Bizə yazın

Baku

-°C

USD

-

Təhsil eksperti buraxılış imtahanlarının bir gündə keçirilməsini təklif edir  

Cəmiyyət 16 Mart 2026, 11:53

224

Təhsil eksperti Elçin Əfəndiyev Dövlət İmtahan Mərkəzinə (DİM) növbəti ildən etibarən buraxılış imtahanlarının (qəbul və qəbul imtahanının birinci mərhələsi) bir gündə keçirilməsi ilə bağlı təklif irəli sürüb.

Citypost.az xəbər verir ki, O, bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Ekspertin fikrincə, digər dövlət qurumları ilə vaxtların uzlaşdırılması və istiqamətlərə ayrılmadan imtahanların eyni gündə təşkili mümkündür.

Elçin Əfəndiyev qeyd edib ki, imtahanın kütləvi xarakter daşıdığını, prosesdə 120 min nəfərdən çox şagirdin iştirakının nəzərdə tutulduğunu nəzərə almaq lazımdır. Onun sözlərinə görə, bu qədər böyük miqyaslı imtahanın təşkili ciddi maddi, insan və texniki resurslar tələb etsə də, bütün çətinliklərə baxmayaraq, eyni gündə keçirilməsi realdır.

Ekspert hesab edir ki, bu addım bir sıra üstünlüklər yarada bilər:

istiqamətlərarası müqayisələr və dedi-qoduların aradan qaldırılması;

hansı istiqamətin daha asan və ya çətin olması ilə bağlı mübahisələrin azalması;

ədalətsizliklə bağlı iddiaların qarşısının alınması;

əlavə sualların hazırlanması və istifadəsinə ehtiyacın azalması;

pərakəndə hazırlıq sisteminin nizama salınması;

nəticələrin daha erkən və eyni vaxtda elan edilməsi.

Elçin Əfəndiyev vurğulayıb ki, belə bir model imtahan prosesinin daha şəffaf və sistemli təşkilinə xidmət edə bilər.

Əli

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Sabahın hava proqnozu AÇIQLANDI

Martın 17-də gözlənilən hava proqnozu açıqlanıb.Bakıda və Abşeron yarımadasında hava necə olacaq?Milli Hidrometeorologiya Xidmətindən Citypost.az  verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.Lakin gündüz bəzi yerlərdə az çiskinli olacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.Havanın temperaturu gecə 5-8° isti, gündüz 8-13° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 75-80 %, gündüz 65-70 % təşkil edəcək.Azərbaycanın rayonlarında hava necə olacaq?Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısa müddətə intensivləşəcəyi ehtimalı var. Axşam...

16 Mart 2026, 12:57

Fransaya casusluqda ittiham olunan Martin Ryana və dövlətə xəyanətdə təqsirləndirilən Azad Məmmədliyə hökm oxunub 

Fransaya casusluq ittihamı ilə həbs olunan Martin Ryan və dövlətə xəyanətdə təqsirləndirilən Azad Məmmədlinin barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə yekun məhkəmə prosesi keçirilib.Citypost.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə hökm elan olunub.Hökmə əsasən, Martin Ryan 10 il, Azad Məmmədli isə 12 il müddətinə azadlıqdan məhrum edilib və hər iki şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.Həmçinin məhkəmə qərar qəbul edib ki, Martin Ryan cəzasını çəkib başa vurduqdan sonra Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılacaq.İttiham aktına görə, Martin Ryanın Azərbaycan Respublikasında istehsal edilən silah-sursatlar, 2020-ci il 44 günlük...

16 Mart 2026, 12:56

İrandan Azərbaycan sərhədi ilə 4 nəfər təxliyə olunub 

İrandan Azərbaycan sərhədi ilə təxliyə prosesi davam edir.APA-nın cənub bürosunun verdiyi xəbərə görə, gecədən bu gün saat 12.00-dək 4 Azərbaycan vətəndaşı təxliyə olunub. Təxliyə olunanlardan biri azyaşlıdır.

16 Mart 2026, 12:46

İlham Əliyev Möminə xatun türbəsinə 10 milyon manata yaxın vəsait ayırdı

Naxçıvan şəhərində yerləşən Möminə xatun türbəsində bərpa və konservasiya işlərinin davam etdirilməsi üçün Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə 9 milyon 566 min (doqquz milyon beş yüz altmış altı min) manat vəsait ayrılıb.Citypost.az  xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.Sərəncam Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, XII əsr Azərbaycan memarlığının görkəmli nümunəsi olan Möminə xatun türbəsinin kompleks bərpası və konservasiyası işlərinin davam etdirilməsi məqsədilə imzalanıb.Sərəncama görə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etməli, Azərbaycan Respublikasının Nazirlər...

16 Mart 2026, 12:33

Bayram namazının vaxtı açıqlanıb 

Ramazan bayramının tarixi Şəvval ayının hilalının görünməsindən asılı olaraq böyük ehtimalla 20 marta təsadüf edəcək.Bu barədə APA-nın sorğusuna cavab olaraq Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib.“Qazılar Şurasının Fətvasına görə adambaşına 10-15 manat fitrə zəkatının verilməsi tövsiyə olunur. Fitrə canın sədəqəsidir və imkanı olan müsəlmanın ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxarması, imkansızlara, ehtiyacı olan ailələrə verməsi vacibdir. Bu, hər bir ailəyə bayram ovqatı yaşamağa imkan yaradır. Azərbaycanın bütün məscidlərində bayram namazları qılınacaq. Bakıda Əjdərbəy məscidində bayram namazının vaxtı saat 08.00, Təzəpir məscidində isə 09.00-a təyin edilib”, - QMİ-dən bildirilib....

16 Mart 2026, 12:21

Xüsusi karantin rejiminin müddəti uzadılıb 

Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti uzadılıb.Citypost.az-ın  xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib.Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2026-cı il 1 iyul saat 06:00-dək uzadılıb.Bundan əvvəl bu müddət 2026-cı il 1 aprel saat 06:00-dək olan dövrü əhatə edib.

16 Mart 2026, 12:16