Bizə yazın

Baku

-°C

USD

-

Bu nazirliyə 20 yeni vəzifə verildi 

Cəmiyyət 12 Fevral 2026, 20:44

222

Naxçıvan Kənd Təsərrüfatı Nazirliyinin (KTN) vəzifələri artırılıb.

 

CityPost.az  trend.az-a istinadla bildirir ki, bununla bağlı Naxçıvan Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov müvafiq Fərman imzalayıb.

 

Fərmana əsasən, KTN “Naxçıvan Muxtar Respublikasının Kənd Təsərrüfatı Nazirliyi haqqında Əsasnamə” ilə müəyyən edilən fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirəcək:

 

Naxçıvan Muxtar Respublikasında akvakultura obyektlərinin istehsalı və emalı, istehsalçılara zəruri xidmətlərin göstərilməsi, torpaqların səmərəli istifadəsi də daxil olmaqla aqrar bölmənin inkişafı ilə əlaqədar proqramlar hazırlamaq və onların icrasını təmin etmək;

şəhərlərdə balıq məhsullarının satışı üzrə ixtisaslaşmış bazarların təşkili üçün müvafiq torpaq sahələrinin ayrılmasına razılıq verilməsini, torpaqların kateqoriyalara aid edilməsinə və onların bir kateqoriyadan digərinə keçirilməsinə rəy verilməsini təşkil etmək;

“Balıqçılıq haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri pozulduqda, qiymətli balıq və digər su bioresursları növlərinin üstün mühafizə rejimini müəyyən etmək, balıqçılıq subyektlərinin uçotunu aparmaq;

daxili sularda suyun bioloji sərvətlərinin istismarı həcmini və elmi əsaslandırılmış rejimini müəyyən etmək;

balıqartırma və balıqyetişdirmə müəssisələrinin fəaliyyətinin əsas istiqamətlərini dəyişdirmədən balıqçılıq haqqında qanunvericiliyə uyğun akvakultura əmtəə balıqçılığının yaradılması üçün tədbirlər görmək;

ixtisaslaşmış balıq məhsulları satışı bazarlarının yerləşmə sxemini aidiyyəti dövlət orqanları (qurumları) ilə razılaşdırmaqla müəyyən etmək;

dövlət sifarişi ilə akvakultura təsərrüfatlarında balıq və digər su bioresurslarının artırılması, bərpası, iqlimləşdirilməsi məqsədilə akvakultura subyektləri ilə müqavilələr bağlamaq, aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə balıq və digər su bioresurslarının artırılması, bərpası, iqlimləşdirilməsi, balıqçılıq su obyektlərinin balıqçılıq təsərrüfatının monitorinqi, kadastrı və meliorasiyası işlərini həyata keçirmək;

qiymətli balıq növlərinin artırılması istiqamətində tədbirlər görmək;

akvakultura təsərrüfatı subyektləri üçün bioloji və texnoloji əsaslandırmanı qeydiyyata almaq və şəhadətnamə vermək;

balıq və digər su bioresurslarının bərpası və mühafizəsi məqsədilə törədici balıqların və onların sürülərinin yaradılması, saxlanması, istifadəsi üzrə texniki normativ hüquqi aktlar qəbul etmək, törədici balıqların və onların sürülərinin uçotunu aparmaq;

balıq və digər su bioresurslarının iqlimləşdirilməsinə və iqlimləşdirilmə obyektlərinin daşınmasına nəzarət etmək;

balıqçılıq haqqında qanunvericiliklə müəyyən olunmuş qaydada artırılması və yetişdirilməsi nəzərdə tutulan keçici, yarımkeçici balıqların törədicilərinin tədarükü məqsədilə balıq və digər su bioresurslarının ov vətəgələrinin yaradılması barədə təkliflər hazırlamaq;

daxili su obyektlərindən səmərəli istifadə etməklə, artırılması və yetişdirilməsi nəzərdə tutulan vətəgə əhəmiyyətli balıq növlərinin törədici fondunun yaradılmasına və qorunub saxlanılmasına dair təkliflər hazırlamaq;

balıqartırma müəssisələrində balıqçılıq haqqında texniki normativ hüquqi aktlara uyğun olaraq törədici balıqların, balıq körpələrinin və inkubasiya edilən kürülərin inventarlaşdırılmasını aparmaq, balıq və digər su bioresursları körpələrinin su obyektlərinə buraxılışı aktını tərtib etmək;

