Rusiyaya köçmək istəyənlərin sayı son 15 ilin ən aşağı səviyyəsinə çatıb
Dünya 16 Fevral 2026, 13:54
193
2025-ci ildə həmvətənlərin köçürülməsi üzrə dövlət proqramı çərçivəsində Rusiyaya təxminən 26.700 nəfər köçüb ki, bu da əvvəlki ilə nisbətən 16% azdır. Bu, 2010-cu ildən bəri ən aşağı göstəricidir və müharibədən əvvəlki 2021-ci il (78.500 nəfər) ilə müqayisədə təxminən üç dəfə azdır.
Citypost.az Rusiya mətbuatına istinadən xəbər verir ki, rəsmi statistika göstərir ki, Ukraynada müharibənin başlanmasından sonra hər il köçənlərin sayı azalmaqdadır: 2022-ci ildə 64.800, 2023-cü ildə 45.100 və 2024-cü ildə 31.700 nəfər köçüb. 2025-ci ildə ən çox Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Özbəkistan, Tacikistan və Ermənistan vətəndaşları Rusiyaya köçüb. Digər ölkələrdən, o cümlədən Azərbaycan, Almaniya, Latviya, Litva, Estoniya, İsrail, Gürcüstan, Belarus və Ukraynadan gələnlər isə ümumi köçün 17,4%-ni təşkil edib.
Həmvətənlərin köçürülməsi üzrə dövlət proqramı 2007-ci ildən fəaliyyət göstərir və Rusiyanın regionlarının sosial-iqtisadi inkişafına, demoqrafik problemlərin həllinə yönəlib. Proqram çərçivəsində köçənlər 9-12 ay ərzində sürətləndirilmiş şəkildə Rusiya vətəndaşlığını ala bilirlər.
Həmçinin oxuyun
Ekspertlər bildirirlər ki, MDB ölkələrinin sakinlərinin Rusiyaya köçmək istəyinin azalmasına Ukraynadakı müharibə, sanksiyalar və dünyada hərəkət məhdudiyyətləri birbaşa təsir göstərib. Geosiyasi vəziyyət stabilləşdikdə isə köçün yenidən artması ehtimalı mövcuddur.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Madaqaskarda siklon qurbanlarının sayı 59-a çatıb
Madaqaskarda Gezani siklonu nəticəsində ölənlərin sayı 59-a çatıb, onlarla insan isə hələ də itkin düşüb. Tropik fırtına ölkənin şərq sahilindəki Toamasina şəhərində ən çox dağıntı törədib.Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, Milli Risk və Fəlakətlərin İdarəsinin məlumatına görə, 16 mindən çox insan evsiz qalıb, təxminən 25.000 ev dağılıb, 27.000 ev isə su altında qalıb. 200-dən çox məktəb sinif otağı qismən və ya tamamilə zədələnib.Siklon sahilə çatdıqda külək sürəti saatda 250 km-ə çatıb, hökumət milli fövqəladə vəziyyət elan edib. Sakinlər yardım mərkəzlərinə yönləndirilir, beynəlxalq təşkilatlar, o cümlədən Çin və Fransa, xilasetmə işlərinə dəstək göstərir.Ümumdünya Ərzaq Proqramı bildirib ki, şəhər elektrik...
16 Fevral 2026, 14:18
Fransada daşqın: Sakinlər köməksiz qaldı
Fransanın cənub-qərbində daşqın: Marmande sakinləri köməksiz qaldıCitypost.az Fransa mətbuatına istinadən xəbər verir ki, Fransanın cənub-qərbindəki Marmande şəhərində güclü yağışların ardından Qaron çayı daşaraq ciddi daşqınlara səbəb olub. Hadisə nəticəsində təxminən 80 nəfər köməksiz vəziyyətdə qalıb, hər ev isə təxminən 10 metr su ilə əhatə olunub.Şəhər meri və xilasedici heyətlər sakinlərə ərzaq, içki suyu və digər ləvazimatları çatdırmaq üçün əməliyyatlara başlayıb. Yerli hakimiyyət daşqınların səbəb olduğu vəziyyəti nəzarət altında saxlamaq və təhlükəsizliyi təmin etmək üçün əhali ilə birgə çalışır.Yeganə...
16 Fevral 2026, 14:12
Sidneydə oğurlanan Misir eksponatları tapıldı
Avstraliya polisi Queensland əyalətinin Caboolture şəhərindəki Abbey İncəsənət və Arxeologiya Muzeyindən oğurlanan Misir eksponatlarını bərpa edib və bir nəfəri həbs edib.Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, oğru muzeyin pəncərəsini sındıraraq nadir eksponatları aparmaqda ittiham olunur. Polis qeyd edib ki, oğurlanan bütün əşyalar – taxta pişik heykəlciyi istisna olmaqla – az zədələnmiş şəkildə tapılıb. Həbs edilən şəxs həmin gecə saxlanılıb.Məhkəmədə prokuror bildirib ki, oğru mumiya maskası, boyunbağı, zinət əşyası və taxta pişik heykəlini oğurlayıb və digər əşyalara da “geri dönməz zərər” vurub.Muzey nümayəndələri eksponatların geri qaytarılmasına “rahatladığını və minnətdar olduğunu” bildiriblər, lakin əşyalar dərhal sərgi üçün təqdim edilə bilməz. Hər...
16 Fevral 2026, 13:49
Kuril adaları sahillərində 6 maqnitudada zəlzələ baş verib
Rusiyanın Kuril adaları sahillərində 6 maqnitudada zəlzələ qeydə alınıb.CityPost.az-ın məlumatına görə, seysmik hadisə ilə bağlı məlumatlar Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin saytında dərc edilib.Məlumata görə, zəlzələnin episentri Petropavlovsk-Kamçatskdan 599 km cənub-qərbdə və Severo-Kurilskdən 285 km cənub-qərbdə, zəlzələ ocağı təxminən 55 km dərinlikdə yerləşib.Mümkün dağıntı və ya tələfat barədə məlumat verilmir.
16 Fevral 2026, 09:30
Moskvaya PUA hücumu olub
Ukrayna Ordusu Rusiya paytaxtına PUA-larla hücum edib.Bu barədə Moskva meri Sergey Sobyanin bildirib.O, Moskva istiqamətində uçan 4 pilotsuz uçuş aparatının vurulduğunu açıqlayıb.PUA-ların Moskva vilayəti ərazisində vurulduğu bildirilib.
15 Fevral 2026, 17:57
Tramp İranda rejim dəyişikliyini hadisələrin ən yaxşı ssenari hesab edir
ABŞ Prezidenti Donald Tramp İranda rejim dəyişikliyini hadisələrin inkişafının ən yaxşı ssenari hesab edəcəyini bildirib.O, bu açıqlamanı Şimali Karolinadan yola düşməzdən əvvəl jurnalistlərin suallarını cavablandırarkən verib."Görünür, hazırda baş verə biləcək ən yaxşı şey bu olardı", - ABŞ lideri İranda rejim dəyişikliyinə çalışması barədə suala cavab verib.
14 Fevral 2026, 09:38