Bizə yazın

Baku

-°C

USD

-

Saleh Bağırovun bacısından ürəkdolusu ad günü təbriki  

Sənət aləmi 10 Mart 2026, 12:18

200

Tanınmış aparıcı Saleh Bağırov ad günü münasibətilə bacısı Cəmilə Rzayeva sosial şəbəkə hesabında təbrik yazıb.

Citypost.az xəbər verir ki, Cəmilə Rzayeva təbrikində bildirib ki, həyatda insanın ən böyük xoşbəxtliklərindən biri güvənəcəyi bir qardaşının olmasıdır və onun üçün bu xoşbəxtlik daha da böyükdür, çünki mükəmməl bir qardaşa sahibdir.

O qeyd edib ki, Saleh yalnız bacısının sevimli qardaşı deyil, eyni zamanda ailəsi üçün qayğıkeş bir oğul, övladları üçün nümunəvi ata və bacısının uşaqları üçün mehriban dayıdır. Həyatda və ailədə hər zaman dayaqları olan bir insan kimi onu fərqləndirir.Cəmilə Rzayeva vurğulayıb ki, Saleh Bağırov həm də səhnədə peşəkarlığı, səmimiyyəti və tamaşaçı ilə qurduğu əlaqə ilə tanınan aparıcıdır. Onun sənətinə olan hörməti və sözün dəyərini bilməsi onu xalqın gözündə dəyərli və sevilən simaya çevirib.

Bacısı son olaraq deyib: “Mən fəxr edirəm ki, sənin bacınam! Allah səni qorusun, sağlam, xoşbəxt və hər zaman uğurlu olasan. Səhnədə də, həyatda da daim alqışlarla qarşılanasan!”

Yeganə

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Rza Xudiyev: “Teatr insan ruhunun güzgüsüdür”  

10 mart – Milli Teatr Günü münasibətilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, Xalq artisti Rza Xudiyev paylaşım edib.Citypost.az xəbər verir ki, Rza Xudiyev qeyd edib ki, teatr insan ruhunun güzgüsüdür və səhnədə səslənən hər söz, hər addım, hər baxış həyatın özündən doğur. Onun sözlərinə görə, Azərbaycanda teatr sənəti zəngin tarixi, güclü ənənələri və böyük sənətkarları ilə mədəniyyətimizin ən parlaq sahələrindən biridir.Rza Xudiyev bildirib ki, milli teatrımızın əsası 1873-cü ildə qoyulub. Həmin il Bakıda Mirzə Fətəli Axundzadənin əsəri əsasında ilk teatr tamaşası nümayiş etdirilib və bununla da Azərbaycan professional teatrının təməli atılıb. O gündən etibarən teatr sənəti xalqın mədəni həyatında...

10 Mart 2026, 08:15

10 mart Milli Teatr Günüdür 

Bu gün Azərbaycan teatrının yaranmasından 153 il ötür. Bu illər ərzində teatr sənəti qədim və zəngin tarixi yol keçib.Citypost.az xəbər verir ki, 1873-cü il martın 10-da Bakı realnı məktəbinin teatr həvəskarları truppası tərəfindən M.F.Axundovun "Sərgüzəşti-vəziri-xani Lənkəran" komediyası nümayiş etdirilib. Bununla da Azərbaycanda milli teatrın əsası qoyulub.Milli teatrın inkişafında məşhur xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin böyük xidməti olub. O, Bakı şəhərində ilk teatr binası inşa etdirib. Nəticədə Cahangir bəy Zeynalov, Hüseynqulu Sarabski, Mirzağa Əliyev, Hüseyn Ərəblinski, Ülvi Rəcəb, Abbas Mirzə Şərifzadə, Mustafa Mərdanov, Məmmədrza Şeyxzamanov, Ağasadıq Gəraybəyli, Əliağa Ağayev, Lütfəli Abdullayev, Nəsibə xanım Zeynalova, Mərziyə xanım Davudova kimi yüzlərlə sima yetişib.Teatrın inkişafında...

