Fermer kartlarından mənimsənilən milyonlar: Adı hallanan vəzifəli şəxslər və saxta terminallar - ŞOK İDDİA
Cəmiyyət 12 Fevral 2026, 16:39
348
"Aqrar İnnovasiya və Təchizat" şirkətinin həbsdə olan keçmiş əməkdaşı Elvin Məmmədlinin atası Vilayət Məmmədov 32gun.az-a yenidən müraciət edərək kənd təsərrüfatı sektorunda dövlət subsidiyalarının mənimsənilməsi ilə bağlı silsilə iddialarını davam etdirib.
CityPost.az 32gun.az-a istinadən xəbər verir ki,ailə müraciəti zamanı Kənd təsərrüfatı məhsullarının (pestisidlər, toxumlar, gübrələr) təchizatçısı Şəmkir rayon sakini, fiziki şəxs Ülviyyə Ənvər qızı, "Zirvə Aqro", "Amin-Q", "Aqro servis" şirkətləri, “Rövşənoğlu şirkətlər qrupuna daxil olan "Rövşənoğlu1", "Rövşənoğlu2", "Rövşənoğlu3" , eləcə də “AzGübrə”, “TapAgro” , “GübrəAz” şirkətlərinin adlarını xüsusi vurğulayıb.
O, oğlunun 7 illik həbs cəzasını ədalətsiz adlandıraraq, əsl cinayətkar şəbəkənin hələ də azadlıqda olduğunu və dövlət büdcəsini talamaqda davam etdiyini iddia edir.
Onun redaksiyamıza təqdim etdiyi sənədlər, bank çıxarışları və konkret faktlar əsasında onun iddialarını olduğu kimi təqdim edirik:
Mənimsəmə mexanizmi: Fermer kartları necə boşaldılır?
V.Məmmədov iddia edir ki, Elnur Hakdari və onun rəhbərlik etdiyi "TAPAGRO-XRAM AGRO" şirkəti vasitəsilə ölkənin müxtəlif rayonlarında fermerlərə məxsus subsidiyalar qanunsuz yollarla nağdlaşdırılır. Onun sözlərinə görə, bu şəbəkə heç bir mal satışı həyata keçirmədən, yalnız saxta post-terminallar vasitəsilə vətəndaşların kartındakı vəsaiti silir və bunun müqabilində dövlətə saxta hesabatlar təqdim edir. Atanın iddiasına görə, 2020-ci ilə qədər Qubada kiçik bir mağaza sahibi olan Elnur Hakdari, bu qanunsuz yollarla hazırda lüks həyat şəraiti qurub.
Məhkəmə və istintaq prosesləri: Niyə hələ də azadlıqdadırlar?
Şikayətçi bildirir ki, Elnur Hakdari hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.4-cü (xüsusilə külli miqdarda dələduzluq) maddəsi ilə təqsirləndirilən şəxs qismində mühakimə olunur. Lakin buna baxmayaraq, o, hələ də azadlıqdadır və fəaliyyətini davam etdirir. Onun sözlərinə görə, eyni şəxslə bağlı Hacıqabul rayon Prokurorluğunda fermer kartlarından 30 min manatlıq vəsaitin mənimsənilməsi ilə bağlı daha bir cinayət işi başlanıb və hazırda Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində istintaq edilir.
Saxta sənədlər və milyonluq yayınmalar
Atanın növbəti iddiası "Yusif" adlı Türkiyə vətəndaşı ilə bağlıdır.
İddia olunur ki, bu şəxs Elnur Hakdari ilə yaxın qohumluq (kirvəlik) əlaqələri quraraq, ona və digər iş adamlarına saxta elektron qaimə-fakturalar təmin edir. Xüsusilə Tural və Turqay Nağızadə qardaşlarına 20 milyon manatlıq saxta sənəd verildiyi və bu yolla külli miqdarda vergidən yayınma halının baş verdiyi iddialar arasındadır.
Hacı Hümbət və "Agro-Kimya" iddiası
O "Hacı Hümbət" ləqəbli Hümbət Həsənov barəsində də şok faktlar səsləndirib. Onun iddiasına görə, əvvəllər yük maşını sürücüsü olan bu şəxs, fermer kartlarındakı dövlət vəsaitini mənimsəmək hesabına İmişli rayonunda böyük obyektlər, yanacaqdoldurma məntəqələri və Bakı şəhərinin Həzi Aslanov qəsəbəsində çoxmərtəbəli yaşayış binaları inşa etdirir. İddia olunur ki, o, bu əməllərini "Agro-Kimya" adlı şirkət vasitəsilə həyata keçirir.
