Ekspert: İran ABŞ-ın geri çəkilməsindən istifadə edə bilər
Siyasət 10 Mart 2026, 09:15
212
Milli Cəbhə Partiyasının sədrinin müavini və siyasi ekspert Məhəmməd Əsədullazadə ABŞ-İran münasibətləri ilə bağlı açıqlama yayıb.
Citypost.az xəbər verir ki, ekspert bildirib ki, ABŞ-ın hazırkı vəziyyətdə atəşkəsə getməsi İranın qələbəsi kimi qiymətləndirilə bilər. Hazırda ABŞ İran ətrafında cəmləşdirdiyi aviadaşıyan gəmilərini 500–1000 km məsafəyə qədər geri çəkib. Eyni zamanda Körfəz ərəb ölkələrində yerləşən ABŞ hərbi bazaları İranın intensiv hücumlarına məruz qalır. ABŞ və İsrail isə İranı yüz kilometrlərlə uzaq məsafədən vurmağa davam edir.
Məhəmməd Əsədullazadə xatırladıb ki, əvvəllər Yəməndə husiləri devirmək üçün Səudiyyə Ərəbistanının başçılığı ilə koalisiya qüvvələri quru əməliyyatı həyata keçirmiş, ABŞ və İsrail aviasiyası isə havadan zərbələr endirmişdi. Buna baxmayaraq, husiləri devirmək mümkün olmamış, Səudiyyə Ərəbistanı isə böyük canlı qüvvə və hərbi texnika itkiləri verərək faktiki olaraq məğlub olmuşdu.
Ekspert qeyd edib ki, İran hazırda uzunmüddətli müdafiə strategiyasına keçib və ölkə daxilində xalqın bir hissəsi yeni Ali dini rəhbəri dəstəkləyir. Əgər ABŞ və İsrail hərbi əməliyyatları dayandırarsa, bu İran tərəfindən şübhəsiz qələbə kimi təqdim olunacaq. Bu isə regionda ABŞ-ın beynəlxalq mövqelərinə zərbə vurmaqla yanaşı, İsrailin təhlükəsizliyini də sual altına qoya bilər.
Həmçinin oxuyun
Məhəmməd Əsədullazadə vurğulayıb ki, ABŞ və İsrailin hazırkı hərbi əməliyyatları dayandırması regionda yeni təhlükəli vəziyyət yarada və ABŞ üçün hərbi-siyasi fiasko ilə nəticələnə bilər.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
İlham Əliyev Naxçıvan MR-in Konstitusiyasında dəyişiklikləri təsdiqlədi
Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklər təsdiqlənib.Citypost.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.Konstitusiya qanununda Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına 2 yeni maddə (maddə 3-1 və maddə 28-1) əlavə edilib, 1 maddə (maddə 5) çıxarılıb, bir sıra maddələrdə və Preambula hissədə isə dəyişikliklər edilib.Qanuna əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 134-cü maddəsinin III hissəsində qeyd olunan Naxçıvan Muxtar Respublikasının Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olmağı ilə bağlı müddəa Naxçıvan Muxtar Respublikası Konstitusiyasının Preambulasında da əksini tapacaq.Konstitusiyaya əlavə edilən "Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi" adlı 3-1-ci maddəyə əsasən, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi Naxçıvan Muxtar Respublikasının...
10 Mart 2026, 12:20
YAP İdarə Heyətinin iclası keçiriləcək
Yeni Azərbaycan Partiyası İdarə Heyətinin iclası keçiriləcək.APA-nın xəbərinə görə, iclas 12 mart tarixində təşkil olunacaq.
