İrandan Azərbaycana daha 6 nəfər təxliyə olunub
Cəmiyyət 15 Mart 2026, 14:29
276
"Astara" dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə xarici ölkə vətəndaşlarının Azərbaycana təxliyəsi davam etdirilir.
"Report"un bölgə müxbiri xəbər verir ki, 15 mart 00:00-dan 14:00-dək 5 nəfər Azərbaycan və 1 Çin vətəndaşı sərhəd buraxılış məntəqəsindən keçərək ölkə ərazisinə daxil olub.
Onların sərhəddən təhlükəsiz keçidi təmin olunub.
Təxliyə prosesi müvafiq prosedur qaydalarına və təhlükəsizlik tələblərinə uyğun şəkildə həyata keçirilir. Sərhəd-keçid məntəqəsində vətəndaşların rahat və təhlükəsiz keçidi üçün bütün zəruri şərait yaradılıb və proses gün ərzində mərhələli şəkildə davam etdirilir.
Həmçinin oxuyun
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın Ali rəhbəri Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.
Bu səbəbdən bir çox xarici ölkə vətəndaşlarının İrandan təxliyəsi Azərbaycan ərazisi vasitəsilə həyata keçirilir.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
İmtahanda 4 nəfərdə mobil telefon aşkarlandı
Martın 15-də tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib.Citypost.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.İlkin məlumatlara əsasən, 4 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric edilib.
15 Mart 2026, 14:40
Tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib
Bu gün tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib.Bu barədə Citypost.az-ya Dövlət İmtahan Mərkəzindən xəbər verilib.İmtahan keçirilən şəhər və rayonlarda ümumilikdə 267 imtahan binası, 4645 imtahan zalı ayrılıb. İmtahanların idarə olunmasına 267 ümumi imtahan rəhbəri, 767 imtahan rəhbəri, 5776 nəzarətçi, 807 buraxılışı rejimi əməkdaşı (mühafizə), 267 bina nümayəndəsi ayrılıb.İmtahanda 67 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) şagird də iştirak edib. Bu şagirdlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli şagirdlərin...
15 Mart 2026, 14:31
Lənkəranda yaşayış evlərini soyan şəxs saxlanılıb
Lənkəran rayonu ərazisində yerləşən evlərdən silsilə oğurluqlar qeydə alınıb.Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Citypost.az-a verilən məlumata görə, naməlum şəxs 7 evdən ümumi dəyəri 8 min manata yaxın olan məişət əşyalarını talayıb.Lənkəran Şəhər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə qeyd olunan əməlləri törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 54 yaşlı Mehman Quliyev müəyyən edilərək saxlanılıb.Faktlarla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir....
15 Mart 2026, 13:43
Fərid Əkbərli: Bakı qlobal şəhərsalma dialoqunun mərkəzi olacaq
2026-cı ilin may ayında paytaxt Bakı Ümumdünya Şəhərsalma Forumunun XIII sessiyasına ev sahibliyi edəcək. Naxçıvan Şəhid Ailələri İctimai Birliyinin Gənclər Təşkilatının sədri Fərid Əkbərli bu barədə Citypost.az-a açıqlamasında bildirib.Onun sözlərinə görə, 17–22 may 2026-cı il tarixlərində Bakı Olimpiya Stadionunda keçiriləcək forum urbanizasiya və şəhər inkişafı sahəsində qlobal miqyasda ən mühüm platformalardan biri hesab olunur. “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz, dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusuna həsr olunacaq tədbirdə dünyanın müxtəlif ölkələrindən dövlət rəsmiləri, beynəlxalq təşkilatların nümayəndələri, şəhərsalma üzrə mütəxəssislər, memarlar və urbanistika sahəsində fəaliyyət göstərən ekspertlər iştirak edəcəklər.Fərid Əkbərli qeyd edib ki, forum çərçivəsində müasir şəhərlərin inkişaf perspektivləri, urbanizasiya...
15 Mart 2026, 12:50
Sabah güclü külək əsəcək, yağış yağacaq
Martın 16-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var.Bu barədə CityPost.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.Bildirilib ki, sabah cənub-qərb küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 4-6° isti, gündüz 10-15° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 755 mm civə sütununa enəcək, nisbi rütubət gecə 80-85 %, gündüz 60-70 % olacaq.Azərbaycanın rayonlarında hava şəraiti bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.Ayrı-ayrı yerlərdə qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı, düşəcəyi ehtimalı var. Arabir duman olacaq və qərb küləyi bəzi yerlərdə arabir...
15 Mart 2026, 12:32
Ağcabədidə iki avtomobil toqquşub, xəsarət alanlar var
Ağcabədi rayonunda dörd nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib."Report"un xəbərinə görə, hadisə rayonun Rəncbərlər kəndi ərazisində qeydə alınıb.Belə ki, iki avtomobilin toqquşması nəticəsində Rövşən İsmayılov, Eldəniz Əbülfət, Saya Mehralızadə və Gülüm Mehralıyeva xəsarət alıblar.Toqquşmanın təsirindən Rövşən İsmayılovun idarə etdiyi "VAZ 2106" markalı avtomobil yol kənarındakı dərəyə aşıb.Yaralılar Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.Faktla bağlı araşdırma aparılır.
15 Mart 2026, 12:05