Bizə yazın

Baku

-°C

USD

-

Tamilla Qulami Mehdiyevə SƏSLƏNDİ: “Xəyanətin cəzasını tam anlamadan ölməyin”  

Siyasət 12 Fevral 2026, 15:47

1460

Ümid Partiyasının sədr müavini Tamilla Qulami sosial şəbəkədə paylaşdığı statusda Ramiz Mehdiyev barədə sərt fikirlər səsləndirib.

Citypost.az xəbər verir ki, Tamilla Qulami dövlətə xəyanət məsələsinin ciddiliyini vurğulayaraq bildirib ki, bu kimi əməllərin nəticələri göründüyündən daha geniş və ağır ola bilər. Onun sözlərinə görə, dövlətə qarşı xəyanət halları ilə bağlı cəmiyyətdə maarifləndirmə işi və təbliğat ciddi şəkildə aparılmalıdır.

T.Qulami paylaşımında qeyd edib:“Mən Ramiz Mehdiyevə uzun ömür arzu edirəm. İstəyirəm ki, 100 yaşasın, imkan olsa daha da çox. Amma təkcə yaşaması üçün deyil. Diləyirəm ki, bu dövlətə, bu millətə etdiklərinin bədəlini yaşadığı ömrün hər salisəsində, hər saniyəsində, hər dəqiqəsində, hər saatında çəksin”.

Ümid Partiyasının sədr müavini Ramiz Mehdiyevə  müraciət edərək əlavə edib:“Öz vicdanınızın və cəmiyyətə etdiyiniz xəyanətin cəzasını tam anlamadan ölməyin!”

Məlumat üçün bildirək ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Azərbaycan Respublikasının vətəndaşları Ramiz Mehdiyev, Abbas Abbasov, Əli Kərimli və digərlərinin xarici xüsusi xidmət orqanlarının dəstəyi ilə dövlət hakimiyyətini zorla ələ keçirmək və konstitusiya quruluşunu dəyişdirmək planlarında təqsirləndirildiyini açıqlayıb.

DTX-nin yaydığı məlumata görə, həmin şəxslər 2013-cü ildə yaradılmış “Milli Şura” və “Milyarderlər İttifaqı” vasitəsilə xarici dövlətlərin maddi və təşkilati dəstəyi ilə kütləvi iğtişaşlar törətməyi, hakimiyyət nümayəndələrinin qanuni tələblərinə tabe olmamağı və ictimai qaydanı pozmağı planlaşdırıblar.

İddialara əsasən, Ramiz Mehdiyev 2025-ci ildə hazırladığı gizli materialları xarici xüsusi xidmət orqanlarına ötürərək dövlətə xəyanət edib, həmçinin cinayət yolu ilə əldə olunmuş 17 milyon manatdan artıq vəsaiti leqallaşdırıb.

Cinayət işi üzrə Abbas Abbasov, Əli Kərimli, Fuad Qəhrəmanlı, Məmməd İbrahim və Qənimət Zayıdov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 278.1-ci (hakimiyyətin zorla ələ keçirilməsi və konstitusiya quruluşunun dəyişdirilməsi) maddəsi ilə, Ramiz Mehdiyev isə 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması), 274 (dövlətə xəyanət) və 278.1-ci maddələri ilə təqsirləndirilir.

Abbas Abbasov, Fuad Qəhrəmanlı və Qənimət Zayıdov ölkə hüdudlarından kənarda olduqları üçün barələrində axtarış elan olunub və məhkəmənin qərarı ilə qiyabi həbs tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Turan

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Sabitlik və inkişafın yeni yolu: Azərbaycan–ABŞ əməkdaşlığı

Azərbaycan və ABŞ arasında qurulan strateji tərəfdaşlıq artıq yalnız diplomatik əməkdaşlıq deyil, regionda sabitliyi, rifahı və davamlı inkişafı təmin edən əsas platformaya çevrilib. Fevralın 10-da ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensin Azərbaycana rəsmi səfəri bu münasibətlərin möhkəmlənməsində mühüm rol oynadı. Eyni gündə imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası isə iki ölkə arasındakı əlaqələri keyfiyyətcə yeni mərhələyə yüksəltdi.Strateji Tərəfdaşlıq Xartiyası təkcə ikitərəfli əməkdaşlığın hüquqi və siyasi əsaslarını müəyyən etmir, həm də region üçün strateji imkanlar açır. Sənəd enerji, ticarət, tranzit, rəqəmsal infrastruktur, süni intellekt, iqtisadi sərmayələr, müdafiə və təhlükəsizlik sahələrində geniş əməkdaşlıq perspektivlərini nəzərdə tutur. Orta Dəhlizin inkişafı, enerji marşrutlarının şaxələndirilməsi, mülki nüvə əməkdaşlığı...

11 Fevral 2026, 14:03

Ülviyyə Həmzəyeva: Azərbaycan–ABŞ tərəfdaşlığı güclənir

“Azərbaycan və ABŞ arasında formalaşan strateji tərəfdaşlıq regionda sabitlik və rifahın təmin olunmasına xidmət edən mühüm platformadır”Bu sözləri Millət vəkili Ülviyyə Həmzəyeva Citypost.az-a açıqlamasında bildirib.O əlavə edib ki, fevralın 10-da ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensin Azərbaycana rəsmi səfəri və Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması iki ölkə münasibətlərində yeni mərhələnin başlanğıcıdır. “Bu səfər yalnız diplomatik görüşdən ibarət deyil, həm də Azərbaycan-ABŞ strateji dialoqunun möhkəmlənməsi, qarşılıqlı etimadın artması və əməkdaşlığın dərinləşməsi baxımından tarixi əhəmiyyət daşıyır”, – deputat vurğulayıb.Ülviyyə Həmzəyeva qeyd edib ki, Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması son altı ay ərzində aparılan məqsədyönlü fəaliyyətin nəticəsidir. “Altı ay əvvəl Vaşinqtonda Prezident İlham Əliyevin ABŞ Prezidenti...

