Xalq şairindən Prezidentə təşəkkür: Bu, mənim üçün böyük şərəfdir
Cəmiyyət 18 Fevral 2026, 17:50
8662
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev azərbaycanlı xalq şairi Nəriman Həsənzadəni 95 illik yubileyi münasibətilə ölkənin ən ali təltiflərindən biri – “Heydər Əliyev” ordeni ilə təltif edib.
Xalq şairi Nəriman Həsənzadə bununla bağlı Citypost.az saytına açıqlama verib.
Xalq şairi bildirib ki, ahıl yaşında belə yüksək dövlət mükafatına layiq görülməsi onun üçün gözlənilməz və qürurvericidir:“Bu yaşımda ölkənin ən ali ordenlərindən biri ilə təltif olunmağım mənim üçün böyük şərəfdir. Bu, gözlənilməz oldu. Cənab Prezidentə dərin təşəkkürümü bildirirəm.”
Nəriman Həsənzadə vurğulayıb ki, dövlət başçısı dünyanın mürəkkəb və qarışıq bir dövründə həm ölkənin taleyini düşünür, həm də vətəndaşlara xüsusi diqqət göstərir:“Cənab Prezident bu gün həm ölkənin taleyi ilə bağlı mühüm qərarlar qəbul edir, həm də insanların taleyinə həssas yanaşır, hər kəsə diqqət göstərir. Buna görə də öz minnətdarlığımı ifadə edirəm.”
Qeyd edək ki, 95 illik yubileyini qeyd edən xalq şairi uzun illərdir Azərbaycan ədəbiyyatının inkişafında mühüm rol oynayır və yaradıcılığı ilə ədəbi mühitdə xüsusi yer tutur.
Turan Etibaroğlu
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Kamil Xasiyev Avstriya XİN rəsmisi ilə görüşdü
Azərbaycanın Avstriyadakı səfiri Kamil Xasiyev bu ölkənin Xarici İşlər Nazirliyinin (XİN) Baş katibi Nikolaus Marşiklə nəzakət görüşü keçirib və iki ölkə arasında mövcud tərəfdaşlıqların genişləndirilməsi müzakirə olunub.Citypost.az xəbər verir ki, bu barədə Azərbaycanın Avstriyadakı səfirliyi "X" sosial şəbəkə hesabında məlumat paylaşıb."Görüşdə ölkələrimiz arasındakı münasibətlərin aktual aspektlərinə və gələcək perspektivlərinə dair fikir mübadiləsi aparılıb", - məlumatda bildirilib.Tərəflər siyasi, iqtisadi və mədəni dialoqun daha da dərinləşdirilməsində və mövcud tərəfdaşlıqların genişləndirilməsində maraqlı olduqlarını vurğulayıblar....
22 Sentyabr 2026, 20:47
Bakıda yerləşən ali təhsil müəssisələrində tədris distant təşkil olunacaq
Bakıda yerləşən ali təhsil müəssisələrində tədris distant təşkil olunacaq.Bu barədə Citypost.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.Bildirilib ki, Formula 1 üzrə Azərbaycan Qran-Prisinin keçirilməsi ilə əlaqədar Bakı şəhərində fəaliyyət göstərən ali təhsil müəssisələrinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı əmr imzalanıb.Elm və Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən, 23-25 sentyabr tarixlərində Bakı şəhərində fəaliyyət göstərən ali təhsil müəssisələrində tədris distant (məsafədən) formada təşkil olunacaq.Əmr Formula 1 üzrə Azərbaycan Qran-Prisinin keçirildiyi müddətdə tədris prosesinin fasiləsizliyinin təmin olunması məqsədilə imzalanıb.Ali təhsil müəssisələrinə əmrin icrası ilə bağlı müvafiq tədbirlərin görülməsi tapşırılıb.Xatırladaq ki, daha əvvəl Bakı Dövlət Universiteti 23-25 sentyabr tarixlərində (3 gün müddətində) Bakı Dövlət Universitetində...