10 Mart 2026, 08:00

Madonna “Like a Virgin” dövrünə qayıtdı

Dünyaca məşhur müğənni Madonna Dolce & Gabbana-nın yeni reklam kampaniyasında “Like a Virgin” dövrünə qayıdıb.Citypost.az xarici KİV-lərə istinadən xəbər verir ki, Müğənni Milanda keçirilən təqdimatda cəsarətli gəlinlik obrazı ilə pərəstişkarlarını təəccübləndirib və kiçik səhnədə Patti Pravonun “La Bambola” mahnısını ifa edib.O, krujeva şort, balıq torlu tayt, ağ korset, uzun örtük və uyğun krujeva əlcəklərlə görünüşünü tamamlayıb, brilliant xaç, ağ xəz palto və laklı dəri hündürdaban ayaqqabılarla ikonik performansını xatırladıb. Madonna-nın yeni stili, 1984-cü ildə MTV Video Musiqi Mükafatlarında “Like a Virgin” ifası zamanı geyindiyi ağ korset, çoxqatlı mirvari boyunbağılar və “Boy Toy” kəməri ilə etdiyi görünüşə açıq istinad edir....

09 Mart 2026, 12:48

İllər sonra həmin məşhur səhnəni canlandırdı

Əməkdar artist Kübra Əliyeva və “Xəzər” muzeyinin təsisçisi Siyavuş Əlizadə maraqlı addıma imza atıblar.Citypost.az xəbər verir ki, onlar 1991-ci ildə lentə alınan sevilən “Şirbalanın Məhəbbəti” filmindən məşhur səhnəni yenidən çəkiblər.Belə ki, Kübra Əliyeva və mərhum sənətkar Hacıbaba Bağırovun birgə pul almaq səhnəsini bu dəfə öz tərzlərində canlandırıblar. Kübra Əliyeva eyni səhnədə dediklərini fərqli şəkildə Siyavuş Əlizadə ilə bölüşüb.Sosial şəbəkələrdə paylaşılan video izləyicilər tərəfindən maraqla qarşılanıb və böyük maraq doğurub. View this post on Instagram Shared post on...

06 Mart 2026, 12:20

1930-cu illərdə Mədəniyyət sahəsində kütləvi itkilər - Əməkdar artistdən FAKT

1937–1938-ci illər repressiyaları zamanı Azərbaycanda mədəniyyət sahəsində yalnız həbs və güllələnmələr yox, həm də kütləvi işdən çıxarmalar baş vermişdi.Citypost.az xəbər verir ki, bu barədə Əməkdar artist, Bakı Uşaq və Gənclər Teatrının direktoru İntiqam Soltan statusunda paylaşım edib. Əməkdar artist qeyd edir ki, arxiv materiallarına əsaslanan təxmini rəqəmlər göstərir ki, o dövrdə ölkədə mədəniyyət və incəsənət sahəsində çalışanların sayı təxminən 3000–4000 nəfər olub.Bu dövrdə repressiyaya məruz qalanların sayı isə belə qiymətləndirilir:Həbs edilən, güllələnən və ya sürgün olunanlar: təxminən 200–300 nəfər“Etibarsız”, “millətçi”, “xalq düşməninin qohumu” damğası ilə işdən çıxarılanlar: təxminən 800–1000 nəfərXüsusilə teatr sahəsi ağır itkilər verib. Həmin dövrdə güllələnən tanınmış teatr xadimləri...

06 Mart 2026, 12:08

Çopra musiqi karyerasını “tam uğursuzluq” kimi xatırlayır

Bollivud və Hollivud ulduzu Priyanka Çopra qısamüddətli musiqi karyerasını səmimi şəkildə “tam uğursuzluq” adlandırıb. 2010-cu illərdə pop musiqisinə qədəm qoyan Çopra, will.i.am ilə “In My City” və Pitbull ilə “Exotic” albomlarını çıxarsa da, beynəlxalq səviyyədə gözlənilən rezonansı əldə etməyib.Citypost.az ABŞ mətbuatına istinadən xəbər verir ki, 43 yaşlı müğənni Marie Claire-ə verdiyi müsahibədə zarafatla qeyd edib: “Əlbəttə ki, mən Pitbull və ya Dr. Dre ilə eyni nota çata bilmərəm. Tez başa düşdüm ki, bu mənim işim deyil və əsas peşəmə – aktyorluğa qayıtmalıyam.”O, hələ də təxminən 40 yayımlanmamış mahnısının “təhlükəsiz yerdə” olduğunu deyir və indi ailəsi və aktyorluğu ön planda tutur....

05 Mart 2026, 14:32