Bizə yazın

Baku

-°C

USD

-

Goranboyda avtomobil piyadanı vuraraq öldürüb

Cəmiyyət 15 Mart 2026, 10:37

171

Goranboyda minik avtomobilinin vuraraq öldürdüyü piyadanın kimliyi məlum olub.

CityPost.az-ın xəbərinə görə, ölən şəxs Goranboy rayonunun Zeyvə kənd sakini 1990-cı il təvəllüdlü T.Quliyevdir.

Məlumata görə Kəlbəcər rayon sakini 1970-ci il təvəllüdlü İ.Huseynov idarə etdiyi “Mercedes” markalı minik zvtomobili ilə hərəkətdə olan zaman Zeyvə kənd sakini 1990-cı il təvəllüdlü T.Quliyevi vurub .

Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Şeirlər - Sərvaz HÜSEYNOĞLU 

Mənə gəlsin İlahi, bir qara daşına çevir,Varsa bir bəlası, qoy mənə gəlsin.Məni dünyamızın  başına çevir,Hər qılınc yarası qoy mənə gəlsin. Ən qərib əhvalın, halın yaşayım,Ölüncə qeydinə qalım, yaşayım,Nə ki, ağrısı var, alım, yaşayım,Başına gələsi qoy mənə gəlsin. Lap elə bircə yol, bir anlıq eylə,Çıxart bir tərəfə, biryanlıq eylə,Məni İsmayıltək qurbanlıq eylə,Mübarək sədası qoy mənə gəlsin. Sən məni bir qara daşına çevir,Lap elə bir körpə quşuna çevir,Lap elə bir şəhid başına çevir,Ölümün əlası qoy mənə gəlsin.  Hər gün Hər gün adam olmaq keçir könlümdən,Hər gün özgə səmtə çəkirlər məni.Gah Adəm, gah iblis toxumu kimiYenidən bətnimə əkirlər məni. Özünün yazdığın yazıdı, Tanrım,Mələk də, iblis də məndə yaşayır.Özün də bilmirsən...

15 Mart 2026, 11:56

Zərdabdan Bakıya narkotik gətirən şəxs saxlanılıb 

Zərdab Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbir nəticəsində narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsinə şübhəli bilinən 65 yaşlı Elçin Əliyev saxlanılıb.DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan CityPost.az-a verilən məlumata görə, həmin şəxsdən 8 kiloqram mariuxana, tiryək, metamfetamin və psixotrop tərkibli həblər aşkarlanıb.Araşdırma zamanı E.Əliyevin narkotikləri Bakı şəhərinə apardığı müəyyən edilib.Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib....

15 Mart 2026, 11:53

Pensiya sistemində BÖYÜK DƏYİŞİKLİKLƏR gözlənilir

Azərbaycanda özəl pensiya fondlarının yaradılması gözlənilir.CityPost.az  xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov "Xəzər Xəbər"ə açıqlamasında bildirib ki, hazırda bununla bağlı qanun layihəsinin hazırlanması prosesi gedir. Bu fondların yaradılması üçün 20-dən çox normativ hüquqi akt layihəsi hazırlanır.Onun sözlərinə görə, vətəndaşlar pensiya kapitalının bir hissəsini özəl pensiya fondlarına yönəltmək imkanı əldə edəcəklər. Belə ki, vətəndaş 50-55 yaşlarında topladığı pensiya kapitalının bir hissəsini birbaşa götürərək biznes qurmaq, təsərrüfat yaratmaq, ev almaq və ya digər məqsədlər üçün istifadə edə biləcək. Pensiya kapitalının Dövlət Sosial Müdafiə Fondu (DSMF) hesabında qalan hissəsindən isə təqaüd almaqda davam edəcək.Bildirilib ki,...

15 Mart 2026, 00:02

Milli birliyimizin ədəbi-mədəni kodları 

İstəyimizdən asılı olmayaraq dünya həm müasirləşir, həm də sürətlə dəyişir. Geosiyasi gərginliklərin artdığı, regionların yenidən formalaşdığı bir dövrdə dövlətlərin gücü təkcə iqtisadi və hərbi potensialla ölçülmür. Dövlətin real gücü onun cəmiyyətlə qurduğu mənəvi bağlarda, xalqın dövlətlə eyni ideya və məqsəd ətrafında birləşə bilməsində ortaya çıxır. Bu baxımdan Azərbaycan üçün ən vacib məsələlərdən biri xalq ilə dövlət arasında dərin ideoloji və mənəvi bağın gücləndirilməsidir. Bu bağın qurulmasının ən təsirli yollarından biri isə mədəniyyət və xüsusilə ədəbiyyatdır. Tarix boyu millətlərin ideoloji kimliyi ilk növbədə onların ədəbi və mədəni düşüncəsində formalaşıb. Dövlətlər dəyişə bilər, siyasi sistemlər dəyişə bilər, ancaq millətinn yaddaşı və düşüncə...

14 Mart 2026, 21:57

Azərbaycanda güclü külək əsəcək - XƏBƏRDARLIQ 

Martın 15-16-da bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib.CityPost.az  xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin məlumatında bildirilib.Məlumata görə, Kəlbəcər, Zəngilan, Laçın, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Qobustan, Qusar, Daşkəsən, Goranboy, Naftalan, Gəncə, Qazax, Ağstafa, Mingəçevir, Lerik, Yardımlıda şərq küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

14 Mart 2026, 21:52

Azərbaycanda tanınmış həkim VƏFAT ETDİ 

Şamaxıda tanınmış həkim vəfat edib.CityPost.az xəbər verir ki, Şamaxı Rayon Mərkəzi Xəstəxanasında uzun illər həkim-terapevt kimi fəaliyyət göstərmiş Bəxtiyar Abbasov dünyasını dəyişib.Qeyd edək ki, Bəxtiyar Abbasov 1998-2006-cı illərdə Şamaxı Rayon Mərkəzi Xəstəxanasının baş həkimi vəzifəsində də fəaliyyət göstərib.Daha sonra Yeni Azərbaycan Partiyasının Şamaxı Rayon Təşkilatının sədri kimi ictimai-siyasi fəaliyyətdə iştirak edib. 2009-2019-cu illərdə isə Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru vəzifəsində çalışıb.(oxu.az)...

14 Mart 2026, 21:37