Bizə yazın

Baku

-°C

USD

-

Əlövsət Ağalarov mərhum İlbər Ortaylıdan YAZDI

Söz adamı 16 Mart 2026, 10:16

1890

Əməkdar jurnalist Əlövsət Ağalarov görkəmli türk tarixçisi İlbər Ortaylı ilə bağlı xatirəsini bölüşüb.

Citypost.az xəbər verir ki, Onun sözlərinə görə, alimlə görüş Bakı Beynəlxalq Kitab Sərgisi zamanı baş tutub. Həmin vaxt İlbər Ortaylı sərgi çərçivəsində Elçin Əfəndiyev və Rəşad Məcid ilə birlikdə Azərnəşr nəşriyyatının pavilyonunu ziyarət edib.Əlövsət Ağalarov bildirib ki, görüş zamanı qonaqları Kəlbəcərdən gətirilmiş İstisu ilə qonaq edib. Onun sözlərinə görə, türk tarixçisi sudan çox məmnun qalıb və ayrılarkən xüsusi təşəkkürünü bildirib.

Ə.Ağalarovun sözlərinə görə, İlbər Ortaylı həmin suyun müqəddəs Zəm-Zəm quyusu suyunun müqəddəsliyinə bərabər olduğunu deyərək Kəlbəcərə getmək arzusunu dilə gətirib. O, Kəlbəcəri “möcüzələr diyarı” adlandırıb və yollar normallaşdıqdan sonra həmin bölgəyə səfər etmək istədiyini bildirib.

Əlövsət Ağalarov qeyd edib ki, sonralar alimlə həm Bakıda, həm də Türkiyədə yenidən görüşü olub. Görüşlərin birində o, qondarma erməni “soyqırımı” iddialarını ifşa edən xarici müəlliflərin əsərlərindən ibarət, alman, rus, ingilis və fransız dillərində nəşr etdirdiyi 17 kitabı tarixçiyə hədiyyə edib.İlbər Ortaylı bu təşəbbüsü yüksək qiymətləndirərək belə nəşrlərin indiyədək bu şəkildə çap olunmadığını vurğulayıb. Ağalarov bildirib ki, bu işə onu Moskvada hərbi və mülki arxivlərdə çalışan tarixçi Mehmet Perinçek təşviq edib. Ortaylı isə Perinçəyi tanıdığını və onun haqqında xoş sözlər söylədiyini qeyd edib.

Əməkdar jurnalist sonda görkəmli tarixçini mərhum akademik Ziya Bünyadov ilə müqayisə edərək bildirib ki, hər iki alim sanballı elmi əsərləri və dərin nəzəri tədqiqatları ilə seçiliblər.

“Onların hər ikisi böyük elmi irs qoymuş görkəmli alimlərdir. Məkanı cənnət olsun”, – deyə Əlövsət Ağalarov qeyd edib.

Turan

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

Nadir ADAM...  Elman Eldaroğlu yazır..

Həmid Herisçi haqqında, Rəşad Məcidin sözü olmasın, qələmsiz yazılanlar arasında, indiyədək Əsəd Cahangirin məqaləsi qədər gözəl alınanına rast gəlməmişəm. Əsəd bəyin məlum qısa yazısında Həmid Herisçinin xarakteri, fərdi xüsusiyyətləri, psixoloji portreti ustalıqla ortaya qoyulub. Elə mən də ötən il 65 yaşı ilə əlaqədar Həmid Herisçiyə bir yazı ərmağan etmişdim. Odur ki, bu dəfə yeni bir yazıya ehtiyac görmədim. Amma aprelin 30-da qeyd edəcəyi növbəti ad gününü təbrik etməyə cəsarətim çatar. Vikipediyadakı məlumatlara inansaq, Həmid bəyin bu il də 65 yaşı təkrar tamam olur. Çünki onun doğum tarixi ötən il- 30 aprel, 1960-ci il yazılsa da, bu il 1960 dəyişib, 1961-ci...

30 Aprel 2026, 10:32

Ədəbiyyat, yoxsa siyasət? Sayman Aruz yazır...

Ədəbiyyatla siyasətin qarşılıqlı əlaqəsi yeni mövzu deyil. Ədəbiyyat Siyasətin bədii ifadə formasıdır. Təsadüfi deyil ki, bu mübarək  münasibətin kökləri qədim Yunanistan-a, xüsusilə Əflatunun fəlsəfi irsinə qədər gedib çıxır. Sonrakı dövrlərdə Jan Jak Russo kimi mütəfəkkirlər bu iki sahəni paralel şəkildə inkişaf etdirmiş, ictimai-siyasi nəzəriyyə ilə yanaşı bədii yaradıcılığa da müraciət etmişlər. Bu münasibətin tarixdə konkret və sistemli ifadələrindən biri də Səlcuqlu dövrünə aiddir. Nizamülmülkün qələmə aldığı Siyasətnamə əsəri siyasətin idarəetmə prinsiplərini izah etsə də, onun dili və üslubu sırf quru siyasi traktat deyil. Əsərdə hekayələr, nümunələr və bədii elementlər vasitəsilə siyasi düşüncə təqdim olunur. Bu isə göstərir ki, hələ orta əsrlərdə...

