Bizə yazın

Baku

-°C

USD

-

Adil Kərimli Qaxda vətəndaş qəbulu keçirib 

Cəmiyyət 18 Fevral 2026, 17:20

222

Mədəniyyət naziri Adil Kərimli Qax rayonunda vətəndaşların müraciətlərini dinləyib.

Nazirlikdən Citypost.az-a verilən xəbərə görə, Qax rayon Heydər Əliyev Mərkəzində keçirilən qəbulda Şəki, Qax, Oğuz, Qəbələ, Zaqatala və Balakən rayonlarından olan vətəndaşlar müraciətlərini diqqətə çatdırıblar.

Sakinlərin müraciətləri, əsasən, iş yerinin dəyişdirilməsi, mədəniyyət sahəsi ilə bağlı layihə və təşəbbüslər, məşğulluq və digər məsələlərlə bağlı olub.

Mədəniyyət naziri vətəndaşların xahiş və təkliflərini dinləyib, qeyd olunan hər bir məsələnin operativ araşdırılması, qanunvericiliyə uyğun həlli ilə bağlı müvafiq addımlar atılacağını deyib.

Nazirliyin məsul əməkdaşlarının da iştirak etdiyi qəbulda şəhid ailələri və qazilər tərəfindən qaldırılan məsələlərə xüsusi diqqətlə yanaşılması və obyektiv baxılması ilə bağlı tapşırıqlar verilib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Altay Göyüşova hökm oxundu

Dövlət əleyhinə yönələn açıq çağırışlar etməkdə təqsirləndirilən Altay Göyüşovun cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.Citypost.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib.O, Altay Göyüşovun 7 il müddətinə azadlıqdan məhrum edilməsini təklif edib.Məhkəmədə müşavirədən sonra qiyabi hökm oxunub. Hökmə əsasən, Altay Göyüşov 6 il müddətinə azadlıqdan məhrum edilib.Qeyd edək ki, Altay Göyüşov barəsində Cinayət Məcəlləsinin 281.2-ci (Dövlət əleyhinə yönələn açıq çağırışlar, təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərar qəbul edilib.Bildirilib ki, o, istintaqdan qaçaraq Azərbaycan hüdudlarından kənarda gizləndiyi...

18 Fevral 2026, 18:12

Xalq şairindən Prezidentə təşəkkür: Bu, mənim üçün böyük şərəfdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev azərbaycanlı xalq şairi Nəriman Həsənzadəni 95 illik yubileyi münasibətilə ölkənin ən ali təltiflərindən biri – “Heydər Əliyev” ordeni ilə təltif edib.Xalq şairi Nəriman Həsənzadə bununla bağlı Citypost.az saytına açıqlama verib.Xalq şairi bildirib ki, ahıl yaşında belə yüksək dövlət mükafatına layiq görülməsi onun üçün gözlənilməz və qürurvericidir:“Bu yaşımda ölkənin ən ali ordenlərindən biri ilə təltif olunmağım mənim üçün böyük şərəfdir. Bu, gözlənilməz oldu. Cənab Prezidentə dərin təşəkkürümü bildirirəm.”Nəriman Həsənzadə vurğulayıb ki, dövlət başçısı dünyanın mürəkkəb və qarışıq bir dövründə həm ölkənin taleyini düşünür, həm də vətəndaşlara xüsusi diqqət göstərir:“Cənab Prezident bu gün həm ölkənin taleyi ilə...

18 Fevral 2026, 17:50

Tiktoker məhkəməsində şok etiraf

Hədə-qorxu ilə pul tələb etmədə təqsirləndirilən "Bəniz" ləqəbli tiktoker Aybəniz Xəlilovanın cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.Citypost.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fəxri Məmmədovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkən Xalid Kərimov Türkiyədən videokonfrans vasitəsilə iclasa qoşulub.Təqsirləndirilən şəxs Aybəniz Xəlilova Xalid Kərimova işin hansı səbəbdən Suraxanı Polis İdarəsində aparılması ilə bağlı sual verib.Xalid Kərimov bildirib ki, o buna görə prokuror müavini ilə öncədən müəyyən danışıqlar aparıbmış:"Mən də ona görə 500 manatı Bənizin kartına atdım ki, iş Suraxanıya düşsün. Bütün bunları planlaşdırmışdıq öncədən".Aybəniz Xəlilova deyib ki, uşağının taleyi onun barəsində veriləcək qərardan asılıdır. Ona görə də məhkəmə iclasının...

18 Fevral 2026, 17:48

Nəriman Həsənzadə “Heydər Əliyev” ordeni ilə təltif edildi

Nəriman Əliməmməd oğlu Həsənzadə “Heydər Əliyev” ordeni ilə təltif edilib.Citypost.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.Sərəncama əsasən, o, Azərbaycan mədəniyyətinin inkişafında müstəsna xidmətlərinə görə təltif edilib.

18 Fevral 2026, 17:40

Lənkəranda kafedə mənşəyi məlum olmayan alkoqollu içkilər aşkarlanıb 

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Lənkəranda sanitar-gigiyenik tələblərə cavab vermədən fəaliyyət göstərən qida obyektində yoxlama aparıblar.Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Citypost.az-a verilən məlumata görə, M.Mustafaxan küçəsi 69 ünvanında fiziki şəxs Xaqani Əlimirzə oğlu Bağırova məxsus kafedə normativ-hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib. Həmçinin “Ruskiy Dozor”, “Magnat” əmtəə nişanlı mənşəyi məlum olmayan alkoqollu içkilər aşkar edilərək satışdan kənarlaşdırılıb.Sahibkar barəsində inzibati protokol tərtib edilib və nöqsanların aradan qaldırılması üçün vaxt verilib....

18 Fevral 2026, 17:33

Sabah güclü külək əsəcək 

Sabah Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə güclü külək əsəcək.Citypost.az xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti sarı və narıncı xəbərdarlıq yayıb.Qeyd olunub ki, Zəngilan, Cəbrayıl, Ağdam, Laçın, Kəlbəcər, Daşkəsən, Gəncə, Goranboy, Naftalan, Tovuz, Ağstafa, Qazax, Mingəçevir, Yevlax, Ağdaş, Ucar, Bərdə, Tərtər, Göyçay, İsmayıllı, Qəbələ, Qusar, Siyəzən, Xızı, Lerik, Yardımlıda narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.Bakıda və Abşeron yarımadasında, o cümlədən ölkənin digər bölgələrində sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9–20.7 m/san təşkil edəcək....

18 Fevral 2026, 17:07