Bizə yazın

Baku

-°C

USD

-

Ramil Əliyev vəzifəsindən azad olundu 

Cəmiyyət 20 Yanvar 2026, 10:42

210

Külli miqdarda vergi borcu ilə üzləşən “Buta Elektroniks” MMC-nin qanuni təmsilçisi Ramil Əliyev vəzifəsindən azad olunub.

 

CityPost.az  bildirir ki, iqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı müvafiq qərar qəbul olunub.

 

Digər qərarla şirkətə Anar Əsədullayev yeni qanuni təmsilçi təyin edilib.

 

Qeyd edək ki, “Buta Elektroniks” MMC 2020-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 manatdır. Şirkətin uzun müddətdir dövlət qarşısında yığılmış vergi borcu mövcuddur. Hazırda isə Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə yüksək məbləğdə - 291 646.74 manat vergi borcu vardır. 

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

FHN davam edən kəskin hava şəraiti ilə bağlı əhaliyə müraciət edib 

Fövqəladə Hallar Nazirliyi (FHN) əhaliyə müraciət edərək, bir neçə gündür davam edən kəskin hava şəraitində müvafiq təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırıb.Citypost.az xəbər verir ki, nazirliyin müraciətində qaz və elektrik qızdırıcı cihazlarından istifadə zamanı yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunmasına da toxunulub:"Nasaz, qeyri-standart və ya kustar üsulla hazırlanmış qızdırıcı cihazlardan istifadə edilməməli, elektrik şəbəkəsi həddindən artıq yüklənməməli, işlək vəziyyətdə olan qızdırıcı cihazlar nəzarətsiz qoyulmamalıdır."Bildirilib ki, xüsusilə dağlıq ərazilərdə vətəndaşlar şaxtalı və qarlı havada mümkün qədər yaşayış məntəqəsini tərk etməməli, belə bir zərurət yarandıqda hərəkət istiqaməti barədə yaxınlarını əvvəlcədən məlumatlandırmalı, avtomobilin texniki göstəricilərinin fəslə uyğunluğunu və kifayət qədər yanacaq ehtiyatını təmin...

20 Yanvar 2026, 12:07

Azərbaycanda 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub 

Bu gün saat 12:00-da 20 Yanvar faciəsinin 36-cı ildönümü münasibəti ilə əlaqədar Azərbaycanın bütün ərazisində bir dəqiqəlik sükut olub.Citypost.az xəbərinə görə, Bakı Dəniz Limanına yan alan gəmilər və paytaxt yollarında hərəkət edən avtomobillər səs siqnalları verib, Azərbaycan xalqının başına gətirilən faciəni hər kəs anıb.Bakı metrosunda qatarlardan fit səsinin müşayiəti ilə bir dəqiqəlik sükut elan edilib.Qeyd edək ki, SSRİ rəhbərliyi 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə beynəlxalq hüquq normalarını və ölkə qanunlarını büsbütün tapdalamaqla, əhalini xəbərdar etmədən Bakı şəhərində fövqəladə vəziyyətin tətbiqinə başlayıb. Sovet ordusu hissələrinin, xüsusi təyinatlı dəstələrin, daxili qoşunların iri kontingentinin və hətta SSRİ-nin ermənilərin sıx yaşadığı...

20 Yanvar 2026, 12:00

İlham Əliyev “Euronews”a müsahibə verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 20-də Davosda “Euronews” televiziyasına müsahibə verib.Citypost.az  xəbər verir ki, sonra dövlət başçısı “Azərbaycan rəhbərliyi ilə səhər yeməyi” adlı tədbirdə iştirak edib, müxtəlif ölkələri təmsil edən biznes nümayəndələrinin suallarını cavablandırıb.

20 Yanvar 2026, 11:52

Prezident İlham Əliyev Şəhidlər xiyabanını ziyarət etməsi ilə bağlı videoçarx paylaşıb - VİDEO 

Azərbaycan Prezidenti İlham Əliyev Şəhidlər xiyabanını ziyarət etməsi ilə bağlı sosial şəbəkə hesablarında videoçarx paylaşıb.CityPost.az   xəbər verir ki, paylaşımda “20 Yanvar - Ümumxalq Hüzn Günü” sözləri yer alıb.20 Yanvar - Ümumxalq Hüzn Günü pic.twitter.com/Jk0V6FoV6a— İlham Əliyev (@azpresident) January 20, 2026

20 Yanvar 2026, 11:00

DİN hava şəraiti ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edib

Daxili İşlər Nazirliyi (DİN) qarlı hava şəraiti ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edib.CityPost.az xəbər verir ki, müraciətdə deyilir:"Hazırda əvvəlcədən xəbərdarlıq edildiyi və proqnozlaşdırıldığı kimi, o cümlədən paytaxtda və digər şəhər və rayonlarda yol hərəkəti iştirakçıları üçün əlverişsiz hava və yol şəraiti müşahidə olunur. Mövcud vəziyyət yol hərəkətinin təhlükəsizliyinə birbaşa təsir göstərir və hər kəsdən daha yüksək diqqət və məsuliyyət tələb edir.Xüsusilə qeyd etmək istəyirik ki, hazırkı hava şəraiti ilə əlaqədar olaraq yol örtüyündə sürüşmə ehtimalı çox yüksəkdir. Bəzi ərazilərdə, xüsusilə qar yağan yol sahələrində sürüşkənlik daha da artır ki, bu da nəqliyyat vasitələrinin idarə olunmasını çətinləşdirir və qəza riskini...

20 Yanvar 2026, 10:05

Prezident İlham Əliyev 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə bağlı paylaşım edib 

Prezident İlham Əliyev 20 Yanvar – Ümumxalq Hüzn Günü ilə bağlı paylaşım edib.CityPost.az paylaşımı təqdim edir: View this post on Instagram A post shared by @presidentaz

20 Yanvar 2026, 00:07