Gənc qızlar arasında gecə həyatı, əxlaqsızlığın narahatedici səviyyədə yayğınlaşması… -Fazil Mustafa yazır
Cəmiyyət 20 Yanvar 2026, 12:29
339
İstanbula gəlmişkən dostlarla axşamüstü görüşüb çay içmək üçün yaxındakı çay-qəhvə məkanına girdik. Bu məkanın əsas binaya artırma hissəsinin üstünü qapalı göstərmək üçün komuflyaj edərək rahat siqaret və qəlyan çəkməyə uyğunlaşdırmışdılar. Təmiz havalı yer tapa bilmədiyimizə görə vaxtımızın qiymətli olduğunu düşünərək başqa məkan axtarışına çıxmadıq.
Hamısı mənim kimi siqaret və qəlyan görəndə yüz addım uzağa qaçan dostlarla boş bir yer tapıb çay sifarişimizi verdik. Oturan kimi ətrafa diqqət etdim. Ətraf masalarda əsasən gənc oğlan və qızlar oturub çay və yaxud qəhvə içir, söhbətləşir… və əksəriyyəti siqaretı damağında tüstülədirdi.
İstisna olaraq siqaret çəkməyən oğlanlar gözə çarpsa da, demək olar ki, bütün qızların ya damağında siqareti, ya da qarşısında siqaret qutusunu görə bilirdim. Dostlarım söylədi ki, bu mənzərə Bakıda da xeyli yayğınlaşımış. Bu səviyyədə olmasa da, ancaq adiləşdiyini söyləmək mümkündür. Doğrudur, mən Bakıda kafe, çayxana və bar məkanlarına baş çəkmədiyimə görə bu barədə təsəvvürlərim sadəcə çevrəmdəki insanların söylədiklərindən qaynaqlanır. Gənc qızlar arasında gecə həyatı, əxlaqsızlığın narahatedici səviyyədə yayğınlaşması barədə xeyli məlumatları da qulaqardı etməzsək, durumun ciddiliyi barədə düşünməyimiz hər halda əsassız olmazdı. Hələ ki, İstanbulda olduğum qısa bir müddətdə hər yerdə yayğınlaşan bu siqaret bəlasına qarşı cəmiyyətin ictimai qınaq və ya sərt mübarizə apardığından danışmaq mümkün deyil. Dərhal bu siqaret aludəçisi olan yetkinlik yaşına çatmamış litsey öyrənciləri və ya ali məktəb tələbələrini bir ana obrazında təsəvvür etməyə çalışırsan və dəhşətə gəlirsən: bu öz dünyaya gətirəcəyə körpənin sağlamlığını heçmi düşünmür?
Evə dönüşündə siqaret qoxusunu atası, anası, qardaşı necə olur ki, hiss etmir? Hiss edirsə, niyə bu pis vərdişi önləməyə çalışmırlar?
Hələ narkotik bəlasını mövzuya qatmaq istəməsəm də, son vaxtlar Türkiyədə bu şəbəkəyə qarşı başlayan total dövlət tədbirlərini məmnuniyyətlə qarşıladığımı açıqca duyururam. Həm də işi imtiyazlı təbəqələr, tanınmış şəxslər üzərindən aparmaları olduqca diqqətçəkici məqamdır. Çox istərdim ki, Azərbaycanda da qanunvericiliyin sərt üzü narkotik aludəcisi olan, onun satış şəbəkəsində yer alan tanınmış şəxslərə doğru yönəlsin. Cəmiyyət görsün ki, bu rəzil yaşamı sürdürən kimlər varsa, onlara da güzəştə gedilmir. İnanın ki, bu adamların ifşası potensial narkotik aludəçisi ola biləcək xeyli insan üçün “Dur!” siqnalı mahiyyətində ola bilər. Tanınmışlar deyəndə, yanlız orada-burada tez-tez adları hallanan sənət sahəsində olanlardan, yaxud idmançılardan söhbət getmir, elə siyasətçi, dövlət məmuru, iş adamı kateqoriyasından olan hər kəsdən gedir. Müvafiq qurumların əlində yetərincə dəqiq bilgilər mövcuddur, sadəcə bu prosesə ümummili xilas məsələsi kimi yanaşılarsa, ciddi nəticələr əldə etmək mümkündür.