11 Fevral 2026, 13:41

Ceyhun Məmmədov: "Azərbaycan–ABŞ əməkdaşlığında yeni dövr başlayır"

Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Ceyms Devid Vensin Azərbaycana səfəri iki ölkə münasibətlərində yeni və mühüm mərhələnin başlanğıcı kimi qiymətləndirilir. Səfər yalnız diplomatik görüş deyil, eyni zamanda Azərbaycan–ABŞ strateji dialoqunun möhkəmlənməsi, qarşılıqlı etimadın artması və əməkdaşlığın dərinləşməsi baxımından əlamətdar hadisə sayılır.Deputat Ceyhun Məmmədov Citypost.az-a bildirir ki, Azərbaycan post-münaqişə dövründə regionda sülhün, sabitliyin və əməkdaşlığın təşəbbüskarı rolunu oynayır. ABŞ vitse-prezidentinin səfəri bu reallıqların tanınması və Cənubi Qafqazda sülhün bərqərar olması üçün verilən siyasi dəstəyin göstəricisidir.Xüsusilə, Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması iki ölkə arasında uzunmüddətli tərəfdaşlığın hüquqi və siyasi əsaslarını daha da möhkəmləndirir. Sənəd qarşılıqlı maraqlara, suverenliyə, hörmətə və qlobal sabitliyə xidmət edən...

11 Fevral 2026, 13:20

Elnarə Akimova: "Azərbaycan-ABŞ tərəfdaşlığı sülh üçün addımdır"

ABŞ Vitse-prezidenti Cey Di Vensin əvvəlcə Ermənistana, ardınca Bakıya səfəri Cənubi Qafqazda sülh prosesinin taleyinə dair sualları yenidən gündəmə gətirib. Ekspertlər bildirir ki, bu səfərlər sadəcə diplomatik protokol çərçivəsində qiymətləndirilə bilməz. Proseslərin ardıcıllığı və zamanlaması göstərir ki, Vaşinqton artıq regionda müşahidəçi deyil, aktiv rol oynamaq niyyətindədir.Deputat Elnarə Akimova Citypost.az-a açıqlamasında bildirib ki, Vensin Yerevana səfəri ilk növbədə Ermənistan üçün siyasi mesajdır. ABŞ Ermənistanı regionda tək buraxmadığını nümayiş etdirir və ölkəni sülh sazişini imzalamağa, kommunikasiyaları açmağa təşviq edir. Akimova qeyd edib ki, bu yanaşma Ermənistan üçün təhlükəsizlik və enerji sahəsində yeni alternativlər demək olsa da, eyni zamanda öhdəliklər yaradır. ABŞ-la yaxınlaşma...

11 Fevral 2026, 11:48

Ekspert: Papanın mümkün Bakı səfəri regionda sülh prosesinə əlavə impuls verə bilər

Ötən gün Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Vatikanda Roma Papası XIV Leo ilə görüşüb. Pontifikin dəvəti ilə keçirilən audiensiyada Azərbaycandakı müxtəlif dini konfessiyaların rəhbərləri də iştirak edib. Papa bu səfəri sülh və birgəyaşayışın nümunəsi kimi yüksək qiymətləndirib.Qeyd edək ki, bu görüş Azərbaycanla Vatikan arasında mövcud olan yüksək səviyyəli münasibətlərin növbəti təzahürü kimi qiymətləndirilir. Görüş zamanı dinlərarası dialoq, qarşılıqlı hörmət və regional sülh məsələlərinin müzakirə olunduğu bildirilir. Ekspertlərin fikrincə, belə təmaslar Azərbaycanın multikultural dəyərlərinin beynəlxalq müstəvidə təqdimatı baxımından da xüsusi əhəmiyyət daşıyır.Mövzu ilə bağlı Citypost.az-a danışan araşdırmaçı jurnalist Kənan Rövşə oğlu bildirib ki, Roma Papasının Azərbaycana mümkün səfəri Cənubi...

11 Fevral 2026, 10:37

ABŞ Vitse-prezidenti Şəhidlər xiyabanını ziyarət ediblər 

ABŞ Vitse-prezidenti Cey Di Vens və həyat yoldaşı Uşa Vens Şəhidlər xiyabanını ziyarət ediblər.Citypost.az  xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin iqtisadi məsələlər üzrə müavini Ceykob Helberqin sosial şəbəkələrdəki paylaşımında bildirilib.Vens cütlüyü Şəhidlər xiyabanında "Əbədi məşəl" abidəsi önünə əklil qoyub..@VP and @SLOTUS at the Eternal Flame Memorial in Baku, Azerbaijan. 🫡 pic.twitter.com/PPMgO30FCp— Under Secretary of State Jacob S. Helberg (@UnderSecE) February 11, 2026 ...

11 Fevral 2026, 10:12