Bizə yazın

Baku

-°C

USD

-

Azərbaycanda iş saatları AZALDILIR 

Cəmiyyət 25 Fevral 2026, 09:41

209

Azərbaycanda iş saatlarının dəyişdirilməsi və ya azaldılması, eləcə də evdən işləmə imkanının tətbiqi məsələsi yenidən gündəmə gəlib. Əmək bazarında çevik iş rejiminə keçidin mümkün nəticələri müzakirə olunur. Bu dəyişikliklərin həm işəgötürənlər, həm də işçilər üçün hansı hüquqi və maliyyə təsirlər yaradacağı sual doğurur. Xüsusilə iş vaxtının azaldılması fonunda əməkhaqlarının aşağı düşüb-düşməyəcəyi əsas müzakirə mövzularından birinə çevrilib.

CityPost/az   xəbər verir ki, məsələ ilə bağlı iqtisadçı Rəşad Həsənov Demokrat.az-a bildirib ki, əməkhaqqı səviyyəsi bir sıra parametrlər və amillərin təsiri altında formalaşır və iş saatı, eləcə də əmək münasibətlərinin forması bu məqamda nəzərə alınan faktorlardan biridir:

“Eyni zamanda bazarda tələb və təklif səviyyəsi, həmçinin əmək məhsuldarlığı mühüm rol oynayır. Əgər iş saatlarının azaldılması və ya məsafədən işləmə imkanlarının yaradılması əmək məhsuldarlığının artması ilə nəticələnərsə, bu halda əməkhaqqının azaldılmasına ehtiyac yoxdur. Əksinə, təcrübə göstərir ki, əməkhaqqı məhsuldarlığı təşviq edən əsas vasitələrdən biridir və onun artırılması daha yaxşı nəticələrə gətirib çıxara bilər. Lakin yeni iş formatları məhsuldarlığa mənfi təsir edərsə, gün ərzində bir işçiyə düşən istehsal həcmi və görülən işlərin miqdarı azalarsa, bu, əməkhaqqının aşağı salınması istiqamətində təzyiqlər yarada bilər. Burada əsas məsələ dəyişikliklərin hansı formada tətbiq olunmasıdır”.

Ekspert deyib ki, bu iş saatlarının azaldılması kütləvi şəkildə həyata keçirilərsə, məsələn, gündəlik iş vaxtı 8 saatdan 6 saata endirilərsə və bu dəyişiklik məhsuldarlığın azalmasına səbəb olmazsa, əməkhaqqının azaldılması zəruri sayılmaya bilər:

“Əksinə, məhsuldarlıq azalarsa və bu, müəssisənin gəlirlərinə mənfi təsir göstərərsə, əməkhaqqı fondu ilə bağlı qərarlara yenidən baxılması gündəmə gələ bilər. Məsafədən işləmənin isə hər iki tərəf üçün müəyyən üstünlükləri var. İşəgötürən ofis xərclərinə qənaət edə, resurslardan daha səmərəli istifadə edə bilər. İşçi isə nəqliyyat və digər gündəlik xərclərini azaldaraq vaxtını daha effektiv idarə etmək imkanı qazanır. Bu üstünlüklər müəyyən hallarda əməkhaqqı məsələsinin qarşılıqlı razılaşma əsasında müzakirəsinə səbəb ola bilər”.

O deyib ki, əməkhaqqının real səviyyəsini müəyyən edən əsas amillər yenə də bazarda tələb və təklif nisbəti, eləcə də əmək məhsuldarlığıdır.

“İş saatlarının azaldılması və ya məsafədən iş forması əmək münasibətlərinin təşkili üsuludur və məhsuldarlığa təsiri həlledici rol oynayır. İşəgötürənlər bu şərtləri əməkhaqqı ilə əlaqələndirərək fərqli yanaşmalar tətbiq edə bilərlər və bu, tərəflər arasında danışıqlar predmetinə çevrilə bilər”.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Xocalı soyqırımının ildönümü ilə bağlı bəzi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq 

Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq.Bu barədə Citypost.az-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.Bildirilib ki, hərəkətin məhdudlaşdırılması faciə qurbanlarının xatirəsini yad edənlərin rahat, fasiləsiz və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə həyata keçirilir.Fevralın 26-da səhər saat 08:00-dan mərasim qurtaranadək Xocalı prospekti ilə kəsişən, birləşən və paralel olan Mehdi Mehdizadə, Kamandar Əhmədov, Ayaz İsmayılov, Süleyman Vəzirov və İzzət Orucov küçələrində avtomobillərin hərəkəti məhdudlaşdırılmaqla istiqamət dəyişdiriləcək."Bu istiqamətdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə edilməsi, ictimai nəqliyyata üstünlük verilməsi tövsiyə olunur"- deyə məlumatda qeyd edilir....

