Bizə yazın

Baku

-°C

USD

-

Millət vəkili: “Oruc tutan insan yalan danışmamalı, haqq yeməməlidir”

Cəmiyyət 04 Mart 2026, 08:16

141

Azərbaycan Respublikası Milli Məclisinin deputatı, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov Ramazan ayı ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib.

Citypsot.az xəbər verir ki,  Deputat qeyd edib ki, İslamın bütün ibadətlərinin əsas məqsədi mənəvi paklığa və kamilliyə nail olmaqdır. Onun sözlərinə görə, Ramazan ayı nəfsin tərbiyəsi ayıdır və Uca Allahın insanların yalnız ac qalmasına ehtiyacı yoxdur.

Ceyhun Məmmədov vurğulayıb ki, oruc insanın əməl və davranışlarında da özünü göstərməlidir:

“Oruc tutan insan səbəb nə olur-olsun yalan danışmaqdan, insanları aldatmaqdan, onların haqqına girməkdən uzaq olmalıdır”.

Deputat bildirib ki, bu barədə Məhəmməd Peyğəmbər (s) belə buyurub: “Kim yalan danışmağı və yalanla iş görməyi tərk etməzsə, Allah həmin şəxsin yemək-içməyi buraxmasına (ac qalmasına) qiymət verməz”.

Paylaşımının sonunda o, Uca Allahdan xalqımıza birlik və həmrəylik arzulayıb: “Uca Allah bizi nəfsinə uyanlardan deyil, həqiqi oruc tutanlardan etsin, dövlətimizi qorusun, müstəqilliyimizi daha da möhkəmləndirsin, birlik və həmrəyliyimizi qorusun, bütün dua və orucları qəbul etsin”

Əli

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

MEDİA jurnalistləri manipulyativ paylaşımlardan çəkinməyə çağırdı

Medianın İnkişafı Agentliyi (MEDİA) regiondakı gərginliklə bağlı jurnalistləri manipulyativ məzmundan çəkinməyə çağırıb.Qurumdan Citypost.az-a daxil olan məlumatda bildirilib ki, Yaxın Şərqdə davam edən hərbi əməliyyatlarla bağlı sosial şəbəkələrdə qeyri-dəqiq və mənbəyi bilinməyən məlumatlara istinad edən paylaşımlar müşahidə olunmaqdadır.Qeyd olunub ki, informasiya mühitində dezinformasiya riskini artıran bu kimi cəhdlər ictimai rəydə çaşqınlıq yaratmağa yönəlib:"Media subyektləri sosial şəbəkələrdəki informasiya axınına münasibətdə yüksək peşəkarlıq göstərməli, mənbəyi şübhə doğuran, manipulyativ xarakterli məzmunu tirajlamamalıdır. Bütün media subyektlərini, jurnalistləri, ictimai fəalları fəaliyyətlərində yalnız rəsmi mənbələrə istinad etməyə, cəmiyyətdə təşviş doğuran paylaşımlardan çəkinməyə, informasiya manipulyasiyası hallarına yol verməməyə çağırırıq"....

04 Mart 2026, 11:58

Mikrodalğalı yeməklər sağlamlığınızı təhlükəyə atır

Son araşdırmalar göstərir ki, mikrodalğalı hazır yeməklər yalnız sağlamlığa deyil, həm də ətraf mühitə ciddi risklər yaradır. Plastik qablar içində paketlənmiş hazır yeməklərin istifadəsi zamanı minlərlə kiçik plastik hissəcik və təhlükəli kimyəvi maddələr qidalara keçə bilər. Bu maddələr orqanizmə daxil olduqda, xərçəng, hormonal pozulmalar, metabolik xəstəliklər, ürək-damar problemləri və hətta piylənmə kimi sağlamlıq risklərini artırır.Citypost.az xəbər verir ki, plastik qabların istehsalı və tullantı mərhələsi də ətraf mühitə ziyan vurur. Onların parçalanması nəticəsində yaranan mikro- və nanoplastiklər torpaq, çay və okeanlarda yığılır, heyvanların həyatına mənfi təsir göstərir və qida zəncirinə geri qayıdır.Mütəxəssislər bildirir ki, “mikrodalğaya uyğun” etiketi yalnız qabın struktur möhkəmliyinə...

