Nadir Azəri: Rusiyanın imperiya siyasəti dəyişməyib
Siyasət 20 Fevral 2026, 10:00
1660
“Azərbaycan xalqı tarix boyu öz müstəqilliyi, azadlığı və torpaqlarının bütövlüyü uğrunda mübarizə aparıb. Müxtəlif imperiyalara qarşı gedən bu mübarizələr zamanı xalqımız qəhrəmanlığı və igid övladlarının fədakarlığı ilə seçilib. Tarixin ayrı-ayrı mərhələlərində fərqli imperiyaların nəzarəti altında qalsa da, Azərbaycan xalqı heç zaman azadlıq və müstəqillik ideallarından imtina etməyib”.
Bunu Citypost.az-a “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin sədri, siyasi şərhçi Nadir Azəri deyib.
Onun sözlərinə görə, tarix boyu xalqımızın ən çox mübarizə apardığı imperiyalardan biri məhz Rusiya imperiyası olub: “Müxtəlif dövrlərdə fərqli adlar altında fəaliyyət göstərməsinə baxmayaraq, mahiyyət etibarilə imperiya siyasəti dəyişməyib. Bu siyasətin əsasını digər xalqları, xüsusilə də qonşu xalqları nəzarət altında saxlamaq, onların yeraltı və yürüstü sərvətlərini mənimsəmək xisləti təşkil edib. Təəssüf ki, bu yanaşmanın izlərini müasir dövrdə də görmək mümkündür. Çar Rusiyası dövrünü yaşamasaq da, sovet mərhələsində və müstəqillik illərində Rusiyanın imperiya və hegemonluq siyasətinin müxtəlif təzahürlərinin şahidi olmuşuq”.
Siyasi ekspert deyib ki, xüsusilə Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasətinə Rusiyanın açıq və ya dolayı dəstək verməsi bu kontekstdə unudulmamalıdır: “1990-cı il 20 Yanvar faciəsinin mahiyyətində də imperiya düşüncəsinin və mərkəzdən idarə olunan zorakı siyasətin dayandığı aydın görünür. Həmin hadisə Azərbaycan xalqının azadlıq iradəsini qırmaq məqsədi daşıyırdı. Lakin əksinə, bu faciə xalqın müstəqillik əzmini daha da gücləndirdi və istiqlal yolunda dönüş nöqtəsinə çevrildi”.
Həmçinin oxuyun
Nadir Azəri qeyd edib ki, gələn həftə növbəti ildönümü olacaq Xocalı soyqırımı da, əslində elə Rusiyanın imperiya siyasətinin qanlı nəticəsidir: “Fevralın 26-sı Xocalı soyqırımının ildönümüdür. Bu tarix təkcə erməni silahlı birləşmələrinin vəhşiliyini deyil, eyni zamanda onların arxasında dayanan xarici dövlət dəstəyini, yəni Rusiyanın imperya xislətinin növbəti formada təzühürünü də xatırladır. Tarixi faktlar açıq şəkildə göstərir ki, həmin gecə Xankəndidə yerləşən 366-cı motoatıcı alay ağır texnika və canlı qüvvə ilə hücumda birbaşa iştirak edib. Bu hərbi birləşmə formal olaraq sovet ordusuna məxsus olsa da, faktiki olaraq 1992-ci ildə artıq Rusiya Federasiyasının paytaxtı olan Moskvanın hərbi-siyasi maraqlarına xidmət edirdi. Elə 1990-cı illərin əvvəllərində Azərbaycan torpaqlarının işğalı da eyni siyasi xəttin davamı oldu. Ermənistanın hərbi potensialı və resursları təkbaşına belə genişmiqyaslı işğal aparmağa kifayət etmirdi. Silah, texnika, hərbi kadrlar və strateji koordinasiya olmadan Azərbaycan torpaqlarının ələ keçirilməsi mümkün deyildi. Yəni bu işğal birbaşa Kremlin maraqları ilə üst-üstə düşürdü”.
Nadir Azəri deyib ki, bu gün Azərbaycan xalqı həmin faciələri unutmur və unutmayacaq: “Tarixi yaddaş həm ədalətin bərpası, həm də gələcək nəsillərin həqiqəti bilməsi üçün vacibdir. Xocalı qurbanlarının ruhu qarşısında baş əyərkən bir həqiqəti də açıq şəkildə bəyan edirik: regionda sabitliyi pozan, münaqişələri qızışdıran və işğal siyasətini alətə çevirən güclər öz cinayətkar əməllərinə görə cavab verəcəklər. Buna kimsənin şübhəsi olmasın”.
Turan
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Milli Məclisin iclası başlayıb
Milli Məclisin yaz sessiyasının növbəti plenar iclası başlayıb.Citypost.az xəbər verir ki, iclasın gündəliyində "Avropa Şurasının İnsan orqanlarının alverinə qarşı Konvensiyası"nın təsdiq edilməsi haqqında qanun layihəsi daxil olmaqla, ümumilikdə 10 məsələ var.İclas spiker Sahibə Qafarovanın sədrliyi ilə keçirilir.
