Rasim İldırımzadənin daha bir əməli üzə çıxdı - O, bu dəfə Namizəd Səfərovla əlbir olubmuş
Cəmiyyət 12 Fevral 2026, 16:28
1967
Bakı Ağır Cinayətlər Məhkəməsində barəsində toplanmış materiallar əsasında cinayət işinə baxış keçirilən Rasim İldırımzadənin dələduzluğa dair daha bir əməli ortaya çıxıb.
Bu barədə Citypost.az-a Ağstafa rayonunun Köçəsgər kəndində yaşayan Mehman Məmmədov məlumat verib. “Məni Rasim İldırımzadə ilə hazırda həbsdə olan Azərbaycan Vəkillər Kollegiyasının sabiq üzvü Namizəd Səfərov tanış etdi. N.Səfərov mənə dedi ki, R.İldırımzadə onun tələbəlik yoldaşıdır və nüfuzlu nəslin nümayəndəsidir. O, mənə həbsdə olan oğlumun əfv edilməsinə yardımçı olacağına söz verdi və 10.000 manat pul aldı. Artıq bu sövdələşmənin üstündən 3 ildən çox vaxt ötüb. R.İldırımzadə sözünə əməl etmədi, oğlumun çəkilməmiş cəzadan azad olunmasına yardım göstərmədi. Mən ondan və məni onunla tanış edən keçmiş vəkil N.Səfərovdan verdiyim pulları qaytarmalarını dəfələrlə tələb etsəm də, onlar hər dəfə müxtəlif cür bəhanələr gətirməklə vaxt uzadaraq pulumu özümə qaytarmadılar.
N.Səfərov həbsdədir, R.İldırımzadə isə həbs olunma ərəfəsindədir. Dələduqluz yolu ilə əlimdən alınan pullarımı indi kimdən tələb edəcəyimi bilmirəm” deyə Mehman Məmmədov bildirib.
Bir neçə gün öncə Daxili İşlər Nazirliyinin Hava Nəqliyyatında Baş Polis İdarəsinin keçmiş rəis müavini, polkovnik Rasim İldırımzadə, Dünya Azərbaycanlıları İctimai Maarif Mərkəzinin rəhbəri Zaur Mirzəzadə və Balakən rayonu Dairə Seçki Komissiyasının katibi Qoşqar Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Yerli mətbuat xəbər verir ki, ötən həftə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə prokuror təqsirləndirilən şəxslərə cəza tələb edib. O, hər 3 təqsirləndirilən şəxsin 12 il müddətə azadlıqdan məhrum edilməsini istəyib. Prokuror çıxışında təqsirləndirilən şəxslər barədə seçilmiş ev dustaqlığı qətimkan tədbirinin ləğvini və məhkəmə zalındaca həbs edilmələrini məhəkəmə təklif edib. Prosesin davamında təqsirləndirilən şəxslərin vəkilləri müdafiə çıxışları edib.
Məhkəmə prosesinin fevralın 24-də davam edəcəyi gözlənilir.
İstintaq sənədlərinə görə Rasim İldırımzadə həbsdən əvvəl istintaqdan yayındığı üçün axtarışda olub. Tutulduqdan sonra isə məhkəmənin qərarı ilə Rasim İldırımzadə və onun cinayət ortaqları Zaur Mirzəzadə və Qoşqar Məmmədov məhkəmənin qərarı ilə həbs ediliblər. İstintaqın gedişində onlar ev dustaqlığına buraxılıb, daha sonra isə barələrində “başqa yerə getməmək” haqda qətimkan tədbiri seçilib.
Həmçinin oxuyun
Onların əməlindən ziyan çəkən iş adamı Qurban Ziyəddin oğlu Piriyev əvvəllər Dövlət orqanlarında müxtəlif vəzifələrdə çalışıb. Onun müttəhimlər kürsüsündə əyləşən şəxslərlə tanış edən isə Balakən rayon sakini Hürü Əmiraslanovadır.
Hürü Əmiraslanova özü də bu iş üzrə cinayət məsuliyyətinə cəlb edilib. Amma istintaqın gedişində vəfat etdiyinə görə barəsində təqib edilən cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilib.
