İlham Əliyev Pərviz Sədrəddinovu TƏLTİF ETDİ
Cəmiyyət 12 Fevral 2026, 16:00
277
Prezident İlham Əliyev Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularının və mülki işçilərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Citypost.az xəbər verir ki, təltif edilənlər arasında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə Əlaqələr və Beynəlxalq Münasibətlər şöbəsinin rəisi Pərviz Sədrəddinov da var. O, “Tərəqqi” medalına layiq görülüb.
Həmçinin oxuyun
Qeyd edək ki, Pərviz Sədrəddinov 2023-cü ilin iyul ayından Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində hazırkı vəzifəsinə təyin olunub.Daha əvvəllər "Kapital Bank"ın mətbuat katibi işləyib. Ondan öncə isə "DəmirBank"da Reklam və PR üzrə baş mütəxəssis, "Expressbank"da mətbuat katibi vəzifəsində çalışıv. O, 1998-2002-cü illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində təhsil alıb.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
DMA: Bu il daha 1336 nəfər peşə kurslarına cəlb edilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi (DMA) tərəfindən bu ilin ötən dövrü ərazində daha 1336 işsiz və işaxtaran şəxs əmək bazarının tələblərinə uyğun peşələr üzrə hazırlıq kurslarına cəlb olunub.Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, onlardan 525-i üçün agentliyin Bakı, Gəncə, Göyçay, Qarabağ Peşə Hazırlığı Mərkəzlərində və Naxçıvan Peşə Hazırlığı Mərkəzində, 811-i üçün özəl tədris müəssisələrində kurslar təşkil edilib.Kurslar əsasən mühasib, dərzi, frontend developer, yanacaqdoldurma stansiyalarının operatoru, insan resursları mütəxəssisi, kompüter operatoru, təchizat üzrə agent və digər istiqamətlər üzrədir.İşəgötürənlərlə əməkdaşlıq edilməklə təşkil olunan, müdavimlərə peşələrlə bağlı nəzəri və praktiki biliklərin tədris edildiyi kursları uğurla başa...
12 Fevral 2026, 17:44
Misir Mərdanov:"Qərbi Azərbaycan tarixinə ciddi yer verilməlidir"
Qərbi Azərbaycan həqiqətləri Azərbaycan dərsliklərinə salınmalıdır.Modern.az xəbər verir ki, bu fikirləri sabiq təhsil naziri Misir Mərdanov “Bir elin manifesti: Qərbi Azərbaycan hekayələri” ümumrespublika hekayə müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimində səsləndirib.O bildirib ki, Qərbi Azərbaycan mövzusu orta məktəblərdə daha geniş şəkildə tədris olunmalıdır:“Bu məsələ cənab Prezident İlham Əliyevin də diqqət mərkəzindədir. Orta məktəb şagirdləri arasında ayrıca tədbirlər və ya müsabiqələr də keçirilməlidir. Mən təklif edərdim ki, Qərbi Azərbaycan İcmasının rəhbərliyi tərəfindən Azərbaycanın elm və təhsil müəssisələrində bu məsələlər nəzərə alınsın. Bugünkü gənclər Qərbi Azərbaycanın yüz illər ərzində üzləşdiyi hadisələrdən kifayət qədər xəbərsizdir. Bütün tarix kitablarında Qərbi Azərbaycan tarixinə ciddi yer verilməlidir”, -...
