Bizə yazın

Baku

-°C

USD

-

Məhkəmə hökmü olmadan işdən çıxarmaq olar? QANUN nə deyir?

Hüquq 21 Yanvar 2026, 10:19

139

İşçinin həbs olunması həm işəgötürənlər, həm də əmək kollektivləri üçün ən çox sual doğuran hüquqi vəziyyətlərdən biridir. Cəmiyyətdə tez-tez belə bir yanlış təsəvvür formalaşır ki, işçi barəsində həbs qətimkan tədbiri seçildiyi an onun əmək müqaviləsinə xitam verilə bilər. Lakin əmək və cinayət-prosessual qanunvericilik bu məsələyə daha fərqli yanaşır.

Citypost.az-ın məlumatına görə əmək Məcəlləsinə əsasən, tərəflərin iradəsindən asılı olmayan hallarda əmək müqaviləsinə xitam yalnız konkret hüquqi əsaslar olduqda mümkündür. Bu əsaslardan biri işçinin müəyyən müddətə və ya ömürlük azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi və bu barədə məhkəmə hökmünün qanuni qüvvəyə minməsidir. Yəni, işçi sadəcə həbs edilibsə və barəsində yalnız həbs qətimkan tədbiri seçilibsə, bu, onun təqsirli hesab olunması demək deyil və həmin mərhələdə işdən çıxarılması qanunsuz sayılır.

Həbs qətimkan tədbiri cinayət prosesində istintaqın normal aparılması və mümkün qanun pozuntularının qarşısının alınması üçün tətbiq edilən müvəqqəti tədbirdir. Bu mərhələdə şəxs hələ də təqsirsiz hesab olunur. Konstitusiyanın təqsirsizlik prezumpsiyasına görə, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olmadan heç kim cinayətkar sayıla bilməz. Buna görə də, istintaq aylarla davam etsə belə, yalnız həbs qərarına əsaslanaraq əmək müqaviləsinə xitam vermək olmaz.

Bu müddətdə işçi faktiki olaraq iş yerində olmadığından, onun vəziyyəti “məcburi işburaxma” kimi rəsmiləşdirilə bilər. Bu halda əmək haqqı hesablanmır. Əgər sonradan məhkəmə işçiyə bəraət verərsə, o, əvvəlki işinə bərpa olunur və qanunvericiliyə uyğun olaraq ona dəymiş maddi və mənəvi zərərin əvəzini tələb etmək hüququ qazanır. Bu zərər işəgötürən tərəfindən deyil, müvafiq qaydada dövlət tərəfindən ödənilir.

Əgər məhkəmə hökmü ilə işçinin təqsiri sübuta yetirilər və o, azadlıqdan məhrum etmə cəzasına məhkum edilərsə, yalnız bundan sonra — hökm qanuni qüvvəyə mindikdən sonra — onunla bağlanmış əmək müqaviləsinə xitam verilə bilər.

Beləliklə, həbs faktı avtomatik olaraq işdən çıxarılma demək deyil. Burada əsas həlledici məqam məhkəmənin qanuni qüvvəyə minmiş hökmünün olub-olmamasıdır. Bu yanaşma həm işçinin hüquqlarının qorunmasına, həm də işəgötürənin qanun çərçivəsində hərəkət etməsinə xidmət edir.

Əli

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Sahibkar satdığı məhsulun pulunu ala bilmirsə, nə etməlidir?  

Sahibkarlıq fəaliyyəti zamanı satılan malın və ya göstərilən xidmətin ödənişinin edilməməsi tez-tez rast gəlinən kommersiya mübahisələrindəndir. Belə hallarda sahibkarın hüquqlarını qorumaq üçün qanunvericilik konkret mexanizmlər müəyyən edib.İlk mərhələdə qarşı tərəfə pretenziya (xəbərdarlıq) məktubu göndərilməlidir. Bu məktubda borcun məbləği, ödənişin hansı müqavilə və ya razılaşmaya əsasən tələb edildiyi və könüllü ödəmə üçün verilən müddət göstərilir. Pretenziya göndərilmədən məhkəməyə müraciət edildikdə iddia ərizəsi geri qaytarıla bilər.Əgər qarşı tərəf xəbərdarlığa baxmayaraq ödənişi etmirsə, sahibkar kommersiya məhkəməsinə müraciət edə bilər. Kommersiya məhkəmələri sahibkarlıq fəaliyyəti ilə bağlı yaranan əmlak və iqtisadi mübahisələrə baxır. İddia ərizəsi yalnız “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə, cavabdehin hüquqi ünvanı üzrə...

19 Yanvar 2026, 20:53

Ana uşaqla görüşə icazə vermir: Ata nə etməlidir?

Boşanma və ya ayrı yaşama valideynlik hüquqlarını ləğv etmir. Uşaqla ünsiyyət həm ana, həm də atanın qanunla qorunan əsas hüquqlarından biridir. Təəssüf ki, praktikada bu hüquq tez-tez pozulur, uşaqlar valideynlər arasında mübahisənin alətinə çevrilir. Qanunvericilik isə bu cür hallara kifayət qədər sərt yanaşma ortaya qoyur. Valideynlər uşaqla görüş və ünsiyyət qaydaları ilə bağlı razılığa gələ bilmədikdə, qanuna əsasən ilk mərhələ mediasiyadır. Mediasiya prosesində razılıq əldə olunmazsa, uşaqla ünsiyyət hüququnu tələb edən tərəf məhkəməyə iddia ərizəsi ilə müraciət edə bilər. Məhkəmə uşağın mənafeyini əsas götürərək görüş günlərini, saatlarını, müddətini və şərtlərini müəyyən edir. Qərar qəbul edilərkən uşağın yaşı, psixoloji vəziyyəti, valideynlərə bağlılığı...

