Bizə yazın

Baku

-°C

USD

-

Ramin Əliyev: Azərbaycan Avropa üçün etibarlı enerji tərəfdaşıdır

Siyasət 16 Mart 2026, 10:27

248

2026-cı il martın 11-də İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Antonio Costa ilə görüş keçirib. Görüş Azərbaycan ilə Avropa İttifaqı arasında siyasi, iqtisadi və enerji sahələrində əməkdaşlığın daha da dərinləşməsi baxımından mühüm əhəmiyyət daşıyır.

Bu fikirləri Yeni Azərbaycan Partiyasının nümayəndəsi məsləhətçi Ramin Əliyev bildirib.

Onun sözlərinə görə, görüş zamanı Azərbaycan ilə Avropa İttifaqı arasında müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub. Tərəflər iqtisadiyyatın müxtəlif istiqamətlərində qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi, xüsusilə enerji təhlükəsizliyi və təbii ehtiyatlardan səmərəli istifadə mövzularına xüsusi diqqət ayırıblar.

Ramin Əliyev qeyd edib ki, Prezident İlham Əliyev Azərbaycanın Avropa üçün etibarlı enerji tərəfdaşı olduğunu vurğulayıb. Bildirilib ki, Şahdəniz qaz yatağından hasil olunan qaz və yeni enerji layihələri Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə mühüm töhfə verir. Bu kontekstdə Cənub Qaz Dəhlizinin strateji əhəmiyyəti bir daha diqqətə çatdırılıb.

Məsləhətçinin sözlərinə görə, Antonio Costa da Avropa İttifaqının Azərbaycanın enerji ehtiyatlarına böyük maraq göstərdiyini və bu sahədə əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyini qeyd edib.Görüş zamanı ticarət əlaqələrinin genişləndirilməsi və iqtisadi əməkdaşlığın dərinləşdirilməsi məsələləri də müzakirə olunub. Qeyd edilib ki, Azərbaycan ilə Avropa İttifaqı arasında “Genişlənmiş Ticarət və İqtisadi Əməkdaşlıq” razılaşmasının imzalanması perspektivləri nəzərdən keçirilib. Bu sənədin ticarət maneələrinin aradan qaldırılmasına və iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılmasına töhfə verəcəyi vurğulanıb.

Ramin Əliyev əlavə edib ki, Prezident İlham Əliyev Azərbaycanın Cənubi Qafqazda regional sabitliyin təmin edilməsində mühüm rol oynadığını diqqətə çatdırıb və Avropa İttifaqı ilə təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyini qeyd edib. Bu istiqamətdə yeni təşəbbüslərin hazırlanmasının əhəmiyyəti vurğulanıb.Görüşdə sosial və humanitar sahələrdə əməkdaşlıq məsələləri də gündəmdə olub. Azərbaycanın Avropa ilə mədəniyyət, təhsil və gənclər sahəsində əlaqələri inkişaf etdirməyə hazır olduğu qeyd edilib. Avropa İttifaqının da Azərbaycanda təhsil və mədəniyyət layihələrinə dəstəyini davam etdirmək niyyətində olduğu vurğulanıb.

YAP rəsmisinin sözlərinə görə, görüşün sonunda tərəflər bir sıra mühüm razılaşmaların əldə olunmasının əməkdaşlığın daha da möhkəmlənməsinə xidmət edəcəyini bildiriblər. O qeyd edib ki, bu səfər Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğunu göstərir və gələcəkdə siyasi, iqtisadi və təhlükəsizlik sahələrində əməkdaşlığın daha da genişlənməsinə zəmin yaradır.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Samir Feyruzov: Regionda proseslər yeni strateji yanaşma tələb edir

Jurnalist Samir Feyruzov ABŞ- İsrail–İran gərginliyi fonunda geniş məqalə ilə çıxış edib. Citypost.az xəbər verir ki, O, regionda baş verən hərbi-siyasi proseslərin Azərbaycana strateji müşahidə və yeni yanaşmalar üçün imkan yaratdığını bildirib.Azərbaycan dünyanın ən həssas geosiyasi məkanlarından biri olan Cənubi Qafqazda yerləşir və bu səbəbdən dövlətin davamlı təhlükəsizliyi üçün daha düşünülmüş və çevik siyasət vacibdir. Onun sözlərinə görə, regionda böyük güclərin enerji, logistika və ticarət maraqları toqquşur və bu, dövlətlər üçün əlavə risklər yaradır.Məqalədə müxtəlif beynəlxalq münaqişələrə istinad olunaraq müharibələrin nəticələrinin əvvəlcədən proqnozlaşdırılmasının çətin olduğu vurğulanır. Samir Feyruzov müasir dövrdə raket hücumlarının və hərbi əməliyyatların uzunmüddətli siyasi nəticələr doğura biləcəyini...

16 Mart 2026, 11:05

Qulu Məhərrəmli: Ermənistan seçki ərəfəsində sülh və müharibə dilemması ilə üz-üzədir

Əməkdar jurnalist,  professor Qulu Məhərrəmli Ermənistanda iyunun 7-də keçiriləcək parlament seçkiləri ərəfəsində ölkədə daxili siyasi vəziyyətin kəskinləşdiyini bildirib.Citypost.az xəbər verir ki, Q.Məhərrəmli bildirib ki, əsas mübarizə Baş nazir Nikol Pashinyanin rəhbərlik etdiyi “Mülki Müqavilə” partiyası ilə Rusiyayönlü və digər müxalif siyasi qüvvələr arasında gedir. Şərhə görə, seçkilər öncəsi əsas müzakirə mövzusu “sülh, yoxsa müharibə” və Ermənistanın Qarabağ siyasətinin davam edib-etməməsi ilə bağlıdır.Professor  bildirilir ki, Nikol Paşinyan sosial şəbəkədə yayımladığı videoçıxışında iyunun 7-də Ermənistanın Qarabağ məsələsi ilə bağlı dəqiq qərar verməli olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu, ya münaqişənin davamı, ya da sülh yolunun seçilməsi deməkdir. Paşinyan çıxışında həmçinin Konstitusiyada Müstəqillik...

