Misir Mərdanov professor Yaqub Şərifovdan YAZDI
Cəmiyyət 02 Mart 2026, 11:27
282
Sabiq təhsil naziri və Bakı Dövlət Universitetinin Mexanika-Riyaziyyat fakültəsinin kafedra müdiri Misir Mərdanov sosial şəbəkədə paylaşdığı statusda fizika-riyaziyyat elmləri doktoru, professor Yaqub Şərifov-un martın 1-dəki doğum gününü təbrik edərək ona sağlam ömür və gələcək fəaliyyətində uğurlar arzulayıb.
Məlumat üçün bildirə ki, Yaqub Şərifov 1 mart 1958-ci ildə Qubadlı rayonunun Başarat kəndində anadan olub. Qeyri-lokal şərtli diferensial tənliklər və optimal idarəetmə sahəsində tanınmış alim olan Şərifov 1975-ci ildə ADU-nun “Mexanika-Riyaziyyat” fakültəsinə daxil olub və 1980-ci ildə fərqlənmə diplomu ilə məzun olub.1980-1984-cü illərdə AEA Kibernetika İnstitutunun aspiranturasında təhsil almış, 1990-cı ildə namizədlik, 2015-ci ildə isə doktorluq dissertasiyasını müdafiə edib. 1980-ci ildən etibarən müxtəlif elmi və pedaqoji vəzifələrdə çalışmış, 2002-ci ildən isə BDU-nun “Tətbiqi analizin riyazi üsulları” kafedrasında dosent və professor kimi fəaliyyət göstərir.Professor həmçinin AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda “Optimal idarəetmə” şöbəsində baş elmi işçi vəzifəsində çalışır. Onun 130 elmi əsəri, 1 dərsliyi, 2 dərs vəsaiti nəşr olunub və rəhbərliyi altında 7 nəfər elmlər namizədi alimlik dərəcəsi alıb.
Misir Mərdanov paylaşımında Yaqub Şərifovun elmi fəaliyyətini yüksək qiymətləndirərək onu Azərbaycan elminin dəyərli ziyalılarından biri adlandırıb və belə alimlərin gənc nəsillərə nümunə olduğunu vurğulayıb.
Həmçinin oxuyun
Əli
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Sabahın hava proqnozu açıqlanıb
Martın 3-də gözlənilən hava proqnozu açıqlanıb.Bakıda və Abşeron yarımadasında hava necə olacaq?Milli Hidrometeorologiya Xidmətindən Citypost.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.Lakin gündüz yağıntılı olacağı ehtimalı var. Gecə və səhər zəif duman. Mülayim cənub-qərb küləyi əsəcək.Havanın temperaturu gecə 1-3° isti, gündüz 6-10° isti olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunundan 764 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75%, gündüz 60-65 % olacaq.Azərbaycanın rayonlarında hava necə olacaq?Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gecə və səhər bəzi şərq şərq rayonlarında arabir yağıntılı olacağı, qar yağacağı ehtimalı var. Gecə...
02 Mart 2026, 12:56
Yaponiyanın Azərbaycandakı səfirliyi fəaliyyətini dayandırıb
Yaponiyanın Azərbaycandakı səfirliyi fəaliyyətini dayandırıb.Citypost.az xəbər verir ki, bu barədə səfirliyin sosial şəbəkə hesabında məlumat verilib.“Regionda baş verən hadisələrlə əlaqədar olaraq səfirlik fəaliyyətini qeyri-müəyyən müddətə qədər dayandırıb. Viza üçün sənədlərin qəbulu və hazır vizaların verilməsi də dayandırılıb. Nəzərə almağınızı xahiş edirik. Narahatçılığa görə üzr istəyirik”, - səfirlik qeyd edib.
02 Mart 2026, 12:51
Uzun iş saatları əmək məhsuldarlığına mənfi təsir göstərir
Tədqiqatçılar bildirirlər ki, uzun müddət yüksək zehni aktivlik göstərmək əmək məhsuldarlığını azalda bilər. Universitet tədqiqatçıları 12 həftə ərzində tələbələrin qısa gündəlik tapşırıqları yerinə yetirməsini müşahidə edərək onların düşüncə aydınlığı, məqsədləri, əhvali-ruhiyyəsi, yuxu keyfiyyəti və iş yükünü qiymətləndiriblər.Citypost.az xəbər verir ki, nəticələr göstərib ki, zehni aydınlıq yüksək olan günlərdə iştirakçılar həm planlaşdırılmış tapşırıqları daha effektiv yerinə yetirir, həm də özlərinə daha yüksək məqsədlər qoyurdular. Zehni yorğunluq və “beyin dumanı” dövrlərində isə fəaliyyət yalnız sadə gündəlik işlərlə məhdudlaşıb və daha böyük layihələr təxirə salınmalı olub.Tədqiqatçılar qeyd edirlər ki, yaxşı yuxudan sonra və günün ilk yarısında kognitiv performans yüksək olur, günortadan sonra isə...
02 Mart 2026, 12:38
Xameneinin olduğu yer necə tapılıb?
İranın Ali Lideri Ayətullah Əli Xameneinin fevralın 28-i səhər saatlarında öldürüldüyü açıqlanmışdı.Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu, ABŞ və İsrailin hadisədən cəmi bir neçə saat əvvəl əldə olunmuş mühüm kəşfiyyat məlumatından istifadə etməklə mümkün olub.Kəşfiyyatlar bir neçə ay ərzində yüksək vəzifəli iranlı şəxslərin görüş üçün toplaşa biləcəyi anı gözləyiblər. Müəyyən edilib ki, Xamenei şənbə günü səhər saatlarında Tehranın mərkəzində yerləşən bina kompleksində olacaq.Bir neçə ay boyunca ABŞ və İsrail İranın Ali liderinin hərəkətlərini izləyib.Bunun üçün istifadə edilən dəqiq üsullar məxfi saxlanılır. Lakin ABŞ Prezidenti Donald Tramp sosial şəbəkələrdəki paylaşımlarının birində buna dolayı yolla işarə edib.“Onun bizim kəşfiyyat və...
02 Mart 2026, 12:31
Elnur İbrahimov rəhbər təyin olundu
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Naxçıvan filialına rəhbər təyin edilib.APA-nın əldə etdiyi məlumata görə, müvafiq əmrlə Elnur Abbas oğlu İbrahimov filiala rəhbər təyin olunub.Qeyd edək ki, ötən həftə Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov müvafiq sərəncamı ilə E.İbrahimov Naxçıvan Muxtar Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilmişdi.
02 Mart 2026, 12:18
Azad edilmiş ərazilərdə ötən ay 1621 PHS aşkarlanıb
İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə fevral ayı üzrə məlumat açıqlanıb.Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) Citypost.az-a verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda, eyni zamanda, Qazax rayonunun işğaldan azad edilmiş Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı, Qızılhacılı kəndlərində 410 piyada əleyhinə mina, 71 tank əleyhinə mina, 1621 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.Bildirilib ki, 4264, 8 hektar ərazi mina və PHS-lərdən təmizlənib....
02 Mart 2026, 12:08