Həmçinin oxuyun
Dövlət strukturlarındakı "dayaqlar"
E.Məmmədlinin atası bəzi vəzifəli şəxslərin də bu şəbəkəyə şərait yaratdığını iddia edir.
O, "AzGübrə" MMC-nin Tovuz rayonu üzrə satış müdiri Habil Cəfərovun və Ağstafa rayon Aqrolizinq idarəsinin rəhbər vəzifəli şəxsi Cavanşir Əmrahovun adını çəkərək, onların öz vəzifə səlahiyyətlərindən sui-istifadə etdiklərini bildirir.
Həmçinin Maliyyə Nazirliyinin əməkdaşı Feyruz Tağıyevin də proseslərdə adı hallandırılır.
Həmçinin onuda bildirirki Tovuz və ətraf rayonlarda saxta post terminallar vasitəsilə fermer kartlarının silinmesine Feyruz Tağıyev başçılıq edir.. O öz qanunsuz əməllərini qardaşı Çingiz Tağıyev və oğlu Fariz Tağıyev ilə birlikdə edir.
Elvin Məmmədlinin durumu: "Oğlum iki dəfə canına qəsd edib"
Məhbusun atası bildirir ki, oğlu Elvin Məmmədli bütün bu haqsızlıqlara dözməyərək həbsxanada iki dəfə intihara cəhd edib və həkimlərin müdaxiləsi ilə xilas olunub. 2025-ci ilin dekabrında ağır əməliyyat keçirən Elvinin səhhətində ciddi problemlər olduğu, lakin buna baxmayaraq ona təzyiqlərin davam etdirildiyi vurğulanır. O deyir: "Əgər bu qədər cinayət törədənlər azadlıqdadırsa, o zaman mənim oğlum günahsızdır. Onun tək səhvi bu şəxslərə inanmaq olub".
Təqdim olunan sənədlərdə nədən söhbət gedir ?
Redaksiyamıza təqdim olunan bank çıxarışlarında aydın görünür ki, fermerlərin kartına "subsidiya" adı ilə köçən vəsaitlər (məsələn, 37.95 AZN və 101.75 AZN kimi məbləğlər) bir neçə gün sonra "TAPAGRO-XRAM AGRO" şirkəti tərəfindən "satınalma" əməliyyatı ilə silinib. Atanın iddiasına görə, bu, kütləvi xarakter daşıyır və minlərlə fermerin kartı bu üsulla boşaldılıb.
Vilayət Məmmədov sonda bildirib ki, o və ailəsi haqlı mübarizələrindən vaz keçməyəcəklər və ölkə rəhbərliyindən bu mənimsəmə zəncirinin köklü şəkildə araşdırılmasını tələb edirlər.
Redaksiyadan: Yazıda adları çəkilən şəxslərin və şirkətlərin mövqeyini dərc etməyə hazırıq. Mövzu diqqətimizdədir.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
DMA: Bu il daha 1336 nəfər peşə kurslarına cəlb edilib
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi (DMA) tərəfindən bu ilin ötən dövrü ərazində daha 1336 işsiz və işaxtaran şəxs əmək bazarının tələblərinə uyğun peşələr üzrə hazırlıq kurslarına cəlb olunub.Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, onlardan 525-i üçün agentliyin Bakı, Gəncə, Göyçay, Qarabağ Peşə Hazırlığı Mərkəzlərində və Naxçıvan Peşə Hazırlığı Mərkəzində, 811-i üçün özəl tədris müəssisələrində kurslar təşkil edilib.Kurslar əsasən mühasib, dərzi, frontend developer, yanacaqdoldurma stansiyalarının operatoru, insan resursları mütəxəssisi, kompüter operatoru, təchizat üzrə agent və digər istiqamətlər üzrədir.İşəgötürənlərlə əməkdaşlıq edilməklə təşkil olunan, müdavimlərə peşələrlə bağlı nəzəri və praktiki biliklərin tədris edildiyi kursları uğurla başa...
12 Fevral 2026, 17:44
Misir Mərdanov:"Qərbi Azərbaycan tarixinə ciddi yer verilməlidir"
Qərbi Azərbaycan həqiqətləri Azərbaycan dərsliklərinə salınmalıdır.Modern.az xəbər verir ki, bu fikirləri sabiq təhsil naziri Misir Mərdanov “Bir elin manifesti: Qərbi Azərbaycan hekayələri” ümumrespublika hekayə müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimində səsləndirib.O bildirib ki, Qərbi Azərbaycan mövzusu orta məktəblərdə daha geniş şəkildə tədris olunmalıdır:“Bu məsələ cənab Prezident İlham Əliyevin də diqqət mərkəzindədir. Orta məktəb şagirdləri arasında ayrıca tədbirlər və ya müsabiqələr də keçirilməlidir. Mən təklif edərdim ki, Qərbi Azərbaycan İcmasının rəhbərliyi tərəfindən Azərbaycanın elm və təhsil müəssisələrində bu məsələlər nəzərə alınsın. Bugünkü gənclər Qərbi Azərbaycanın yüz illər ərzində üzləşdiyi hadisələrdən kifayət qədər xəbərsizdir. Bütün tarix kitablarında Qərbi Azərbaycan tarixinə ciddi yer verilməlidir”, -...
