Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 18 Fevral 2026, 12:36
170
Fevralın 19-da gözlənilən hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Citypost.az-a verilən xəbərə görə,
Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman. Cənub-qərb küləyi gündüz arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 4-7° isti, gündüz 18-23° isti olacaq. Atmosfer təzyiqi 753 mm civə sütunudan 761 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 80-90%, gündüz 65-70% olacaq.
Azərbaycanın rayonlarında hava necə olacaq?
Həmçinin oxuyun
Azərbaycanın rayonlarında hava şəraiti şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 7-11° isti, gündüz 17-22° isti, dağlarda gecə 4-8° isti, gündüz 8-13° isti olacaq.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
“YAŞAT” Fondu 2026-cı ildə 4-cü layihəsini Naxçıvanda həyata keçirir
“YAŞAT” Fondu müxtəlif sosial layihələr reallaşdırır. “Qış düşərgəsi” də həmin sosial layihələrdən biridir. Artıq ikinci dəfədir ki, Naxçıvan Muxtar Respublikasında - Ağbulaq İstirahət Mərkəzində qış idman növlərinə marağı olan şəhid övladları ilə bir araya gəlmişik.Bu sözləri AZƏRTAC-ın bölgə müxbirinə müsahibəsində “YAŞAT” Fondunun rəhbəri Elvin Hüseynov deyib.O qeyd edib ki, uşaqlar mərkəzdə xizək sürməyi öyrənir, idman bacarıqlarını inkişaf etdirir, yeni dostlar qazanır və asudə vaxtlarını səmərəli keçirirlər: "Hesab edirik ki, bu cür layihələr davamlı olmalıdır. Çünki sosial təşəbbüslər uşaqların sosiallaşmasına, dünyagörüşünün formalaşmasına və inkişafına mühüm töhfə verir"."Layihələrdən söz düşmüşkən, “YAŞAT” Fondu 2026-cı ilin hələ başlanğıcı olmasına baxmayaraq, artıq sayca dördüncü layihəsini...
18 Fevral 2026, 13:34
Buzovnada işıq olmayacaq
Bakı şəhərinin Xəzər rayonunun bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilə yaranacaq.Bu barədə Citypost.az-a "Azərişıq" ASC-dən məlumat verilib.Bildirilib ki, Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində təmir işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 13:30-dan 17:00-dək Buzovna qəsəbəsi Abşeron küçəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.Təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
18 Fevral 2026, 13:32
Rəşad Məcid AMEA ilə mətbuatın əlaqələrini daha sıxlaşdırmağı təklif edib
Jurnalistlər dilin kütləvi yayılmasında əhəmiyyətli rol oynayan peşə sahibləridir.CityPost.az xəbər verir ki, bunu Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid “Medianın dili elmi müzakirə müstəvisində” adlı keçirilən konfransda çıxışı zamanı bildirib.“Ona görə də Mətbuat Şurasında fəaliyyət göstərən Dil Komissiyasını yenidən formalaşdırdıq. Hesab edirəm ki, bu Komissiyanın fəaliyyəti ilə AMEA-nın İnstitutlarının əlaqəsinin sıxlaşdırılması işimizə dəstək olacaq. Arzu edirik ki, AMEA ilə mətbuatın əlaqələri daha sıx olsun”, - Rəşad Məcid qeyd edib....
18 Fevral 2026, 12:56
Jurnalistlər üçün yeni mükafatı təsis edilir
Dilçilər və media nümayəndələri üçün “Ana dili” mükafatı təsis ediləcək.Citypost.az xəbər verir ki, bu təşəbbüslə çıxış edən professor Qulu Məhərrəmlinin təklifi AMEA-nın Prezidenti İsa Həbibbəyli tərəfindən təsdiqlənib.O, mükafatın 21 fevralda təqdim ediləcəyini deyib.İsa Həbibbəyli qeyd edib ki, AMEA dilçilər üçün, Mətbuat Şurası isə media üçün “Ana dili” mükafatı təsis edəcək:“Olimpiadaların adı “Ana dili” olimpiadaları olacaq. Mükafatların 21 fevralda təqdim edilməsi nəzərdə tutulub”. (Modern.az)...
18 Fevral 2026, 12:48
Azərbaycan nefti ucuzlaşıb
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.Citypost.az xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 1.44 ABŞ dollar və ya 2.1% azalaraq 68,92 ABŞ dollarına bərabər olub.Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 70,36 ABŞ dolları təşkil edib.Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.
18 Fevral 2026, 12:25
Şəbnəm Karslı: “Misir Mərdanov dövründəki təhsil indiki gündən yaxşı idi”
Yazar və siyasətçi Şəbnəm Karslı təhsil sistemi ilə bağlı sosial şəbəkə hesabında fikirlərini bölüşüb. Citypost.az xəbər verir ki, Ş.Karslı bildirib ki, təhsilini Misir Mərdanovun dövründə alıb və o zamanlar sistemin zəif olduğunu düşünürdük:"O vaxt təhsil sistemi pisdir deyirdik. Amma indi elə bir gündəyik ki, Misir müəllimin vaxtındakı təhsilə daha yaxşı deyirik. Heç olmasa məktəblərdə dərs vardı, mənim kimi hazırlıq və kurs görmədən universitetə qəbul olmaq olurdu" – deyə Karslı qeyd edib.O, indiki təhsil sistemi ilə müqayisədə narahatlığını da ifadə edib:"İndiki uşaqlara 6 müəllim tuturlar. Məktəb sistematik təhsil vermədiyi üçün uşaqlar 300 bal toplaya bilmirlər" – deyə yazar vurğulayıb.Şəbnəm Karslı təhsilin...
18 Fevral 2026, 12:23