Bizə yazın

Baku

-°C

USD

-

Xalq artisti:"Canlı yayımda etdiyim səhvə görə işdən azad olacaqdım"

Cəmiyyət 25 Fevral 2026, 09:52

243

Azərbaycanın görkəmli televiziya diktoru, Azərbaycan Respublikasının Xalq artisti Roza Tağıyeva gənclərlə görüşü zamanı maraqlı bir xatirəsini bölüşüb.

Citypost.az xəbər verir ki, Xalq artisti bildirib ki, canlı efir zamanı etdiyi dil sürüşməsi az qala işdən çıxarılması ilə nəticələnəcəkdi.

Belə ki, elan verməli olduğu məkanın adını səhv salaraq “Lenin adına Mərkəzi stadion” əvəzinə “Lenin adına Mərkəzi Univermaq” ifadəsini işlədib. Onun sözlərinə görə, bu hadisədən sonra məsələ ciddi müzakirəyə çıxarılıb. Həmin dövrdə sədr müavini vəzifəsində çalışan Cəlal Məmmədov bunu “siyasi səhv” kimi qiymətləndirərək diktorun işdən azad olunmasının vacibliyini bildirib.

Məsələ o dövrün tanınmış şairi, AZTV-nin o dövrdəki rəhbəri Teymur Elçinin müzakirəsinə təqdim olunub. Roza Tağıyevanın sözlərinə görə, Teymur müəllim hadisəyə təmkinlə yanaşıb və bir söz səhvinə görə işdən çıxarmağın doğru olmadığını deyib. O, zarafatla əlavə edib ki, bəlkə də həmin an diktorun beynində “univermaq” sözü olub və bu səbəbdən dil sürüşməsi baş verib.

Nəticədə Roza Tağıyeva işdən çıxarılmayıb və fəaliyyətini davam etdirib.

Turan

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

İlham Əliyev Küveyt Əmirini təbrik edib

Prezident İlham Əliyev Küveyt Dövlətinin Əmiri Şeyx Məşəl əl-Əhməd əl-Cabir əl-Sabaha təbrik məktubu ünvanlayıb.Citypost.az xəbər verir ki, məktubda deyilir:"Küveyt Dövlətinin milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.Qarşılıqlı hörmət və etimad ruhunda inkişaf edən Azərbaycan-Küveyt dövlətlərarası münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur. Ali səviyyədə qarşılıqlı anlaşmanın və fəal dialoqun mövcudluğu müxtəlif sahələrdə əməkdaşlığımızın genişləndirilməsi üçün əlverişli şərait yaradır.Əminəm ki, Azərbaycan ilə Küveyt arasında ənənəvi dostluq əlaqələri, həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq birgə səylərimizlə bundan sonra da genişlənəcək...

25 Fevral 2026, 11:07

Xocalı soyqırımının ildönümü ilə bağlı bəzi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq 

Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq.Bu barədə Citypost.az-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.Bildirilib ki, hərəkətin məhdudlaşdırılması faciə qurbanlarının xatirəsini yad edənlərin rahat, fasiləsiz və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə həyata keçirilir.Fevralın 26-da səhər saat 08:00-dan mərasim qurtaranadək Xocalı prospekti ilə kəsişən, birləşən və paralel olan Mehdi Mehdizadə, Kamandar Əhmədov, Ayaz İsmayılov, Süleyman Vəzirov və İzzət Orucov küçələrində avtomobillərin hərəkəti məhdudlaşdırılmaqla istiqamət dəyişdiriləcək."Bu istiqamətdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə edilməsi, ictimai nəqliyyata üstünlük verilməsi tövsiyə olunur"- deyə məlumatda qeyd edilir....

25 Fevral 2026, 10:50

Leyla Əliyeva və Alena Əliyeva Quba Cümə məscidini ziyarət ediblər 

Fevralın 24-də Leyla Əliyeva və Alena Əliyeva Quba rayonuna səfər çərçivəsində şəhərin əhəmiyyətli tarixi-memarlıq abidələrindən olan Cümə məscidini ziyarət ediblər.Citypost.az xəbər verir ki, ziyarət zamanı məscidin imamı Seyran Fərəczadə və məscidin dini icmasının sədri İlqar Bayramov Quba Cümə məscidi barədə ətraflı məlumat verib.Bildirilib ki, məscid XIX əsrin unikal memarlıq nümunələrindən biri olmaqla bölgənin dini-mədəni həyatında mühüm yer tutur. Məsciddə Quran kursunun fəaliyyət göstərdiyi qeyd olunub. Leyla Əliyeva və Alena Əliyeva həmin otağa da baş çəkiblər.Sonda Leyla Əliyeva və Alena Əliyevaya “Qurani-Kərim” hədiyyə olunub....

25 Fevral 2026, 10:16

Naxçıvanda “Mpay” terminalı oğurlanıb 

Naxçıvanın Babək rayonunda yerləşən mağazaların birinin qarşısından içərisində 9503 manat olan “Mpay” ödəmə terminalı oğurlanıb.Naxçıvan MR Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, rayon polis idarəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 33 yaşlı İsmayıl Babayev müəyyən olunaraq saxlanılıb.Araşdırmalarla məlum olub ki, şübhəli əvvəlcədən mağazanın fəaliyyəti və təhlükəsizlik şəraitini müşahidə edərək, insanların olmadığı vaxt aralığından istifadə edərək oğurluq əməlini həyata keçirib.Faktla bağlı araşdırmalar davam etdirilir....

25 Fevral 2026, 10:14

Bu gün Azərbaycandan Ermənistana 4500 ton dizel yanacağı göndəriləcək 

Azərbaycandan Ermənistana yanacaq məhsullarının tədarükü çərçivəsində növbəti 4500 ton dizel yanacağının bu ölkəyə göndərilməsi nəzərdə tutulur.APA-nın əldə etdiyi məlumata görə, qeyd edilən həcmdə dizel yanacağı bu gün - fevralın 25-də dəmir yolu ilə Azərbaycandan yola salınacaq.Qeyd edək ki, Azərbaycanla Ermənistan arasında sülh gündəliyinə uyğun olaraq ötən il dekabrın 18-də Azərbaycandan Ermənistana neft məhsullarının ixracına başlanılıb.

25 Fevral 2026, 10:02

"Nəriman Həsənzadənin Heydər Əliyev ordeni ilə təltif edilməsi təsadüfi hadisə deyil" - Sayman Aruz

Xalq şairi, Azərbaycan poeziyasının canlı klassiki Nəriman Həsənzadə 95 yaşında Azərbaycan Respublikasının ən ali dövlət təltifi – Heydər Əliyev ordeni ilə təltif olundu.CityPost.az  yazıçı-şair Sayman Aruzun təbrik mesajını təqdim edir:Bu yüksək mükafatın Azərbaycan Prezidentinin tapşırığı ilə Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev tərəfindən təqdim edilməsi təkcə bir şairin deyil, bütövlükdə Azərbaycan ədəbiyyatının qələbəsidir.Nəriman müəllim onilliklər boyu sözü millətin vicdanına çevirən, poeziyanı dövlətçilik düşüncəsi, milli yaddaş və mənəvi məsuliyyət səviyyəsinə yüksəldən sənətkardır. Onun aldığı bu orden ədəbiyyatımıza verilən dəyərin, söz adamına göstərilən ali ehtiramın bariz nümunəsidir.Nəriman müəllimi ürəkdən təbrik edir, möhkəm can sağlığı, uzun ömür və yeni yaradıcılıq sevincləri arzulayırıq. Hörmətli Nəriman...

25 Fevral 2026, 09:52