04 Mart 2026, 11:29

“Rusiyadakı azərbaycanlıların müdafiəsi çətinləşir” – Komitə sədri 

Milli Məclisin bugünkü plenar iclasında çıxış edən komitə sədri Fazil Mustafa Azərbaycanın insan hüquqları üzrə müvəkkili (Ombudsman) illik məruzəsinin müzakirəsi zamanı ölkədəki ciddi problemlərdən birinə diqqət çəkib.Ombudsmanın məruzəsini dəstəkləyən deputat ardınca təəssüflə qeyd edib ki, ölkədə nikah və boşanma statistikası ürəkaçan deyil:“Son 9 ay ərzində 40 min nikah qeydə alınıb, onlardan 17 mini boşanma ilə nəticələnib. Xüsusilə Bakı şəhərində vəziyyət daha narahatedicidir. Qeydə alınan nikahların təxminən 56 faizi qısa müddət ərzində boşanma ilə nəticələnir. Hər 100 nikahın 56-sı pozulur. Bu isə olduqca ciddi sosial problemdir. Boşanma prosesində aliment məsələsi də ciddi müzakirə mövzusudur. Bir çox hallarda məsuliyyət əsasən kişi tərəfin...

04 Mart 2026, 11:04

İrandan Azərbaycana 1161 nəfər təxliyə olunub 

Fevralın 28-i saat 08:00-dan martın 4-ü saat 10:00-dək İran İslam Respublikasından Azərbaycana ümumilikdə 1161 nəfər təxliyə edilib.Citypost.az xəbər verir ki, təxliyə olunanların 224-ü Azərbaycan vətəndaşıdır.Bundan başqa, 361 Çin, 246 Rusiya, 99 Tacikistan, 76 Pakistan, 46 Oman, 18 Səudiyyə Ərəbistanı, 9 Gürcüstan, 7 Belarus, 6 BƏƏ, 6 Slovakiya, 5 Serbiya, 4 İran, 4 İordaniya, 4 İsveçrə, 4 Nigeriya, 4 Yaponiya, 3 Qətər, 3 Banqladeş, 3 Özbəkistan, 3 Meksika, 3 Filippin, 2 Nepal, 2 Qazaxıstan, 2 Fransa, 2 Türkiyə, 2 Yəmən, 2 Qırğızıstan, 2 İtaliya vətəndaşı, eyni zamanda, Polşa, Tunis, Livan, Hindistan, Braziliya, Myanma, Maldiv adaları, Cənubi Afrika və Britaniyadan hər biri...

04 Mart 2026, 10:46

Azər Həsrət: İranın yaydığı görüntülər manipulyasiyadır

Siyasi şərhçi Azər Həsrət sosial şəbəkə hesabında paylaşdığı statusda İran təbliğatçılarını saxta məlumat yaymaqda ittiham edib. O bildirib ki, guya ABŞ və İsrail tərəfindən vurulduğu iddia edilən məktəbdə həlak olmuş qız uşaqlarının cəsədlərinə dair yayılan görüntülər reallığı əks etdirmir.Citypost.az xəbər verir ki, onun sözlərinə görə, ağ örtüyə bükülmüş və uşaq cəsədləri kimi təqdim olunan görüntülərdə ölçü uyğunsuzluğu açıq şəkildə sezilir. Şərhçi qeyd edib ki, örtüyə bükülən şəxslərin ölçüsü uşaqlara deyil, böyük insanlara uyğundur və görüntülərdə “cəsədlərə” əyilən şəxslərlə ölçülərin eyni olması bunu göstərir.Azər Həsrət hesab edir ki, yayılan materiallar ictimai rəyi emosional təsir altına salmaq və manipulyasiya etmək məqsədi daşıyır....

04 Mart 2026, 10:28

Gələn həftə 58 mindən çox şagird buraxılış imtahanı verəcək 

Dövlət İmtahan Mərkəzi (DİM) martın 9-da tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçiriləcək.Bu barədə Citypost.az-a  DİM-dən məlumat verilib.Bildirilib ki, imtahanlar Bakı şəhərinin Nərimanov, Sabunçu, Xəzər, Səbail, Nəsimi, Nizami, Pirallahı, Abşeron (I hissə), Sumqayıt (I hissə), Gəncə (I hissə), Goranboy, Yevlax, Naftalan, Şəmkir, Ağstafa, Şirvan, Hacıqabul, Neftçala, Salyan, Ucar, Ağdaş, Zərdab, Kürdəmir, Lənkəran, Cəlilabad, Bərdə, Tərtər, Füzuli (o cümlədən M.Uluqbəy adına 1 №-li tam orta məktəb), Zəngilan (Ağalı kənd tam orta məktəbi), Cəbrayıl (M.Mehdizadə adına məktəb, Horovlu), Ağdərə (Talış, Göyarx, Həsənriz, Şıxarx, Suqovuşan kənd tam orta məktəbləri), Şəki, Oğuz, Qəbələ, Xaçmaz, Siyəzən və Şabranda olacaq.Həmçinin martın 9-da tədrisi...

04 Mart 2026, 10:27