Bizə yazın

Baku

-°C

USD

-

Nadir Azəri: Yeni qlobal düzəndə Azərbaycan faktoru

Siyasət 17 Fevral 2026, 10:21

421

“Bu gün dünya düzənində baş verən proseslər bir həqiqəti açıq şəkildə ortaya qoyur: yeni dünya nizamı formalaşır, köhnə dünya nizamının son dayaqları isə artıq bir-bir sıradan çıxır. Formalaşmaqda olan bu yeni dünya düzənində daha uzaqgörən siyasət yürüdənlər, milli və dövlət maraqlarını daha qətiyyətlə qorumağı bacaranlar, beynəlxalq prosesləri düzgün təhlil edərək operativ və çevik qərarlar qəbul edə bilənlər öz layiqli yerini tuta biləcək. Bunu həm ayrı-ayrı dövlət liderlərinə, həm də dövlətlərin birləşdiyi birlik və ittifaqlara şamil edə bilərik”.

Bunu Citypost.az-a “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin sədri, siyasi şərhçi Nadir Azəri deyib.

Nadir Azərinin sözlərinə görə, bu baxımdan Azərbaycanın bəxti gətirib: “Çünki ölkəmiz İlham Əliyev kimi qətiyyətli dövlət başçısının, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qlobal məkanda öz sözünü deyir. Prezident İlham Əliyev qlobal prosesləri dərindən təhlil etmək, düzgün zamanda düzgün və çevik qərarlar qəbul etmək qabiliyyətinə malik lider kimi dünyada tanınır. Çünki dövlət başçısının bəyan etdiyi kimi biz nəyi, nə zaman, necə etməyi yaxşı bilirik”. 

Siyasi şərhçi onu da qeyd edib ki, cənab Prezidentin istər ölkə daxilində keçirilən yerli və beynəlxalq tədbirlərdə, istərsə də xarici ölkələrdə təşkil olunan forum və konfranslardakı çıxışları, suallara verdiyi cavablar və bəyanatları beynəlxalq ictimaiyyətin diqqət mərkəzində olur. Bu baxımdan Münxen Təhlükəsizlik Konfransı da tarixə düşdü: “Həmin konfrans çərçivəsində keçirilən “Açıq dəhliz siyasəti? Trans-Xəzər əməkdaşlığının dərinləşdirilməsi” mövzusunda paneldə Prezident İlham Əliyev bir daha Azərbaycanın qətiyyətli və prinsipial mövqeyini ortaya qoydu. Eyni zamanda bu tədbir göstərdi ki, Prezident İlham Əliyev təkcə Azərbaycanın və Cənubi Qafqazın lideri deyil, bütövlükdə Türk dünyasının aparıcı liderlərindən biri kimi mövqe sərgiləyir. Söhbət ondan gedir ki, Prezident Münxendə keçirdiyi görüşlərdə və konfrans çərçivəsindəki çıxışlarında istər Azərbaycanın təşəbbüs göstərdiyi nəqliyyat və tranzit layihələri, istər Ermənistan–Azərbaycan münasibətləri, istərsə də Mərkəzi Asiya ilə əməkdaşlıq kontekstində qlobal iqtisadi inkişafın regionlararası əlaqələrsiz mümkün olmadığını vurğuladı. Dövlət başçısı, açıq şəkildə bəyan etdi ki, Çindən Avropaya yükdaşımalar Mərkəzi Asiya ölkələri olmadan mümkün deyil və bu marşrut Çin–Mərkəzi Asiya–Xəzər dənizi–Azərbaycan–Gürcüstan–Türkiyə–Avropa xətti üzrə formalaşır. Hesab edirəm ki, bu zaman dünyaya verilən mesaj ondan ibarət idi ki, yeni qlobal nizam Mərkəzi Asiya və Azərbaycan kimi strateji aktorlar nəzərə alınmadan formalaşa bilməz”.

Nadir Azəri deyib ki, bütün bunları ümumiləşdirsək, belə bir nəticəyə gəlmək olar: Münxen Təhlükəsizllik Konfransı eyni zamanda, Prezident İlham Əliyevin timsalında Azərbaycanın dünyaya yeni inkişaf istiqaməti təqdim etməsi kimi də tarixə düşdü: “Söhbət, təbii ki, milli maraqlara əsaslanan, həmçinin, region və qlobal məkan üçün yeni inkişaf proqramı xarakteri daşıyan strateji baxışdan gedir. Həmin proqramın mərkəzində isə dəqiq hesablanmış, zamanında və məqsədyönlü şəkildə atılan addımlar dayanır”.

Turan

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

İlham Əliyev: Azərbaycan Serbiyaya böyük həcmdə sərmayə qoymağa hazırdır 

Məhz aparılan islahatlar nəticəsində bir çox ölkələr, o cümlədən Azərbaycan Serbiyaya böyük həcmdə sərmayə qoymağa hazırdır.Bunu Azərbaycan Prezidenti İlham Əliyev Belqradda Serbiya Prezidenti Aleksandar Vuçiçlə mətbuata birgə bəyanatında deyib.Dövlət başçısı bildirib ki, elektrik stansiyalarının tikintisi və yenidən qurulması, onların reabilitasiyası hər bir ölkənin gələcək inkişafını təmin edir.