19 Yanvar 2026, 15:38

Xarici diplom tələsi: 5 il həbs, minlərlə manat cərimə

Son illər xaricdə təhsil alıb diplomunu Azərbaycanda tanıtmaq istəyənlərin sayı artdıqca, bu sahədə həm hüquqi suallar, həm də sui-istifadə halları gündəmə gəlir. Xüsusilə qiyabi və distant təhsil əsasında əldə olunmuş diplomların tanınması cəmiyyət üçün həssas mövzuya çevrilib. Məhz bu səbəbdən Azərbaycan Respublikası Ali Məhkəməsi xarici diplomların tanınması ilə bağlı vahid məhkəmə təcrübəsini müəyyən edən mühüm hüquqi mövqe ortaya qoyub.Citypost.az-ın məlumatına görə, Ali Məhkəmənin mövqeyinə əsasən, xaricdə əldə edilmiş bakalavriat və magistratura diplomlarının tanınması avtomatik xarakter daşımır. Həlledici amil təhsilin forması, tədris yükü, auditoriya dərslərində faktiki iştirak və bu göstəricilərin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğudur. Qiyabi təhsil üzrə əsas...

19 Yanvar 2026, 14:30

Təhqir ve böhtan zarafat deyil – Qanun nə deyir?

Məni təhqir edən şəxsdən təzminat ala bilərəm?Sosial şəbəkələrin və rəqəmsal medianın həyatımızın ayrılmaz hissəsinə çevrildiyi bir dövrdə söz azadlığı ilə məsuliyyət arasındakı sərhəd getdikcə daha çox pozulur. Bir çox hallarda şəxsi münasibətlər, emosional çıxışlar və ya qərəzli yanaşmalar ictimai məkana daşınaraq insanların şərəf və ləyaqətinə zərbə vurur. Halbuki, ifadə azadlığı heç vaxt başqasının nüfuzunu ləkələmək, şəxsiyyətini alçaltmaq və ya cəmiyyətdə hörmətdən salmaq hüququ anlamına gəlmir. Məhz bu nöqtədə qanun işə düşür və şərəf, ləyaqət və nüfuzun müdafiəsini təmin edir.Citypost.az-ın məlumatına görə, şərəf, ləyaqət və nüfuz insanın cəmiyyətdəki mənəvi dəyərini müəyyən edən əsas anlayışlardır və Azərbaycan Respublikasında bu dəyərlər dövlət tərəfindən...

19 Yanvar 2026, 11:35

Alimenti artırmaq olar? -  Qanun nə deyir

Son dövrlər aliment alan valideynləri və uşaqların maraqlarını birbaşa əhatə edən mühüm dəyişiklik qüvvəyə minib. Artan yaşayış xərcləri və minimum dolanışıq səviyyəsi nəzərə alınaraq alimentin minimum məbləği yenidən müəyyənləşdirilib. Bu dəyişiklik aliment alan şəxslərə ödənişin artırılması üçün real hüquqi imkan yaradır.Citypost.az xəbər veri rki, alimentin minimum məbləği 246 manatdan 260 manata qaldırılıb.Alimentin artırılması üçün mediasiya proseduruna müraciət etməyə ehtiyac yoxdur. Bunun üçün alimentlə bağlı qətnamə çıxarmış məhkəməyə ərizə ilə müraciət etməyiniz kifayətdir.Qeyd edək ki, alimentin artırılması ilə bağlı məhkəməyə müraciət zamanı dövlət rüsumu ödənilmir.Ərizənin qanunvericiliyin tələblərinə uyğun, düzgün və əsaslandırılmış şəkildə hazırlanması vacibdir. Bu məqsədlə məhkəməyə ərizələrin hazırlanması üçün bizə...

18 Yanvar 2026, 12:36

Etibarnamə aldadıcıdır: Avtomobil alarkən nələri bilməliyik

Son illər avtomobil bazarında etibarnamə ilə maşın alqı-satqısına üstünlük verənlərin sayı az deyil. Bir çox vətəndaş bu üsulu daha sürətli və rahat hesab etsə də, hüquqşünaslar xəbərdarlıq edirlər ki, etibarnamə əsasında avtomobil almaq gələcəkdə ciddi hüquqi problemlərə yol aça bilər. Çünki bu cür alqı-satqı real mülkiyyət hüququ yaratmır və alıcını risk qarşısında qoyur.Citypost.az-məlumatına görə etibarnamə avtomobilə mülkiyyət hüququ verən sənəd deyil. Bu sənəd yalnız nəqliyyat vasitəsinin sahibinin müəyyən səlahiyyətlərini başqa şəxsə ötürməsini təsdiqləyir. Yəni avtomobilin faktiki sahibi hüquqi baxımdan etibarnamədə göstərilən şəxs olaraq qalır. Etibarnamə alan şəxs isə yalnız avtomobili idarə etmək, sahibin adından bəzi hüquqi və texniki əməliyyatları aparmaq...

17 Yanvar 2026, 18:36