Prezident İlham Əliyev Şəhidlər xiyabanını ziyarət etməsi ilə bağlı videoçarx paylaşıb - VİDEO
Cəmiyyət 20 Yanvar 2026, 11:00
221
Azərbaycan Prezidenti İlham Əliyev Şəhidlər xiyabanını ziyarət etməsi ilə bağlı sosial şəbəkə hesablarında videoçarx paylaşıb.
CityPost.az xəbər verir ki, paylaşımda “20 Yanvar - Ümumxalq Hüzn Günü” sözləri yer alıb.
Həmçinin oxuyun
20 Yanvar - Ümumxalq Hüzn Günü pic.twitter.com/Jk0V6FoV6a
— İlham Əliyev (@azpresident) January 20, 2026
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Gənc qızlar arasında gecə həyatı, əxlaqsızlığın narahatedici səviyyədə yayğınlaşması… -Fazil Mustafa yazır
İstanbula gəlmişkən dostlarla axşamüstü görüşüb çay içmək üçün yaxındakı çay-qəhvə məkanına girdik. Bu məkanın əsas binaya artırma hissəsinin üstünü qapalı göstərmək üçün komuflyaj edərək rahat siqaret və qəlyan çəkməyə uyğunlaşdırmışdılar. Təmiz havalı yer tapa bilmədiyimizə görə vaxtımızın qiymətli olduğunu düşünərək başqa məkan axtarışına çıxmadıq.Hamısı mənim kimi siqaret və qəlyan görəndə yüz addım uzağa qaçan dostlarla boş bir yer tapıb çay sifarişimizi verdik. Oturan kimi ətrafa diqqət etdim. Ətraf masalarda əsasən gənc oğlan və qızlar oturub çay və yaxud qəhvə içir, söhbətləşir… və əksəriyyəti siqaretı damağında tüstülədirdi.İstisna olaraq siqaret çəkməyən oğlanlar gözə çarpsa da, demək olar ki, bütün qızların ya damağında...
20 Yanvar 2026, 12:29
FHN davam edən kəskin hava şəraiti ilə bağlı əhaliyə müraciət edib
Fövqəladə Hallar Nazirliyi (FHN) əhaliyə müraciət edərək, bir neçə gündür davam edən kəskin hava şəraitində müvafiq təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırıb.Citypost.az xəbər verir ki, nazirliyin müraciətində qaz və elektrik qızdırıcı cihazlarından istifadə zamanı yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunmasına da toxunulub:"Nasaz, qeyri-standart və ya kustar üsulla hazırlanmış qızdırıcı cihazlardan istifadə edilməməli, elektrik şəbəkəsi həddindən artıq yüklənməməli, işlək vəziyyətdə olan qızdırıcı cihazlar nəzarətsiz qoyulmamalıdır."Bildirilib ki, xüsusilə dağlıq ərazilərdə vətəndaşlar şaxtalı və qarlı havada mümkün qədər yaşayış məntəqəsini tərk etməməli, belə bir zərurət yarandıqda hərəkət istiqaməti barədə yaxınlarını əvvəlcədən məlumatlandırmalı, avtomobilin texniki göstəricilərinin fəslə uyğunluğunu və kifayət qədər yanacaq ehtiyatını təmin...
20 Yanvar 2026, 12:07
Azərbaycanda 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub
Bu gün saat 12:00-da 20 Yanvar faciəsinin 36-cı ildönümü münasibəti ilə əlaqədar Azərbaycanın bütün ərazisində bir dəqiqəlik sükut olub.Citypost.az xəbərinə görə, Bakı Dəniz Limanına yan alan gəmilər və paytaxt yollarında hərəkət edən avtomobillər səs siqnalları verib, Azərbaycan xalqının başına gətirilən faciəni hər kəs anıb.Bakı metrosunda qatarlardan fit səsinin müşayiəti ilə bir dəqiqəlik sükut elan edilib.Qeyd edək ki, SSRİ rəhbərliyi 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə beynəlxalq hüquq normalarını və ölkə qanunlarını büsbütün tapdalamaqla, əhalini xəbərdar etmədən Bakı şəhərində fövqəladə vəziyyətin tətbiqinə başlayıb. Sovet ordusu hissələrinin, xüsusi təyinatlı dəstələrin, daxili qoşunların iri kontingentinin və hətta SSRİ-nin ermənilərin sıx yaşadığı...
20 Yanvar 2026, 12:00
İlham Əliyev “Euronews”a müsahibə verib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 20-də Davosda “Euronews” televiziyasına müsahibə verib.Citypost.az xəbər verir ki, sonra dövlət başçısı “Azərbaycan rəhbərliyi ilə səhər yeməyi” adlı tədbirdə iştirak edib, müxtəlif ölkələri təmsil edən biznes nümayəndələrinin suallarını cavablandırıb.
20 Yanvar 2026, 11:52
Ramil Əliyev vəzifəsindən azad olundu
Külli miqdarda vergi borcu ilə üzləşən “Buta Elektroniks” MMC-nin qanuni təmsilçisi Ramil Əliyev vəzifəsindən azad olunub. CityPost.az bildirir ki, iqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı müvafiq qərar qəbul olunub. Digər qərarla şirkətə Anar Əsədullayev yeni qanuni təmsilçi təyin edilib. Qeyd edək ki, “Buta Elektroniks” MMC 2020-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 manatdır. Şirkətin uzun müddətdir dövlət qarşısında yığılmış vergi borcu mövcuddur. Hazırda isə Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə yüksək məbləğdə - 291 646.74 manat vergi borcu vardır. ...
20 Yanvar 2026, 10:42
DİN hava şəraiti ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edib
Daxili İşlər Nazirliyi (DİN) qarlı hava şəraiti ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edib.CityPost.az xəbər verir ki, müraciətdə deyilir:"Hazırda əvvəlcədən xəbərdarlıq edildiyi və proqnozlaşdırıldığı kimi, o cümlədən paytaxtda və digər şəhər və rayonlarda yol hərəkəti iştirakçıları üçün əlverişsiz hava və yol şəraiti müşahidə olunur. Mövcud vəziyyət yol hərəkətinin təhlükəsizliyinə birbaşa təsir göstərir və hər kəsdən daha yüksək diqqət və məsuliyyət tələb edir.Xüsusilə qeyd etmək istəyirik ki, hazırkı hava şəraiti ilə əlaqədar olaraq yol örtüyündə sürüşmə ehtimalı çox yüksəkdir. Bəzi ərazilərdə, xüsusilə qar yağan yol sahələrində sürüşkənlik daha da artır ki, bu da nəqliyyat vasitələrinin idarə olunmasını çətinləşdirir və qəza riskini...
20 Yanvar 2026, 10:05