12 Fevral 2026, 17:22
"Google" da Rusiyada bloklana bilər
"Facebook" , "Instagram", "Youtube" "WhatsApp" və "Telegram" şəbəkələrinin ardından "Google" da Rusiyada bloklana bilər.Citypos.az xəbər verir ki, bu barədə Dövlət Dumasının deputatı Andrey Svintsov bildirib.Onun sözlərinə görə, bu, texniki cəhətdən mümkündür, lakin Roskomnadzor “Google”dan borcu yığmaq üçün onun ölkəyə qayıtmasını gözləyə bilər.“Google”un Rusiyanın televiziya kanallarına borcunun 91,5 kvintilyon rubl təşkil etdiyi açıqlanıb. (APA)
12 Fevral 2026, 17:00
Prezident Dövlət Vergi Xidmətinin işçilərini təltif edib - SİYAHI
Prezident İlham Əliyev İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti işçilərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb.CityPost.az xəbər verir ki, Sərəncama əsasən, vergi sisteminin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin aşağıdakı işçiləri təltif ediliblər:“Tərəqqi” medalı iləƏliyev Nazim Kazım oğlu1-ci dərəcəli “Vergi orqanlarında xidmətdə fərqlənməyə görə” medalı iləAbbasov Etibar Akif oğluBədəlova Zöhrə Əliriza qızıGözəlov Zülfi Məmməd oğluHəziyeva Gülçöhrə Hacıqulu qızıHüseynov Alı Hüseynqulu oğluİsgəndərov Nəsib Əli oğluMəmmədov Şahin Yusif oğluRzayev Zamin Vahid oğluSəfərova Rəsmiyyə Suca qızı3-cü dərəcəli “Vergi orqanlarında xidmətdə fərqlənməyə görə” medalı iləQasımlı Nuranə Nurəddin qızıQənbərov Zahid Paşa oğlu....
12 Fevral 2026, 16:31
Rasim İldırımzadənin daha bir əməli üzə çıxdı - O, bu dəfə Namizəd Səfərovla əlbir olubmuş
Bakı Ağır Cinayətlər Məhkəməsində barəsində toplanmış materiallar əsasında cinayət işinə baxış keçirilən Rasim İldırımzadənin dələduzluğa dair daha bir əməli ortaya çıxıb. Bu barədə Citypost.az-a Ağstafa rayonunun Köçəsgər kəndində yaşayan Mehman Məmmədov məlumat verib. “Məni Rasim İldırımzadə ilə hazırda həbsdə olan Azərbaycan Vəkillər Kollegiyasının sabiq üzvü Namizəd Səfərov tanış etdi. N.Səfərov mənə dedi ki, R.İldırımzadə onun tələbəlik yoldaşıdır və nüfuzlu nəslin nümayəndəsidir. O, mənə həbsdə olan oğlumun əfv edilməsinə yardımçı olacağına söz verdi və 10.000 manat pul aldı. Artıq bu sövdələşmənin üstündən 3 ildən çox vaxt ötüb. R.İldırımzadə sözünə əməl etmədi, oğlumun çəkilməmiş cəzadan azad olunmasına yardım göstərmədi. Mən ondan və...
12 Fevral 2026, 16:28
Ölkə başçısı SHXÇDX əməkdaşlarını təltif etdi
Azərbaycan Prezidenti İlham Əliyev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularının və mülki işçilərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb.Citypost.az-ın məlumatına görə, sənəddə deyilir:Xidməti vəzifələrini və qarşısında qoyulmuş tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin aşağıdakı hərbi qulluqçuları və mülki işçiləri təltif edilsinlər:"Vətən uğrunda" medalı iləQarayev Natiq Sahib oğlu – general-mayorCəfərov Elməddin Qulu oğlu – polkovnikQuliyev İslam Ramiz oğlu – polkovnik"Hərbi xidmətlərə görə" medalı iləHidayev Əziz Şahmurad oğlu – polkovnikAbbasov Hikmət Zahid oğlu – mayorƏliyeva Samirə Təşkilat qızı – mayor"Tərəqqi" medalı iləSədrətdinov Pərviz Həsən oğlu....
12 Fevral 2026, 16:00