az paylaşımı təqdim edir: View this post on Instagram A post shared by @presidentaz
20 Yanvar 2026, 00:07
Mehriban Əliyeva 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə bağlı paylaşım edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə bağlı paylaşım edib.CityPost.az paylaşımı təqdim edir: View this post on Instagram A post shared by Mehriban Aliyeva (@firstvicepresidentazerbaijan)
20 Yanvar 2026, 00:01
“Anar AYB-nin adına müxtəlif yerlərdən torpaq alıb faizlə satır”
“Azərbaycan Yazıçılar Birliyinin (AYB) nümayəndələri məhkəmədə iştirak etmədikləri üçün proses fevralın 9-da davam etdiriləcək”.Bunu Musavat.com-a açıqlamasında şair İlham Qəhrəman AYB ilə davam edən məhkəmə çəkişməsi barədə danışarkən deyib.Şair bildirib ki, Sabunçu Rayon Məhkəməsinin AYB-nin iddiası üzrə çıxardığı qərardan apellyasiya şikayəti verib və fevral ayında işə yenidən baxılacaq:“Hakim və onun köməkçiləri məni dinlədilər. Dedilər ki, AYB-nin nümayəndəsi məhkəmədə iştirak etmədiyinə görə proses təxirə salınır”.İlham Qəhrəman deyib ki, birinci instansiya məhkəməsində linqvistik ekspertiza onun yazısının araşdırılmalı olduğunu göstərsə də, bu istiqamətdə hər hansı addım atılmayıb:“Yazıçı Anarın ətrafında ədəbiyyatın xırmanında olmayıb, təhnəsindən yeyən xeyli adam var. Elə şəxslər var ki, AYB-dən bir neçə...
19 Yanvar 2026, 22:50
Prezident Davosda daha bir görüş keçirdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 19-da Davosda “Vestas Wind Systems” şirkətinin marketinq, kommunikasiya, davamlılıq və ictimaiyyətlə əlaqələr üzrə qrupunun baş vitse-prezidenti Morten Dirholm ilə görüşüb.Citypost.az xəbər verir ki, söhbət zamanı bu şirkətin ölkəmizdə bərpaolunan enerji, xüsusilə külək enerjisi sahəsində fəaliyyətinə toxunuldu, mövcud əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğu bildirildi.Azərbaycanın xarici investorlar üçün cəlbedici məkan olduğu vurğulandı, ölkəmizdə əlverişli investisiya və biznes mühitinin mövcudluğu məmnunluqla qeyd edildi.Görüşdə Azərbaycan ilə “Vestas Wind Systems” şirkəti arasında əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparıldı....
19 Yanvar 2026, 20:59
Elgün Əhmədov yeni vəzifəyə təyin olundu
Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin İmişli rayon Dövlət Yanğından Mühafizə Hissəsinə yeni rəis təyin edilib. CityPost.az teleqraf-a istinadən bildirir ki, 25 iyun 2024-cü il tarixindən etibarən hissə rəisi vəzifəsini müvəqqəti icra edən daxili xidmət polkovnik-leytenantı Əhmədov Elgün Vahid oğlu 29 dekabr 2025-ci il tarixdən rəsmi olaraq İmişli rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi vəzifəsinə təyin olunub.
19 Yanvar 2026, 20:54
Zərəfan yaddaşı dəstəkləyə bilər
Alimlər müəyyən ediblər ki, zəfəran ekstraktı yaddaşı qorumağa, narahatlığı azaltmağa və yaşlılıq dövründə maddələr mübadiləsini yaxşılaşdırmağa kömək edə bilər. Nəticələr Nutrients jurnalında dərc olunmuş doklinik araşdırmada yer alıb.Citypost.az-ın məlumatına görə tədqiqatda zəfəranın əsas aktiv birləşmələri — safranal və krozinləri dəqiq dozada ehtiva edən standartlaşdırılmış ekstrakt istifadə olunub. Araşdırmalar yaddaşın pozulması, narahatlığın artması və metabolik pozuntuların müşahidə olunduğu yaşlı siçanlar üzərində aparılıb. Məlum olub ki, safranal qəbuldan sonra qana keçir, bu da onun bioloji əlçatanlığını göstərir.Yüksək doza ekstrakt narahat davranışı azaldıb və yeni obyektləri tanıma qabiliyyətini yaxşılaşdırıb, bu da yaddaş funksiyasının artdığını göstərir. Bu təsirlər stress, emosiyalar və neyroplastikliklə bağlı beyin...
19 Yanvar 2026, 20:46