Naxçıvan Muxtar Respublikasının su obyektlərində balıqçılığa aid qanunvericiliyə uyğun olaraq, beynəlxalq hüquq normaları əsasında xarici dövlətlərin hüquqi və fiziki şəxslərinə, balıq və digər su bioresurslarından istifadə hüququ verilməsini təmin etmək;

balıq və digər su bioresurslarının sənaye ovu ilə məşğul olan hüquqi və fiziki şəxslərə vətəgə sahələrinin, idman və həvəskar ov üçün dövlət mülkiyyətində olan balıqçılıq su obyektlərinin və ya onların müəyyən hissəsinin ayrılmasına dair tədbirlər görmək;

daxili sularda suyun bioloji sərvətlərinin istismarının həcmini və elmi əsaslandırılmış rejimini müəyyən etmək, o cümlədən, onların ovu və artırılması ilə bağlı işləri tənzimləməklə, süni yolla çoxaldılmasını həyata keçirmək;

hər il növbəti təqvim ili üçün balıq və digər su bioresurslarının ovunun ümumi yol verilən miqdarının (kvotasının), balıq və digər su bioresurslarının ovu üçün kvotaların ov növləri üzrə bölgüsünü müəyyənləşdirmək;

təbii balıqçılıq su obyektlərinə balıq və digər su bioresurslarının yeni növlərinin və hibrid formalarının buraxılmasına nəzarət etmək;

Azərbaycan Respublikasının “Qırmızı Kitab”ına daxil edilmiş nadir və nəsli kəsilməkdə olan balıq və digər su bioresurslarının qorunması üçün müvafiq rejim və xüsusi mühafizə olunan su sahələri (akvatoriyalar) müəyyən etmək.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Sabah Bakı və bəzi bölgələrdə külək güclənəcək - SARI XƏBƏRDARLIQ 

Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə fevralın 13-də gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.CityPost.az  xəbər verir ki. bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.Bakıda və Abşeron yarımadasında, Xızı, Qobustan, Neftçala, Hacıqabul, Kəlbəcər, Laçın, Zəngilan, Daşkəsən, Goranboy, Mingəçevir, Şabran, Siyəzəndə cənub-qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək. Bu isə sarı xəbərdarlığa uyğundur.

12 Fevral 2026, 20:54

Diş fırçası harada və nə vaxt icad olunub?  

Ağız boşluğu gigiyenası əsirlər boyu insanlar üçün önəmli olub. Hələ qədim sivilizasiyalar belə  anlayırdılar ki, bu insan sağlamlağının əsas təminatıdır. Diş fırçasına bənzəyən əşyalar haqqında ilk məlumat e.ə. təxminən 3500-ci ilə, qədim Babilə aiddir. Bu, ucu itilənmiş budaq idi və dişlər arasındakı boşluqları təmizləmək üçün istifadə olunurdu. Yunanlar və Romalılar dişlərini təmizləmək üçün daha çox lələkdən istifadə edirdilər. Müasir diş fırçasına az-çox bənzəyən alət isə XV əsrdə donuz tükündən istifadə edilməklə Çində ixtira olunmuşdu. Kommersiya məqsədi ilə diş fırçası isə zavodda və ya evdə deyil, həbsxanada ixtira olunub. İngilis Vilyam Addis dustaqlara dişlərini təmizləmək üçün həbsxanada təklif olunan duz və...