İttihama görə təqsirləndirilən şəxslər Qurban Piriyevə Bakı şəhərinin rayonlarından birinə icra başçısı təyin olunacağına dair yalan vədlər veriblər. Cinayətin əsas təşkilatçısı isə Rasim İldırımzadədir. O, peşəkarcasına qurduğu plana zərərçəkmiş şəxsi inandıra bilib. Rasim İldırımzadə cinayətkar qrupun digər üzvü Qoşqar Məmmədovu yalandan Prezident Administrasiyasında işləyən yüksək vəzifəli şəxs kimi təqdim edib. Rasim İldırımzadə Zaur Mirzəzadəni isə guya Nihad adlı mötəbər vəzifədə çalışan şəxs kimi tanıdıb. İşin düzüb -qoşanların nüfuzlu şəxslər olduğuna inanan Qurban Piriyev icra başçısı olmaq həvəsi ilə Rasim İldırımzadəyə və cinayət ortaqlarına bir neçə dəfəyə 510.000 manat pul, 34.000 manatlıq isə qızıl-zinət əşyaları verib. Sonradan aldandığını bilən zərərçəkmiş polisə şikayət edib. İlkin istintaq dövründə ona dəymiş 544.000 manat ziyanın 85.000 manatı Rasim İldırımzadə, 20.000 manatı isə Zaur Mirzəzadə və Qoşqar Məmmədov tərəfindən hissə-hissə qaytarılıb.
Qeyd edək ki, Rasim İldırımzadənin bir qardaşı Xətai rayonun keçmiş prokuroru Yusif İldırımzadə, digəri isə ləğv olunmuş “Əmrahban”kın təsisçisi Yunis İldırımzadədir. Onlar tanınmış mərhum yazıçı və jurnalist Əli İldırımoğlunun oğlanlarıdır. Digər təqsirləndirilən Zaur Mirzəzadə isə “bakutimes.az” və “xalq.az” adlı saytların rəhbəridir. O, iki il əvvəl də analoji əmələ görə dələduzluq ittihamı ilə məhkum edilmişdir. Bir müddət sonra ona bəraət verilsə də, sonradan bəraəti ləğv edilərək cinayət işinə xitam verilib.
Müşərrəfxanım.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
DMA: Bu il daha 1336 nəfər peşə kurslarına cəlb edilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi (DMA) tərəfindən bu ilin ötən dövrü ərazində daha 1336 işsiz və işaxtaran şəxs əmək bazarının tələblərinə uyğun peşələr üzrə hazırlıq kurslarına cəlb olunub.Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, onlardan 525-i üçün agentliyin Bakı, Gəncə, Göyçay, Qarabağ Peşə Hazırlığı Mərkəzlərində və Naxçıvan Peşə Hazırlığı Mərkəzində, 811-i üçün özəl tədris müəssisələrində kurslar təşkil edilib.Kurslar əsasən mühasib, dərzi, frontend developer, yanacaqdoldurma stansiyalarının operatoru, insan resursları mütəxəssisi, kompüter operatoru, təchizat üzrə agent və digər istiqamətlər üzrədir.İşəgötürənlərlə əməkdaşlıq edilməklə təşkil olunan, müdavimlərə peşələrlə bağlı nəzəri və praktiki biliklərin tədris edildiyi kursları uğurla başa...
12 Fevral 2026, 17:44
Misir Mərdanov:"Qərbi Azərbaycan tarixinə ciddi yer verilməlidir"
Qərbi Azərbaycan həqiqətləri Azərbaycan dərsliklərinə salınmalıdır.Modern.az xəbər verir ki, bu fikirləri sabiq təhsil naziri Misir Mərdanov “Bir elin manifesti: Qərbi Azərbaycan hekayələri” ümumrespublika hekayə müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimində səsləndirib.O bildirib ki, Qərbi Azərbaycan mövzusu orta məktəblərdə daha geniş şəkildə tədris olunmalıdır:“Bu məsələ cənab Prezident İlham Əliyevin də diqqət mərkəzindədir. Orta məktəb şagirdləri arasında ayrıca tədbirlər və ya müsabiqələr də keçirilməlidir. Mən təklif edərdim ki, Qərbi Azərbaycan İcmasının rəhbərliyi tərəfindən Azərbaycanın elm və təhsil müəssisələrində bu məsələlər nəzərə alınsın. Bugünkü gənclər Qərbi Azərbaycanın yüz illər ərzində üzləşdiyi hadisələrdən kifayət qədər xəbərsizdir. Bütün tarix kitablarında Qərbi Azərbaycan tarixinə ciddi yer verilməlidir”, -...
