Niyə yeməkdən sonra yuxumuz gəlir?
Maraqlı 16 Mart 2026, 12:12
1289
Yeməkdən sonra yaranan yuxululuq halları “qida qonması” kimi tanınır və mütəxəssislərin sözlərinə görə, bu, normal fizioloji proses hesab olunur.
Citypost.az-ın məlumatına görə,Karbohidratlarla zəngin qidalar — məsələn, çörək, makaron və şirniyyat — qəbul edildikdə qanda şəkərin səviyyəsi qısa müddətdə yüksəlir. Bu isə orqanizmdə insulin hormonunun ifrazını artırır. İnsulin qandakı şəkəri hüceyrələrə daşıyaraq enerji təmin edir. Bəzi hallarda bu proses nəticəsində qan şəkərinin səviyyəsi sürətlə dəyişir və orqanizm “yavaşlama” siqnalı alır. Nəticədə insan özünü yuxulu hiss edə bilər.
Mütəxəssislər bildirirlər ki, qida tərkibində olan zülal da yuxululuğa təsir göstərir. Zülalda mövcud olan triptofan adlı amin turşusu beynə təsir edərək serotonin və melatonin hormonlarının ifrazında rol oynayır. Bu hormonlar isə sakitləşdirici təsir göstərir və yuxu prosesini tənzimləyir. İnsulin triptofanın beyinə daha asan keçməsinə şərait yaradır ki, bu da rahatlıq və yuxululuq hissini gücləndirir.Eyni zamanda, yeməkdən sonra orqanizmin əsas resursları həzm prosesinə yönəlir. Bu səbəbdən digər fəaliyyətlər müvəqqəti olaraq ikinci plana keçir və ayıqlıq səviyyəsi azalır.
Mütəxəssislər qeyd edirlər ki, yeməkdən sonra yuxulu hiss etmək əksər hallarda təbii və təhlükəsiz reaksiyadır.
Həmçinin oxuyun
Yeganə
Ən son xəbərləri bizim Facebook kanalımızda izləyin
Ən son xəbərləri bizim Instagram kanalımızda izləyin
Heyvanlar niyə ləhləyir? MARAQLI FAKT
Bir çox heyvanın, xüsusilə it-lərin ləhləməsinin əsas səbəbi bədən temperaturunu tənzimləməkdir.İnsanlardan fərqli olaraq onların bədənində geniş yayılmış tər vəziləri yoxdur, buna görə də tərləyərək soyuma mexanizmi zəif işləyir.Citypost.az xəbər verir ki, bu zaman işə alternativ mexanizm – dil vasitəsilə soyuma prosesi düşür. Heyvan dilini çıxarıb sürətli nəfəs alanda dilin səthindəki nəm buxarlanır. buxarlanma zamanı istilik enerjisi sərf olunur və nəticədə dilin üzərindən keçən qan soyuyur. Soyumuş qan isə bədənə yayılaraq ümumi temperaturun aşağı düşməsinə kömək edir. Bu baxımdan dil sanki bioloji “radiator” rolunu oynayır.Maraqlıdır ki, bu üsul bütün heyvanlarda eyni deyil. Məsələn, quş-lar dimdiklərini açaraq sürətli nəfəs alır və oxşar...
01 May 2026, 17:49
Sivilizasiyanın təməli:Sementin kəşfi və tikintidə inqilab
Sement tikinti sənayesində əsl inqilab yaradaraq insan həyatında yeni bir dövrün başlanğıcını qoydu. Sadə görünən bu boz material əslində şəhərlərin, körpülərin, göydələnlərin və bütövlükdə müasir sivilizasiyanın əsas dayağıdır.Citypost.az-ın məlumatına görə, qədim dövrlərdə insanlar tikinti üçün əsasən daş, palçıq və əhəngdən istifadə edirdilər. Lakin bu materiallar nə uzunömürlü, nə də kifayət qədər dayanıqlı idi. Daha sonra Qədim Roma sivilizasiyası dövründə mühüm bir irəliləyiş baş verdi. Romalılar vulkanik kül, əhəng və suyu qarışdıraraq daha möhkəm bir tikinti materialı əldə etdilər. Bu qarışıq sayəsində uzunömürlü tikililər inşa olundu və bir çoxu bu günə qədər qalmaqdadır.Müasir sementin əsası isə XIX əsrdə qoyuldu. İngilis ixtiraçısı...