25 Fevral 2026, 10:50

Leyla Əliyeva və Alena Əliyeva Quba Cümə məscidini ziyarət ediblər 

Fevralın 24-də Leyla Əliyeva və Alena Əliyeva Quba rayonuna səfər çərçivəsində şəhərin əhəmiyyətli tarixi-memarlıq abidələrindən olan Cümə məscidini ziyarət ediblər.Citypost.az xəbər verir ki, ziyarət zamanı məscidin imamı Seyran Fərəczadə və məscidin dini icmasının sədri İlqar Bayramov Quba Cümə məscidi barədə ətraflı məlumat verib.Bildirilib ki, məscid XIX əsrin unikal memarlıq nümunələrindən biri olmaqla bölgənin dini-mədəni həyatında mühüm yer tutur. Məsciddə Quran kursunun fəaliyyət göstərdiyi qeyd olunub. Leyla Əliyeva və Alena Əliyeva həmin otağa da baş çəkiblər.Sonda Leyla Əliyeva və Alena Əliyevaya “Qurani-Kərim” hədiyyə olunub....

25 Fevral 2026, 10:16

Naxçıvanda “Mpay” terminalı oğurlanıb 

Naxçıvanın Babək rayonunda yerləşən mağazaların birinin qarşısından içərisində 9503 manat olan “Mpay” ödəmə terminalı oğurlanıb.Naxçıvan MR Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, rayon polis idarəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 33 yaşlı İsmayıl Babayev müəyyən olunaraq saxlanılıb.Araşdırmalarla məlum olub ki, şübhəli əvvəlcədən mağazanın fəaliyyəti və təhlükəsizlik şəraitini müşahidə edərək, insanların olmadığı vaxt aralığından istifadə edərək oğurluq əməlini həyata keçirib.Faktla bağlı araşdırmalar davam etdirilir....

25 Fevral 2026, 10:14

Bu gün Azərbaycandan Ermənistana 4500 ton dizel yanacağı göndəriləcək 

Azərbaycandan Ermənistana yanacaq məhsullarının tədarükü çərçivəsində növbəti 4500 ton dizel yanacağının bu ölkəyə göndərilməsi nəzərdə tutulur.APA-nın əldə etdiyi məlumata görə, qeyd edilən həcmdə dizel yanacağı bu gün - fevralın 25-də dəmir yolu ilə Azərbaycandan yola salınacaq.Qeyd edək ki, Azərbaycanla Ermənistan arasında sülh gündəliyinə uyğun olaraq ötən il dekabrın 18-də Azərbaycandan Ermənistana neft məhsullarının ixracına başlanılıb.

25 Fevral 2026, 10:02

Xalq artisti:"Canlı yayımda etdiyim səhvə görə işdən azad olacaqdım"

Azərbaycanın görkəmli televiziya diktoru, Azərbaycan Respublikasının Xalq artisti Roza Tağıyeva gənclərlə görüşü zamanı maraqlı bir xatirəsini bölüşüb.Citypost.az xəbər verir ki, Xalq artisti bildirib ki, canlı efir zamanı etdiyi dil sürüşməsi az qala işdən çıxarılması ilə nəticələnəcəkdi.Belə ki, elan verməli olduğu məkanın adını səhv salaraq “Lenin adına Mərkəzi stadion” əvəzinə “Lenin adına Mərkəzi Univermaq” ifadəsini işlədib. Onun sözlərinə görə, bu hadisədən sonra məsələ ciddi müzakirəyə çıxarılıb. Həmin dövrdə sədr müavini vəzifəsində çalışan Cəlal Məmmədov bunu “siyasi səhv” kimi qiymətləndirərək diktorun işdən azad olunmasının vacibliyini bildirib.Məsələ o dövrün tanınmış şairi, AZTV-nin o dövrdəki rəhbəri Teymur Elçinin müzakirəsinə təqdim olunub. Roza Tağıyevanın sözlərinə...

25 Fevral 2026, 09:52

"Nəriman Həsənzadənin Heydər Əliyev ordeni ilə təltif edilməsi təsadüfi hadisə deyil" - Sayman Aruz

Xalq şairi, Azərbaycan poeziyasının canlı klassiki Nəriman Həsənzadə 95 yaşında Azərbaycan Respublikasının ən ali dövlət təltifi – Heydər Əliyev ordeni ilə təltif olundu.CityPost.az  yazıçı-şair Sayman Aruzun təbrik mesajını təqdim edir:Bu yüksək mükafatın Azərbaycan Prezidentinin tapşırığı ilə Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev tərəfindən təqdim edilməsi təkcə bir şairin deyil, bütövlükdə Azərbaycan ədəbiyyatının qələbəsidir.Nəriman müəllim onilliklər boyu sözü millətin vicdanına çevirən, poeziyanı dövlətçilik düşüncəsi, milli yaddaş və mənəvi məsuliyyət səviyyəsinə yüksəldən sənətkardır. Onun aldığı bu orden ədəbiyyatımıza verilən dəyərin, söz adamına göstərilən ali ehtiramın bariz nümunəsidir.Nəriman müəllimi ürəkdən təbrik edir, möhkəm can sağlığı, uzun ömür və yeni yaradıcılıq sevincləri arzulayırıq. Hörmətli Nəriman...

25 Fevral 2026, 09:52