16 Mart 2026, 10:15

Etibar Əliyev: Müharibələrin sonunu planlaşdırmaq mümkün deyil

Sabiq deputat Etibar Əliyev bəşər tarixinin ən qanlı müharibələrini və onların proqnozlaşdırıla bilinməyən xarakterini təhlil edib Citypost.az xəbər verir ki, sabiq deputat bildirib ki, hərbi münaqişələrin nə zaman bitəcəyini əvvəlcədən söyləmək faktiki olaraq qeyri-mümkündür. Məsələn, İkinci Dünya Müharibəsi zamanı Hitlerin Sovet İttifaqı ilə döyüşləri cəmi 2 aya yekunlaşdırmaq planına baxmayaraq, proses 6 il sürmüş və 55 milyon insanın həyatı bahasına başa gəlmişdir. Bənzər vəziyyət 19 ildən çox davam edən ABŞ-Vyetnam müharibəsində də yaşanmış, burada 58 mindən çox ABŞ hərbçisi həlak olmuş, mülki vyetnamlıların itkisi isə 5 milyonu keçmişdir. Rusiya-Çeçenistan və hazırda davam edən, itkilərin artıq 200 minə yaxınlaşdığı Rusiya-Ukrayna müharibəsi də...

16 Mart 2026, 10:05

Heydər Oğuz: Cənubi Azərbaycan türkləri torpağın ortaq idarəsinə razı olmayacaq 

Jurnalist və siyasi şərhçi Heydər Oğuz İranın bəzi kürd qruplaşmalarının azərbaycanlılara ünvanladığı çağırışla bağlı açıqlama verib.Citypost.az xəbər verir ki, O, bildirib ki, İranda fəaliyyət göstərən bir sıra kürd təşkilatlarının yaydığı bəyanatda İran azərbaycanlıları əməkdaşlığa və dialoqa çağırılıb, həmçinin kürdlər və azərbaycanlıların birgə yaşadığı bölgələrdə ortaq yerli idarəetmə modelinin yaradılması təklif olunub.Şərhçinin sözlərinə görə, bu müraciətin ünvanı Cənubi Azərbaycan türkləridir və cavabı da əsasən onlar verməlidir. Bununla belə, o hesab edir ki, təklif olunan bəzi müddəalar güneyli azərbaycanlılar üçün qəbuledilməz görünə bilər.Heydər Oğuzun fikrincə, xüsusilə bəzi Azərbaycan əyalətlərində ortaq idarəetmə modeli ideyası ciddi mübahisələr yarada bilər. O qeyd edib ki, bəzi...

16 Mart 2026, 09:05

Taleh Şahsuvarlı:Netanyahunun 5 barmaq’ strategiyası 

AzNews.az portalının baş redaktoru, siyasi şərhçi və jurnalist Taleh Şahsuvarlı İsrailin Baş naziri Benjamin Netanyahu ilə bağlı səsləndirilən “5 barmaq” konsepsiyasına dair şərh yazıb.Citypost.az xəbər verir ki,bu strategiya İranın nüvə proqramının zəiflədilməsi, raket imkanlarına zərbə vurulması, regional proksilərin təsirinin azaldılması, İran rejimində dəyişiklik və yeni dünya nizamı çərçivəsində Yaxın Şərqdə qüvvələr balansının yenidən müəyyənləşdirilməsi kimi istiqamətləri əhatə edir.Şərhdə həmçinin qeyd olunur ki, bəzi dairələr İsrail və ABŞ-ın İranla qarşıdurmada zəiflədiyini iddia etsə də, bu yanaşma ilə razılaşmayan mövqelər də mövcuddur. Müəllif regiondakı gərginliyin informasiya müharibəsi və siyasi ritorika fonunda qiymətləndirilməsinin vacibliyini vurğulayır.Məqalədə tərəflər arasında davam edən qarşıdurma və geosiyasi müzakirələrin...

16 Mart 2026, 08:00

İran və Fransa XİN rəhbərləri Hörmüz boğazındakı vəziyyəti müzakirə ediblər 

Fransanın xarici işlər naziri Jan-Noel Barro iranlı həmkarı Abbas Əraqçiyə zəng edib və ABŞ ilə İsrailin İrana qarşı hərbi əməliyyatlarını müzakirə edib.Citypost.az xəbər verir ki, bu barədə "Tasnim" məlumat yayıb.Telefon danışığında Hörmüz boğazında hökm sürən qeyri-sabitliyə də toxunulub. Əraqçi İranın öz suverenliyini, ərazi bütövlüyünü və milli təhlükəsizliyini müdafiə etmək əzmində olduğunu vurğulayıb:"İranın müdafiə tədbirləri müstəsna olaraq təcavüzkarların regiondakı hərbi bazalarına, obyektlərinə qarşıdır və heç bir halda region ölkələrinə hücum kimi qəbul edilməməlidir".İsrailin Livana hücumlarını müzakirə edən nazirlər bəzi konsulluq məsələləri ətrafında da məsləhətləşmələr aparıblar.(Report)...

15 Mart 2026, 13:44