22 Sentyabr 2026, 20:15
Səbinə Əliyeva türk hüquqşünas qadınlarla görüşüb
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Vəkillər Kollegiyasının dəvəti əsasında Azərbaycanda səfərdə olan Türk Hüquqşünas Qadınlar Cəmiyyətinin nümayəndə heyətini qəbul edib.Bu barədə Citypost.az-a Ombudsman Aparatından məlumat verilib.Bildirilib ki, nümayəndə heyətinə Türk Hüquqşünas Qadınlar Cəmiyyətinin sədri, Beynəlxalq Qadın Hüquqşünaslar Federasiyasının vitse-prezidenti, hüquqşünas və mediator Zübeyde Aksay rəhbərlik edib.S. Əliyeva hüquqşünas qadınların peşəkar inkişafının dəstəklənməsi, qadınların hüquq və imkanlarının genişləndirilməsi, hüquq və ədalət prinsiplərinin təşviqi istiqamətində Cəmiyyətin fəaliyyətinin əhəmiyyətini qeyd edib.O, qadın və uşaqların hüquqlarının müdafiəsi, gender bərabərliyinin təşviqi və ayrı-seçkiliyin qarşısının alınmasının Ombudsman təsisatının fəaliyyətinin əsas istiqamətlərindən olduğunu bildirib. Qadınların hüquqlarının səmərəli təmin edilməsi, hüquqi maarifləndirilməsi, bərabər imkanlarının genişləndirilməsi...
22 Sentyabr 2026, 20:00
Bakı Dövlət Universitetində dərslər üç gün onlayn keçiriləcək
Bakı Dövlət Universitetində dərslər 3 gün onlayn keçiriləcək.Bu barədə Citypost.az-a Universitetdən məlumat verilib.Bildirilib ki, "Formula-1" tədbiri ilə əlaqədar olaraq 23-25 sentyabr tarixlərində (3 gün müddətində) Bakı Dövlət Universitetində dərslər məsafədən - onlayn formada təşkil olunacaq.
22 Sentyabr 2026, 19:50
AZAL: İran aviaşirkətlərinin Azərbaycana uçuşları dayandırılır
Azərbaycana uçuşlar həyata keçirən İran İslam Respublikasının aviaşirkətlərinin reysləri dayandırılır.Bu barədə Citypost.az-a "Azərbaycan Hava Yolları" (AZAL) QSC-dən məlumat verilib."AZAL ABŞ-nin İrana qarşı tətbiq etdiyi yeni sanksiya paketi, xüsusilə aviasiya sektoruna qarşı sanksiyalarla əlaqədar Azərbaycana uçuşlar həyata keçirən İran aviaşirkətlərinin reyslərinin sentyabrın 22-dən etibarən dayandırılması barədə qərar qəbul etməli olub", - QSC bildirir.
22 Sentyabr 2026, 19:28
3 ton qadın saçının tapıldığı ölüm düşərgəsi –Generalın saçlarını ağardan hadisə
Bütün müharibələrdə əsirlərin taleyi, onların dəyişdirilməsi, yaxud da azad edilməsi tərəflər üçün vacib məsələlərdən biri sayılıb.Elə sovet-alman müharibəsi zamanı da Almaniyanın yaratdığı ölüm düşərgələrindəki milyonlarla əsirlərin taleyi Moskvanı ciddi narahat edib, Dövlət Müdafiə Komitəsində keçirilən müşavirələrdə bu məsələ müzakirə mövzusuna çevrilib. Xüsusilə, 1943-cü ildən sonra əsirlərin azad edilməsi ilə bağlı müzakirələr daha tez-tez gündəmə gəlib.1944-cü ilin dekabr ayında keçirilən müşavirədə isə İosif Stalin baş qərargah qarşısında Osvensim düşərgəsinin ələ keçirilməsi tapşırığını qoyub. Bu tapşırıqdan sonra baş qərargah hərbi əməliyyat hazırlayıb.Qeyd edək ki, Osvensim ölüm düşərgəsi tarixə əsirlərin kütləvi şəkildə məhv edildiyi yer kimi düşüb. Bu kütləvilik o qədər böyük olub ki,...
22 Sentyabr 2026, 19:25