Bizə yazın

Baku

-°C

USD

-

Azərbaycan XİN: İslamın yanlış təqdim edilməsi və ya damğalanması qəbuledilməzdir 

Hadisə 15 Mart 2026, 18:42

1442

İslamofobiya, insanların inancına görə onlara qarşı yönəlmiş ayrı-seçkilik və nifrət insan ləyaqətinin, bərabərliyin və qarşılıqlı anlaşmanın ən əsas prinsiplərini sarsıdır.

CityPost.az  xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü ilə bağlı "X" sosial şəbəkə hesabında edilən paylaşımda qeyd olunub.

Bildirilib ki, sözügedən qərəzin cəmiyyətlərimizdə yeri yoxdur.

"İslamofobiya ilə Beynəlxalq Mübarizə Günündə biz mədəniyyətlər və dinlər arasında hörmət, tolerantlıq və dinc yanaşı yaşamağa dair qəti sadiqliyimizi bir daha təsdiq edirik", - xarici siyasət idarəsinin paylaşımında vurğulanıb.

"İslam sülh, mərhəmət, ədalət və həmrəylik dəyərlərinə əsaslanır. İslamın yanlış təqdim edilməsi və ya damğalanması qəbuledilməzdir.

Dözümsüzlüyün bütün formalarına qarşı mübarizə inklüziv, dinc və dayanıqlı cəmiyyətlərin qurulması üçün zəruri olaraq qalır", - XİN-dən qeyd edilib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Azərbaycana külli miqdarda narkotik keçirilməsinin qarşısı alınıb 

Külli miqdarda narkotik vasitə və həbin ölkə ərazisinə keçirilməsinə cəhd edilib.Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Citypost.az verilən xəbərə görə, DSX Sərhəd Qoşunları Komandanlığının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 19 kiloqram 665 qram narkotik vasitə marixuana və 20 050 ədəd müxtəlif tərkibli həbin (19950 ədəd metadon M-40, 50 ədəd Gelofen 400, 50 ədəd Tedaphen 400) İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir....

01 May 2026, 14:17

5 yaşlı uşaq qonaq getdiyi evin eyvanından yıxılaraq ölüb

Bakıda 5 yaşlı uşaq qonaq getdiyi evin eyvanından yıxılaraq ölüb."Report" xəbər verir ki, aprelin 30-da Bakı şəhər sakini 2021-ci il təvəllüdlü P.M qonaq getdiyi Nizami rayonu C.Naxçıvanski küçəsindəki evin eyvanından yıxılaraq ölüb.Faktla bağlı araşdırma aparılır.

01 May 2026, 12:17

Bərdədə 8 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb 

Bərdədə 8 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb.Bu barədə Citypost.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.Bildirilib ki, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Mansur Məmmədov və Amil Musayev saxlanılıblar. Baxış zamanı onlardan 4 kiloqram 340 qram həşiş, 3 kiloqram 250 qram marixuana və 1 kiloqram tiryək aşkarlanıb. Həmin şəxslər ifadələrində qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən narkotikləri Bərdə rayonunda satışını təşkil etmək məqsədi ilə əldə etdiklərini bildiriblər.Araşdırmalar davam etdirilir.Qeyd edək ki, Bərdədə polis əməkdaşlarının ilin əvvəlindən həyata keçirdikləri tədbirlərlə 21 kiloqramdan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb....

01 May 2026, 09:15

Şabranda ağac aşıb,Yalama yolu bağlanıb 

Gəndob-Yalama yolunun Şabran rayonu ərazisindən keçən hissəsində böyük qovaq ağacı yolun hərəkət hissəsinə aşıb.Citypost.az xəbər verir ki, hadisə aprelin 30-u axşam saatlarında baş verib.Böyük diametrli ağacın Ağalıq kəndi ərazisində yola aşması nəticəsində Gəndov -Yalama yolunda avtomobillərin hərəkəti təxminən bir saat müddətində məhdudlaşdırılıb. Hadisə zamanı xəsarət alan olmayıb.Əraziyə dövlət yol polisi əməkdaşları və müvafiq dövlət qurumlarının nümayəndələri cəlb olunub. Qovaq ağacı kəsilərək, traktor vasitəsilə yolun hərəkət hissəsindən kənarlaşdırılıb. Bundan sonra avtomobillərin hərəkəti bərpa olunub. (AZƏRTAC)...

01 May 2026, 08:28

Oğuzda narkokuryerlər saxlanılıb 

Oğuzda saxlanılan narkokuryerlərdə 13 kq marixuana aşkarlanıb.Citypost.az xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidmətinin regional qrupundan bildirilib.Məlumata görə, Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirilib. Tədbir zamanı əvvəllər dəfələrlə məhkum olunmuş 39 yaşlı Pərviz Mahmudov və 34 yaşlı Xanlar Abdullayev narkokuryerlikdə şübhəli bilindikləri üçün saxlanılıblar. Onlardan 13 kiloqramdan artıq marixuana aşkarlanıb. Saxlanılan şəxslər narkotikləri satmaq məqsədi ilə əldə etdiklərini bildiriblər.Faktla bağlı cinayət işi başlanılıb, hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib....

30 Aprel 2026, 11:10

Xəzərdə zəlzələ olub 

Xəzər dənizində zəlzələ baş verib.Citypost.az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosu məlumat verib.Məlumata görə, yerli vaxtla saat 03:09-da qeydə alınan zəlzələnin maqnitudası 3,4 olub.Zəlzələnin ocağı 20 kilometr dərinlikdə yerləşib.

30 Aprel 2026, 09:06