15 Fevral 2026, 19:46

Millət vəkili:Rəqəmsallaşma dövlət siyasətinin prioritetidir

Prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilən müşavirə Azərbaycanın rəqəmsal gələcəyini formalaşdıracaq strateji fəaliyyət planının əsas istiqamətlərini hökumət üzvlərinin və, həmçinin, geniş ictimaiyyətin diqqətinə çatdırdı. Ölkəmizin süni intellekt, data mərkəzləri və kibertəhlükəsizlik sahələrindəki hədəfləri, mövcud enerji resursları və əlverişli coğrafi mövqe kimi üstünlükləri var. Dövlət xidmətlərinin "mygov" platforması üzərindən vahid mərkəzdən idarə edilməsi və dövlət qurumları arasında sıx koordinasiyanın yaradılması planlaşdırılır. Yeni arxitektura, Azərbaycanın uzunmüddətli və dayanıqlı inkişafını təmin etmək üçün rəqəmsallaşmanı dövlət siyasətinin mərkəzinə qoyur. Azərbaycanın Asiya ilə Avropa arasında və Şimal-Cənub dəhlizi üzərində yerləşməsi ölkəmizə rəqəmsal bağlantılar sahəsində də mühüm üstünlük qazandırır. Yaxın gələcəkdə ölkəmiz bu istiqamətlərdə rəqəmsal qovşağa...

15 Fevral 2026, 19:22

Prezident İlham Əliyev: Azərbaycan Serbiyaya böyük həcmdə sərmayə qoymağa hazırdır 

Məhz aparılan islahatlar nəticəsində bir çox ölkələr, o cümlədən Azərbaycan Serbiyaya böyük həcmdə sərmayə qoymağa hazırdır.CityPost.az  xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Serbiya Prezidenti Aleksandar Vuçiçlə mətbuata bəyanatında deyib.Dövlətimizin başçısı bildirib ki, elektrik stansiyalarının tikintisi və yenidən qurulması, onların reabilitasiyası hər bir ölkənin gələcək inkişafını təmin edir.

15 Fevral 2026, 19:08

Hikmət Hacıyev Serbiya-Azərbaycan tərəfdaşlığının perspektivindən danışıb 

Serbiya-Azərbaycan tərəfdaşlığı Balkanlar ilə Cənubi Qafqaz regionu arasında əməkdaşlıq və əlaqəliliyin genişlənməsi üçün imkanlar yaradır.CityPost.az  xəbər verir ki, bunu "Blic TV"yə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib."Prezidentimizin qarşıdan gələn səfəri çərçivəsində Strateji Tərəfdaşlıq Şurası iclasının keçirilməsi planlaşdırılır. Həmin iclasda əməkdaşlığın gələcək istiqamətləri müzakirə olunacaq, xüsusi diqqət iqtisadiyyat, investisiyalar, energetika və biznes əlaqələrinə yönəldiləcək", - deyə o bildirib.H. Hacıyev vurğulayıb ki, Azərbaycan və Serbiya Prezidentləri arasında dostluq və dialoq çox mühüm əhəmiyyətə malikdir:"Eyni zamanda, xalqlar arasında ənənəvi dostluq əlaqələri mövcuddur. Ölkələrimiz Qafqaz və Balkan kimi strateji regionlarda yerləşir və hesab edirik...

14 Fevral 2026, 21:24

Tamilla Qulami Mehdiyevə SƏSLƏNDİ: “Xəyanətin cəzasını tam anlamadan ölməyin”  

Ümid Partiyasının sədr müavini Tamilla Qulami sosial şəbəkədə paylaşdığı statusda Ramiz Mehdiyev barədə sərt fikirlər səsləndirib.Citypost.az xəbər verir ki, Tamilla Qulami dövlətə xəyanət məsələsinin ciddiliyini vurğulayaraq bildirib ki, bu kimi əməllərin nəticələri göründüyündən daha geniş və ağır ola bilər. Onun sözlərinə görə, dövlətə qarşı xəyanət halları ilə bağlı cəmiyyətdə maarifləndirmə işi və təbliğat ciddi şəkildə aparılmalıdır.T.Qulami paylaşımında qeyd edib:“Mən Ramiz Mehdiyevə uzun ömür arzu edirəm. İstəyirəm ki, 100 yaşasın, imkan olsa daha da çox. Amma təkcə yaşaması üçün deyil. Diləyirəm ki, bu dövlətə, bu millətə etdiklərinin bədəlini yaşadığı ömrün hər salisəsində, hər saniyəsində, hər dəqiqəsində, hər saatında çəksin”.Ümid Partiyasının sədr...

12 Fevral 2026, 15:47

Sabitlik və inkişafın yeni yolu: Azərbaycan–ABŞ əməkdaşlığı

Azərbaycan və ABŞ arasında qurulan strateji tərəfdaşlıq artıq yalnız diplomatik əməkdaşlıq deyil, regionda sabitliyi, rifahı və davamlı inkişafı təmin edən əsas platformaya çevrilib. Fevralın 10-da ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vensin Azərbaycana rəsmi səfəri bu münasibətlərin möhkəmlənməsində mühüm rol oynadı. Eyni gündə imzalanmış Strateji Tərəfdaşlıq Xartiyası isə iki ölkə arasındakı əlaqələri keyfiyyətcə yeni mərhələyə yüksəltdi.Strateji Tərəfdaşlıq Xartiyası təkcə ikitərəfli əməkdaşlığın hüquqi və siyasi əsaslarını müəyyən etmir, həm də region üçün strateji imkanlar açır. Sənəd enerji, ticarət, tranzit, rəqəmsal infrastruktur, süni intellekt, iqtisadi sərmayələr, müdafiə və təhlükəsizlik sahələrində geniş əməkdaşlıq perspektivlərini nəzərdə tutur. Orta Dəhlizin inkişafı, enerji marşrutlarının şaxələndirilməsi, mülki nüvə əməkdaşlığı...

11 Fevral 2026, 14:03