Ali məktəblərə və kolleclərə sənəd qəbulu başladı
Cəmiyyət 18 Fevral 2026, 16:21
225
Ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu başlayıb.
Dövlət İmtahan Mərkəzindən Citypost.az-a verilən məlumata görə, ali məktəblərə tələbə qəbulu ilə bağlı ərizələrin qəbulu iki mərhələdə (yalnız V ixtisas qrupu üzrə müsabiqədə iştirak etmək istəyən abituriyentlər üçün bir mərhələdə) olmaqla internet vasitəsilə aparılır.
Ərizə qəbulunun birinci mərhələsi bu gündən martın 5‑dək həyata keçirilir. Bu mərhələdə ali təhsil və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək istəyən bütün abituriyentlər (cari və əvvəlki illərin məzunu olmasından asılı olmayaraq) Dövlət İmtahan Mərkəzinin internet saytının ekabinet.dim.gov.az səhifəsində "Şəxsi kabinet" yaratdıqdan sonra (şəxsi kabineti olmayanlar), onun istifadəçi adı və parolundan istifadə etməklə DİM-in müvafiq internet səhifəsinə daxil olub, "Abituriyentin elektron ərizəsi" formasını doldurur və təsdiq edirlər (etdirirlər).
Orta ümumtəhsil müəssisələrinin XI sinfini cari ildə bitirən və buraxılış imtahanında verdikləri xarici dildən fərqli bir xarici dil üzrə imtahan vermək istəyən, həmçinin ali təhsil müəssisələrinə qəbul imtahanını orta məktəbdə təhsil aldığı dildən fərqli dil üzrə vermək istəyən cari ilin məzunları da martın 5-dək ərizələrinə daxil olub müvafiq seçimlərini etməli və 19 aprel tarixində keçiriləcək əlavə imtahanda iştirak etməlidirlər. Bundan əlavə, Azərbaycan və rus dilləri istisna olmaqla tədris digər dillərdə aparılan məktəblərdə təhsil alan və ali təhsil müəssisələrinə qəbul imtahanında iştirak etmək istəyən cari ilin məzunları da martın 5-dək ərizələrinə daxil olub müvafiq seçimlərini etməli və 19 aprel tarixində keçiriləcək əlavə imtahanda iştirak etməlidirlər.
Keçən il qəbul imtahanının I mərhələsində (buraxılış imtahanında) iştirak edən abituriyent öz istəyindən asılı olaraq cari ildə keçirilən qəbul imtahanının I mərhələsində iştirak edə və ya etməyə bilər. İştirak etmədiyi halda abituriyentin qəbul imtahanının I mərhələsindəki nəticəsi kimi ötənilki imtahanın nəticəsi əsas götürülür və bu zaman həmin abituriyent üçün ərizənin təsdiqi ödənişsiz olur. Qeyd edək ki, hər iki halda abituriyent müəyyən olunmuş vaxtda elektron ərizəsində müvafiq seçimi etməlidir.
V ixtisas qrupu üzrə ali təhsil müəssisələrinin müsabiqəsində iştirak etmək istəyən abituriyentlər (cari və əvvəlki illərin məzunu olmasından asılı olmayaraq) də fevralın 18-dən martın 5-dək qeydiyyatdan keçməlidirlər.
Müsabiqədə iştirak ödənişlidir. Abituriyentlər ərizəni təsdiq etmək (etdirmək) üçün qəbul imtahanının I mərhələsində iştirak üçün tələb olunan məbləği şəxsi kabinetlərindəki hesablarına əlavə edirlər və həmin məbləğ ərizə təsdiq olunduqda onların şəxsi kabinetlərindəki hesablarından çıxılır.
"Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Prezidentinin 2017-ci il 24 fevral tarixli 2694 nömrəli Sərəncamının 1.2-ci bəndinə əsasən, ali təhsil müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün ilk dəfə müraciət edən Azərbaycan vətəndaşlarının (yalnız ümumi təhsil müəssisələrini bitirən) qəbul imtahanında iştirakı dövlət büdcəsinin vəsaiti hesabına olur (imtahanın ikinci mərhələsinin yalnız bir cəhdi ödənişsizdir).
