Bizə yazın

Baku

-°C

USD

-

Deputat iftarın vaxtında açılmasının vacibliyini vurğuladı

Cəmiyyət 10 Mart 2026, 08:20

213

Milli Məclisin deputatı Ceyhun Məmmədov Ramazan ayı ilə bağlı sosial şəbəkə hesabında paylaşım edib.

Citypost.az xəbər verir ki, Deputat bildirib ki, oruc tutan şəxslər üçün tövsiyə olunan əməllərdən biri də iftarı vaxtında açmaqdır. Onun sözlərinə görə, çox üzrlü səbəb olmadan iftarı gecikdirmək dinimizdə bəyənilməyən əməllərdən sayılır.

Ceyhun Məmmədov qeyd edib ki, Məhəmməd Peyğəmbər (s) bu barədə belə buyurub: “İnsanlar iftarı tezləşdirdikcə, xeyir içində olacaqlar”.

Deputat müsəlmanlara müraciət edərək iftarı vaxtında etməyə çağırıb. O, həmçinin Ramazan ayında edilən duaların və tutulan orucların qəbul olunmasını diləyib, dövlətimizə, xalqımıza və birliyimizə xeyir-dua verib, şəhidlərimizə rəhmət, yaralı qazilərə isə şəfa arzulayıb. 🙏🌙

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Bir Rusiya klassiki… 

Citypost.az xəbər verir ki, analitik Turab Rzayev bildirib ki, Rusiya çətin vəziyyətlə üzləşdikdə Yaxın Şərqdə müharibə tendensiyası yaranır. Son günlər Körfəz ölkələrinin neft infrastrukturu dağıdılıb, dünya bazarında həm neft, həm də qaz çatışmazlığı müşahidə olunur və qiymətlər sürətlə artır.T.Rzayev vurğulayıb ki, bu gərginlik ABŞ-ı Rusiyaya qarşı tətbiq olunan sanksiyaları yumşaltmağa məcbur edir. “Hələlik bu yumşaltma baş verir, amma vəziyyət dinamikdir,” – deyə o əlavə edib.Analitik qeyd edir ki, enerji bazarındakı bu gərginlik qlobal iqtisadiyyata ciddi təsir göstərə bilər və regiondakı siyasətçilər diqqətli olmalıdır.Əli...

10 Mart 2026, 13:06

Medianın İnkişafı Agentliyinin yeni Nizamnaməsi hazırlanacaq 

Medianın İnkişafı Agentliyinin və Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin yeni nizamnamələri hazırlanacaq.Citypost.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” və “Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi” publik hüquqi şəxslərin yenidən təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 20 fevral tarixli 601 nömrəli Fərmanının icrasının təmin edilməsi barədə “Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi” və “Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi” publik hüquqi şəxslərin yenidən təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 20 fevral tarixli 601 nömrəli Fərmanının icrasını təmin etmək məqsədilə sərəncamında əksini tapıb.Sərəncama əsasən, Medianın İnkişafı Agentliyi Ədliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Audiovizual Şurası və icra...

10 Mart 2026, 12:29

Zaur Mikayılovun vətəndaş qəbulunun tarixi dəyişdirilib 

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılovun martın 13-də Abşeron rayonunda keçirəcəyi vətəndaş qəbulunun tarixi dəyişdirilib.Citypost.az-a bu barədə agentliyə istinadən xəbər verir.Məlumata görə, qəbulun tarixi martın 18-nə keçirilib. Görüş Abşeron və Zəngilan rayonlarının sakinləri üçün nəzərdə tutulub.

10 Mart 2026, 12:22

Sabahın hava proqnozu AÇIQLANDI

Bakıda və Abşeron yarımadasında sabah  hava necə olacaq?Milli Hidrometeorologiya Xidmətindən Citypost.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 10-dan 11-nə keçən gecə və səhər bəzi yerlərdə çiskinli yağış yağacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək.Havanın temperaturu gecə 3-6° isti, gündüz 7-11° isti olacaq. Atmosfer təzyiqi 779 mm civə sütunundan 776 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 75-80 %, gündüz 60-65 % təşkil edəcək.Azərbaycanın rayonlarında hava necə olacaq?Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gündüz tədricən kəsiləcək. Bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi...

10 Mart 2026, 12:20

Vüqar Rəhimzadə Culfada seçiciləri ilə növbəti görüşünü keçirib 

Milli Məclisin deputatı Vüqar Rəhimzadə Culfa rayonunun Dizə kənd mərkəzində seçiciləri ilə növbəti görüşünü keçirib.Citypost.az xəbər verir ki, Yeni Azərbaycan Partiyasının Culfa rayon təşkilatının sədri Qadir İbrahimovun da iştirak etdiyi görüşdə deputat seçicilərin müraciətlərini, təkliflərini dinləyib, onları düşündürən məsələlər ətrafında fikir mübadiləsi aparıb, seçiciləri maraqlandıran sualları cavablandırıb.Seçicilər görüşdən məmnunluqlarını ifadə ediblər.

10 Mart 2026, 11:42

İrandan Azərbaycana 2097 nəfər təxliyə edilib 

Fevralın 28-i saat 08:00-dan martın 10-u saat 10:00-dək İran İslam Respublikasından Azərbaycana ümumilikdə 2097 nəfər təxliyə edilib.Citypost.az xəbər verir ki, təxliyə olunanların 365-si Azərbaycan vətəndaşıdır.

10 Mart 2026, 11:29