Bizə yazın

Baku

-°C

USD

-

Layiq Mehdiyev kimdir? Prokuror yoxsa...  

Cəmiyyət 19 Yanvar 2026, 14:32

374

Citypost.az saytına əri polis baş-leytenantı Sərvər Abbasov,atası Eldar Dadaşov və qardaşı Uğur Dadaşov Qarabağ Müharibəsində qəhrəmancasına şəhid olmuş Hicran Dadaşova  tərəfindən müraciət daxil olub. 

O, müraciətində bildirir: “Həyat yoldaşım,atam və qardaşım– hər üçü Qarabağ Müharibəsi şəhidləridir. NZS qəsəbəsindəki Mingəçevir küçəsi 22-də yerləşən baxımsız vəziyyətdə olan ərazini öz hesabımıza zibillərdən və digər məişət tullantılarından təmizləməklə, kiçik də olsa mebel sexi qurmuşuq. Çətinliklə də olsa ailəmizi birtəhər dolandırırıq.

Bir neçə gün əvvəl özünü Baş Prokurorluğun məsul işçisi kimi təqdim edən Layiq Mehdiyev adlı şəxs sexə gəlib orada inzibati işləri həyata keçirən Eltac Şəmiyevə guya sexin yerləşdiyi ərazinin ona məxsus olduğunu bildirib.

O, E.Şəmiyevə ərazini tezliklə tərk etmək tapşırığı verib. Biz dəfələrlə onunla danışıqlar yolu ilə məsələyə aydınlıq gətirmək istədik və əraziyə dair əlində hər hansı hüquqi sənəd təqdim etməsini tələb etdik. O isə telefonundakı 1991-ci ildə Rayon Xalq Deputatları Soveti tərəfindən verilmiş rus dilində olan hansısa müammalı qərarın  şəklini göstərməklə kifayətlənib. L.Mehdiyev daha sonra bildirib ki, sahənin 6 sotu ona, qalan hissəsi isə hələlik kimliyi bizə bəlli olamayan 2 nəfər şəxsə məxsusdur.

O, indiyədək 3 dəfə sexə gəlib. Əlimizdə onun apardığı söhbətlər və bizə olan təhdidlərə dair video materallar mövcuddur. Sonradan öyrəndik ki, Layiq Mehdiyev adlı şəxs Baş Prokurluqda və onun hər hansı yerli qurumunda çalışmır. O, 90-cı illərin sonlarında həqiqətən Bakı şəhər Prokurorunun müavini vəzifəsində təmsil olunub. Hazırda isə vaxtilə təhsil aldığı Rusiya Federasiyasında yaşayır və biznes fəaliyyəti ilə məşğuldur. Biz ona 3 qat şəhid ailəsi olduğumuzu, bura bizim yeganə qazanc mənbəyimiz olduğunu, ərazidə dair hüquqi sənəd (çıxarış) təqdim edəcəyi tərzdə, ərazini könüllü tərk edəcəyimizi təkrar bildirdik. L.Mehdiyev isə təhqiramiz şəkildə ironiya ilə gülümsəyərək “İstəsəm bura 10 şəhid ailəsi tökərəm” deyərək bizi təhqir etdi və polislə hədələdi. Sexdə inzibati işləri həyata keçirən Eltac Şəmiyevi Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Bölməsinə heç bir əsas olmadan apartdırıb və ərazini tərk edəcəyimizə dair iltizam verməyə məcbur etdirib. 

Biz isə L.Mehdiyevin qanunsuz hərəkətlərinə rəğmən mövcud vəziyyətlə bağlı Bakı şəhər Prokurorluğuna müraciət etdik. Dərhal şikayətimiz nəzarətə götürüldü və Xətai rayon Prokurorluğuna məsələni operativ şəkildə araşdırmaq tapşırığı verildi.

Cənab Prezident İlham Əliyev dəfələrlə televiziya çıxışlarında və şəhid ailələri ilə görüşləri zamanı bildirib ki, şəhid və qazi ailələrinə diqqət göstərilsin və lazımi şərait yaradılsın. Şəhid ailələrinə diqqət göstərmək hər bir vətəndaşın mənəvi borcudur.

L.Mehdiyevin şəhid ailəsi olaraq bizə göstərdiyi sayqısız münasibət göz önündədir.O,bu hərəkətləri ilə nəinki bizə,eyni zamanda Prezidentin tapşırıqlarına qarşı getmiş hesab olur.

Əgər L.Mehdiyev anoloji hərəkətlərini davam etdirərsə, məcburiyyət qarşısında cənab Preziden İlham Əliyevə və Birinci Vitse Prezident Mehriban xanım Əliyevaya müraciət etməli olacağıq”.

