Nevroloqdan yuxu ilə bağlı vacib AÇIQLAMA
Tibb 20 Yanvar 2026, 21:47
178
Yaş artdıqca yuxu problemləri bir çox insanın gündəlik həyat keyfiyyətinə ciddi təsir göstərməyə başlayır. Xüsusilə yaşlı insanlarda yuxuya getmədə çətinlik, gecə yuxularının tez-tez bölünməsi və səhər yorğun oyanmaq halları geniş yayılıb. Mütəxəssislər bildirir ki, bu problemlər təkcə psixoloji deyil, əsasən fizioloji və sağlamlıqla bağlı amillərlə əlaqədardır.
Nevroloq Röyanə Quluzadə mövzu ilə bağlı CityPost.az-a açıqlamasında qeyd edir ki, yaşlı insanlarda yuxu pozuntularının əsas səbəblərindən biri beyində yuxu hormonlarının ifrazına cavabdeh olan epifiz vəzinin yaşla əlaqədar olaraq kiçilməsi və funksiyasının zəifləməsidir.
Onun sözlərinə görə, yaş artdıqca beyində ümumi atrofiya prosesi getdiyi kimi, epifiz vəzidə də atrofiya baş verir və nəticədə yuxu hormonunun ifrazı azalır. Bu isə gecə yuxusunun dərinliyinə və davamlılığına birbaşa təsir edir.
Röyanə Quluzadə bildirir ki, yaşlı insanlarda gündüz saatlarında tez-tez mürgüləmə halları da gecə yuxusunun pozulmasına səbəb olur. Gündüz yuxusunun artması axşam saatlarında yuxunun səthi və qırıq olmasına gətirib çıxarır. Bu baxımdan mütəxəssis gündüz mürgüləmələrinin mümkün qədər məhdudlaşdırılmasını tövsiyə edir.
Nevroloqun sözlərinə görə, yaşla birlikdə insanın bioloji ritmində də müəyyən pozuntular yaranır. Xüsusilə gecə saatlarında baş verən xroniki ağrılar yaşlı insanların yuxusunu ciddi şəkildə narahat edir. Oynaq xəstəlikləri, şəkərli diabet və arterial təzyiq kimi xroniki xəstəliklər gecə ağrılarına səbəb olur və bu da tez-tez oyanmalara, yuxunun parçalanmasına gətirib çıxarır.
Həmçinin oxuyun
Röyanə Quluzadə vurğulayır ki, yuxu pozuntuları uzun müddət davam edərsə, mütləq həkimə müraciət etmək lazımdır. Onun sözlərinə görə, xroniki ağrıların vaxtında müalicəsi, yuxu hormonunun balansının bərpa olunması və düzgün tibbi nəzarət nəticəsində yaşlı insanlarda yuxu problemlərini əhəmiyyətli dərəcədə azaltmaq mümkündür.
Hazırladı: Turan
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Qızdırma zamanı qıcolma təhlükəlidirmi?
Qızdırma zamanı uşaqlarda müşahidə olunan qıcolmalar valideynlər arasında ciddi narahatlıq yaradır. Xüsusilə bu cür halların gələcəkdə epilepsiya xəstəliyinə səbəb olub-olmaması ən çox verilən suallardandır. Mövzu ilə bağlı CityPost.az-a nevroloq Röyanə Quluzadə açıqlama verib.Həkimin sözlərinə görə, qızdırma fonunda baş verən qıcolmalar tibbdə febril qıcolmalar adlanır və əksər hallarda təhlükəli hesab edilmir. Röyanə Quluzadə bildirir ki, sadə febril qıcolmalar adətən 15 dəqiqədən az davam edir, uşaq qısa müddətdə özünə gəlir və qıcolmadan sonra hər hansı nevroloji fəsad müşahidə olunmur. Belə hallarda gələcəkdə epilepsiya xəstəliyinin yaranma riski demək olar ki, olmur.Nevroloq qeyd edir ki, bəzi febril qıcolmalar isə daha ağır keçə və risk...
20 Yanvar 2026, 21:44
Alimlər: 12 yaşadək uşaqlara fastfud vermək məsləhət deyil
12 yaşadək uşaqlara fastfud vermək məsləhət deyilCitypost.az xəbər verir ki, Mütəxəssislərin apardığı araşdırmalara görə, 12 yaşına qədər uşaqların fastfud qidalarla qidalanması tövsiyə edilmir. Araşdırmalarda bildirilir ki, bu cür qidalar uşaqlarda həm qısa, həm də uzunmüddətli sağlamlıq problemlərinə səbəb ola bilər.Tədqiqat nəticələrinə əsasən, fastfudun istifadəsi xüsusilə piylənmə, ürək-damar xəstəlikləri, şəkərli diabet və mədə-bağırsaq sistemi problemləri ilə birbaşa əlaqəlidir. Mütəxəssislər vurğulayırlar ki, bu risklər 12 yaşadək uşaqlarda daha yüksəkdir.Araşdırmalarda qeyd olunur ki, qidalanma mədəniyyəti məhz uşaqlıq dövründə formalaşır və fastfudun mütəmadi istehlakı uşaqlarda sağlam olmayan qida vərdişlərinin yaranmasına gətirib çıxarır. Eyni zamanda, 7 yaşına qədər uşaqların həzm sistemi tam formalaşmadığından, sürətli qidaların...
