Bizə yazın

Baku

-°C

USD

-

Sabah Günəş tutulması baş verəcək 

Cəmiyyət 16 Fevral 2026, 19:08

171

İlin ilk tutulması halqalı Günəş tutulması olacaq. Tutulma 17 fevral saat 13:56-da başlayacaq və 18:27-də başa çatacaq.

Bu barədə CİtyPost.az-a Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.

Maksimum fazası 16:12-yə təsadüf edən bu tutulma əsasən Antarktida üzərindən müşahidə olunacaq. Tutulmanın növü müşahidəçinin mövqeyindən asılı olduğuna görə Argentina, Madaqaskar, Cənubi Afrika Respublikası, Tanzaniya, Zimbabve, Namibiya, Seyşel adaları, Mozambik, Çili, Botsvana, Malavi, Zambiya, Cənubi Corciya və Cənubi Sendviç adaları, Mavriki, Reyunion, Lesoto və digər bir sıra ölkələrdə görünəcək.

Tutulmalar Günəşin qarşısından Yer və ya Ay keçərək onun işığını qismən və ya tam kəsdiyi zaman müşahidə olunur. Yer orbitinin müstəvisi ilə Ay orbitinin müstəvisi arasında cəmi 5°09′ fərq vardır. Ayın yeni Ay və ya tam Ay fazaları orbitin düyünlərinə uyğun gəldikdə tutulma baş verir. Günəş tutulması üçün əlavə şərt isə Ay və Günəş disklərinin göydə görünən bucaq ölçülərinin demək olar ki, eyni olmasıdır.

Günəş tutulması zamanı Ay Günəşlə Yer arasına keçərək Günəşdən gələn şüaların Yerə çatmasının qarşısını alır. Nəticədə Yer səthinin müəyyən hissələrində Ayın kölgəsi yaranır və tutulma müşahidə olunur. Günəş tutulması yalnız yeni Ay fazasında baş verir.

Ay, Yer və Günəşin qarşılıqlı vəziyyətindən asılı olaraq Günəş tutulmaları tam, halqalı, qismən və hibrid olmaqla bir neçə növə ayrılır. Günəş tutulmasının tam fazasının maksimum müddəti təxminən 7 dəqiqədir. Bu məhdudiyyət Ayın kölgəsinin Yer səthində əhatə etdiyi sahənin nisbətən kiçik olması ilə bağlıdır.

Müşahidəçi kölgədən yarımkölgəyə keçdikcə isə Ayın Günəş diskini örtmə faizi azalır və tam tutulma deyil, qismən Günəş tutulması müşahidə olunur. Qismən tutulmada örtülmə faizi də müşahidə məkanının coğrafi mövqeyindən asılıdır.

Qeyd edək ki, bu tutulma Azərbaycandan müşahidə olunmayacaq. Növbəti tutulma isə 3 mart tarixində baş verəcək tam Ay tutulması olacaq.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Ən çox rol alan aktyorlar kimlərdir...  

Azərbaycanın ən çox filmə çəkilən aktyorları Həsən Məmmədov, Rasim Balayev və Şahmar Ələkbərovdur. Sıralamada üçüncü yerdə olan Həsən Məmmədov ümumilikdə 71 filmə çəkilib. Bura onun çəkildiyi kinolar, sənədli filmlər və barəsində çəkilən filmlər daxildir. Lakin Həsən Məmmədov çəkildiyi baş rolların sayına görə liderdir. O, 30 filmdə baş rola çəkilib. İkinci yerdə görkəmli aktyor, tanınmış incəsənət xadimi Rasim Balayev gəlir. R.Balayev 113 filmə çəkilmişdir. Ən nəhayət birinci yerdə tamaşaçıların sevə-sevə seyr etdikləri Şahmar Ələkbərov dayanır. Şahmar Ələkbərov 148 kino filmə çəkilib. Xaricdə çəkildiyi kinoların sayına görə lider olan aktyorumuz isə Tariyel Qasımovdur. O, 11 ölkədə çoxsaylı filmlərdə yer alıb. Bəs dünyada ən çox...