01 May 2026, 12:27
Öz yuvasını “tikə” bilən möcüzəvi quş – təbiətin kiçik mühəndisi
Öz yuvasını tikə bilən bir quş gördünüzmü? tərzi quşu təbiətin ən maraqlı və bacarıqlı canlılarından biridir. Bu kiçik quş öz iti dimdiyi ilə yarpaqlarda çox xırda deşiklər açır və həmin deşiklərdən bitki liflərini keçirərək sanki iynə-ipliklə tikiş tikirmiş kimi yuvasını formalaşdırır.Citypost.az-ın məlumatına görə, bu proses olduqca dəqiq və planlı şəkildə həyata keçirilir. Quş əvvəlcə uyğun yarpaqları seçir, sonra onları bir-birinə yaxınlaşdırır və liflər vasitəsilə bərkidərək təhlükəsiz bir yuva yaradır. Nəticədə həm gizli, həm də təbii mühitlə tam uyğunlaşan bir sığınacaq ortaya çıxır.Bu yuvalar yalnız görünüşcə deyil, həm də möhkəmlik baxımından çox davamlıdır. Quş bunu inanılmaz sürət və dəqiqliklə yerinə yetirir,...
01 May 2026, 12:20
Fillər dünyanı ayaqları ilə də hiss edir
Fillər təkcə qulaqları ilə deyil, ayaqları vasitəsilə də “eşidə” bilirlər.Onların iri ayaqlarının altında yerləşən həssas sinir reseptorları yerin titrəyişlərini qəbul edir.Citypost.az-ın məlumatına görə , başqa bir fil hərəkət etdikdə və ya ətraf mühitdə hər hansı vibrasiya yarandıqda, bu dalğalar torpaq vasitəsilə yayılır və filin ayaqlarında hiss olunur.Bu siqnallar daha sonra sümüklər və sinir sistemi vasitəsilə beyinə ötürülür. Bəzi hallarda isə titrəyişlər sümük keçiriciliyi yolu ilə daxili qulağa qədər çatır.Nəticədə fillər infrasəs adlanan, insanların eşidə bilmədiyi çox aşağı tezlikli səsləri belə qəbul edə bilirlər.Bu qabiliyyət fillərə kilometrlərlə məsafədən bir-biri ilə əlaqə saxlamağa imkan verir. Hətta arada sıx meşə, təpə və ya...
01 May 2026, 11:50
Rutin həyatdan necə çıxmaq olar? – Mütəxəssis yanaşması
Gündəlik həyatın təkrarlanması bir çox insan üçün yorucu və sıxıcı ola bilər. Eyni iş rejimi, eyni mühit və dəyişməyən gündəlik vərdişlər zamanla motivasiyanı azaldır, insanı emosional olaraq tükəndirir. Citypost.az-ın məlumatına görə, mütəxəssislər qeyd edir ki, bu vəziyyətdən çıxış yolu ilk növbədə insanın öz yanaşmasını dəyişməsindən başlayır.Rutin həyatın yaratdığı sıxıntını azaltmaq üçün emosiyaları “yatırmaq” deyil, onları düzgün yönləndirmək daha vacibdir. Yeni fəaliyyətlərə açıq olmaq, gündəlik həyatın içində kiçik dəyişikliklər etmək belə psixoloji vəziyyətə müsbət təsir göstərir. Məsələn, səyahət etmək, yeni hobbilər sınamaq, idmanla məşğul olmaq – velosiped sürmək, yürüşlərə çıxmaq və ya fərqli aktivliklərə qoşulmaq insanın həm fiziki, həm də emosional vəziyyətini yaxşılaşdırır.Bununla...
30 Aprel 2026, 10:48
Mərcanlar düşündüyünüzdən fərqli imiş
Bir çox insan mərcanları rəngarəng dəniz daşları və ya sualtı bitkilər kimi təsəvvür edir. Halbuki bu, böyük bir yanılmadır. Mərcanlar əslində canlı və hətta ət yeyən heyvanlardır.Citypost.az-ın məlumatına görə, gecə saatlarında onların sərt və hərəkətsiz görünən səthindən minlərlə xırda, zəhərli tentakul çıxır. Bu tentakullar sudakı kiçik canlıları tutaraq qidalanır. Yəni onlar çox yavaş hərəkət etsələr də, olduqca effektiv ovçulardır.Daha maraqlısı isə budur ki, mərcan rifləri kimi nəhəng strukturlar əslində milyonlarla kiçik mercan canlısının bir araya gələrək yaratdığı “sualtı şəhərlər”dir.Bu fakt bir daha göstərir ki, okeanın gözəlliyi bəzən aldadıcı ola bilər. Sakit və rəngarəng görünən bu mühitdə belə, mürəkkəb və maraqlı...
30 Aprel 2026, 10:46