Leyla Əliyeva şəhid Şahin Allahyarovun ailəsini ziyarət edib
Cəmiyyət 25 Fevral 2026, 09:41
285
Fevralın 24-də Leyla Əliyeva Vətən Müharibəsi Qəhrəmanı, Dövlət Sərhəd Xidmətinin şəhid baş giziri Şahin Allahyarovun ailəsini ziyarət edib.
Citypost.az xəbər verir ki, əvvəlcə Leyla Əliyeva şəhidin xatirə guşəsi ilə tanış olub.
Daha sonra şəhidin anası Nərgiz Allahyarova ilə söhbət edib, onun oğlu haqqında xatirələrini dinləyib, şəhidin həyatının müxtəlif dövrlərini əks etdirən şəkillərinə baxıb, Vətən müharibəsi dövründə ailə üzvlərinə göndərdiyi videoçarxı izləyib. N.Allahyarova şəhid ailələrinə göstərilən diqqət və qayğıdan məmnunluq ifadə edib, dövlətimizin başçısına və ailə üzvlərinə minnətdarlığını bildirib, ölkəmizə sülh, əmin-amanlıq arzulayıb.
Leyla Əliyeva şəhidin ailə üzvlərinə hədiyyələr təqdim edib, onlarla şəkil çəkdirib.
Həmçinin oxuyun
Qeyd edək ki, Azərbaycan Ordusunun baş giziri Şahin Allahyarov 2020-ci ildə 44 günlük Vətən müharibəsində Füzulinin, Cəbrayılın və Şuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Noyabrın 1-də Şuşa uğrunda döyüşlər zamanı şəhid olub. Quba rayonunda dəfn edilib.
Döyüşlər zamanı göstərdiyi igidliyə görə Prezident İlham Əliyevin Sərəncamına əsasən Şahin Allahyarov ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı” adı ilə təltif olunub.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Xocalı soyqırımının ildönümü ilə bağlı bəzi küçələrdə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar bəzi küçə və prospektlərdə nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq.Bu barədə Citypost.az-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən məlumat verilib.Bildirilib ki, hərəkətin məhdudlaşdırılması faciə qurbanlarının xatirəsini yad edənlərin rahat, fasiləsiz və təhlükəsiz hərəkətinin təmin olunması məqsədilə həyata keçirilir.Fevralın 26-da səhər saat 08:00-dan mərasim qurtaranadək Xocalı prospekti ilə kəsişən, birləşən və paralel olan Mehdi Mehdizadə, Kamandar Əhmədov, Ayaz İsmayılov, Süleyman Vəzirov və İzzət Orucov küçələrində avtomobillərin hərəkəti məhdudlaşdırılmaqla istiqamət dəyişdiriləcək."Bu istiqamətdə şəxsi avtomobillərdən mümkün qədər az istifadə edilməsi, ictimai nəqliyyata üstünlük verilməsi tövsiyə olunur"- deyə məlumatda qeyd edilir....
25 Fevral 2026, 10:50
Leyla Əliyeva və Alena Əliyeva Quba Cümə məscidini ziyarət ediblər
Fevralın 24-də Leyla Əliyeva və Alena Əliyeva Quba rayonuna səfər çərçivəsində şəhərin əhəmiyyətli tarixi-memarlıq abidələrindən olan Cümə məscidini ziyarət ediblər.Citypost.az xəbər verir ki, ziyarət zamanı məscidin imamı Seyran Fərəczadə və məscidin dini icmasının sədri İlqar Bayramov Quba Cümə məscidi barədə ətraflı məlumat verib.Bildirilib ki, məscid XIX əsrin unikal memarlıq nümunələrindən biri olmaqla bölgənin dini-mədəni həyatında mühüm yer tutur. Məsciddə Quran kursunun fəaliyyət göstərdiyi qeyd olunub. Leyla Əliyeva və Alena Əliyeva həmin otağa da baş çəkiblər.Sonda Leyla Əliyeva və Alena Əliyevaya “Qurani-Kərim” hədiyyə olunub....