30 Aprel 2026, 10:24

59- qarşıdan gələn uğurlardan xəbər verir...  Elman Eldaroğlu yazır...

2013-cü ildən üzübəri dünyaya gələn “Alfa nəsli” onu çətin ki tanısın. Yəqin ki, 1997-ci ildən 2012-ci ilədək anadan olan “Z nəsli”nin də arasında onu tanıyanlar az olar. Amma 1981-ci ildən 1996-cı ilədək doğulan “Y nəsli”ndən(Milleniallar) əvvəlki- 1965-1980-ci illəri əhatə edən “X nəsli”, 1946-1964-cü illərdə doğulan "Beybibumerlər nəsli" və eləcə də 1925-1945-ci illərdə dünyaya gələn "Sakit nəsil"in nümayəndələri onu yaxşı xatırlayırlar. Tərcüməçi, dramaturq, publisist, məşhur telejurnalist, "Bakıfilm" kinostudiyasının baş redaktoru, bir vaxtlar fəaliyyətdə olan ANS-in "Zərif çərşənbə" verlişinin aparıcısı, respublikanın əməkdar jurnalisti Mailə Muradxanlını nəzərdə tuturam. 2010-cu ilin iyun ayının 12-də vəfat edib... Yox, yox, bu dəfə sizə Mailə xanımdan deyil, onun...

29 Aprel 2026, 10:37

Xeyirxahlıq missiyasını şərəflə daşıyan insan – Niyaz Eyvazov 55 yaşında  

Həyatda elə insanlar var ki, onların fəaliyyəti yalnız gördükləri işlərlə deyil, toxunduqları insan taleləri ilə ölçülür. Niyaz Eyvazov da məhz belə insanlardandır. Bu gün onun ömür yolunda əlamətdar bir tarix – 55 illik yubileyi qeyd olunur. Bu illər təkcə zamanın keçidi deyil, həm də xeyirxahlıq, xidmət və fədakarlıqla zəngin bir həyat salnaməsidir.Niyaz Eyvazov uzun illərdir ki, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Qaradağ rayon bölməsinin sədridir. O, həm də  Azərbaycan Qızıl Aypara Cəmiyyətinin İdarəetmə Şurasının üzvü kimi humanitar sahədə yorulmadan çalışır. Onun fəaliyyəti sadəcə vəzifə icrası deyil – bu, insanlara yardım etməyi həyat amalına çevirən bir ürəyin səsidir. O, çətin vəziyyətdə olan...

29 Aprel 2026, 08:54

Onun böyük ürəyi - Xəlil Mirzə yazır...

Tapdıq Əlibəyli  - 65     O, dağlar oğludur, təbiət oğludur, bəşər oğludur. Gözlərini dünyaya açanda dağ görüb, gözəllik görüb, saflıq görüb. Göz yaşı kimi dumduru, buz kimi soyuq, büllur bulaqlardan su içib. Təbiətə, saflığa, şəffaflığa vurulub. İllər bir-birini əvəz etdikcə onun ilk sevgi payına - ana sevgisinə yurd sevgisi, təbiət sevgisi, Vətən sevgisi, insanlıq sevgisi də əlavə olunub, bəşər sevgisinə çevrilib. Elə həyatın sirlərini dərk etməyə başladığı yeniyetmə çağlarından onun balaca ürəyi bütün bəşəri sevgilərin yurdu, obası, ocağı, daimi məskəni olub. O, gözəllik vurğunudur, insanlıq vurğunudur, bəşər vurğunudur. O, həmişə yaxşıların yaxşısını axtarır, yaxşıların yaxşısına dəyər verir, hər şeyin, hər...

28 Aprel 2026, 14:34

Onun yazdıqları özü kimidi - Şövkət Horovlu-85

Xalq şairi Nəriman Həsənzadənin könül həmdəmi Sarasının dilindən qələmə aldıqlarıdı; yazır ki, bir qadın ömrünü girov qoymuşam / Bir şair ömrünü yaşatmaq üçün.Bu unudulmaz misraların başqa, bir özgə deyim, ifadə tərzi də var: "Bir insan ömrünü girov qoymuşam / Bir şair ömrünü yaşatmaq üçün".Nəriman müəllimin əlinə sağlıq, hər iki halda sənət, sənətkar yanğısının, fədakarlığının gerçək obrazını şəkilləndirib.Və ən maraqlısı odur ki, hər dəfə bu səmimi misraları xatırlayanda gözlərim önünə bir xanım, bir ana və qadın ömrünü bir şair, nasir ömrünü yaşatmaq üçün girova çevirən Şövkət Zərin Horovlunun əziz siması gəlir. Çünki Şövkət xanım ana kimi anadı, dəyərli bir xanım əfəndidi...

28 Aprel 2026, 10:01