16 Fevral 2026, 18:17

“Qorilla” Manaf Ağayevi rüsvay etdi  

Yasamalın ensiz, dar küçələri ilə soruşa-soruşa onun yaşadığı ünvana gəlib çatdıq. Ona məxsus yöndəmsiz tikilmiş mənzil digərlərindən seçilir. Qonşu evlər səliqəli, müasir, iki və üç mərtəbəlidir. Açıq giriş qapısından primitiv üsulla hazırlanmış pərdə asılıb. Qapı açıq olduğu üçün kəndarını açarla döyürəm. İçəridən xırıltılı, siqaret çəkən adam səsi gəlir. “Gəl, kimsən? Kimi axtarırsan?!”...Pərdəni qaldırıb içəri daxil oluram. Sallağı oturub, arıq və çəlimsizdir. Əllərinin üstündəki damarlar o qədər yoğundur ki, istər-istəməz həmən nəzərə çarpır. Uzun və qarışıq saçları, qeyri-adi görünüşü tanınmış rəssam Səttar Bəhlulzadəni xatırladırdı. Evdə özünə məxsus bir abu-hava var. İnsanı hər şey sanki keçmişə qaytarır. Amma, mənzildə nə varsa yerli-yerində,...

16 Fevral 2026, 18:02

Azad edilmiş ərazilərdə daha 60 mina aşkarlandı 

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik (09.02.2026-15.02.2026) məlumat açıqlanıb.Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) Citypost.az-a verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda, eyni zamanda, Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində 53 piyada əleyhinə mina, 7 tank əleyhinə mina, 130 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.Bildirilib ki, 385 hektar ərazi mina və PHS-lərdən təmizlənib....

16 Fevral 2026, 16:27

Vatikanda QMİ-nin nümayəndəliyi yaradılacaq 

Vatikanda Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəliyi yaradılacaq.Citypost.az xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə məlumat verib.A.Paşazadə xatırladıb ki, hazırda QMİ-nin İstanbulda, Tiflisdə, Batumidə, Dərbənddə nümayəndəlikləri və qazılıqları fəaliyyət göstərir:"Əhatə coğrafiyamızı genişləndirmək istiqamətində işlər davam edir. Hazırda Vatikanda nümayəndəliyimizin yaradılması istiqamətində danışıqlar aparırıq".

16 Fevral 2026, 15:27

İbadət satdı, Cavanşir aldı...  

Yerli mətbuatın verdiyi xəbərə görə, Maliyyə Nazirliyinin keçmiş aparat rəhbəri Cavanşir Yusifov Şəmkir rayonunda daha bir ticarət obyekti alıb. Bu “Yamin” şadlıq sarayıdır. Keçmiş aparat rəhbəri bundan əvvəl də Şəmkir ərazisində fəaliyyət göstərən “Murovdağ” şadlıq sarayının satın almışdı. Onun az öncə aldığı həmin obyekti oğlu Rüfət Yusifovun adına rəsmiləşdirdiyi bildirilir.Gəncə Dövlət Universitetinin qalmaqallı rektoru Yusif Yusifovun qardaşı olan Cavanşir Yusifov ötən ilin martında Maliyyə Nazirliyindəki vəzifəsindən uzaqlaşdırılıb. Onlar əslən Kəlbəcər rayonundandırlar. Sabiq Millət vəkili, hazırda  Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini olan Cavid Qurbanovla eyni çevrədəndirlər. Citypost.az-ın əldə etdiyi xəbərə görə “Yamin” şadlıq sarayının əvvəlki sahibi, keçmiş prokurorluq əməkdaşı, hazırda biznes...

16 Fevral 2026, 15:25

Vüqar Qurbanov işdən azad olunub 

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov vəzifəsindən azad edilib.Citypost.az xəbər verir ki, sədrin səlahiyyətlərinin icrası qurumun müavini Anar İsrafilova həvalə olunub.Hələlik rəsmi qurumlar tərəfindən Vüqar Qurbanovun vəzifədən azad edilməsinin səbəbləri açıqlanmayıb.Məsələ ilə bağlı əlavə məlumat veriləcəyi gözlənilir.Qeyd edək ki, V.Qurbanov 2022-ci ilin sentyabrında TƏBİB-in icraçı direktoru təyin edilmişdi. (Bakupost)

16 Fevral 2026, 14:15