12 Fevral 2026, 18:15

DMA: Bu il daha 1336 nəfər peşə kurslarına cəlb edilib 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi (DMA) tərəfindən bu ilin ötən dövrü ərazində daha 1336 işsiz və işaxtaran şəxs əmək bazarının tələblərinə uyğun peşələr üzrə hazırlıq kurslarına cəlb olunub.Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, onlardan 525-i üçün agentliyin Bakı, Gəncə, Göyçay, Qarabağ Peşə Hazırlığı Mərkəzlərində və Naxçıvan Peşə Hazırlığı Mərkəzində, 811-i üçün özəl tədris müəssisələrində kurslar təşkil edilib.Kurslar əsasən mühasib, dərzi, frontend developer, yanacaqdoldurma stansiyalarının operatoru, insan resursları mütəxəssisi, kompüter operatoru, təchizat üzrə agent və digər istiqamətlər üzrədir.İşəgötürənlərlə əməkdaşlıq edilməklə təşkil olunan, müdavimlərə peşələrlə bağlı nəzəri və praktiki biliklərin tədris edildiyi kursları uğurla başa...

12 Fevral 2026, 17:44

Misir Mərdanov:"Qərbi Azərbaycan tarixinə ciddi yer verilməlidir"

Qərbi Azərbaycan həqiqətləri Azərbaycan dərsliklərinə salınmalıdır.Modern.az xəbər verir ki, bu fikirləri sabiq təhsil naziri Misir Mərdanov “Bir elin manifesti: Qərbi Azərbaycan hekayələri” ümumrespublika hekayə müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimində səsləndirib.O bildirib ki, Qərbi Azərbaycan mövzusu orta məktəblərdə daha geniş şəkildə tədris olunmalıdır:“Bu məsələ cənab Prezident İlham Əliyevin də diqqət mərkəzindədir. Orta məktəb şagirdləri arasında ayrıca tədbirlər və ya müsabiqələr də keçirilməlidir. Mən təklif edərdim ki, Qərbi Azərbaycan İcmasının rəhbərliyi tərəfindən Azərbaycanın elm və təhsil müəssisələrində bu məsələlər nəzərə alınsın. Bugünkü gənclər Qərbi Azərbaycanın yüz illər ərzində üzləşdiyi hadisələrdən kifayət qədər xəbərsizdir. Bütün tarix kitablarında Qərbi Azərbaycan tarixinə ciddi yer verilməlidir”, -...

12 Fevral 2026, 17:22

"Google" da Rusiyada bloklana bilər 

"Facebook" , "Instagram", "Youtube" "WhatsApp" və "Telegram" şəbəkələrinin ardından "Google" da Rusiyada bloklana bilər.Citypos.az xəbər verir ki, bu barədə Dövlət Dumasının deputatı Andrey Svintsov bildirib.Onun sözlərinə görə, bu, texniki cəhətdən mümkündür, lakin Roskomnadzor “Google”dan borcu yığmaq üçün onun ölkəyə qayıtmasını gözləyə bilər.“Google”un Rusiyanın televiziya kanallarına borcunun 91,5 kvintilyon rubl təşkil etdiyi açıqlanıb. (APA)

12 Fevral 2026, 17:00

Fermer kartlarından mənimsənilən milyonlar: Adı hallanan vəzifəli şəxslər və saxta terminallar - ŞOK İDDİA   

"Aqrar İnnovasiya və Təchizat" şirkətinin həbsdə olan keçmiş əməkdaşı Elvin Məmmədlinin atası Vilayət Məmmədov 32gun.az-a yenidən müraciət edərək kənd təsərrüfatı sektorunda dövlət subsidiyalarının mənimsənilməsi ilə bağlı silsilə iddialarını davam etdirib.CityPost.az 32gun.az-a istinadən xəbər verir  ki,ailə müraciəti zamanı   Kənd təsərrüfatı məhsullarının (pestisidlər, toxumlar, gübrələr) təchizatçısı Şəmkir rayon sakini, fiziki şəxs Ülviyyə Ənvər qızı, "Zirvə Aqro", "Amin-Q", "Aqro servis" şirkətləri, “Rövşənoğlu şirkətlər qrupuna daxil olan "Rövşənoğlu1", "Rövşənoğlu2", "Rövşənoğlu3" , eləcə də “AzGübrə”, “TapAgro” , “GübrəAz” şirkətlərinin adlarını xüsusi vurğulayıb. O, oğlunun 7 illik həbs cəzasını ədalətsiz adlandıraraq, əsl cinayətkar şəbəkənin hələ də azadlıqda olduğunu və dövlət büdcəsini talamaqda davam etdiyini iddia edir.Onun redaksiyamıza...

12 Fevral 2026, 16:39