Həmçinin oxuyun
Dönürəm yenə də siqaret məsələsinə. Türkiyədə qızlar arasında fəlakətli səviyyədə yayğınlaşan siqaret aludəçiliyi ailə faciələrinə səbəb olacaq mahiyyətdədir və məni hədsiz narahat etdi. Əslində bu, ictimai nadanlığın formalarından biridir. Eyni nadanlığı Azərbaycanda gənclər arasında getdikcə kütləviləşən tatunun (döymənin ), burun, dodaq deşdirib sırğa taxmağın modaya çevrilməsində də görə bilirik. Bu sırğasevərlərə sırğanın təyinat yerini kimsə evdə və ya məktəbdə doğrudanmı anlada bilməyib? Şükürlər olsun ki, bir deputat olaraq qanunvericilik təşəbbüsü qaydasında elektron siqaretin qadağan olunması baqədə təşəbbüsüm Milli Məclisdə dəstəkləndi və artıq aprel ayının 1-dən qanun qüvvəyə minəcək. Əlbəttə, işləyib-işləməməsi cəmiyyətin ictimai qınağından asılı məsələdir və insan sağlamlığına yönəlik biganəliyin addımbaşı müşahidə etdiyimdən, elə də ümidli deyiləm. Bəs neçə illərdir qapalı yerlərdə istifadəsini məhdudlaşdırdığımız siqaretlə, qəlyanla bağlı nə edək? Hələ də məktəblərin belə qarşısından yığışdıra bilmədiyimiz bu məkanlardan pul qazananlar öz övladlarını göz önünə gətirib nəsə düşünə bilirlərmi? Xüsusilə gənc qızları, daha doğrusu sabahın anası olacaq Azərbaycan qızlarını siqaret aludəçiliyindən, qəlyan aludəçiliyindən necə xilas edək? Yolunu bilirsinizsə, təkliflərinizi deyin, yazın, fikirlərinizi bölüşün. Mən bu məsələyə böyük fəlakət kimi baxıram, ancaq özüm də konkret çözüm yolunu bilmədiyimi etiraf edirəm.
Hələ ki, elektronlu-elektronsuz siqaretimiz yana-yana gedir… İrəlidə isə nəsillərimizi də yandıracaq
Fazil Mustafa
Milli Məclisin deputatı
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Ceyhun Bayramov türkiyəli həmkarı ilə danışıb
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Türkiyənin xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı baş tutub.Citypost.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.Bildirilib ki, nazirlər regional məsələləri müzakirə ediblər.Ümumilikdə ikitərəfli gündəlik və regional məsələlər müzakirə olunub.
20 Yanvar 2026, 13:22
Xankəndi, Xocalı və Ağdərədə bayraqlar yarıyadək endirilib
Xankəndi şəhərində, Xocalı və Ağdərə rayonlarında 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar bayraqlar yarıyadək endirilib.Bu barədə Citypost-a Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.Bundan başqa, Xankəndi, Xocalı və Ağdərədə 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar anım tədbirləri də keçirilib, saat 12:00-da Qara Yanvar şəhidlərinin xatirəsi birdəqiqəlik sükutla yad olunub.
