Martın bütün sosial ödənişləri ÖDƏNİLDİ
Cəmiyyət 16 Mart 2026, 10:33
178
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən qarşıdan gələn bayramlarla əlaqədar olaraq bu gün mart ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları da ödənilib.
Bu barədə Citypost.az-a nazirlikdən məlumat verilib.
Həmçinin oxuyun
"Fond bu ayın bütün sosial ödənişlərini qrafikdən əvvəl başa çatdırıb. Bundan əvvəl martın 6-da Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, Naxçıvan Muxtar Respublikası, martın 11-də digər bölgələrdə yaşayan pensiyaçıların və güzəştli şərtlərlə pensiya təyin edilmiş şəxslərin mart ayı üzrə pensiyaları qrafikdən əvvəl ödənilib", - nazirlikdən bildirilib.
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Təhsil eksperti buraxılış imtahanlarının bir gündə keçirilməsini təklif edir
Təhsil eksperti Elçin Əfəndiyev Dövlət İmtahan Mərkəzinə (DİM) növbəti ildən etibarən buraxılış imtahanlarının (qəbul və qəbul imtahanının birinci mərhələsi) bir gündə keçirilməsi ilə bağlı təklif irəli sürüb.Citypost.az xəbər verir ki, O, bu barədə sosial şəbəkə hesabında paylaşım edib. Ekspertin fikrincə, digər dövlət qurumları ilə vaxtların uzlaşdırılması və istiqamətlərə ayrılmadan imtahanların eyni gündə təşkili mümkündür.Elçin Əfəndiyev qeyd edib ki, imtahanın kütləvi xarakter daşıdığını, prosesdə 120 min nəfərdən çox şagirdin iştirakının nəzərdə tutulduğunu nəzərə almaq lazımdır. Onun sözlərinə görə, bu qədər böyük miqyaslı imtahanın təşkili ciddi maddi, insan və texniki resurslar tələb etsə də, bütün çətinliklərə baxmayaraq, eyni gündə keçirilməsi realdır.Ekspert hesab...
16 Mart 2026, 11:53
Xəzərdə zəlzələ oldu
Xəzər dənizində zəlzələ olub.Bu barədə Citypost.az-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.Yeraltı təkan yerli vaxtla 05:57-də qeydə alınıb,74 km dərinlikdə baş verən zəlzələnin maqnitudası 3.1-dir.
16 Mart 2026, 11:37
Hakimlər üçün təlimlər keçirilib
Ədliyyə Nazirliyinin təşkilatçılığı, Məhkəmə-Hüquq Şurası və Ali Məhkəmənin birgə dəstəyi ilə Lənkəran şəhərində hakimlər üçün mülki hüquq və mülki proses hüququ mövzularını əhatə edən təlimlər keçirilib.Bu barədə Citypost.az-a Ədliyyə Nazirliyindən məlumat verilib.Bildirilib ki, təlimləri Almaniyanın Martin Lüter adına Halle-Vittenberq Universitetinin professoru Azər Əliyev və həmin Universitetin Hüquq texnologiyaları laboratoriyasının rəhbəri, professor Konstantin Branovitski tədris ediblər.Təlimlər hakimlərin təlimçi kimi inkişaf etdirilməsi və sonradan onların vasitəsilə digər hakimlərin, eləcə də hakimliyə namizədlərin bilik və bacarıqlarının artırılması məqsədilə təşkil olunub. 5 gün davam edən təlimlərdə müxtəlif instansiyalar üzrə 19 hakim iştirak edib.Qeyd edək ki, ölkəmizdə hakim korpusunun komplektləşdirilməsi, məhkəmə hakimiyyətinin peşəkar hakimlərlə təmin...
16 Mart 2026, 11:36
Prezident bir qrup hərbçini təltif etdi
Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin bir qrup hərbi qulluqçusu təltif edilib.Citypost.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.Sərəncama əsasən, xidməti vəzifələrini yerinə yetirərkən fərqləndiklərinə görə Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin aşağıdakı hərbi qulluqçuları təltif ediliblər:“Vətən uğrunda” medalı iləHüseynov Ramil Arif oğlu – mayor“Hərbi xidmətlərə görə” medalı iləMövlayev Samir Yaqub oğlu – mayorAbbasov Elsevər Məhəmməd oğlu – kapitanEldarov Zaur Səvzixan oğlu – kapitanHüseynov Elçin Allahverdi oğlu – kapitanFərzəliyev İlkin Mirzə oğlu – leytenantVahabzadə Şahin İdayət oğlu – leytenantAdamov Xəyal Fikrət oğlu – baş çavuşHacızadə Səbuhi Elşən oğlu – baş çavuşQəhrəmanzadə Elman Qəhrəman oğlu –...
16 Mart 2026, 10:36
Ötən həftə 219 yanğına çıxış olub
Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 219 yanğına çıxış və 37 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.FHN-in Mətbuat xidmətindən Citypost.az-a verilən məlumata görə, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən həftə ərzində 15-i azyaşlı olmaqla 48 nəfər xilas edilib, 8 nəfər təxliyə olunub, 1 nəfər xəsarət alıb, 1 nəfər tüstüdən zəhərlənib, bağlı qapı arxasında 1 nəfərin meyiti aşkar olunub....
16 Mart 2026, 10:12
50 yaşlı kişini maşın VURDU
Bakıda avtomobil 50 yaşlı kişini vuraraq öldürüb.Citypost.az xəbər verir ki, hadisə Xəzər rayonunda baş verib.Belə ki, 2001-ci il təvəllüdlü Əbil Səmədli idarə etdiyi “Az Samand” markalı avtomobil ilə hərəkətdə olarkən yoldan keçən piyada 1976-cı il təvəllüdlü Hikmət Məlikovu vurub.Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.Faktla bağlı cinayət işi başlanılıb.
16 Mart 2026, 10:08