Nura Suridən Türkiyəli aktrisaya DƏSTƏK
Sənət aləmi 12 Fevral 2026, 15:42
245
Türkiyəli aktrisa Beren Saatın ingilis dilində ifa etdiyi “CapitaliZoo” adlı mahnı və klipi sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Sənətçinin həm ifaçı, həm də söz müəllifi kimi çıxış etdiyi layihə birmənalı qarşılanmayıb. Artıq bəzi istifadəçilər onun aktrisalıqdan musiqiyə keçidini tənqid etməyə başlayıblar.
Citypost.az xəbər verir ki, mövzu ilə bağlı müğənni Nura Suri sosial şəbəkə hesabında paylaşım edərək məsələyə fərqli prizmadan yanaşıb. O bildirib ki, Beren Saatın bu addımını tələsik qınamaq doğru deyil. Nura Surinin sözlərinə görə, “CapitaliZoo” sadəcə mahnı deyil, açıq mesaj daşıyan bir işdir.
Qeyd olunub ki, mahnının məzmununda insanların təbiətcə vəhşi və azad varlıqlar olduğu, lakin kapitalist sistem tərəfindən sanki zooparkdakı heyvanlar kimi sərgiləndiyi ideyası ön plana çəkilir. Qaydalar, pul, status və istehlak mədəniyyəti isə bu kontekstdə insanı əhatəyə alan görünməz qəfəs kimi təqdim olunur.
Nura Suri paylaşımında yerli musiqi bazarına da toxunaraq vurğulayıb ki, bu gün “hit”ə çevrilən mahnıların əksəriyyətində dərin məna yoxdur. Onun fikrincə, mənalı və mesajlı mahnılar kifayət qədər dinlənilmir, əvəzində səs-küy yaradan, lakin məzmun baxımından zəif olan ifalar populyarlıq qazanır.
Müğənni dünya ulduzu Michael Jacksonu nümunə göstərərək qeyd edib ki, onun demək olar ki, hər mahnısı cəmiyyətə mesaj ötürürdü və sənət sosial mövqenin ifadə vasitəsinə çevrilirdi.
Beren Saatın “CapitaliZoo” layihəsi isə hazırda həm sənət, həm də ideoloji baxımdan müzakirə mövzusu olaraq qalır.
Turan
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
“Sən bir həzin nəğməsən” adlı tədbir keçirilib
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan İbrahim Əbilov adına Mədəniyyət Mərkəzində “Sənətkar ömrü” silsiləsindən Azərbaycan musiqisinin incisi, Əməkdar İncəsənət xadimi, görkəmli bəstəkar, Azərbaycan və Dağıstanın Xalq artisti Elza İbrahimovanın anım gününə həsr olunmuş “Sən bir həzin nəğməsən” adlı tədbir keçirilib.Citypost.az xəbər verir ki, tədbirdə Elza İbrahimovanın qardaşı - Çingiz İbrahimov, yazıçı-publisist, şairə, tərcüməçi, pedaqoq, professor, Yazıçılar və Jurnalistlər birliyinin üzvü - Anna Bartkulaşvili, musiqişünas, fəlsəfə doktoru - Kəmalə Əsədullayeva, Türk Ağsaqqalları İctimai Birliyi Qadınlar Şurasının sədr müavini, AYB üzvü – Sara Göyçəli, mədəniyyət nümayəndələri, Mədəniyyət Mərkəzinin əməkdaşları iştirak edib.Tədbiri açıq elan edən aparıcı ilk olaraq bəstəkarın həyat və yaradıcılığından...
12 Fevral 2026, 11:20
Aleyna Tilki Güllünün mahnısı yenidən səsləndi
Gənc müğənni Aleyna Tilki ötən il vəfat edən Güllünün məşhur “Oyuncaq kimi” mahnısını yeni aranjemanda yenidən ifa edib. O, klipdən səhnəarxası görüntüləri sosial şəbəkədə paylaşaraq izləyicilərinə “Hazırsınız? Məncə, çoxdan hazırsınız” sözləri ilə müraciət edib. Paylaşım qısa müddətdə böyük maraq doğurub.Citypost.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Tilkinin mahnını yenidən səsləndirməsi sosial mediada müzakirələrə səbəb olub. Bir qisim izləyici onun ifasını bəyəndiyini bildirsə də, digərləri Güllünün 2022-ci ildə Aleyna Tilki barədə səsləndirdiyi sərt fikirləri xatırladıb.Həmin vaxt Güllü Aleyna Tilkini sevmədiyini, onun sənətini və arabesk janrını ifa etmə bacarığını bəyənmədiyini demiş, hətta onu “balon” adlandırmışdı. Tilkinin bu mahnını yenidən şərh etməsi isə...
