Bizə yazın

Baku

-°C

USD

-

Çaylar necə yaranır?  

Hadisə 12 Fevral 2026, 17:40

1827

İnsanların əksəriyyəti çaya sadəcə axan su kimi baxırlar. Amma elmi baxımdan çaylar Yer kürəsinin ən səssiz, amma ən güclü qüvvələrindən biri sayılır. Əvvəlcə, maraqlı bir həqiqətə nəzər salaq. Axan çayların çoxu əslində öz yerlərində axmır... Alimlər müəyyən ediblər ki, çayların böyük hissəsi minlərlə il ərzində öz istiqamətlərini,yataqlarını  dəyişib, yəni bir vaxtlar başqa bir səmtə axan çay bu gün tamam fərqli yerdən keçir və ya əks tərəfə axır... Buna çay köçü də deyirlər. Daha qəribəsi isə bəzi çayların yerin altından axmasıdırı. Amma biz onları yerin səthində görürük, müşahidə edirik... Yeraltı çaylar yuxarı qalxır, çaylara qoşulurlar və çayların suyu artdığı halda heç bir yağış yağmır. Elə bax bu səbəbdən də bəzi çaylar quraqlıqda belə heç vaxt qurumur.

Digər bir fakta nəzər salaq. Çayların hamısının suyu dənizə çatmır. Dünyada yüzlərlə çay var ki, heç vaxt okeana tökülmür. Onlar yolda buxarlanır, torpağa hopur və ya göllərdə ölür. Elmi dildə bu çaylara qapalı hövzə çayları deyilir. Çaylarla bağlı daha az tədqiq olunan məsələlərdən biridə odur ki, çaylar daşmır, seçir... Axın zamanı su yüngül materialları uzağa aparır, ağır olanları isə dibdə saxlayır. Məhz buna görə də qızıl, qiymətli materiallar çox vaxt çay yatağında tapılır. Çay sanki təbiətin ələnmiş süzgəcidir. 

İndi isə ölçülərə nəzər salaq. 

Dünyanın ən uzun çayı sayılan Nil çayı təxminən 6650 km uzunluğa malikdir, amma maraqlı olan onun uzunluğu yox, davranışdır. Nil nadir çaylardandadır ki, səhranın ortasında axır, ətrafını isə yaşıllaşdırır. Alimlər bunu xətti həyat zonası da adlandırırlar. Ən qısa çay isə Royadır. Uzunluğu cəmi 61 metrdir. Buna baxmayaraq daimi mənbəyi olduğuna görə çay statusu alıb. Yəni çay olmaq üçün uzunluq yox, davamlılıq əsasdır. Bəlkə də ən təəccüblü fakt odur ki, çaylar yalnız torpağı yox, Yer kürəsini, iqlimini də dəyişə bilir. Böyük çaylar havaya rütubət buraxır. Buda yağış sisteminə təsir edə bilir. Yəni bu çayın axdığı ərazi də minlərlə kilometr uzaqlardakı hava arasında əlaqə mövcud ola bilər. Belə baxanda çay sadəcə su deyil, çay Yer kürəsinin yaddaşıdır. Haradan gəlib haraya gedir, hər şeyi üzərində daşıyır...    

Müşərrəfxanım

   

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Bakı-Quba yolunda yük və minik avtomobilləri toqquşdu

Bakı-Quba-Rusiya Federasiyası sərhədi avtomobil yolunda yük və minik avtomobilləri toqquşub.Citypost.az xəbər verir ki, hadisə yolun 90-cı kilometrliyində, Siyəzən rayonu ərazisində qeydə alınıb.Quba istiqamətində hərəkətdə olan yük maşını idarəetmənin itirilməsi nəticəsində beton maneələrə çırpılaraq yolun əks tərəfinə çıxıb. Bundan sonra qarışdıdan gələn “VAZ 21015” markalı avtomobillə toqquşub.Qəza zamanı minik avtomobilinin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.Hər iki avtomobilə və yol təsərrüfatına ziyan dəyib.Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır. (Azərtac)...

