Bizə yazın

Baku

-°C

USD

-

Sabah AMEA-da Ramiz Mehdiyevin məsələsinə baxılacaq 

Cəmiyyət 24 Fevral 2026, 10:10

279

Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) fevralın 25-də Ramiz Mehdiyevin məsələsinə baxılacaq.

"Report"un əldə etdiyi məlumata əsasən, sabah AMEA-nın Rəyasət Heyətinin iclası keçiriləcək və gündəliyə daxil olan iki məsələdən biri Ramiz Mehdiyevin AMEA-nın həqiqi üzvlüyündən xaric edilməsidir.

İclasda müzakirə ediləcək ikinci məsələ AMEA-nın illik hesabatının dinlənilməsidir.

Qeyd edək ki, DTX-də başlanan cinayət işi ilə bağlı Ramiz Mehdiyev AR Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.

Onun barəsində ev dustaqlığı qətimkan tədbiri seçilib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Azərbaycan neftinin qiyməti artıb 

Dünya bazarlarında "Azeri Light" markalı Azərbaycan nefti dəyər qazanıb.Citypost.az xəbər verir ki, "Azeri Light" neftinin 1 bareli 1,11 ABŞ dolları və ya 1,54% bahalaşaraq 73,31 dollara çatıb.Xatırladaq ki, Azərbaycanın 2026-cı il üçün dövlət büdcəsində neftin 1 barelinin orta qiyməti 65 dollardan hesablanıb.

24 Fevral 2026, 10:33

Bu günün valyuta məzənnələri 

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb.CityPost.az-ın  məlumatına görə, fevralın 24-də ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat, Türkiyə lirəsi 0,0388 manat təşkil edib. Avro 2,0008 manatadək, Rusiyanın 100 rublu isə 2,2051 manata kimi ucuzlaşıb.

24 Fevral 2026, 10:30

DYP sürücülərə müraciət edib 

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi (DYP) yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi məqsədilə sürücülərə növbəti dəfə müraciət edib.Bu barədə Citypost.az DYP-dən məlumat verilib.Bildirilib ki, aparılan müşahidələr göstərir ki, bir sıra hallarda respublika əhəmiyyətli avtomobil yollarında sürücülər tərəfindən qarşıda hərəkət edən nəqliyyat vasitələri ilə təhlükəsiz ara məsafəsi saxlanılmır, eləcə də nəqliyyat vasitələrinin yolun hərəkət hissəsində yerləşdirilməsi qaydalarına lazımi səviyyədə riayət olunmur. Bu kimi hallar isə yol-nəqliyyat hadisələrinin baş vermə riskini əhəmiyyətli dərəcədə artırır.Qanunvericiliyin tələblərinə əsasən, sürücü sürətdən və hərəkət şəraitindən asılı olaraq elə ara məsafəsi seçməlidir ki, eyni zolaqda özündən qabaqda gedən nəqliyyat vasitəsi sürəti qəfil azaltdıqda və ya...

24 Fevral 2026, 10:09

Prezident təsdiq etdi: Kimlərin maaşı artacaq?

Azərbaycan Prezidenti “Əmək Məcəlləsində” dəyişiklikləri təsdiq edib. Yeni dəyişikliklərə əsasən, minimum əmək haqqı məbləğinə ildə ən azı bir dəfə baxılacaq. Bu o deməkdir ki, yeni dəyişiklik ilə minimum əmək haqqı artımında dövrülük təmin olunacaq. Bu artımların həmçinin qanunla tənzimlənməsi anlamına da gəlir.CityPost.az  xəbər verir ki, bu barədə iqtisadçı alim, deputat Vüqar Bayramov qeyd edib."Minimum əmək haqqındakı mütəmadi artım sadəcə aşağı maaş alanların deyil, eləcə də vahid tarif cədvəlinin (VTC) bütün pillələri üzrə əməkhaqlarında artımları təmin edir. Belə ki, dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşları minimum əmək haqqı artırılandan bir ay müddətində yeni məbləğə uyğunlaşdırılaraq artırılır. Bura...

24 Fevral 2026, 10:06

Sabiq deputat Türkiyədə vəfat etdi 

Milli Məclisin keçmiş deputatı Mahir Aslanov vəfat edib.Citypost.az xəbər verir ki, sabiq millət vəkili Türkiyənin İzmir şəhərində yerləşən “Medicana” xəstəxanasında ürək əməliyyatı zamanı dünyasını dəyişib.Qeyd edək ki, M.Aslanov 1949-cu il noyabrın 22-si Naftalan şəhərində anadan olub. O, 2010-2020-ci illərdə Milli Məclisin iki çağırış deputatı olub.(Modern.az) 

24 Fevral 2026, 10:05

Eyruz Məmmədov vəfat etdi

Əməkdar jurnalist, yazıçı, publisist, ssenarist, “Exo Sumqaita” qəzetinin baş redaktoru Eyruz Məmmədov uzun sürən ağır xəstəlikdən sonra dünyasını dəyişib.Citypost.az xəbər verir ki, bu barədə mərhumun dostları bildiriblər.Eyruz Məmmədov həm də ziyalılardan ibarət olan Sumqayıt Dostlar Klubunun İdarə Heyətinin üzvü idi.Eyruz Məmmədov 13 yanvar 1953-cü ildə Sumqayıtda ziyalı ailəsində dünyaya göz açıb. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alıb.İlk hekayəsi 1971-ci ildə - 19 yaşlı tələbə ikən çap edilib.O, ümumilikdə 20-dən artıq kitabın, o cümlədən "2-ci paralel”, "Anata”, "P.S", Dama Pika”, "Mister Riç”, "Bir, iki, üç... və yaxud Dağ çiçəyi”, "Gecə... İncə gecə”, "Zöhra və Kənan”, "Qaranlığın çırağı", "Sən kimsən, Armando?"...

24 Fevral 2026, 09:35