11 Fevral 2026, 16:35
Eldəniz Quliyevdən tanınmış aparıcıya İRAD
Ssenarist və kinodramaturq Eldəniz Quliyev sosial şəbəkə hesabında İctimai Televiziyada yayımlanan “Kim milyonçu olmaq istəyir?” verilişi ilə bağlı iradını bölüşüb.Citypost.az xəbər verir ki, ssenarist paylaşımında İctimai Televiziyada çalışan həmkarlarına müraciət edərək bildirib ki, aparıcı Fateh bəyə oyun başa çatdıqdan sonra qonağa hörmətlə yanaşmağın vacibliyi çatdırılsın.E.Quliyev qeyd edib ki, oyunçu hələ kreslodan qalxmadan və kadrdan çıxmadan aparıcının arxasını ona çevirərək getməsi etik qaydalara uyğun deyil və sayğısızlıq kimi qiymətləndirilə bilər.Turan...
11 Fevral 2026, 10:18
Kamandan oxatma üzrə Azərbaycan millisinin Avropa çempionatı üçün heyəti açıqlanıb
Fevralın 16-21-i aralığında Bolqarıstanın Plovdiv şəhərində qapalı məkanda keçiriləcək Avropa çempionatında iştirak edəcək kamandan oxatma üzrə Azərbaycan millisinin heyəti açıqlanıb.Bu barədə "Report"a Azərbaycan Kamandan Oxatma Federasiyasından məlumat verilib.Turnirdə ölkəni Yaylagül Ramazanova, Fatimə Hüseynli, Məhəmmədəli Əliyev, Lalə Əbdürəhmanova, Nilufər Ağaməmmədli, Lalə İsmayılova, Yağmur Qurbanlı, Sərdar Vəliyev, Nurlan Rəhimli və Hüseyn Məhərrəmov təmsil edəcəklər.İdmançılar fərdi, komanda və qarışıq növlərdə mübarizə aparacaq.
10 Fevral 2026, 18:00
Sahra Şaşın dekoltesi GÜNDƏM oldu
Türkiyənin məşhur aktrisası Sahra Şaş jurnal çəkilişi zamanı verdiyi dekolte ilə diqqət mərkəzinə düşüb.Citypost.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisanın paylaşdığı backstage görüntülərində çəkiliş zamanı yaşanan çətin anlara komandanın dərhal müdaxilə etdiyi anlar əks olunub.Qısa video sosial şəbəkələrdə böyük maraqla qarşılanıb. İzləyicilər Sahra Şaşın paylaşımına “Parlamağa davam et”, “Çox cəlbedicidir”, “Baxışları üzərində topladı” kimi şərhlər yazıblar.Turan
10 Fevral 2026, 15:39
Murad Dadaşovdan Mehirban Ələkbərzadəyə TƏBRİK
Xəzər Media Mərkəzinin ( Xəzər TV )baş direktoru, Xalq artisti Murad Dadaşov Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı Mehriban Ələkbərzadəni “Azərbaycan Dövlət Televiziyası” QSC-nin ( AZTV )Bədii rəhbəri təyin olunması münasibəti ilə təbrik edib. Citypost.az xəbər verir mi, Mehirban Ələkbərzadə təbrik məktubunu sosial hesabında paylaşan Mehriban Ələkbərzadə Murad Dadaşova təşəkkürünü bildirib.Məlumat üçün bildirək ki, Mehriban Ələkbərzadə ötən həftə "Azərbaycan Televiziya və radio Verilişləri" QSC-nin bədii rəhbəri təyin olunub.Turan...
10 Fevral 2026, 12:24