Həmçinin oxuyun
"Azərbaycan Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 24 fevral tarixli 2694 nömrəli Sərəncamının 1.3-1.7-ci bəndlərinə əsasən aşağıdakı kateqoriyalardan olan Azərbaycan Respublikası vətəndaşlarının (yalnız ümumi təhsil müəssisələrini bitirən) qəbul imtahanında (bütün mərhələ və cəhdlər üzrə) iştirakı dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir:
Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin uşaqları; şəhid ailəsinin üzvləri; valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar; məcburi köçkün statusu olan şəxslər; I və II dərəcə əlilliyi müəyyən edilmiş şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar.
Ətraflı
Yuxarıda qeyd olunan kateqoriyalardan olan abituriyentlər barədə məlumatı DİM müvafiq icra orqanlarının informasiya sistemlərindən elektron üsullarla alır.
Ərizənin təsdiqi DİM-in məlumat bazasında abituriyent barədə olan məlumatların yetərli olub-olmamasından asılı olaraq iki üsulla həyata keçirilir (ərizənin hansı üsulla təsdiq ediləcəyi barədə məlumat proqram tərəfindən "Abituriyentin elektron ərizəsi" forması təsdiq edilənədək ərizəyə hər dəfə daxil olarkən ekranda göstərilir):
Abituriyentlərin əksəriyyəti ərizələrini özləri təsdiq edə bilirlər. Ərizəsini Sənəd Qəbulu Komissiyasında təsdiq etdirməli olan abituriyentlər elektron ərizələrini doldurduqdan sonra tələb olunan sənədləri şəxsən təqdim etməklə elektron ərizələrini müvafiq SQK-larda təsdiq etdirirlər.
11 illik orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizələrin qəbulu fevralın 18-dən martın 5-dək internet vasitəsilə aşağıdakı qaydada aparılır:
Abituriyentlər ekabinet.dim.gov.az internet səhifəsində "Şəxsi kabinet" yaratdıqdan sonra (şəxsi kabineti olmayanlar) şəxsi kabinetinin istifadəçi adı və parolundan istifadə etməklə Dövlət İmtahan Mərkəzinin müvafiq internet səhifəsinə daxil olub, "Abituriyentin elektron ərizəsi" formasını doldurur və ərizəni təsdiq edirlər (etdirirlər).
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Lənkəranda kafedə mənşəyi məlum olmayan alkoqollu içkilər aşkarlanıb
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Lənkəranda sanitar-gigiyenik tələblərə cavab vermədən fəaliyyət göstərən qida obyektində yoxlama aparıblar.Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Citypost.az-a verilən məlumata görə, M.Mustafaxan küçəsi 69 ünvanında fiziki şəxs Xaqani Əlimirzə oğlu Bağırova məxsus kafedə normativ-hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib. Həmçinin “Ruskiy Dozor”, “Magnat” əmtəə nişanlı mənşəyi məlum olmayan alkoqollu içkilər aşkar edilərək satışdan kənarlaşdırılıb.Sahibkar barəsində inzibati protokol tərtib edilib və nöqsanların aradan qaldırılması üçün vaxt verilib....
18 Fevral 2026, 17:33
Adil Kərimli Qaxda vətəndaş qəbulu keçirib
Mədəniyyət naziri Adil Kərimli Qax rayonunda vətəndaşların müraciətlərini dinləyib.Nazirlikdən Citypost.az-a verilən xəbərə görə, Qax rayon Heydər Əliyev Mərkəzində keçirilən qəbulda Şəki, Qax, Oğuz, Qəbələ, Zaqatala və Balakən rayonlarından olan vətəndaşlar müraciətlərini diqqətə çatdırıblar.Sakinlərin müraciətləri, əsasən, iş yerinin dəyişdirilməsi, mədəniyyət sahəsi ilə bağlı layihə və təşəbbüslər, məşğulluq və digər məsələlərlə bağlı olub.Mədəniyyət naziri vətəndaşların xahiş və təkliflərini dinləyib, qeyd olunan hər bir məsələnin operativ araşdırılması, qanunvericiliyə uyğun həlli ilə bağlı müvafiq addımlar atılacağını deyib.Nazirliyin məsul əməkdaşlarının da iştirak etdiyi qəbulda şəhid ailələri və qazilər tərəfindən qaldırılan məsələlərə xüsusi diqqətlə yanaşılması və obyektiv baxılması ilə bağlı tapşırıqlar verilib....
