Bizə yazın

Baku

-°C

USD

-

Azərbaycanlı və erməni yazıçılar görüşə bilər

Cəmiyyət 18 Fevral 2026, 15:46

264

Ermənistanda “Sülh körpüsü” təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistanın vətəndaş cəmiyyətlərinin nümayəndələrinin iştirakı ilə ikitərəfli qarşılıqlı səfərlər təşkil olunub.

Məqsəd sülhə gedən yolda münasibətləri tənzimləmək və dayanıqlı sülhə nail olmaq üçün zəmin yaratmaqdır. Prosesə növbəti mərhələdə iki ölkənin mədəniyyət və ədəbiyyat xadimləri qoşula bilərmi?

Azərbaycan Yazıçılar Birliyi sədrinin müavini Rəşad Məcid Modern.az-a açıqlamasında Ermənistan tərəfi ilə görüşlərin keçirilməsini istisna etməyib.

“Görüşlərdə Azərbaycan vətəndaş cəmiyyəti və QHT nümayəndələri, eyni zamanda mətbuat nümayəndələri Ermənistanın analoji qurumları ilə birgə iştirak ediblər. Bu səfərlər barədə əvvəllər də fikirlərimi bildirmişəm.

Cənab Prezident də deyib ki, faktiki sülh əldə olunub. Vətəndaş cəmiyyətlərinin bir-biri ilə təması, hesab edirəm ki, lazımdır və vacibdir. Çox güman ki, gələcəkdə bu proses genişlənərsə, orada jurnalistlərin də, yazıçıların da görüşləri nəzərdə tutula bilər”.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Göyçayda 36 yaşlı kişi yıxılaraq HƏYATINI itirdi

Göyçayda 36 yaşlı kişi yıxılaraq ölüb, saxlanılan var.Citypost.az xəbər verir ki, fevralın 16-da axşam saatlarında 36 yaşlı Cavid Əhmədov Göyçay şəhərində yerləşən çay evində hündürlükdən yıxılaraq xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib və orada vəfat edib.Araşdırmalarla müəyyən olunub ki, qeyd olunan obyektdə Cavid Əhmədovla 31 yaşlı Mehman Əsgərov arasında şəxsi münasibətlər zəminində mübahisə yaranıb. Mübahisə zamanı Cavid Əhmədov pilləkəndən yerə yıxılıb.Polis əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə Mehman Əsgərov saxlanılıb.Faktla bağlı cinayət işi başlanılıb. (APA)...

18 Fevral 2026, 16:38

​​​​​​​Bank kartları dələduzların hədəfinə necə çevrilir? 

Həm dünyada, həm də ölkəmizdə kiberdələduzluqla bağlı həyəcan təbilinin çalındığı bir vaxtda insanlar hər gün yeni üsullarla aldadılırlar. Dələduzlar müxtəlif yollarla insanların inam və etibarını qazanaraq onları çıxılmaz vəziyyətə salır. Son zamanlar isə vətəndaşlara məxsus fiziki bank kartlarının aldadılaraq ələ keçirilməsi ilə bağlı dələduzluq halları artıb. Belə ki, müxtəlif yollarla vətəndaşlarla əlaqə quran dələduzlar onlara bank filallarından və ya rəqəmsal kanallardan kart əldə etmələrini təklif edirlər. Daha sonra müəyyən ödəniş qarşılığında həmin şəxslərdən kart və kart məlumatları alınaraq dələduzluq əməllərində istifadə edilir.Bəs bank kartını başqalarına vermək nə ilə nəticələnə bilər?Fərdi məlumatların oğurlanması: Bank kartını və ona aid məlumatların 3-cü şəxsə...

18 Fevral 2026, 16:32

Ali məktəblərə və kolleclərə sənəd qəbulu başladı

Ali təhsil müəssisələrinə və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə sənəd qəbulu başlayıb.Dövlət İmtahan Mərkəzindən Citypost.az-a verilən məlumata görə, ali məktəblərə tələbə qəbulu ilə bağlı əri­zələrin qəbulu iki mərhələdə (yalnız V ixtisas qrupu üzrə müsabiqədə iştirak etmək istəyən abituriyentlər üçün bir mərhələdə) olmaqla internet vasitəsilə aparılır.Ərizə qəbulunun birinci mərhələsi bu gündən martın 5‑dək həyata keçirilir. Bu mərhələdə ali təhsil və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək istəyən bütün abituriyentlər (cari və əvvəlki illərin məzunu olmasından asılı olmayaraq) Dövlət İmtahan Mərkəzinin internet saytının ekabinet.dim.gov.az səhifə­sin­də "Şəxsi kabinet" yaratdıqdan sonra (şəxsi...

18 Fevral 2026, 16:21

Naxçıvan Ali Məclisi deputatlarının köməkçiləri olacaq 

Naxçıvan Muxtar Respublikası (MR) Ali Məclisi deputatlarının köməkçiləri olacaq.Citypost.az xəbər verir ki, bununla bağlı "Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu haqqında" qanuna təklif edilən dəyişikliklər Ali Məclisin bugünkü plenar iclasında müzakirə edilib.Qanun layihəsinə əsasən, deputatın fəaliyyətinin təmin edilməsi məqsədilə onun köməkçiləri ola bilər. Belə ki, deputatın köməkçiləri Naxçıvan MR-nin büdcəsi hesabına saxlanılacaq. Onların işə qəbulu əmək qanunvericiliyi ilə tənzimlənəcək.Deputatın köməkçisinə aid əlavə tələblər Ali Məclis sədrinin qərarı ilə müəyyən ediləcək.Layihə müzakirələrdən sonra birinci oxunuşda qəbul olunub. (Report)...

18 Fevral 2026, 16:19

Azad edilmiş rayonlarda ötən il tikintiyə 5 mlrd. manata yaxın vəsait xərclənib

İşğaldan azad edilmiş rayonlarda tikinti-quraşdırma işlərinə 2025-ci ildə bütün maliyyə mənbələri hesabına 4 milyard 911.2 milyon manat vəsait sərf edilib.Bu barədə Citypost.az-a Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara istinadən xəbər verir.Qeyd edək ki, hesabat dövründə ən çox vəsait Kəlbəcər (994.6 mln. 11 min manat), Ağdam ( 740 mln. manat) və Zəngilan (731 mln. manat) rayonlarına ayrılıb.Xatırladaq ki, ötən il ərzində Azərbaycanda bütün maliyyə mənbələrindən əsas kapitala 21 milyard 226.1 milyon manat vəsait yönəldilib ki, bunun da 16 milyard 18 milyon manatı tikinti- quraşdırma işlərinə sərf edilib.Beləliklə, hesabat dövründə azad olunmuş ərazilər üzrə tikinti-quraşdırma işlərinə sərf olunan vəsait respublika üzrə...

18 Fevral 2026, 14:41

Bakı-Ağstafa qatarına əlavə reyslər təyin edildi 

"Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) artan sərnişin tələbatını təmin etmək məqsədilə 21 və 22 fevral tarixlərində Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edir.Bu barədə Citypost.az-a səhmdar cəmiyyətindən bildirilib.Qatar Bakıdan Ağstafaya saat 09:15-də, Ağstafadan Bakıya isə saat 15:00-da yola düşəcək.Məlumata görə, eyni zamanda, bu istiqamətlər üzrə gündəlik Bakı–Qazax–Bakı marşrutu ilə də səfər etmək olacaq.Sərnişinlər sözügedən reyslərə biletləri 10 % endirimlə dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya "ADY Mobile" tətbiqindən əldə edə bilərlər....

18 Fevral 2026, 14:38