17 Aprel 2026, 10:13

445 min manat mənimsəmədə şübhəli bilinən qadın Türkiyədən Azərbaycana ekstradisiya olunacaq 

"Ekstradisiya haqqında" 13 dekabr 1957-ci il tarixli Konvensiyanın tələblərinə uyğun olaraq, Azərbaycanın vətəndaşı Səfərova Zinyət Məmmədrəsul qızının ekstradisiyası ilə bağlı Baş Prokurorluq tərəfindən verilmiş vəsatət Türkiyə Respublikasının səlahiyyətli orqanları tərəfindən təmin edilib.Bu barədə  Baş Prokurorluqdan məlukmat verilib."Azərbaycan Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində ibtidai istintaqı aparılan cinayət işi üzrə Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) direktoru vəzifəsində işləyən Səfərova Zinyət Məmmədrəsul qızının digər MMC-nin 445 min manatdan artıq pul vəsaitini mənimsəməsi və həmin pul vəsaitini leqallaşdırmasına əsaslı şübhələr müəyyən edilib", - məlumatda bildirilib və əlavə edilib ki, bu səbəbdən Zinyət Səfərovanın külli miqdarda mənimsəmə və cinayət yolu ilə əldə edilmiş...

16 Aprel 2026, 20:12

Avtoxuliqanlıq edərək sosial şəbəkədə paylaşan şəxslər həbs ediliblər 

Avtoxuliqanlıq edərək sosial şəbəkələrdə paylaşan şəxslər həbs ediliblər.Citypost.az xəbər verir ki, paytaxt ərazisində ictimai asayişi nümayişkaranə şəkildə pozaraq avtoxuliqanlıq edən şəxslər Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıblar. Profilaktik tədbirlər zamanı müəyyən edilib ki, 25 yaşlı Anar Həmidov və 23 yaşlı Rəşad Mahmudov avtomobillərini dövlət qeydiyyat nişanı olmadan təhlükəli şəkildə idarə ediblər. Onlar bu hərəkətləri ilə digər yol hərəkəti iştirakçılarının həyatına ciddi təhlükə yaradıb və həmin görüntüləri sosial şəbəkələrdə paylaşıblar.Həmin şəxslər barəsində inzibati protokollar tərtib olunaraq toplanmış materiallar məhkəməyə təqdim edilib. Məhkəmənin qərarına əsasən A.Həmidov və R.Mahmudov 20 sutka müddətinə inzibati qaydada həbs olunublar....

16 Aprel 2026, 16:28

Şirvanda evdən 15 000 manat oğurlanıb 

Şirvanda evdən 15000 manat oğurlamaqda şübhəli bilinən iki nəfər saxlanılıb.Bu barədə Citypost.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.Bildirilib ki, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə şəhər ərazisində yerləşən evlərin birindən oğurluq etməkdə təqsirli bilinən Emin Abbasov və Ağa Dəmirov saxlanılıblar. Onlar qeyd edilən mənzildən 15000 manat nağd pul vəsaiti oğurlayıblar.Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib....

16 Aprel 2026, 11:08

Binəqədidə 54 kiloqram narkotik vasitə aşkarlanıb 

Bakının Binəqədi rayonunda saxlanılan şəxslərdən 54 kiloqram narkotik vasitə aşkarlanıb.Bu barədə Citypost.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən tədbirlər zamanı paytaxt ərazisində narkokuryerlik etməkdə şübhəli bilinən Elnur Məmmədovla tanışı Elmar Balışovdan 14 kiloqram 131 qram tiryək, marixuana, Hikmət Kərimlidən 24 kiloqram 256 qram marixuana, Vüsal İmanovdan 2 kiloqram 300 qram marixuana, eləcə də 500 ədəd psixotrop tərkibli həb, Mövlud Əliyevdən 7 kiloqram 527 qram marixuana, həmçinin tiryək, Sənani Süleymanovdan isə 5 kiloqram 815 qram marixuana və tiryək aşkarlanıb.Keçirilən əməliyyatlar nəticəsində ümumilikdə 54 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.Saxlanılan şəxslər ifadələrində narkotikləri sosial şəbəkələrdə tanış...

16 Aprel 2026, 11:00

Naxçıvanda qaya uçqunu olub 

Naxçıvan Muxtar Respublikası Ordubad rayonunda qaya uçqunu qeydə alınıb.APA-nın yerli bürosu xəbər verir ki, intensiv yağışlar nəticəsində Pəzməri kənd avtomobil yolunun 24-cü kilometrliyində qaya parçaları yolun mərkəzi hissəsinə tökülüb.Hadisə zamanı yolun hərəkət hissəsinə iri qaya parçaları aşıb, nəticədə yolun müəyyən hissəsində gediş-gəliş məhdudlaşdırılıb. İlkin məlumata görə, qaya parçaları qaz xəttini də sıradan çıxarıb.Dərhal əraziyə Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyinin canlı qüvvəsi cəlb olunub. Hazırda qaya parçaları dağıdılaraq ərazidən yığışdırılır....

16 Aprel 2026, 10:38