Hazırladı: Müşərrəfxanım 

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Prezident İlham Əliyev 2026-cı il üçün “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görülüb 

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) nüfuzlu Şeyx Zayed Fondu 2026-cı il üçün “Zayed İnsan Qardaşlığı Mükafatı”nın qaliblərinin adlarını açıqlayıb.Citypost.az  xəbər verir ki, mükafata layiq görülənlər arasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də var.Bu barədə Şeyx Zayed Fondunun rəsmi internet səhifəsində məlumat verilib. Məlumatda qeyd edilir ki, bu mükafat Qafqazda onilliklər ərzində davam edən münaqişəyə və humanitar əzablara son qoyan - “Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında Saziş”in paraflanmasına görə verilib.2026-cı ilin mükafatçıları dialoq və birgəyaşayış sahəsində tanınmış şəxslər və mütəxəssislərdən ibarət müstəqil beynəlxalq münsiflər heyəti tərəfindən seçilib.“Zayed İnsan Qardaşlığı Mükafatı”nın münsiflər komitəsinin üzvü və...

19 Yanvar 2026, 16:19

Səfərbərlik Xidmətinin rəhbərliyi Şəhidlər xiyabanını ziyarət edib 

20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rəisi general-mayor Mürsəl İbrahimov və Xidmətin şəxsi heyəti Şəhidlər xiyabanını ziyarət edib.Bu barədə Citypost.az-a SHXÇDX-dən məlumat verilib.Bildirilib ki, Azərbaycanın azadlığı uğrunda canlarından keçən şəhidlərin müqəddəs xatirəsi ehtiramla yad edilib, məzarlarına qərənfillər düzülüb.Sonra "Əbədi məşəl" abidəsinin önünə əklil qoyulub.

19 Yanvar 2026, 16:16

Türkiyədə qarı yağışını rəqs edərək qeyd etdilər

Türkiyənin Balıkesir vilayətinin Edremit rayonun Kazdağlarının Hanlar ərazisinə yağan qar, bazar günü və semestr tətili ilə üst-üstə düşüb. Uzun müddətdir şəhər mərkəzində qar görməyən Edremitlilər ağ örpəyə bürünmüş təbiətin dadını çıxarmaq üçün əraziyə axışıb.Citypost.az Türkiyə mediasına istinadən xəbər verir ki, vətəndaşların bir qismi musiqi sədaları altında əylənərək qar yağışını qeyd edib, digərləri isə manqal qalayaraq vaxt keçirib. Tətilə təsadüf edən qar yağışı uşaqlar üçün də əsl sevincə çevrilib – onlar qar topu oynayıb, xizəklə sürüşüblər.Bölgəyə çox sayda avtomobilin gəlməsi Kazdağlarının bir neçə hissəsində sıxlığa səbəb olub, bəzi məqamlarda hərəkət çətinləşib. Səlahiyyətli qurumlar sürücüləri diqqətli olmağa və yol hərəkəti qaydalarına əməl...

19 Yanvar 2026, 15:57

Prezident birinci xanımla İsveçrədə 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün yanvarın 19-da İsveçrə Konfederasiyasına səfərə gəlib.Citypost.az xəbər verir ki, dövlətimizin başçısını və birinci xanım Mehriban Əliyevanı Sürix şəhərinin beynəlxalq hava limanında rəsmi şəxslər qarşıladılar. 

19 Yanvar 2026, 15:16

Mədəniyyət Nazirliyinin kollektivi 20 Yanvar şəhidlərinin xatirəsini yad edib  

20 yanvar – Ümumxalq Hüzn Günü münasibətilə Mədəniyyət Nazirliyinin rəhbərliyi və kollektivi, mədəniyyət ocaqlarının, idarə və müəssisələrin, yaradıcılıq təşkilatlarının nümayəndələri Şəhidlər xiyabanını ziyarət ediblər. Citypost.az xəbər verir kİ,Milli mücadilə uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları önünə güllər düzülüb, ölməz ruhlarına ehtiram ifadə olunub. 1990-cı ilin 20 yanvarında – 36 il öncə Bakıda baş verən hadisələr Azərbaycan tarixinin təkcə faciə yox, həm də qürur və şərəf səhifəsidir. 70 illik mürtəce imperiyanın pəncəsindən qurtulmağa çalışan, ərazi bütövlüyünün pozulmasına etiraz edən, suveren hüquqlarının müdafiəsinə qalxan Azərbaycan xalqının milli iradəsini qırmağa çalışdılar. Yanvarın 20-nə keçən gecə Sovet ordusu əliyalın insanlara qarşı misli görünməmiş qəddarlıq nümayiş...

19 Yanvar 2026, 14:43

Ölkədə evlənənlərin sayı AZALIB 

Ötən ilin yanvar-noyabr ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 44996 nikah və 18832 boşanma halları qeydə alınıb.Citypost.az  xəbər verir ki, bu, Dövlət Statistika Komitəsinin yanvar-dekabr ayında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərini əks etdirən nəşrdə öz əksini tapıb.Qeyd edilib ki, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 4,9-dan 4,8-ə, boşanmaların sayı isə 2,1-dən 2,0-a düşüb....

19 Yanvar 2026, 14:40