Yüksək postunu itirən general Mirzəyev kimlərlə qudadır? - FAKTLAR
Cəmiyyət 16 Fevral 2026, 09:49
1497
Fövqəladə hallar nazirinin müavinləri general-leytenant Faiq Tağızadə, general-leytenant Etibar Mirzəyev və Orucəli Hacıyevin tutduqları vəzifələrindən azad edildikləri barədə məlumat vermişdik.
CityPost.az vəzifəsini itirən müavinlərdən biri, general-leytenant Etibar Mirzəyev barədə maraqlı məlumatlar əldə edib.
Məlumata görə,işini itirən general Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin sabiq rəisi, hakim Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının üzvü Arif Qaraşov və “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sabiq sədri Zaur Mir Tofiq oğlu Hüseynovla qudadır.Keçmiş vəzifəlilər hazırda biznes fəaliyyəti ilə məşğul olurlar.
Qeyd edək ki, Etibar Mirzəyev 1958-ci ildə Naxçıvan şəhərində anadan olub. Bakı Dövlət Universitetini (keçmiş Azərbaycan Dövlət Unversiteti) bitirib. Ailəlidir, 2 övladı var.
Həmçinin oxuyun
Müşərrəfxanım
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Bir ayda 22,7 milyon manatlıq narkotik dövriyyədən çıxarılıb
Yanvar ayında qanunsuz dövriyyədən çıxarılmış 893 kq 456, 646 qr narkotik vasitələrin və psixotrop maddələrin ümumilikdə dəyəri 22 milyon 795 min AZN kimi qiymətləndirilir.APA xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupundan bildirilib.Hüquq mühafizə orqanları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilməsi ilə bağlı 18 fakt aşkar edilib, həmin faktlar üzrə qanunsuz dövriyyədən ümumi çəkisi 252 kq 341,549 qr narkotik vasitə çıxarılıb....
16 Fevral 2026, 10:51
Ekspert müavin oldu -FHN-DƏ YENİ TƏYİNAT
Fövqəladə hallar naziri Kəmaləddin Heydərova yeni müavin təyin edilib.CityPost.az xəbər verir ki, Yusif Nəbiyev nazir müavini təyin olunub. O, bu vəzifədə işdən çıxarılan Etibar Mirzəyevi əvəzləyib.Qeyd edək ki, Yusif Nəbiyev FHN-nin Baş yanğın təhlükəsizliyi eksperti idi.Müşərrəfxanım
16 Fevral 2026, 10:49
Heydərovun yeni müavini odur -FOTO
Xəbər verdiyimiz kimi,Fövqəladə hallar nazirinin müavinləri general-leytenant Faiq Tağızadə, general-leytenant Etibar Mirzəyev və Orucəli Hacıyevin tutduqları vəzifələrindən azad ediliblər.CityPost.az-ın məlumatına görə,işdən azad olunan Orucəli Hacıyevin yerinə hazırda Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi vəzifəsini tutan Cəbrayıl Eldar oğlu Xanlarov təyin olunub.Qeyd edək ki,Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi ölkə ərazisində qanunvericiliklə müəyyən edilmiş qaydada öz səlahiyyətləri daxilində tikinti sahəsinə aid fəaliyyətin bütün mərhələlərində təhlükəsizlik tələbləri ilə bağlı dövlət siyasətinin hazırlanmasında iştirak edən, bu siyasətin həyata keçirilməsini təmin edən və həmin sahədə dövlət nəzarətini həyata keçirən icra hakimiyyəti orqanıdır.Cəbrayıl Xanlarov 03.11.1972-ci ildə Bakı şəhərində doğulub. 1995-ci ildə İqtisad Universitetini bitirib. Sonra Azərbaycan...
16 Fevral 2026, 10:41
2 gün dumanlı hava olacaq
Hazırda Bakıda və Abşeron yarımadasının bəzi yerlərində dumanlı hava şəraiti müşahidə olunur.Bu barədə Citypost.az-a-ya Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bildirilib ki, dumanda görünüş məsafəsi 50–500 metrədək məhdudlaşır.Dumanlı hava şəraitinin fevralın 18-i gündüzədək fasilələrlə davam edəcəyi gözlənilir.
16 Fevral 2026, 10:21
Müdafiə Nazirliyi açıqlama yaydı
16-20 fevral tarixlərində istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik qaydalarına riayət olunmaqla Pirəkəşkül qəsəbəsi yaxınlığındakı poliqonda, həmçinin Ağdərə rayonu ərazisindəki təlim mərkəzində məhv edilməsi prosesi həyata keçiriləcək.Bu barədə Müdafiə Nazirliyindən (MN) məlumat verilib."Partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə çağırır və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırırıq", - məlumatda deyilir.
16 Fevral 2026, 09:34
Dondan-dona girən Emin üçün xaricdən cangüdənlər gətirilibmiş - Detallar
Birinci vitse-prezident Mehriban Əliyevanın Emin Hüseynova: “Qadın paltarı geyinib səfirlikdə gizlənən siz idiniz?” - sualı geniş rezonans doğurmaqla yanaşı, 10 il bundan əvvəl baş vermiş hadisələrin indiyə kimi açıqlanmayan təfərrüatlarına ictimai tələbat olduğunu aydın göstərdi.Artıq bu məsələnin bəzi detalları barədə məlumat vermişdik.Qeyd edilmişdi ki, 2014-cü il avqustun əvvəlində vergidən yayınmaqda ittiham edilən E.Hüseynov rəhbərlik etdiyi Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) ofisində axtarış aparılması xəbərini alandan dərhal sonra ABŞ səfirliyinə gedir və orada gizlənməyə cəhd göstərir. Ancaq səfirlik Sülh Korpusunun təmsilçisi Sarah Polsvordla formal nikahda olan Eminin xahişinə müsbət cavab vermir.CityPost.az xəbər verir ki, məsələ ilə bağlı yeni təfərrüatlar ondan...
16 Fevral 2026, 09:17