Bizə yazın

Baku

-°C

USD

-

Trampın İranın gələcək lideri postuna üç namizədi var

Dünya 16 Mart 2026, 09:48

215

ABŞ Prezidenti Donald Tramp İranın gələcək lideri postu üçün üç uyğun namizəd gördüyünü bildirib.

CityPost.az  xəbər verir ki, o bu bu barədə “The New York Times“ qəzetinə müsahibəsində danışıb.

Nəşrin yazdığına görə, Tramp “İslam Respublikasına rəhbərlik edə biləcək üç çox yaxşı seçim” olduğunu deyib.

Lakin konkret adların açıqlanması sualına cavab verməkdən imtina edib.

Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin

Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin

Problemlərinizi bizə bildirin

077 323 55 66

İran Dohaya zərbələr endiriləcəyi barədə xəbərdarlıq edib 

İran Silahlı Qüvvələri Qətərin paytaxtı Doha şəhərinin üç rayonuna zərbələr endirilə biləcəyi barədə xəbərdarlıq edib və həmin ərazilərin sakinlərini evakuasiya olunmağa çağırıb.Bu barədə “Fars” agentliyi məlumat yayıb.Məlumata görə, xəbərdarlıqda Lusail, Əl-Uaab və Ayn-Xalid rayonlarının sakinlərinə müraciət edilib.“Yaşadığınız ərazilərdə ABŞ Silahlı Qüvvələrinin əsgər və zabitləri yerləşir. Yaxın bir neçə saat ərzində həmin mövqelərə zərbə endirilə bilər. Bu rayonları mümkün qədər tez tərk edin”, – deyə məlumatda qeyd olunub....

16 Mart 2026, 10:12

Netanyahu ölümü ilə bağlı yayılan xəbərləri təkzib edib

İsrailin Baş naziri Benyamin Netanyahu itkin düşməsi və mümkün ölümü ilə bağlı yayılan şayiələrə reaksiya verib.CityPost.az  xəbər verir ki, Netanyahu qısa video paylaşaraq bu məlumatları təkzib edib.Baş nazirin sosial şəbəkə hesablarında yayımlanan videoda onun kafedə qəhvə sifariş etdiyi və jurnalistlərin aktual suallarını cavablandırdığı görünür.

16 Mart 2026, 09:51

İran ABŞ və İsrailə xəbərdarlıq edib 

İran düşmənini təslim olmağa məcbur etmək üçün Hörmüz boğazında gəmiçilik hərəkətinə nəzarət də daxil olmaqla, istənilən vasitəyə əl atacaq.Bu barədə İran Silahlı Qüvvələrinin "Xatəm əl-Ənbiya" Qərargahı məlumat yayıb."İran silahlı qüvvələri strateji əhəmiyyətli Hörmüz boğazından hərəkətlərə komandanlıq və nəzarət də daxil olmaqla, ölkənin bütün geosiyasi imkanlarından istifadə etmək və təcavüzkarları təslim olmağa məcbur etmək əzmindədir", - deyə məlumatda qeyd olunub.

15 Mart 2026, 17:08

İran XİN başçısı: Müctəba Xameneinin səhhəti yaxşıdır 

İran Ali Rəhbəri Müctəba Xameneinin səhhəti yaxşıdır.Citypost.az xəbər verir ki, bunu İran xarici işlər naziri Abbas Əraqçi “Al Araby Al Jadeed”-ə müsahibəsində bildirib.“İranın yeni Ali Rəhbəri Müctəba Xameneinin səhhəti yaxşıdır, o, İslam Respublikasında vəziyyətə tam nəzarət edir”, - deyə Abbas Əraqçi qeyd edib. (APA)

15 Mart 2026, 13:14

Zelenski: Rusiya İrana ABŞ bazalarına hücum üçün “Şahed” PUA-ları verir

Rusiya ABŞ və İsrailə qarşı istifadə olunması üçün İrana “Şahed” pilotsuz uçuş aparatları (PUA) verir.CityPost.az  xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski CNN-ə müsahibəsində bildirib.Ukrayna Prezidenti Rusiyanın ABŞ hərbi qüvvələrinin və obyektlərinin yerləşməsi ilə bağlı kəşfiyyat məlumatlarını İrana ötürdüyünü də söyləyib: “Hesab edirlər ki, Avropa və ABŞ bu müharibədə Ukraynaya kəşfiyyat məlumatları ilə kömək edə bilirsə, deməli, Rusiya da İran rejiminə kömək edə bilər”.Volodimir Zelenski deyib ki, İranın ABŞ bazalarına hücumlarda Rusiya istehsalı olan “Şahed” PUA-larından istifadə etməsi 100 faiz həqiqətdir: “Həmin PUA-lar İran lisenziyaları əsasında Rusiyada istehsal edilib, daha sonra Tehrana ötürülüb. Mənim əlimdə faktlar var ki, İran...

15 Mart 2026, 10:36

İran XİN: ABŞ Hörmüz boğazında təhlükəsizlik üçün Çindən yardım istəyir 

İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ-nin hava hücumundan müdafiə (HHM) sistemini tənqid edib.CityPost.az  xəbər verir ki, Əraqçi bu barədə "X"dəki hesabında yazıb."ABŞ-nin reklam olunan "təhlükəsizlik çətiri" dəliklərlə dolu çıxdı və iğtişaşların qarşısını almaqdansa, daha çox qızışdırır" , - İranın XİN başçısı qeyd edib və əlavə edib ki, hazırda ABŞ Hörmüz boğazında təhlükəsizlik üçün Çindən yardım istəyir:"İran ABŞ-nin yeganə qayğısının İsrail olduğunu nəzərə alaraq qardaş qonşuları xarici təcavüzkarları qovmağa çağırır"....

14 Mart 2026, 21:48