20 Yanvar 2026, 12:53
Lerikdə ağır durum: Kəndlərlə əlaqə kəsilib, texnika çatışmır
Lerikdə ağır durum: Kəndlərlə əlaqə kəsilib, texnika çatışmırGüclü qar yağışı Lerik rayonunda ciddi fəsadlar yaradıb, bir sıra kəndlərin rayon mərkəzi ilə əlaqəsində problemlər var.80 saylı Lerik - Astara seçki dairəsinin deputatı Vasif Qafarov Modern.az-a açıqlamasından bildirib ki, hazırda Lerikdə qar intensiv şəkildə yağmağa davam edir. Lerik şəhərində qarın hündürlüyü 1 m-ə yaxın, dağlıq kəndlərdə 1.2-1.4 m-ə qədər çatır. “Hava şəraiti ilə əlaqədar rayonun 80-dən çox yaşayış məntəqəsində elektrik enerjisi yoxdur. Elektrik enerjisinin bərpa olunması üçün Cənub Regional Enerji Təchizatı və Satışı idarəsinin, o cümlədən Lerik Elektrik Şəbəkəsinin əməkdaşları işlərini davam etdirir”. Deputat qeyd edib ki, Lerik-Lənkəran yolunun daim işlək saxlanılması üçün 52...
20 Yanvar 2026, 12:50
FHN davam edən kəskin hava şəraiti ilə bağlı əhaliyə müraciət edib
Fövqəladə Hallar Nazirliyi (FHN) əhaliyə müraciət edərək, bir neçə gündür davam edən kəskin hava şəraitində müvafiq təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırıb.Citypost.az xəbər verir ki, nazirliyin müraciətində qaz və elektrik qızdırıcı cihazlarından istifadə zamanı yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət olunmasına da toxunulub:"Nasaz, qeyri-standart və ya kustar üsulla hazırlanmış qızdırıcı cihazlardan istifadə edilməməli, elektrik şəbəkəsi həddindən artıq yüklənməməli, işlək vəziyyətdə olan qızdırıcı cihazlar nəzarətsiz qoyulmamalıdır."Bildirilib ki, xüsusilə dağlıq ərazilərdə vətəndaşlar şaxtalı və qarlı havada mümkün qədər yaşayış məntəqəsini tərk etməməli, belə bir zərurət yarandıqda hərəkət istiqaməti barədə yaxınlarını əvvəlcədən məlumatlandırmalı, avtomobilin texniki göstəricilərinin fəslə uyğunluğunu və kifayət qədər yanacaq ehtiyatını təmin...
20 Yanvar 2026, 12:07
Azərbaycanda 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub
Bu gün saat 12:00-da 20 Yanvar faciəsinin 36-cı ildönümü münasibəti ilə əlaqədar Azərbaycanın bütün ərazisində bir dəqiqəlik sükut olub.Citypost.az xəbərinə görə, Bakı Dəniz Limanına yan alan gəmilər və paytaxt yollarında hərəkət edən avtomobillər səs siqnalları verib, Azərbaycan xalqının başına gətirilən faciəni hər kəs anıb.Bakı metrosunda qatarlardan fit səsinin müşayiəti ilə bir dəqiqəlik sükut elan edilib.Qeyd edək ki, SSRİ rəhbərliyi 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə beynəlxalq hüquq normalarını və ölkə qanunlarını büsbütün tapdalamaqla, əhalini xəbərdar etmədən Bakı şəhərində fövqəladə vəziyyətin tətbiqinə başlayıb. Sovet ordusu hissələrinin, xüsusi təyinatlı dəstələrin, daxili qoşunların iri kontingentinin və hətta SSRİ-nin ermənilərin sıx yaşadığı...
20 Yanvar 2026, 12:00
İlham Əliyev “Euronews”a müsahibə verib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 20-də Davosda “Euronews” televiziyasına müsahibə verib.Citypost.az xəbər verir ki, sonra dövlət başçısı “Azərbaycan rəhbərliyi ilə səhər yeməyi” adlı tədbirdə iştirak edib, müxtəlif ölkələri təmsil edən biznes nümayəndələrinin suallarını cavablandırıb.
20 Yanvar 2026, 11:52