20 Yanvar 2026, 17:06
Sidik kisəsi xərçəngində proqnozu dəyişən gözəgörünməz əlamət
Sidik kisəsi xərçənginin erkən mərhələdə aşkarlanması birbaşa olaraq xəstənin sağ qalma ehtimalı ilə əlaqəlidir. Lakin yeni araşdırma göstərir ki, bəzi insanlar üçün diaqnoza aparan yol indiyədək demək olar ki, nəzərə alınmayan səbəblərə görə daha çətin ola bilər.Citypost.az-ın məlumatına görə Araşdırmanın nəticələri Nature Health jurnalında dərc olunub.Alimlər bu xəstəliyin əsas erkən əlamətlərindən biri olan sidikdə qanın hər zaman asanlıqla fərq edilmədiyinə diqqət çəkiblər. Xüsusilə də rəng görmə pozuntusu olan şəxslər üçün bu simptomu aşkar etmək daha çətin olur.Sidik kisəsi xərçəngi çox zaman ağrı və ya ciddi narahatlıq olmadan inkişaf edir. Xəstəliyin erkən mərhələlərində sidiyin rənginin dəyişməsi istisna olmaqla, demək olar ki,...
19 Yanvar 2026, 15:31
Qulaqda və başda eşidilən cingilti nəyin ƏLAMƏTİDİR? - Nevroloqdan açıqlama
Son dövrlər bir çox insan qulaqda və başın içində davamlı səs, uğultu, cingilti və ya gurultu hiss etməklə bağlı həkimlərə müraciət edir. Pasiyentlər bu vəziyyəti bəzən “başın içində motor işləyirmiş kimi” hiss etdiklərini bildirirlər. Nevroloq Röyanə Quluzadənin mövzu ilə bağlı CityPost.az-a verdiyi açıqlamaya görə, bu cür şikayətlərin sayı son vaxtlar nəzərəçarpacaq dərəcədə artıb."Qulaqda və ya başın içində eşidilən bu səslər tibbdə tinnitus adlanır. Qeyd olunur ki, tinnitus müstəqil xəstəlik deyil, müxtəlif sağlamlıq problemlərinin fonunda ortaya çıxan bir simptomdur. Onun yaranmasına səbəb olan amillər isə kifayət qədər çoxdur.Ən sadə səbəblərdən biri qulaqda yaranan tıxaclardır. Bu tıxaclar səsin normal keçiriciliyini pozur və nəticədə...
19 Yanvar 2026, 15:14
Gündəlik həyatla əlavə kalori yandırmaq mümkündür - Mütəxəssis RƏYİ
İdman zalına getmədən və uzun məşq proqramlarına qoşulmadan da gündəlik həyatda əlavə kalori yandırmaq mümkündür. Kiçik vərdişlər və əyləncəli hərəkətlər metabolizmanı sürətləndirərək daha aktiv həyat tərzinə səbəb ola bilər.Citypost.az-ın məlumatına görə Mütəxəssislər gündəlik həyatda kalori yandırmağın bir neçə maraqlı yolunu tövsiyə edir. Məsələn, diş fırçalarkən yüngül squat hərəkətləri etmək, telefonla danışarkən evdə gəzmək, sevdiyiniz musiqiyə uyğun qısa müddətli dans etmək metabolizmi canlandırır və bədən enerjisini artırır. Ev işlərini—yerləri süpürmək, pəncərə silmək və ya evdə ümumi təmizliklə məşğul olmaq—tempolu şəkildə görmək də orta səviyyəli məşq kimi enerji sərfi yaradır.Televiziya və ya serial izləyərkən reklam fasilələrini də hərəkət vaxtına çevirə bilərsiniz. Məsələn,...
19 Yanvar 2026, 11:55
Piylənmə və immunitet: Alimlər unikal xüsusiyyətlər AŞKARLADI
İsveçin Karolinska İnstitutu, Danimarkanın Steno Diabet Mərkəzi və Almaniyanın Münhen şəhərində yerləşən Helmholtz İnstitutunun alimləri tərəfindən aparılan yeni genişmiqyaslı tədqiqat göstərib ki, bağırsaq nahiyəsində yerləşən qarın piy toxuması sadəcə enerji ehtiyatı deyil, iltihab proseslərinə və piylənməsi olan insanlarda immun sisteminin fəaliyyətinə təsir göstərə bilən aktiv toxuma orqanıdır.Citypost.az-ın məlumatına görə tədqiqat müəllifləri ağır dərəcəli piylənməsi olan insanların qarın boşluğundakı müxtəlif piy toxuması sahələrini analiz ediblər və müəyyən ediblər ki, yoğun bağırsağa bitişik olan piy toxuması (epiploik piy toxuması) digər sahələrdən kəskin şəkildə fərqlənir.Məlum olub ki, bu toxumada iltihab prosesləri ilə əlaqəli piy hüceyrələri, eləcə də çoxsaylı immun hüceyrələr üstünlük təşkil edir....
18 Yanvar 2026, 12:28