Bizə yazın

Baku

-°C

USD

-

Hüseyn Cavidin sonuncu mənəvi oğlu da vəfat etdi - Foto 

Cəmiyyət 10 Mart 2026, 11:05

205

Uzun illər müxtəlif vəzifələrdə çalışmış, Azərbaycan SSRİ Ali Sovetinin ən gənc deputatı olmuş Zakir Nəsirov vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, Z.Nəsirov 75 yaşında xəstəlik səbəbindən dünyasını dəyişib.

Qeyd edək ki, Z.Nəsirov müstəqillik illərində gömrük orqanlarında çalışıb.

O, 1982-ci ildə Azərbaycan ədəbiyyatının dahi şəxsiyyəti, böyük mütəfəkkir Hüseyn Cavidin nəşinin Sibirdən ölkəmizə gətirilməsini həyata keçirmiş 3 nəfərlik qrupun üzvü olub. Belə ki, 1982-ci idə Ümummilli Lider Heydər Əliyev böyük dramaturq və şair Hüseyn Cavidin ev muzeylərinin yaradılması və cənazəsinin uzaq Sibirdən gətirilməsi haqqında Sərəncam imzalayıb.

Sərəncama uyğun olaraq Azərbaycan KP Naxçıvan Vilayət Partiya Komitəsinin büro üzvü Həmid Nəsirov, daxili işlər nazirinin müavini Telman Əliyev və həmin vaxt Ali Sovetin ən gənc deputatı olan Zakir Nəsirov Sibirə yola düşüb. Onların rəhbərliyi və birbaşa iştirakı ilə H.Cavidin nəşinin yeri tapılaraq Azərbaycana gətirilib. Beləliklə, SSRİ tarixində ilk dəfə olaraq repressiya qurbanının nəşinin mötəbər şəkildə köçürülməsi, dəfni və qəbiristü məqbərəsinin ucaldılması baş verib.

Həmin vaxtdan adları qeyd edilən hər 3 şəxs Hüseyn Cavidin mənəvi oğlu kimi tanınmağa başlayıb.

Xatırladaq ki, qrupun digər üzvü Telman Əliyev 2024-cü ilin avqustunda vəfat etmişdi.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Zaur Mikayılovun vətəndaş qəbulunun tarixi dəyişdirilib 

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılovun martın 13-də Abşeron rayonunda keçirəcəyi vətəndaş qəbulunun tarixi dəyişdirilib.Citypost.az-a bu barədə agentliyə istinadən xəbər verir.Məlumata görə, qəbulun tarixi martın 18-nə keçirilib. Görüş Abşeron və Zəngilan rayonlarının sakinləri üçün nəzərdə tutulub.

10 Mart 2026, 12:22

Sabahın hava proqnozu AÇIQLANDI

Bakıda və Abşeron yarımadasında sabah  hava necə olacaq?Milli Hidrometeorologiya Xidmətindən Citypost.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 10-dan 11-nə keçən gecə və səhər bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək.Havanın temperaturu gecə 3-6° isti, gündüz 7-11° isti olacaq. Atmosfer təzyiqi 779 mm civə sütunundan 776 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 75-80 %, gündüz 60-65 % təşkil edəcək.Azərbaycanın rayonlarında hava necə olacaq?Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gündüz tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi...

10 Mart 2026, 12:20

Vüqar Rəhimzadə Culfada seçiciləri ilə növbəti görüşünü keçirib 

Milli Məclisin deputatı Vüqar Rəhimzadə Culfa rayonunun Dizə kənd mərkəzində seçiciləri ilə növbəti görüşünü keçirib.Citypost.az xəbər verir ki, Yeni Azərbaycan Partiyasının Culfa rayon təşkilatının sədri Qadir İbrahimovun da iştirak etdiyi görüşdə deputat seçicilərin müraciətlərini, təkliflərini dinləyib, onları düşündürən məsələlər ətrafında fikir mübadiləsi aparıb, seçiciləri maraqlandıran sualları cavablandırıb.Seçicilər görüşdən məmnunluqlarını ifadə ediblər.

10 Mart 2026, 11:42

İrandan Azərbaycana 2097 nəfər təxliyə edilib 

Fevralın 28-i saat 08:00-dan martın 10-u saat 10:00-dək İran İslam Respublikasından Azərbaycana ümumilikdə 2097 nəfər təxliyə edilib.Citypost.az xəbər verir ki, təxliyə olunanların 365-si Azərbaycan vətəndaşıdır.

10 Mart 2026, 11:29

Əli Əsədov Milli Məclisdə hesabat verəcək  

Milli Məclisin yaz sessiyası üzrə növbəti plenar iclası martın 13-də keçiriləcək.Citypost.az-ın məlumatına görə, parlamentin plenar iclasının gündəliyinə bir məsələnin müzakirəsi daxil edilib.İclasda Nazirlər Kabinetinin 2025-ci ildə fəaliyyəti haqqında hesabat dinləniləcək.

10 Mart 2026, 11:03

DİM: Buraxılış imtahanının nəticələrinin 7 həftə ərzində elan olunması nəzərdə tutulub 

Martın 9-da keçirilmiş buraxılış imtahanlarında istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin yaxın 7 həftə ərzində elan olunması nəzərdə tutulur.Bu barədə Dövlət İmtahan Mərkəzindən məlumat verilib.Bildirilib ki, imtahanda iştirak edənlər, həmçinin valideynlər, müəllimlər, ekspertlər bütün test tapşırıqlarının izahını, eləcə də qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqların düzgün cavablarını müvafiq hiperkeçidlərdən əldə edə bilərlər....

10 Mart 2026, 10:41