18 Fevral 2026, 17:20
Sabah güclü külək əsəcək
Sabah Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə güclü külək əsəcək.Citypost.az xəbər verir ki, bununla bağlı Milli Hidrometeorologiya Xidməti sarı və narıncı xəbərdarlıq yayıb.Qeyd olunub ki, Zəngilan, Cəbrayıl, Ağdam, Laçın, Kəlbəcər, Daşkəsən, Gəncə, Goranboy, Naftalan, Tovuz, Ağstafa, Qazax, Mingəçevir, Yevlax, Ağdaş, Ucar, Bərdə, Tərtər, Göyçay, İsmayıllı, Qəbələ, Qusar, Siyəzən, Xızı, Lerik, Yardımlıda narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.Bakıda və Abşeron yarımadasında, o cümlədən ölkənin digər bölgələrində sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9–20.7 m/san təşkil edəcək....
18 Fevral 2026, 17:07
Göyçayda 36 yaşlı kişi yıxılaraq HƏYATINI itirdi
Göyçayda 36 yaşlı kişi yıxılaraq ölüb, saxlanılan var.Citypost.az xəbər verir ki, fevralın 16-da axşam saatlarında 36 yaşlı Cavid Əhmədov Göyçay şəhərində yerləşən çay evində hündürlükdən yıxılaraq xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib və orada vəfat edib.Araşdırmalarla müəyyən olunub ki, qeyd olunan obyektdə Cavid Əhmədovla 31 yaşlı Mehman Əsgərov arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. Mübahisə zamanı Cavid Əhmədov pilləkəndən yerə yıxılıb.Polis əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə Mehman Əsgərov saxlanılıb.Faktla bağlı cinayət işi başlanılıb. (APA)...
18 Fevral 2026, 16:38
Bank kartları dələduzların hədəfinə necə çevrilir?
Həm dünyada, həm də ölkəmizdə kiberdələduzluqla bağlı həyəcan təbilinin çalındığı bir vaxtda insanlar hər gün yeni üsullarla aldadılırlar. Dələduzlar müxtəlif yollarla insanların inam və etibarını qazanaraq onları çıxılmaz vəziyyətə salır. Son zamanlar isə vətəndaşlara məxsus fiziki bank kartlarının aldadılaraq ələ keçirilməsi ilə bağlı dələduzluq halları artıb. Belə ki, müxtəlif yollarla vətəndaşlarla əlaqə quran dələduzlar onlara bank filallarından və ya rəqəmsal kanallardan kart əldə etmələrini təklif edirlər. Daha sonra müəyyən ödəniş qarşılığında həmin şəxslərdən kart və kart məlumatları alınaraq dələduzluq əməllərində istifadə edilir.Bəs bank kartını başqalarına vermək nə ilə nəticələnə bilər?Fərdi məlumatların oğurlanması: Bank kartını və ona aid məlumatların 3-cü şəxsə...
18 Fevral 2026, 16:32
Naxçıvan Ali Məclisi deputatlarının köməkçiləri olacaq
Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisi deputatlarının köməkçiləri olacaq.Citypost.az xəbər verir ki, bununla bağlı "Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu haqqında" qanuna təklif edilən dəyişikliklər Ali Məclisin bugünkü plenar iclasında müzakirə edilib.Qanun layihəsinə əsasən, deputatın fəaliyyətinin təmin edilməsi məqsədilə onun köməkçiləri ola bilər. Belə ki, deputatın köməkçiləri Naxçıvan MR-nin büdcəsi hesabına saxlanılacaq. Onların işə qəbulu əmək qanunvericiliyi ilə tənzimlənəcək.Deputatın köməkçisinə aid əlavə tələblər Ali Məclis sədrinin qərarı ilə müəyyən ediləcək.Layihə müzakirələrdən sonra birinci oxunuşda qəbul olunub. (Report)...
18 Fevral 2026, 16:19