12 Fevral 2026, 17:22
"Google" da Rusiyada bloklana bilər
"Facebook" , "Instagram", "Youtube" "WhatsApp" və "Telegram" şəbəkələrinin ardından "Google" da Rusiyada bloklana bilər.Citypos.az xəbər verir ki, bu barədə Dövlət Dumasının deputatı Andrey Svintsov bildirib.Onun sözlərinə görə, bu, texniki cəhətdən mümkündür, lakin Roskomnadzor “Google”dan borcu yığmaq üçün onun ölkəyə qayıtmasını gözləyə bilər.“Google”un Rusiyanın televiziya kanallarına borcunun 91,5 kvintilyon rubl təşkil etdiyi açıqlanıb. (APA)
12 Fevral 2026, 17:00
Fermer kartlarından mənimsənilən milyonlar: Adı hallanan vəzifəli şəxslər və saxta terminallar - ŞOK İDDİA
"Aqrar İnnovasiya və Təchizat" şirkətinin həbsdə olan keçmiş əməkdaşı Elvin Məmmədlinin atası Vilayət Məmmədov 32gun.az-a yenidən müraciət edərək kənd təsərrüfatı sektorunda dövlət subsidiyalarının mənimsənilməsi ilə bağlı silsilə iddialarını davam etdirib.CityPost.az 32gun.az-a istinadən xəbər verir ki,ailə müraciəti zamanı Kənd təsərrüfatı məhsullarının (pestisidlər, toxumlar, gübrələr) təchizatçısı Şəmkir rayon sakini, fiziki şəxs Ülviyyə Ənvər qızı, "Zirvə Aqro", "Amin-Q", "Aqro servis" şirkətləri, “Rövşənoğlu şirkətlər qrupuna daxil olan "Rövşənoğlu1", "Rövşənoğlu2", "Rövşənoğlu3" , eləcə də “AzGübrə”, “TapAgro” , “GübrəAz” şirkətlərinin adlarını xüsusi vurğulayıb. O, oğlunun 7 illik həbs cəzasını ədalətsiz adlandıraraq, əsl cinayətkar şəbəkənin hələ də azadlıqda olduğunu və dövlət büdcəsini talamaqda davam etdiyini iddia edir.Onun redaksiyamıza...
12 Fevral 2026, 16:39
Prezident Dövlət Vergi Xidmətinin işçilərini təltif edib - SİYAHI
Prezident İlham Əliyev İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti işçilərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb.CityPost.az xəbər verir ki, Sərəncama əsasən, vergi sisteminin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin aşağıdakı işçiləri təltif ediliblər:“Tərəqqi” medalı iləƏliyev Nazim Kazım oğlu1-ci dərəcəli “Vergi orqanlarında xidmətdə fərqlənməyə görə” medalı iləAbbasov Etibar Akif oğluBədəlova Zöhrə Əliriza qızıGözəlov Zülfi Məmməd oğluHəziyeva Gülçöhrə Hacıqulu qızıHüseynov Alı Hüseynqulu oğluİsgəndərov Nəsib Əli oğluMəmmədov Şahin Yusif oğluRzayev Zamin Vahid oğluSəfərova Rəsmiyyə Suca qızı3-cü dərəcəli “Vergi orqanlarında xidmətdə fərqlənməyə görə” medalı iləQasımlı Nuranə Nurəddin qızıQənbərov Zahid Paşa oğlu....
12 Fevral 2026, 16:31
Rasim İldırımzadənin daha bir əməli üzə çıxdı - O, bu dəfə Namizəd Səfərovla əlbir olubmuş
Bakı Ağır Cinayətlər Məhkəməsində barəsində toplanmış materiallar əsasında cinayət işinə baxış keçirilən Rasim İldırımzadənin dələduzluğa dair daha bir əməli ortaya çıxıb. Bu barədə Citypost.az-a Ağstafa rayonunun Köçəsgər kəndində yaşayan Mehman Məmmədov məlumat verib. “Məni Rasim İldırımzadə ilə hazırda həbsdə olan Azərbaycan Vəkillər Kollegiyasının sabiq üzvü Namizəd Səfərov tanış etdi. N.Səfərov mənə dedi ki, R.İldırımzadə onun tələbəlik yoldaşıdır və nüfuzlu nəslin nümayəndəsidir. O, mənə həbsdə olan oğlumun əfv edilməsinə yardımçı olacağına söz verdi və 10.000 manat pul aldı. Artıq bu sövdələşmənin üstündən 3 ildən çox vaxt ötüb. R.İldırımzadə sözünə əməl etmədi, oğlumun çəkilməmiş cəzadan azad olunmasına yardım göstərmədi. Mən ondan və...
12 Fevral 2026, 16:28