12 Fevral 2026, 17:22
"Google" da Rusiyada bloklana bilər
"Facebook" , "Instagram", "Youtube" "WhatsApp" və "Telegram" şəbəkələrinin ardından "Google" da Rusiyada bloklana bilər.Citypos.az xəbər verir ki, bu barədə Dövlət Dumasının deputatı Andrey Svintsov bildirib.Onun sözlərinə görə, bu, texniki cəhətdən mümkündür, lakin Roskomnadzor “Google”dan borcu yığmaq üçün onun ölkəyə qayıtmasını gözləyə bilər.“Google”un Rusiyanın televiziya kanallarına borcunun 91,5 kvintilyon rubl təşkil etdiyi açıqlanıb. (APA)
12 Fevral 2026, 17:00
Fermer kartlarından mənimsənilən milyonlar: Adı hallanan vəzifəli şəxslər və saxta terminallar - ŞOK İDDİA
"Aqrar İnnovasiya və Təchizat" şirkətinin həbsdə olan keçmiş əməkdaşı Elvin Məmmədlinin atası Vilayət Məmmədov 32gun.az-a yenidən müraciət edərək kənd təsərrüfatı sektorunda dövlət subsidiyalarının mənimsənilməsi ilə bağlı silsilə iddialarını davam etdirib.CityPost.az 32gun.az-a istinadən xəbər verir ki,ailə müraciəti zamanı Kənd təsərrüfatı məhsullarının (pestisidlər, toxumlar, gübrələr) təchizatçısı Şəmkir rayon sakini, fiziki şəxs Ülviyyə Ənvər qızı, "Zirvə Aqro", "Amin-Q", "Aqro servis" şirkətləri, “Rövşənoğlu şirkətlər qrupuna daxil olan "Rövşənoğlu1", "Rövşənoğlu2", "Rövşənoğlu3" , eləcə də “AzGübrə”, “TapAgro” , “GübrəAz” şirkətlərinin adlarını xüsusi vurğulayıb. O, oğlunun 7 illik həbs cəzasını ədalətsiz adlandıraraq, əsl cinayətkar şəbəkənin hələ də azadlıqda olduğunu və dövlət büdcəsini talamaqda davam etdiyini iddia edir.Onun redaksiyamıza...
12 Fevral 2026, 16:39
Prezident Dövlət Vergi Xidmətinin işçilərini təltif edib - SİYAHI
Prezident İlham Əliyev İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti işçilərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb.CityPost.az xəbər verir ki, Sərəncama əsasən, vergi sisteminin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin aşağıdakı işçiləri təltif ediliblər:“Tərəqqi” medalı iləƏliyev Nazim Kazım oğlu1-ci dərəcəli “Vergi orqanlarında xidmətdə fərqlənməyə görə” medalı iləAbbasov Etibar Akif oğluBədəlova Zöhrə Əliriza qızıGözəlov Zülfi Məmməd oğluHəziyeva Gülçöhrə Hacıqulu qızıHüseynov Alı Hüseynqulu oğluİsgəndərov Nəsib Əli oğluMəmmədov Şahin Yusif oğluRzayev Zamin Vahid oğluSəfərova Rəsmiyyə Suca qızı3-cü dərəcəli “Vergi orqanlarında xidmətdə fərqlənməyə görə” medalı iləQasımlı Nuranə Nurəddin qızıQənbərov Zahid Paşa oğlu....
12 Fevral 2026, 16:31
Ölkə başçısı SHXÇDX əməkdaşlarını təltif etdi
Azərbaycan Prezidenti İlham Əliyev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularının və mülki işçilərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb.Citypost.az-ın məlumatına görə, sənəddə deyilir:Xidməti vəzifələrini və qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aşağıdakı hərbi qulluqçuları və mülki işçiləri təltif edilsinlər:"Vətən uğrunda" medalı iləQarayev Natiq Sahib oğlu – general-mayorCəfərov Elməddin Qulu oğlu – polkovnikQuliyev İslam Ramiz oğlu – polkovnik"Hərbi xidmətlərə görə" medalı iləHidayev Əziz Şahmurad oğlu – polkovnikAbbasov Hikmət Zahid oğlu – mayorƏliyeva Samirə Təşkilat qızı – mayor"Tərəqqi" medalı iləSədrətdinov Pərviz Həsən oğlu....
12 Fevral 2026, 16:00