25 Fevral 2026, 10:16
Naxçıvanda “Mpay” terminalı oğurlanıb
Naxçıvanın Babək rayonunda yerləşən mağazaların birinin qarşısından içərisində 9503 manat olan “Mpay” ödəmə terminalı oğurlanıb.Naxçıvan MR Daxili İşlər Nazirliyindən APA-ya verilən məlumata görə, rayon polis idarəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 33 yaşlı İsmayıl Babayev müəyyən olunaraq saxlanılıb.Araşdırmalarla məlum olub ki, şübhəli əvvəlcədən mağazanın fəaliyyəti və təhlükəsizlik şəraitini müşahidə edərək, insanların olmadığı vaxt aralığından istifadə edərək oğurluq əməlini həyata keçirib.Faktla bağlı araşdırmalar davam etdirilir....
25 Fevral 2026, 10:14
Bu gün Azərbaycandan Ermənistana 4500 ton dizel yanacağı göndəriləcək
Azərbaycandan Ermənistana yanacaq məhsullarının tədarükü çərçivəsində növbəti 4500 ton dizel yanacağının bu ölkəyə göndərilməsi nəzərdə tutulur.APA-nın əldə etdiyi məlumata görə, qeyd edilən həcmdə dizel yanacağı bu gün - fevralın 25-də dəmir yolu ilə Azərbaycandan yola salınacaq.Qeyd edək ki, Azərbaycanla Ermənistan arasında sülh gündəliyinə uyğun olaraq ötən il dekabrın 18-də Azərbaycandan Ermənistana neft məhsullarının ixracına başlanılıb.
25 Fevral 2026, 10:02
Xalq artisti:"Canlı yayımda etdiyim səhvə görə işdən azad olacaqdım"
Azərbaycanın görkəmli televiziya diktoru, Azərbaycan Respublikasının Xalq artisti Roza Tağıyeva gənclərlə görüşü zamanı maraqlı bir xatirəsini bölüşüb.Citypost.az xəbər verir ki, Xalq artisti bildirib ki, canlı efir zamanı etdiyi dil sürüşməsi az qala işdən çıxarılması ilə nəticələnəcəkdi.Belə ki, elan verməli olduğu məkanın adını səhv salaraq “Lenin adına Mərkəzi stadion” əvəzinə “Lenin adına Mərkəzi Univermaq” ifadəsini işlədib. Onun sözlərinə görə, bu hadisədən sonra məsələ ciddi müzakirəyə çıxarılıb. Həmin dövrdə sədr müavini vəzifəsində çalışan Cəlal Məmmədov bunu “siyasi səhv” kimi qiymətləndirərək diktorun işdən azad olunmasının vacibliyini bildirib.Məsələ o dövrün tanınmış şairi, AZTV-nin o dövrdəki rəhbəri Teymur Elçinin müzakirəsinə təqdim olunub. Roza Tağıyevanın sözlərinə...
25 Fevral 2026, 09:52
"Nəriman Həsənzadənin Heydər Əliyev ordeni ilə təltif edilməsi təsadüfi hadisə deyil" - Sayman Aruz
Xalq şairi, Azərbaycan poeziyasının canlı klassiki Nəriman Həsənzadə 95 yaşında Azərbaycan Respublikasının ən ali dövlət təltifi – Heydər Əliyev ordeni ilə təltif olundu.CityPost.az yazıçı-şair Sayman Aruzun təbrik mesajını təqdim edir:Bu yüksək mükafatın Azərbaycan Prezidentinin tapşırığı ilə Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev tərəfindən təqdim edilməsi təkcə bir şairin deyil, bütövlükdə Azərbaycan ədəbiyyatının qələbəsidir.Nəriman müəllim onilliklər boyu sözü millətin vicdanına çevirən, poeziyanı dövlətçilik düşüncəsi, milli yaddaş və mənəvi məsuliyyət səviyyəsinə yüksəldən sənətkardır. Onun aldığı bu orden ədəbiyyatımıza verilən dəyərin, söz adamına göstərilən ali ehtiramın bariz nümunəsidir.Nəriman müəllimi ürəkdən təbrik edir, möhkəm can sağlığı, uzun ömür və yeni yaradıcılıq sevincləri arzulayırıq. Hörmətli Nəriman...
25 Fevral 2026, 09:52