20 Fevral 2026, 10:48
Azər Ələkbərov: “Prezidentə hörmətsizlik qəbuledilməzdir”
Hüquq üzrə fəlsəfə doktoru, Bakı İnsan Hüquqları Məktəbi İctimai Birliyinin rəhbəri Azər Ələkbərov sosial şəbəkədə paylaşdığı statusda dövlət başçısının xarici səfərləri zamanı ona qarşı səsləndirilən təhqir və çağırışlarla bağlı mövqeyini açıqlayıb.Citypost.az xəbər verir ki, Azər Ələkbərov bildirib ki, ölkə rəhbərinin təhlükəsizliyi və nüfuzunun qorunması yalnız bir neçə əməkdaşın üzərinə düşməməlidir. Onun sözlərinə görə, dövlət tərəfindən yüksək səviyyədə maliyyələşən hüquq-mühafizə və təhlükəsizlik orqanları – kəşfiyyat, əks-kəşfiyyat, prokurorluq və polis strukturları üzərlərinə düşən vəzifələri tam həcmdə yerinə yetirməlidirlər.A.Ələkbərov qeyd edib ki, ölkədə kibertəhlükəsizliyin gücləndirilməsi istiqamətində son illər mühüm addımlar atılıb, yeni qurumlar yaradılıb və əlavə maliyyə vəsaitləri ayrılıb. Buna baxmayaraq, sosial şəbəkələrdə...
20 Fevral 2026, 10:08
Ramil Həsən ATƏT-in Baş katibi ilə görüşüb
Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Baş katibi Ramil Həsən Avstriyanın paytaxtı Vyana şəhərinə rəsmi səfəri çərçivəsində Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Baş katibi Feridun Sinirlioğlu ilə görüşüb."Report" xəbər verir ki, görüş əsnasında 2010-cu ildən etibarən davam edən ATƏT, ATƏT PA və TÜRKPA arasındakı əlaqələrin vəziyyəti, sülhə və əmin amanlığa, konfliktlərin sülh yolu ilə həlli istiqamətində həyata keçirilən işlər müzakirə edilib.R.Həsən qeyd edilən məsələlərlə bağlı ATƏT və Baş katib Feridun Sinirlioğlu tərəfindən göstərilə biləcək dəstək və töhfənin əhəmiyyətini vurğulayıb.F.Sinirlioğlu iki təşkilatın mövcud əməkdaşlıq imkanlarına xüsusi diqqət yetiriləcəyini və bu istiqamətdə ATƏT-in səlahiyyətləri çərçivəsində verilə biləcək dəstəklər istiqamətində fikirlərini ifadə edib.O,...
19 Fevral 2026, 10:09
Azərbaycan lideri Qambiya Prezidentini təbrik edib
Prezident İlham Əliyev Qambiya Respublikasının Prezidenti Adama Barrouya təbrik məktubu ünvanlayıb.Citypost.az xəbər verir ki, məktubda deyilir:"Hörmətli cənab Prezident,Qambiya Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və xalqınızı şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.Biz Azərbaycan ilə Qambiya arasında sağlam təməllər üzərində qurulmuş münasibətlərin inkişafına böyük əhəmiyyət veririk. Ölkələrimizin BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər beynəlxalq təsisatlar və platformalar çərçivəsində səmərəli əməkdaşlığını xüsusi qeyd etmək istərdim.İnanıram ki, dostluq əlaqələrimizin möhkəmləndirilməsi, həm ikitərəfli, həm də çoxtərəfli qaydada əməkdaşlığımızın genişləndirilməsi yolunda birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.Bu xoş fürsətdən istifadə edərək müqəddəs Ramazan ayının başlaması...
18 Fevral 2026, 11:11
Nadir Azəri: Yeni qlobal düzəndə Azərbaycan faktoru
“Bu gün dünya düzənində baş verən proseslər bir həqiqəti açıq şəkildə ortaya qoyur: yeni dünya nizamı formalaşır, köhnə dünya nizamının son dayaqları isə artıq bir-bir sıradan çıxır. Formalaşmaqda olan bu yeni dünya düzənində daha uzaqgörən siyasət yürüdənlər, milli və dövlət maraqlarını daha qətiyyətlə qorumağı bacaranlar, beynəlxalq prosesləri düzgün təhlil edərək operativ və çevik qərarlar qəbul edə bilənlər öz layiqli yerini tuta biləcək. Bunu həm ayrı-ayrı dövlət liderlərinə, həm də dövlətlərin birləşdiyi birlik və ittifaqlara şamil edə bilərik”.Bunu Citypost.az-a “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin sədri, siyasi şərhçi Nadir Azəri deyib.Nadir Azərinin sözlərinə görə, bu baxımdan Azərbaycanın...
17 Fevral 2026, 10:21
İlham Əliyev: Azərbaycan Serbiyaya böyük həcmdə sərmayə qoymağa hazırdır
Məhz aparılan islahatlar nəticəsində bir çox ölkələr, o cümlədən Azərbaycan Serbiyaya böyük həcmdə sərmayə qoymağa hazırdır.Bunu Azərbaycan Prezidenti İlham Əliyev Belqradda Serbiya Prezidenti Aleksandar Vuçiçlə mətbuata birgə bəyanatında deyib.Dövlət başçısı bildirib ki, elektrik stansiyalarının tikintisi və yenidən qurulması, onların reabilitasiyası hər bir ölkənin gələcək inkişafını təmin edir.
15 Fevral 2026, 19:46