10 Mart 2026, 11:56
Elman Vəliyev: Azərbaycan balans siyasətini qoruyur
Konflikt analitik Elman Vəliyev Orta Şərqdə hazırda gedən müharibənin dünya neft bazarına böyük təsir göstərdiyini bildirib. Citypost.az xəbər verir ki, ekspertin analizinə görə, müharibə geosiyasi risklərin artması ilə enerji təchizatında qeyri-müəyyənlik yaradıb, nəticədə neft qiymətləri xeyli qalxıb ki, bu da dünya enerji bazarında ciddi dəyişikliklərə yol açır.O qeyd edib ki, bu vəziyyət Azərbaycan üçün müsbət impulslar verir. Bildirilib ki, dünya bazarında neftin qiymətinin artması Azərbaycan neftinin də yüksək qiymətləndirilməsinə təsir göstərir — son statistikaya görə, “Azeri Light” markalı neftin qiyməti 103 dollar səviyyəsinə yüksəlib ki, bu da bir çox prioritet rüblərlə müqayisədə əhəmiyyətli artımdır.Elman Vəliyev vurğulayıb ki, ABŞ “neft krallığı”...
10 Mart 2026, 10:55
İlham Əliyev Müctəba Xameneyini təbrik etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Müctəba Hüseyni Xameneyini təbrik edib.Citypost.az xəbər verir ki, təbrik mətnində deyilir:- Möhtərəm Ayətullah Xameneyi həzrətləri.İran İslam Respublikasının Ali Rəhbəri vəzifəsinə seçilməyiniz münasibətilə Sizi təbrik edirəm.Atanız - İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneyi həzrətlərinin faciəvi vəfatı ilə əlaqədar Sizə bir daha başsağlığımı ifadə edirəm.Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında münasibətlər tarixən mehriban qonşuluq və dostluq şəraitində yaşamış xalqlarımızın iradəsindən qaynaqlanır. Dövlətlərarası əlaqələrimizin xalqlarımızın mənafelərinə uyğun olaraq qarşılıqlı hörmət və etimad məcrasında inkişafı naminə birgə səylər göstərəcəyimizə ümidvar olduğumu bildirirəm.Bu yüksək təyinatla bağlı Sizə bir daha...
09 Mart 2026, 17:13
Birləşmiş Krallığın dövlət naziri Ceyhun Bayramova zəng etdi
Birləşmiş Krallığın Avropa, Şimali Amerika və dənizaşırı ərazilər üzrə dövlət naziri Stiven Dauti Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramova zəng vurub.Bu barədə APA-ya XİN-dən məlumat verilib.Tərəflər arasında Yaxın Şərqdə artmaqda olan hərbi eskalasiya əsas müzakirə mövzusu olub.Birləşmiş Krallıq tərəfi İranın ölkəmizə qarşı dron hücumu ilə bağlı ciddi narahatlıq ifadə edib, ölkəmizin mülki infrastrukturuna və əhalinin təhlükəsizliyinə yönəlmiş təhdidin qəbuledilməz olduğunu vurğulayıb.Nazir Ceyhun Bayramov bu cür hərəkətlərin regionda gərginliyin daha da artmasına xidmət etdiyini bildirib. Azərbaycanın təhlükəsizliyinin təmin olunması istiqamətində bütün zəruri tədbirlərin görüldüyünü diqqətə çatdırıb.Telefon danışığı zamanı həmçinin iki ölkə arasında gündəlikdə duran məsələlər, ikitərəfli və regional əməkdaşlıq mövzularıətrafında...
09 Mart 2026, 15:21
Ceyhun Bayramov almaniyalı həmkarı ilə regionu müzakirə etdi
Almaniya Federativ Respublikasının xarici işlər naziri Yohan David Vadeful Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramova zəng vurub.Bu barədə Citypost.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.Bildirilib ki, tərəflər regionda mövcud təhlükəsizlik vəziyyətini və Yaxın Şərqdə artan gərginliyin regional və qlobal təhlükəsizliyə təsirlərini müzakirə ediblər.Almaniya naziri İranın ölkəmizə qarşı həyata keçirdiyi dron hücumlarından narahatlığını ifadə edib, hücumları qətiyyətlə pisləyib, ölkəmizlə həmrəy olduğunu bildirib.Almaniya naziri ölkəsinin vətəndaşlarının İrandan təxliyəsi istiqamətində göstərilən dəstəyə görə Azərbaycan tərəfinə təşəkkür edib.Telefon danışığı zamanı həmçinin Azərbaycan–Almaniya ikitərəfli münasibətlərinin inkişaf perspektivləri, eləcə də qarşılıqlı maraq doğuran digər regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb....
09 Mart 2026, 15:17