Bizə yazın

Baku

-°C

USD

-

İrandan təxliyə edilən azərbaycanlıların sayı açıqlandı

Cəmiyyət 02 Mart 2026, 11:13

290

ABŞ və İsrailin İrana qarşı hərbi əməliyaytlara başlamasından bəri təxliyə edilən Azərbaycan vətəndaşlarının sayı açıqlanıb. 

Xarici İşlər Nazirliyi Modern.az-ın sorğusuna cavab olaraq indiyədək 100 Azərbaycan vətəndaşının quru yolu ilə sərhədi keçərək İrandan Azərbaycana daxil olduğunu bildirib.

Xatırladaq ki, fevralın 28-indən başlayaraq ABŞ və İsrailin birgə hərbi əməliyyatında İranın paytaxtı Tehran da daxil olmaqla bir sıra şəhərlərə hava zərbələri endirib. Bu hücumlarda İranın ali dini lideri Ayətullah Əli Xamenei həlak olduğu rəsmi şəkildə təsdiqlənib. Eyni zamanda bir sıra yüksək rütbəli hərbi və dövlət rəsmilərinin də öldüyü bildirilir. İran tərəfi ölkədə 40 günlük matəm elan edib və bu ölüm regionda siyasi gərginliyi daha da artırıb.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Uzun iş saatları əmək məhsuldarlığına mənfi təsir göstərir  

Tədqiqatçılar bildirirlər ki, uzun müddət yüksək zehni aktivlik göstərmək əmək məhsuldarlığını azalda bilər. Universitet tədqiqatçıları 12 həftə ərzində tələbələrin qısa gündəlik tapşırıqları yerinə yetirməsini müşahidə edərək onların düşüncə aydınlığı, məqsədləri, əhvali-ruhiyyəsi, yuxu keyfiyyəti və iş yükünü qiymətləndiriblər.Citypost.az xəbər verir ki, nəticələr göstərib ki, zehni aydınlıq yüksək olan günlərdə iştirakçılar həm planlaşdırılmış tapşırıqları daha effektiv yerinə yetirir, həm də özlərinə daha yüksək məqsədlər qoyurdular. Zehni yorğunluq və “beyin dumanı” dövrlərində isə fəaliyyət yalnız sadə gündəlik işlərlə məhdudlaşıb və daha böyük layihələr təxirə salınmalı olub.Tədqiqatçılar qeyd edirlər ki, yaxşı yuxudan sonra və günün ilk yarısında kognitiv performans yüksək olur, günortadan sonra isə...

02 Mart 2026, 12:38

Xameneinin olduğu yer necə tapılıb? 

İranın Ali Lideri Ayətullah Əli Xameneinin fevralın 28-i səhər saatlarında öldürüldüyü açıqlanmışdı.Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu, ABŞ və İsrailin hadisədən cəmi bir neçə saat əvvəl əldə olunmuş mühüm kəşfiyyat məlumatından istifadə etməklə mümkün olub.Kəşfiyyatlar bir neçə ay ərzində yüksək vəzifəli iranlı şəxslərin görüş üçün toplaşa biləcəyi anı gözləyiblər. Müəyyən edilib ki, Xamenei şənbə günü səhər saatlarında Tehranın mərkəzində yerləşən bina kompleksində olacaq.Bir neçə ay boyunca ABŞ və İsrail İranın Ali liderinin hərəkətlərini izləyib.Bunun üçün istifadə edilən dəqiq üsullar məxfi saxlanılır. Lakin ABŞ Prezidenti Donald Tramp sosial şəbəkələrdəki paylaşımlarının birində buna dolayı yolla işarə edib.“Onun bizim kəşfiyyat və...

02 Mart 2026, 12:31

Elnur  İbrahimov rəhbər təyin olundu

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Naxçıvan filialına rəhbər təyin edilib.APA-nın əldə etdiyi məlumata görə, müvafiq əmrlə Elnur Abbas oğlu İbrahimov filiala rəhbər təyin olunub.Qeyd edək ki, ötən həftə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov müvafiq sərəncamı ilə E.İbrahimov Naxçıvan Muxtar Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilmişdi.

02 Mart 2026, 12:18

Azad edilmiş ərazilərdə ötən ay 1621 PHS aşkarlanıb 

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə fevral ayı üzrə məlumat açıqlanıb.Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) Citypost.az-a verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda, eyni zamanda, Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində 410 piyada əleyhinə mina, 71 tank əleyhinə mina, 1621 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.Bildirilib ki, 4264, 8 hektar ərazi mina və PHS-lərdən təmizlənib....

02 Mart 2026, 12:08

DİN motosiklet sürücülərinə müraciət ETDİ

Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi moped və motosiklet sürücülərinə müraciət edib.Citypost.az-a NİİM-ə istinadən xəbər verir ki, müraciətdə ikitəkərli nəqliyyat vasitələrinin iştirakı ilə qeydə alınan qəzaların çox hissəsinin ölüm və ya xəsarətlə nəticələndiyi deyilir: "Bunu hər bir motosiklet və moped sürücüsü bilməli və bu məsələni ciddiyə almalıdır.Müşahidə kameralarının qeydə aldığı qəzalar yüksək sürət, nəqliyyat axınına əks istiqamətdə hərəkət etmə, svetoforun qırmızı işığında keçmə, təhlükəli manevrlər etmə və yol nişanlarının tələblərini pozma səbəblərindən baş verib. Daha da təhlükəlisi odur ki, bu sürücülər öz əməlləri ilə fəxr edirmiş kimi törətdikləri qayda pozuntularını lentə alaraq sosial şəbəkələrdə paylaşır və digər yol hərəkəti...

02 Mart 2026, 11:52

İran səfiri Azərbaycana təşəkkür etdi 

Azərbaycan xalqına və dövlətinə təşəkkür edirik.Modern.az xəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfiri Müctəba Dəmirçilu səfirlikdə keçirilən mətbuat konfransında deyib.Səfir bildirib ki, çətin günlərdə Azərbaycandan ünvanlanan həmrəylik mesajları İran xalqı tərəfindən yüksək qiymətləndirilir.Onun sözlərinə görə, qarşılıqlı dəstək və həmrəylik iki ölkə arasındakı tarixi və mədəni bağların bir hissəsidir.Səfir çıxışında, həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran Prezidentinə Ali Rəhbərin ölümü ilə bağlı başsağlığı verdiyini və İrana göstərilən dəstəyi yüksək qiymətləndirdiklərini vurğulayıb: "Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla İranın xarici işlər naziri Abbas Əraqçi arasında telefon danışığı baş tutub. Danışıq zamanı regionda baş verən proseslər ətrafında fikir mübadiləsi aparılıb. Telefon...

02 Mart 2026, 11:51